Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
68 
la yanaĢı, Qarabağın tarixin hansısa bir dönəmində Dağıstana bağ-
lı olduğu haqqında heç bir fakt yoxdur.  
Ümumiyyətlə, erkən orta əsrlərdən XX əsrin əvvəllərinə qə-
dər müxtəlif dillərdə yazılmıĢ çoxsaylı ġərq və Qərb mənbələrində 
Həmədanla  Dərbənd  arasındakı  bütün  ərazi  (indiki  Ġran  Azərbay-
canı, Arran, Ġrəvan, Göyçə, Zəngəzur, Naxçıvan, Qarabağ, Muğan, 
ġirvan, Dərbənd, ġəki, Borçalı və s. tarixi mahallar və vilayətlər) 
Azərbaycan  adı  altında  tanınmıĢlar.  Belə  olan  təqdirdə  Arif  Hik-
mətin və Mahmud Kamalın tarixi Azərbaycan əraziləri olan ġəkini 
və  Qarabağı  Dağıstana  aid  etmələri  təəccüb  doğurur.  Görünür, 
Qafqazın  tarixi  coğrafiyasını  yaxĢı  bilməyən  və  yuxarıda  istinad 
etdiyimiz  tutarlı  mənbələrdən  xəbərsiz  olan  bu  müəlliflər  Azər-
baycanın  Arazdan  Ģimaldakı  ərazilərini  yanlıĢlıqla  Dağıstana  aid 
etmiĢ  və  sanki  Dağıstan  və  Qafqaz  anlayıĢlarını  eyniləĢdirməyə 
çalıĢmıĢlar. Halbuki bütün Qafqaz heç də Dağıstandan ibarət de-
yildir və Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi Azərbaycanın ta-
rixi  və  bugünkü  torpaqlarıdır.  Eyni  zamanda  bəzi  təzkirələrdə 
azərbaycanlıların  iranlı  kimi  göstərilməsi  ilə  də  razılaĢmaq 
çətindir. Buna görə də müasir tədqiqatçıların təzkirələrdən istifadə 
edərkən  oradakı  tarixi,  coğrafi  məlumatları  diqqətlə  nəzərdən 
keçirmələri lazımdır.  
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
69 
 
 
 
 
 
III FƏSİL 
 
 
AZƏRBAYCAN – TÜRKİYƏ MƏDƏNİ VƏ ƏDƏBİ 
ƏLAQƏLƏRİ 
 
 
3.1.  Təzkirəçilərə  görə  Azərbaycan  Ģairlərinin  Osmanlı 
ölkəsinə gəlmə səbəbləri 
 
3.2. Azərbaycanlıların Osmanlı mədəniyyətinə töhfəsi 
 
3.3. Osmanlı Ģairləri Azərbaycanda 
 
3.4.Azərbaycan klassikləri və Osmanlı ədəbiyyatı 
 
 
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
70 
 
 
 
 
Arifi. «ġahname-yi Al-i Osman»Topqapı Sarayı Muzeyi 1517 
Səfəvi dövlət elçisinin qəbulu 332 a

 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
71 
 
3.1. Təzkirəçilərə görə Azərbaycan şairlərinin Osmanlı 
ölkəsinə gəlmə səbəbləri 
 
Osmanlı təzkirələrində xatırlanan Azərbaycan Ģairlərinin de-
mək  olar  ki,  böyük  əksəriyyəti  Osmanlı  ölkəsinə  bu  və  ya  digər 
səbəblə  getmiĢ  azərbaycanlılardır.  Sözügedən  təzkirələri  araĢdır-
dıqda azərbaycanlı Ģairlərin siyasi hadisələr, maddi-sosial çətinlik-
lər,  təhsil  almaq  və  səyahət  etmək  məqsədilə  Osmanlı  ölkəsinə 
getmələri  məlum  olur.  Bundan  baĢqa,  təzkirəçilər  bəzi  Ģairlərin 
ata-babalarının Azərbaycandan bu ölkəyə gəlmələri haqqında bilgi 
verirlər. 
Azərbaycan Ģairlərinin Osmanlı ölkəsinə gəlmə səbəbini ay-
dınlaĢdırmaq üçün təzkirəçilərin Ģairlər haqqında verdiyi məlumat-
ları nəzərdən keçirək. 
Siyasi səbəblə gedənlər 
XVI  əsr  Ģairi  Bəsiri  elçi  olaraq  Osmanlı  ölkəsinə  gəlmiĢdir. 
Təzkirəçilər  onun  Uğurlu  oğlu  Məhəmməd  Mirzənin  xidmətində 
olduğunu, Uğurlu oğlu Əcəmə dönüb padĢah olunca mərhum Sul-
tan  Bayəzidə  elçi  olaraq  göndərildiyini  yazır.  Anadoluya  gəldiyi 
zaman Uğurlu oğlu bir hadisəyə məruz qalıb taxtdan endirildiyin-
dən  onun  geriyə  dönməsi  müyəssər  olmamıĢ  və  evlənərək  Ġstan-
bulda qalmıĢdır. 
EyĢinin atası din xadimi olmuĢdur. Siyasi səbəblər üzündən 
Səfəvi  dövlətini  tərk  edib  Osmanlı  dövlətinə  sığınmıĢ  və  Sultan 
divanında katib təyin olunmuĢdur. 
Qınalızadə  Həsən  Çələbi  və  Əsrar  Dədə,  Əbdi  təxəllüslü 
Azərbaycan Ģairinin ġah Təhmasib zamanında sünni məzhəblərinə 
olan təsir səbəbiylə Anadoluya və ya Misirə getdiyini yazır. «Təh-
mas-i xənnas-i pür-vəsvas-i dəlalət-istinas zamanında din ü iman-
dan mübərra əhl-i təbərra ruz u Ģəb itməklə əhl-i sünnət ü camaata 
iftiraq düĢüb sine-yi pür-səkinələri dağ-i hicran və atəĢ-i mihən ü 
əhzan  ilə  ihtiraq  üzrə  olduqda  mərhum  dəxi  azim-i  diyar-i  Rum 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
72 
olub badəhu ġam-i Ģərəfəncam və Misr-i Qahirədə təvəttün ü mə-
qam itmiĢ idi». 
XVIII əsr Ģairi Feyzi ġamaxıda anadan olmuĢdur. Əcəmə el-
çi göndərilən Ġncili ÇavuĢ ilə birlikdə Ġstanbula gəlmiĢdir. Burada 
təhsil almıĢ, daha sonra müdərrislik etmiĢdir. 
Hakiminin siyasi səbəblər üzündən Diyarbəkrə gəldiyini təz-
kirəçilər  belə  təsvir  edirlər:  «Lakin  ġah  Ġsmayıl-i  ləin  ol  diyarı 
qəbze-yi iqtidarına gətirüb ol məmalikdə Zühhak-i ruzigar olmaq-
la  əhl-i  sünnət  ü  icmaün  ictimainə  iftiraq  düĢüb,  mah-i  asiman-i 
din ü iman ol bürc-i ali-məkanda rəhin-i mühaq və qərin-i ihtiraq 
olmağın əhalisi ətraf ü əknaf-ı diyara kakul-i dilbəran gibi pəriĢan 
ü tarumar olmıĢ idi». Hakimi bu səbəbdən «...səyahət ü müsafərət 
idərək, məmalik-i Ģərife-yi Osmaniyyəyə vasil, ələlxüsus qaide-yi 
Diyarbəkriyyə olan Qara Amidə» daxil olmuĢdur. 
Qəribi isə ġah Ġsmayıl tərəfindən Osmanlı ölkəsinə elçi gön-
dərilmiĢdir: «Sultan Səlim-i mərhum Əcəm səfərindən müqəddəm 
ġah Ġsmayıl tərəfindən risalətlə gəlüb». 
Məhəmməd Əmin ġah Təhmasib zamanında vəzir olan Mir-
zə bəy Sabiqin oğludur. Atasının ölümündən sonra çıxan siyasi sə-
bəblə məmləkətini tərk etmiĢ və Bağdada getmiĢdir.  Ġsgəndər Pa-
Ģanın  iltifatını  qazanmıĢdır.  ġah  Təhmasib  bunu  eĢitdikdə  malını 
yağmalatdırmıĢdır.  Bu  səbəbdən  Bəsrəyə,  daha  sonra  Hindistana 
gəlmiĢdir.  ġama  gələrək  ġam  dəftərdarı  ġeyx  Kamaldan  iltifat 
görmüĢdür.  Bundan  sonra  Ġstanbula  gəlmiĢ  və  Sultan  Bayəzid 
vəqfinə mütəvəlli təyin olunmuĢdur. 
Ağcaqoyunlu  boyundan  olan  Nəbati  təxəllüslü  hürufi  Ģair 
çox güman ki, əvvəllər Səfəvi Ģahlarına xidmət etmiĢ, Ģahın məd-
hinə  Ģeirlər  yazmıĢ,  daha  sonra  Osmanlı  tərəfinə  keçmiĢdi.  15  il 
macarlara  əsir  olmuĢdur.  Əsirlikdən  çıxdıqdan  sonra  Niğboluya 
gəlmiĢdir. 
Təzkirəçilər  Pənahinin  Osmanlı  ölkəsinə  gəlmə  səbəbi  haq-
qında  məlumat  verməyərək,  sadəcə  Sultan  Bayəzid  zamanında 
Təbrizdən  gəldiyini  yazırlar:  «Sultan  Bayəzid-i  mərhum  zama-
nında diyar-i Əcəmdən - Təbrizdən gəlüb Sultan Əhməd-i mərhum 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə