vermişdir. Eyni sözləri 1992-2000-ci illərdə fəaliyyət göstərən
və qızıl hasil etməyən Qızıl şirkətinə də şamil etmək olar.
Tərtib olunmuş xəritələrə əsaslanaraq Naxçıvan MR
ərazisində iri həcmli 4 mis-molibden porfır, mis-kobalt, qızıl-
polimetal (orta və kiçik həcmli) yataqlarının, yeraltı su
mənbələrinin, neft yataqlarının aşkar edilməsi imkanları
böyükdür. Bunun üçün yüksək ixtisaslı mütəxəssislərə
ehtiyacla yanaşı, metodiki baxımdan, geoloji fəaliyyətin təşkili
mühüm əhəmiyyət kəsb edir.
• •
Oncə aparılmış
neft axtarışının
nəticələri şərh
olunmuşdur. Naxçıvan mul dasmda qazılmış quyular bitumlu
perm və karbon yaşlı əhəngdaşlarını açmamışlar. Bitum
əhəngdaşları ilə təmasda olan neoqen və təbaşir yaşlı
maqmatogen süxurlarda da müşahidə olunmuşdur. Neft
yataqlarının axtarışında bitumun əsas kriteriya olması
bəllidir. Bununla yanaşı neftin, filizin və həmçinin yeraltı
suların toplanmasında litoloji və struktur faktorlar mühüm
rol oynayırlar. Öncə Nax. MR ərazisində aparılmış geoloji-
kəşfiyyat və axtarış fəaliyyətinin uğursuzluğunun əsas
səbəbləri qeyd olunmuş faktorlara əhəmiyyət verilməməsi,
tərtib olunmuş geoloji xəritələrin natura ilə uyğunlaşmaması,
yataqların morfologiyasına, genezisinə lazımi
diqqətin
verilməməsi və mütəxəssislərin səriştəsizliyi olmuşdur.
Qeyd etdik ki, Naxçıvan MR ərazisində geoloji
quruluşları fərqli iki blok: Arazboyu və Dərələyəz-Zəngəzur
mövcuddur. Bu blokları ayıran 2 və 5 saylı dərinlik
qırılmalarının amplitudaları 1400 metrdir. Bu səbəbdən
qırılma zonasında alt eosenin rifeqen əhəngdaşları, alt
miosenin tufoqen çöküntülərilə təmasdadırlar. Bu baxımdan
quyular Dərələyəz-Zəngəzur blokunda qazılsaydılar 1,5-4 km
dərinlikdə bitumlu turun-altkonyak, perm və karbon yaşlı
əhəngdahlarmı aşkarlamaq olardı.
Təbaşir və neogen yaşlı maqmatogen süxurlarda
bitumun təzahürü Abşeronda və Naxçıvan MR ərazisində
neoqendə təzahür etməsinə dəlalət edir. Bu səbəbdən bitum,
533
həmçinin neft və qaz axtarışı bütün stratiqrafik bölgülərdə,
qeyd olunmıış faktorlar əsasında ilk növbədə aparılmalıdır.
Neft əmələ gəldiyi dövrdə paleozoy çöküntülərinin yer
səthinə çıxışları olduğundan, neft-qaz axtarışı Qarabağlar-
Qıvraq xəttindən şərqdə aparılmalıdır. Bu halda üstünlük
Dərələyəz-Zəngəzuı* blokuna verilməlidir.
Neft axtarışı üzrə təkliflər aşağıdakılardır:
1. Hər iki qeyd olunmuş bloklarda bi tum və perspektivli
strukur axtarışları davam etdirməklə, tərtib olunmuş
xəritələrə lazımi düzəliş də edilməlidir.
2. Bitumlu əhəngdaşlarından və maqrnatogen süxurlardan
bitum hasil edib labaratoriya şəraitində öyrənilməlidir.
3. Tərtib olunmuş strariqrafık sütunda əks olunmuş lay
dəstələrinin kollektorluq xüsusiyyətləri və bitumluğu
öyrənilməlidir.
