Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə87/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   83   84   85   86   87   88   89   90   ...   205

«çox  ə’la»  və  s.  kimi  sözlərdən  və  ya  bə’zi  modal  sözlərdən 

ibarət olur:

-  Uşaqlara nə olacaq.  Xortdan yeməyəcək  ki.

- Nə  ...  doğrudan da (5, s. 193).

Ola  bilər  ki,  cümlənin  digər  növləri  özündən  əvvəlki 

cümlələrlə  əlaqəli  olmasın,  lakin  söz-cümlə  özündən  əvvəlki 

cümlə  ilə  ayrılmaz  şəkildə  bağlıdır.  «...Oğuz  qrupu  türk 

dillərinin  hamısında  söz-cümlələr  özündən  əvvəlki  vahidin 

ümumi məzmununa aid  anlayış ifadə edir» (6, s.75).

Madam ki,  belədir,  özündən əvvəlki cümlənin cavabım 

tə’min  edən  bu  cümlələrin  «cavab  cümləsi»  adlandırılmağa 

haqqı  var.  Əgər  belə  cümlələri  aid  olduğu  mətndən 

uzaqlaşdırsaq,  onlar heç bir mə’na ifadə etməyəcək.

Söz-cümləni 

adlıq 

cümləyə 


bənzədənlər 

belə 


cümlələrdə  baş  üzvlərin  müəyyənləşdirilə  bilməməsini  əsas 

götürürlər.  «Mübtəda  və  ya  xəbərinin 

müəyyənləşdirilə 

bilməməsi  cəhətdən  bu  tip  söyləmlər  adlıq  cümlələrə 

bənzəyir»  (4).  Ona  qalsa,  belə  cümlələrin  ikinci  dərəcəli 

üzvlərini  də  müəyyənləşdirmək  olmur.  Bu  cəhətinə  görə,  o, 

üzvlənməyən cümlə hesab edilir.

Üzvlənməyən  cümlələr  mübtəda  və  xəbər  tərkibinə 

malik  olmayan,  üzvlərinə  ayrılmayan,  özündən  əvvəlki 

cümlənin  təsdiq,  inkar,  habelə  modal  -cavab  vasitələri  kimi 

çıxış edən vahidlərdən ibarətdir» (6).

Beləliklə,  təsdiq,  inkar,  emosionallıq  (təəccüb,  təəssüf, 

sevinc,  qəzəb  və  s.)  və  sual  məqamlarının  hamısında  «söz- 

cümlə»  -  cavab  məqsədi  ilə  işlənir.  Deməli,  məqsədinə  görə 

belə  cümlələr  cavab  cümləsidir.  Belə  cümlələr  nitqdə  böyük 

əhəmiyyətə  malikdir.  Cavab-cümlələr  nitqin  ağırlaşmasının 

qarşısını 

alaraq, 


dinləyicilərin 

diqqətini 

cəlb 

edərək, 


emosionallıq yaradaraq nitqə gözəllik gətirir.

Dilin  kommunikativ  funksiyası  cümlələr  vasitəsi  ilə 

reallaşır  və  cavab  cümlələri  də  belə  bir  funksiyanı  yerinə 

yetirir. 

Onlar  predikativlik 

xüsusiyyətinə 

malikdir.

«Təktərkibli  cümlələrdə  də,  hətta  üvzlənməyən  cümlələrdə  də 

predikativlik  və  predikativ  münasibət  olur,  lakin  onlar  belə



cümlələrdə  cüttərkibli  cümlələrdəki  qədər  aydın  təzahür 

etmir»  (4,  s.78).  Predikativlik  xəbərlik 

məzmununa  malik 

olmaq  deməkdir  və  cavab-cümlələrdə  o,  cümləni  təşkil  edən 

dil  vahidinin  semantikasında  ifadə  olunur.  «Predikativlik  elə 

bir  kateqoriyadır  ki,  o,  cümləni  qeyri-kommunikativ 

vahidlərdən  (sözlərdən,  söz birləşmələrindən)  fərqləndirir»  (4, 

s.79).  Predikativlik  nitq  prosesində  yaranır.  Cavab  cümləsi 

predikativlik nəticəsində cümlə olur.

