Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə181/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   177   178   179   180   181   182   183   184   ...   205

yarımsəhra  bitkilərində  biokütlənin  90  %-i  kök

sistemini təşkil edir.



-  Hidrogeoloji  şəraitin  dəyişməsi. 

«Araz  su  qovşağı»  su 

anbarının  tikintisi  və  icarəyə  verilmiş  torpaqların 

suvarılması  nəticəsində  qrunt  suyunun  səviyyəsinin 

qalxması  və  şorlaşma  nəticəsində  bəzi  halofil  olmayan 

bit kilərin məhvi

Sel.  Tez-tez  baş  verən  sellər  nəticəsində  torpaq 

eroziyasının  güclənməsi,  bitki  areallarının  prolüvial 

çöküntülərlə örtülməsi

-  Elyuvi. 

Ərazidə  baş  verən  aktiv 

fiziki 

aşınma 


məhsullarının,  xüsusi  ilə  gil  və  duzlardan 

ibarət 


çöküntü  qatının  bitkilərə  mənfi təsiri

Göründüyü kimi,  Orta Araz təbii vilayətində düzənlik 

landşaftın səhralaşması ekoloji gərginlik yaradan 

amillərdən birinə  çevrilmişdir.  Problemin həlli üçün  planlı 

şəkildə  1977-ci ildə  qəbul olunmuş  «Səhralaşmaya Qarşı 

Mübarizə»  Beynəlxalq  sazişin  müddəalarına uyğun olaraq 

fundamental  elmi  tədqiqat işlərinin aparılması, 

səhralaşmaya qarşı mübarizə tədbirlərinin  hazırlanması və 

həyata keçirilməsi zəruridir.

Ə d ə b i y y a t :

1.  Budaqov  B.Ə.,  Bababəyli  N.S.  Arazboyunda  səhra  landşaftı. 

Kiçik  biznes  və  sahibkarplıq  fəaliyyətinin  inkişaf problemləri. 

Məqalələr toplusu.  Bakı, 2004, s.9-14

2.  Qurbanov  Ə.K.,  Babayev  N.S.,  Iskəndərova  H.Z.,  Əliyev  S.Ə.

Naxçıvan  MSSR-də 

suvarma  eroziyası  və  onlara  qarşı

mübarizə tədbirləri.  Naxçıvan Sahələrarası  Ərazi  Elmi-Texniki 

İnformasiya Mərkəzi. № 24- 89, 3 s.

3.  Qəribov  Y.Ə.  Təbii  landşaftların  antropogen  yüklənməsinə

görə 


qruplaşdırılması. 

Azərbaycan 

landşaftının 

və 


geomorfologiyasının 

problemləri.  Azərbaycan  coğrafiya

cəmiyyətinin əsərləri, VI cild.  Bakı,  1999, s.  33-40

4.  Daşdıyev 

R.H. 

Azərbaycanın 



dağlıq 

landşaftlarında 

səhralaşma prosesi. Azərbaycanda səhralaşma problemləri. Ak.

552



f

B.Ə.Budaqovun  75  illiyinə  həsr  olunmuş 

Elmi-praktik 

konfransın materialları.  Bakı, 2003, s. 78-80

5.  Babayev  S.Y.  Naxçıvan  Mux'.ar  Respublikasının  coğrafiyası. 

Bakı,  1999, 226 s.

6.  Talıbov  T.H.  Naxçıvan  MR-nın  flora  biomüxtəlifliyi  və  onun 

nadir növlərinin qorunması.  Bakı, 2001,  191  s.



Ə L İ   Q U R B A N O V

N a x ç ıv a n   D ö v lə t  U n iv e rsite ti

NAXÇIVAN  MR  ƏRAZİSİNDƏ  AQROİRRİQASİYA

EROZİYASI

%

Naxçıvan  MR  Cənubi  Qafqazda  suvarmaya  ən  çox 



təlabatı  olan 

regiondur.  Muxtar  Respublikada  torpağın 

münbitliyini  artırmaq  və  onun  sıradan  çıxmasının  qarşısını 

almaq  məqsədilə  Araz,  Arpaçay  və  Vayxıı*  su  anbarlarının 

tikintisindən  sonra 

Ara


2

:boyu  düzənlikdə  qrunt  sularının 

səviyyəsini  aşağı  salmaq  məqsədilə  Şərur,  Babək,  Kəngərli 

rayonları  ərazisində  12,0  min  hektar  sahədə  kollektor  və 

drenaj şəbəkəsi yaradılmışdır.