4. Bitumlu perm və karbon əhəngdaşlarını açıq öyrənmək
məqsədilə 2 saylı quyu bərpa edilib, dərinliyi 2180 m dən
3000-3500 metrə qədər dərinləşdirilməlidir. Müsbət nəticə
əldə
etdikdən
sonra,
Qarabağlar-Qıvraq
kəndləri
arasında, 2 saylı quyudan 3 km qərbdə dərinliyi 4 km olan
yeni quyu qazılmalıdır.
5. Bitumlu qatı ahkarlamaq məqsədilə I Naxçıvan saylı
Nehrəm quyusu 5500 metrə qədər dərinləşdirilməlidir. Bu
halda quyudan su da hasil etmək olar.
6. Dərələyəz-Zəngəzur blokunda iki sturuktur zoloq aşkar
edilmişdir. Bu zolaqlar dərinlik qırılması sayəsində
bölünmüş vahid zolağın hissələri olmaqla bərabər, geoloji
quruluşları da eynidir. Qarabağlar-İlandağ istiqamətində
yerləşən zolağın uzunluğu 53 km-dir. Zolaqda 7 qalxma 6
çökəkliklə əvəz edilir. Çıxıntıların uzunluğu 2-10 km-dir.
yer səthində onların mərkəzində təbaşirin maastrixt
çöküntüləri yerləşirlər. XII-XII və ХН1-ХШ saylı
kəsilişlərdə
perm-karbonun
bitumlu
əhəngdaşlarını
kəsmək üçün qazılası quyularm, müvafiq olaraq, dərinliyi
1,5-2,5 km və 4 km olmalıdır.
534
7. ikinci zolaq Qızılca kəndindən-Aza kəndinə qədər ıızanır.
Zolağın uzunluğu 30 km-dır. Bu zolaqda uzunluqları 2-5
km (yer səthində) olan 5 qalxma qeyd olunub, onlarında
nüvəsində maastrixt çöküntüləri yerləşirlər.
Bu
sahədə
axtarış
( 1967-ci
il)
B.məmmədov
öz
hesabatında zolağın neft üçün perspektiv olmasını qeydi
etmişdir.
1913-cü ildə çap olunmuş 1:1600000 miqyaslı Qafqazın
faydalı qazıntıları xəritəsində Naxçıvan MR ərazisində,
Abşeronda olduğu kimi, 2 neft yatağı göstərilmişdir.
Qeyd etdiyimiz Bitumlu sturukturlar Nehrəm kəndindən
Təbrizə qədər uzanır. Bu zonada da perm əhəngdaşları
bitumludur. Kilit kəndi ərazisində Dokembiri yaşl
süxurlarda:- 10%-li kvars, 55% əhəngdaşı və 35%-li
bitumdan ibarətdir. Dokembiri yaşlı bitumlu əhəngdaşları
İran qaradağmda da geniş yayılmışdır. Əməkdaşlıq
•
•
etdiyim Almaniyanın Injineriyen Industrin şirkətinin
menejeri fevralın 15-də mənə zəng vuraraq bildirmişdi ki,
qeyd etdiyim İran ərazisində 1 quyu qazılmış və neft aşkar
olunmuşdur. O ərazidə su çıxışlarının neft iysi verməsini
bildirdim.
M A L İ K Ə J D Ə R İ B R A H İ M O V
N a x ç ıv a n D ö v lə t U n iv e rsite ti
DAR11DAĞ MİNERAL SUYUNUN ÜRƏK-DAMAR
XƏSTƏLİKLƏRİNDƏ MÜALİCƏYİ ƏHƏMİYYƏTİ
Darıdağ mərgümüşlü mineral suyun tərkibindəki
mərgümüş və qələvinin əlverişli sürətdə birləşməsi hesabına,
bütün dünyada qiymətli fıziki-kimyəvi xassəyə malik olan
sular qrupuna aiddir. Akademik A.Qarayevin təbirincə
desək, təbiət DMMS-nun komponent tərkibini elə dəqiq
hesablama ilə tərtib etmişdir ki,
bunun adi
halda
hazırlanması bəlkə də mümkün olmazdı.
535
Dostları ilə paylaş: |