Hər  hansı  bir  fikri  təsdiq  və  ya  inkar  etmək 

predikativlik  deməkdir.  Cavab  cümləsində  predikativlik 

məntiqi  kateqoriya  kimi  özünü  göstərir.  Predikativlik 

cümlənin əsasıdır,  bu əsas cavab cümləsində bir sözdə təzahür 

edir.  «...  Xəbərlik...  cümlənin  məzmununun  gerçəkliyə 

münasibətidir.  Düzdür,  müəyyən  cümlələrdə  xəbər  bu 

münasibətin  əmələ  gəlməsində  mühüm  bir  amil  kimi  çıxış 

edir,  ancaq  bir  qrup  cümlələrdə  (məsələn,  adlıq  cümlə,  söz- 

cümlədə)  xəbər  olmadığı  halda  xəbərlik  vardır.  Belə 

cümlələrdə  müəyyən  sözlər  mətn  və  intonasiya  vasitəsilə 

xəbərlik (predikativlik) münasibətini ifadə edə bilir»(3,  s.15).

Çağdaş  Azərbaycan  dilində  müstəqil  xəbərlərdən 

başqa,  predikativ  sözlər  də  var.  Məsələn,  cavab  cümləsini 

ifadə 

edən 


sözlər 

predikativdir, 

lakin 

onlar 


«var» 

predikativinə  nisbətən  nisbi  predikativdir.  Belə  ki,  onların 

predikativliyi özündən  əvvəlki cümlə ilə az və ya çox dərəcədə 

bağlıdır.

Cavab  cümləsində  ədat  və  modal  sözlər  predikativ 

olaraq  cümlənin  əsasını  təşkil  edir.  Dilimizdə  bir  neçə 

funksiyada  işlənən sözlər çoxdur.  Ədatlar və modal  sözlər  də 

hər  hansı  bir  cümlədən  ayrıldıqda,  yəni  tək  işləndikdə  bütöv 

bir cümləni əvəz edir və  predikativ  olur.  Belə  olduqda,  onları 

artıq  «ədat»  adlandırmaq  düzgün  deyil,  belə  məqamlarda 

onlar cavab cümləsidir, predikativdir.

Dildə  hər  bir  sözü  predikativ  adlandırmaq  düzgün 

deyil.  Predikativlik 

cümlənin  mayası  deməkdir.  Xəbərlik 

şəkilçisi  qəbul  etmiş  sözlər  cümlədə  «xəbər»  adlanır.  Lakin 

cümlədə elə  sözlər olur ki,  onlar şəxs və xəbər şəkilçiləri  qəbul

265



edə  bilmir,  lakin  xəbərlik  məzmunu  ifadə  edir.  Belə  sözlər 

«predikativ»  adlanır.  Dildəki  ədal:  və  modal  sözlərin  hamısı 

deyil,  yalnız  özündən  əvvəlki  cümlənin  davamı  və  cavabı 

olaraq  çıxış  edən  sözlər  predikativ  olur.  Bəzi  əsərlərdə 

(məsələn, 

Ə.Z.Abdullayevin 

«Predikativlər 

haqqında» 

Azərbaycan  dili  məsələləri,  Bakı,  «Bakı  Universiteti»,  1992, 

s. 185)  «deyil»  inkar  sözü  ədat  hesab  olunur.  Lakin  o,  ədat 

yox, «dır4» şəkilçisinin inkarı  olaraq işlənir.  Məsələn:

Bu kitabdır.  Bu kitab deyil.

Belə  cümlələrdə  «deyil»  sözü  «dır4»  şəkilçisinin  inkarı 

olduğundan  tək  işlənmir  və  özündən  əvvəlki  sözlə  birlikdə 

xəbər olur.

Cavab  cümlələrində  xəbər  və  mübtədadan  və  ya  digər 

cümlə  üzvlərindən  danışmağa  dəyməz,  çünki  onlar  maddi 

baxımdan  var  olmadıqları  üçün  buna  ehtiyac  yoxdur.  Belə 

cümlələr  semantik  baxımdan  cümlə  və  predikativdir.  Belə 

cümlələr  predikativ  olaraq  məntiqi  baxmıdan  özündən 

əvvəlki  cümlənin  cavabı  olur  və  beləliklə,  onların  «cavab 

cümləsi» adlandırılması daha düzgündür.



Ədəbiyyat:

1.  Müasir Azərbaycan dili (Sintaksis),  Bakı, Azərtədrisnəşr,  1962

2.  Ə.Z.Abdullayev,  Y.M.Seyidov,  A.Q.Həsənov  -   Müasir 

Azərbaycan dili, Bakı, «Maarif»,  1985

3.  Müasir Azərbaycan dili,  Bakı.  «Elm»,  1981

4.  Q.Ş.Kazımov -  Müasir Azərbaycan dili,  Bakı, «Ünsiyyət»  2000 

5 .1.Əfəndiyev- Seçilmiş əsərləri, Bakı, Azərnəşr,  1971

6.  Oğuz  qrupu  türk  dillərinin  müqayisəli  qrammatikası.  Щ  hissə 

Bakı, BSU, 2002



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə