Onların bu tip həlledicilərdəki məhlulları açıq havada
asanlıqla oksidləşir, birbaşa günəş şüaları altında isə tam
dekarbonilləşməyə məruz qalırlar. Termoqrafık tədqiqatlara
əsasən məlum olmuşdur ki, bir nüvəli klasterlər 200°S-dən
yuxarı temperaturda dekarboııilləşərək tam parçalanmaya
məruz qalırlar.
Beləliklə, aparılmış tədqiqatlar nəticəsində Ağdərə
polimetallik
konsentrantmdan
istifadə etməklə sənaye
əhəmiyyətli sintez-qaz prosesləri üçün katalitik sistemlərin
yaradılmasında Mo-tərkibli klaster birləşmələri əsas xammal
bazası rolunu oynaya bilər.
Ə d ə b i y y a t :
1. Усятинский А.Я., Махмудов Ш.M., Сулейманов Г.З., Белецкая
И.П. Изд. РАН., сер. хим., 1993, №3, с.586
2. Mahmudov Ş.M. Kimya roblerr ləri jurnalı, 2003, №3.
3. Хартли Ф. Закрепленные металлокомплексы - новое поколение
катализаторов. М., Мир, 1989, с. 360
4. Методы элементоорганической химии, Подгруппы хрома,
молибдена и вольфрома. Под.ред. А.Н. Несмеянова, К.А.
Кочеткова. П-ая книга. М., Наука, 1974, с.874
5. Басоло Ф., Пирсон Р. Механизмы неорганических реакций. М.,
Мир, 1971,с.592
6. Губин С.П., Микова Н.М., Цыбенов М.П., Лопатин В.Е.
Координ. Химия, 1984, Т.10, вып.5, с.625
M Ə M M Ə D A Ğ A S f Y E V
A M E A N a x ç ıv a n B ö lm ə s i
T ə b ii E h tiy a tla r İ n s titu tu
NAXÇIVAN MR ƏRAZİSİNDƏ NEFT TƏZAHÜRLƏRİ
Naxçıvan Dövlət Arxivində əldə edilmiş 6 səhifəlik
yazışmaya əsasən 1868-ci itidə Pirdoudan (indiki Qaçaran)
irihəcimli mis-molibden mədəninin iş icraçısı Yakimidi
Ordubad
qəzasının
Urumisçay
hövzəsinin
Yağıldərə
527
sahəsində «aşkar etdiyi neft yatağının» kəşfiyyatı və istismarı
məqsədilə Yerevaıı qubernatorundan və Qafqaz canişini
Vorensov-Daşkovdan lisenziya istəmişdir. Bu məlumatı
Ordubad rayonunun Üstüpü kəndinin qocaman sakinləri də
təsdiqləmişlər.
Tiflis arxivindən əldə edilmiş 7 səhifəlik yazıda və
İvanovun 1902-ci ildə tərtib etdiyi 1:100000 miqyaslı geoloji
xəritədə bu regionun faydalı qazıntıları öz əksini tapmış və
yazıda yataqların filiz ehtiyatı, metalların faiz miqdarı və
onların istismar rentabelliyi, yataqların yer səthində çıxışları
əsasında hesablanmışdır. Yazıda həmçinin müşahidə etdikləri
suların yağlılığı və neft iysi verməsi qeyd olunmuşdur.
Müəllifi çarın canişini Semyonov və amerikalı geoloq
olmuşdur. Yazı II Nikolaya təqdim edilmişdir. Geoloqlar
İvanov və Korjevski 1902-ci ildə filiz yataqlarınım istismarı
məqsədilə Qaradağı arendaya götürmüş (70 il müddətinə-
1902-1972- ci illər) və bu məqsədlə də II Nikolay Culfa-
Mincivan dəmiryolunun çəkilməsinə 1914-cü ildə rəvac
vermişdir. Yolun Qərçivandan- Qaradağa çəkilişinə nəzərdə
tutulmuşdur. Yolun iş icraçısı bu yazının müəllifinin babası
Hacı Rzaqulu və atası Əbülqasım Ağasiyevlər olmuşlar.
Yolun döşəməsi 1914-1917-ci illərdə tam hazırlanmış, relsləri
isə 1940-1941 -ci illərdə qoyulmuşdur. Layihədə istifadə edilən
kitablar Ağasiyevlər ailəsindədir.
Əldə edilmiş, geoloji fond və mətbuatda dərc edilmiş,
həmçinin səxsən topladığımız geolojf. geofiziki, geokimyəvi
və qazılmış quyuların geoloji materiallarına əsaslanaraq və bu
məlumatları ərazidəki yertəki çıxışları ilə müqayisələn-
dirilərək, Naxçıvan MR və həmsərhəd sahələrin 1: 50000
miqyasda geoloji xəritəsi tərtib olunmuşdur. Bununla yanaşı
yertəkinin dərinliklərini əks etdirən 1:50000 miqyasda 16
kəsiliş, 3 litoloji-stratiqrafık sutun, xəritənin oxunması üçün
göstərici,
yataqların
irimiqyaslı
xəritələri
də
tərtib
olunmuşdur. 1: 50000 miqyaslı xəritənin uzunluğu 2.5 m və
eni 1,5 m-dir. Dəqiqliyinə xələl gətirmədən, bu xəritə
1:200000
miqyasa
çevrilmiş
və
geoloji
məlumatları
528
genişləndirmək məqsədilə ona Dərələyəz-Zəngəzur, Zəngilan-
Qafan əraziləridə vacib hesab edilərək əlavə edilmişdir, belə
ki, bu ərazidə istismara cəlb edilmiş 2 damar tipli və 7-i
kvars-molibdeni yatağı, 4 mis molibden porfir, 2 qızıl, 1
kiılçədan- mis kabalt yatağı aşkar edilmişdir. 2 damar tipli
kvars-molibden
yatağı
1952-91 -ci
illərdə
istismarda
olmuşdur.
Tərtib olunmuş xəritələrin hər ikisində bütüm
təzahürləri, yeraltı su mənbələri yerləşən sahələr, mineral su
çıxışları, filiz və qeyri filiz yataqları və təzahürləri, kəsiliş
xətləri, əsas dərinlik qırılmaları və s. öz əksini tapmışdır.
Xəritələri tərtib edərkən Şərur rayanunda çıxışları olan
perm və karbon yaslı əhəngdaşlarıııda üst təbaşirin turon və
konyak, kilit və kotam kəndləri ərazisiinin əhəngdaşlarıııda
(turon alt-konyak və dokcmbri) zəngin bitum aşkar
edilmişdir. Arpaçayda bitumlu əhəngdaşlarınm qalınlığı 704-
884 metrdir. Onun 50-57 metri karbon yaşlı əhəngdaşlarınm
payına düşür. Arpaçay ərazisiinin bitumlu əhəngdaşlarıııda 6
lay dəstəsi ayrılmışdır. Onlardan 5-i pernıdə, 1-i isə karbonda
yerləşir. Onların qalınlığı 10 metrdən 271 metrə qədərdir. Bu
lay dəstələrinin daxilində kiçik təbəqəli nisbətən zəngin
bitumvardıı*. Əhəngdaşları tünd qara rənglidirlər və nisbən
mərmərləşiblər. Orada karyerdə vardır. Kəsilmiş qara
mərməri günün altında bir müddət saxladıqda, onun ağardığı
da müşahidə olunmuşdur. Bitum buxarlanır və yanır.
Xalaç kəndindəki karyeıin yaxınlığında aşkarladığımız
əsas tuflar (vulkan mənşəli) neogen yaşıldırlar. Bu tuflar və
onların effuziv analoqları Vedi-Ordubad dərinlik qırılması
(xəritədə 2N saylı) boyu geniş yayılmışdırlar. Bu baxımdan
bitum təzahürünü neogendə də guman olunur, bu isə
bütövlükdə geolojisütunun bütün kəsilişlərində bitum-neft
axtarışına imkanlar yaradır.
_ • .
Xalaç kəndində aşkarladığımız tuflar iran ərazisində
də perm və trias çöküntülərinin üstündə yatırlar. Bu
süxurlarda bitum geniş yayılmışdır.
529
Dostları ilə paylaş: |