Muxtar  Respublikada  fəaliyyət  göstərən  kollektor  və 

drenlərin  yarıdan  çoxu  öz  fəaliyyətini  çoxdan  itirmiş,  daş  və 

torpaqla  dolmuşdur.  Belə  bir  vəziyyət  torpağın  münbitliyinə 

böyük təsir göstərir və şorlaşmaya səbəb olur.

Su  mənbələri  ətrafında  əkilmiş  əkin  sahələrində 

suvarma  zamanı  artıq  su  götürülür  ki,  bunun  da  nəticəsində 

su  torpağın  məsamələrinə  hopmamış,  sahədən  payın  suları 

şəklində  çıxır.  Beləliklə,  əkin  sahələrində  suvarma-irriqasiya 

eroziyası -  səthi  eroziya yaranır.  Payın  adı  ilə  axan  su  özü  ilə 

torpağın  münbitliyini  aparır.  Bu  baxımsızlıq  üzündən  həm 

torpağın  münbit  qatı  yuyulur,  həm  də  digər  sahədə  suyun 

çatışmamasma  səbəb  olur  və  suyun  axıdıldığı  yerdə  torpaq 

eroziyasına  səbəb  olur.  Belə  bir  vəziyyətin  dövrü  təkrarı 

nəticəsində  eroziyaya  məruz  çalmış  ərazidə  qobular  əmələ 

gəlir  və  bunlar  eroziya  bazisinin  dərinləşməsi  nəticəsində

553



böyüyərək  geniş  ərazini  əhatə  edir.  Eyni  zamanda,  bitki 

örtüyündən  məhrum  olmuş  belə  sahələrdə  digər  eroziya 

növləri də öz təsirini göstərir.

Arazboyu  düzənlikdə,  xüsusən  Şərur  və  Naxçıvan 

düzənliklərində 

olan 


açıq 

kollektorların 

kənarlarında 

irriqasiya  erziyası  çox  geniş  ərazidə  özünü  göstərir.  Çünki 

burada  olan  kollektorların  əksər  hissəsi  əkin  sahələrinin 

ortasından  Araz  çayına  qədər  uzanır.  Böyük  miqyaslı 

xəritələrdə  aparılan  hesablamadan  məlum  olmuşdur  ki,  son 

illərdə 


Babək, 

Kəngərli  və 

Şərur 

rayonlarının  əkin 



torpaqlarında  30  hektardan  artıq  güclü  eroziyaya  məruz 

qalmışd:r.  Aparılan  hesablamadan  belə  nəticəyə  gəlmişik  ki, 

həmin  rayonlarda  355  hektar  əkin  sahəsində  orta  və  zəif 

dərəcədə  irriqasiya  eroziyası  əmələ  gəlmişdir.  Belə  bir eroziya 

əgər  bir  neçə  il  davam  edərsə,  qobu  və  yarğan  şəbəkəsinin 

sahəsi genişlənə bilər.

Arazboyu  düzənlikdə  meyilliyi  çox  olan  sahələrdə 

suvarma  düzgün  aparılmadığından 

suvarma-irriqasiya 

eroziyası  torpağı  daha  şiddətli  yuyur.  Əkin  sahələrinin 

yuyulması  zamanı,  humus  qatında  bitkinin  inkişafı  üçün 

lazım  olan 

azot,  fosfor,  kalium  və  üzvi  maddələr  səthi 

eroziya  nəticəsində  itib  gedir.  Eroziyaya  uğramış  torpaqlarda 

münbitliyin  azalması  nəticəsində  kənd  təsərrüfat  bitkilərinin 

məhsuldarlığı 

1,5-2,0  dəfə 

aşağı  düşür.  Torpağı 

yuyulmadan  qoruyub  saxlamaq  yolu  ilə 

kənd  təsərrüfatı 

bitkilərinin  üzvi  və  mineral  gübrələrə  olan  ehtiyacını  xeyli 

azaltmaq  mümkündür.  Hazırda  təsərrüfatlarda  torpaqdan 

istifadə  qaydalarının  pozulması,  dik  yamacların  eroziyaya 

qarşı mübarizə  tədbirləri  nəzərə alınmadan  şumlanması  aqro- 

irriqasiya 

eroziyasının  yaranmasına  səbəb  olur.  Bu 

qaydaların  pozulması  Şərur  və  Babək  rayonlarında  daha 

acınacaqlı  vəziyyət  yaradır.  Həmin  rayonlarda  kollektorların 

eni  bəzi  yerlərdə  15-20  metrə  çatır.  Kollektorların  orta 

genişlənməsini  10-15  metr  nəzərə  alsaq  məlum  olacaq  ki, 

diqqətsizlik  üzündən  əkin  üçün  yararlı  olan  neçə  hektarla 

sahə  həmişəlik  sıradan  çıxır.  Sonra  bu  cür  eroziyaya  məruz

554



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə