Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə180/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   176   177   178   179   180   181   182   183   ...   205

Səhralaşmanın  dinamikasına  təsir  edən  təbii  amillər 

arasında  ərazinin  kontinentallıq  dərəcəsi  xüsusi  yer  tutur  və 

Muxtar  Respublika  bu  göstəricisinə  görə  yalnız  Orta  Asiya 

və  İran  yaylasının  daxili  səhraları  ilə  müqayisə  ecilə  bilər. 

Belə  ki,  yağıntıların  orta  illik  miqdarı  Qızılqum  səhrasında 

210  mm,  iyulun  orta  aylıq  temperaturu  26-29°  C. 

Dəşti 

Kəvirdə  müvafiq  olaraq  247  mm  və  30-32°  C  təşkil  etdiyi 



halda,  Arazboyunda  bu  kəmiyyət  (Culfa)  215  mm  və  29°  C- 

dir.  (1 ,s. 13)  Göstərilən  ərazilərin  hamısı  üçün  yarımsəhra- 

səhra  bitkiləri,  boz  torpaqlar,  aşağı  rütubətlənmə 

əmsalı 


səciyyəvidir.

İsti  dövrdə  baş  verən  quraqlıq  zamanı  quruntun  üst 

təbəqəsi  rütubətini  tamamilə  itirmiş  olur  və  nəticədə  bitki 

örtüyü  quruyur,  bəzi  növlər  isə 

yağmtılı  dövrə 

qədər 


konservasiya  olunur.  Yağmtılı  dövrdə  müvəqqəti  səthi 

axarlar  su  eroziyasını  gücləndirir,  bu  ekosistemə  kompleks 

təsir  göstərməklə  torpağın  humuslu  qatının  yuyulmasına, 

biosenozun 

azalmasına, 

qrunt 


suyunun 

səviyyəsinin 

yenməsinə,  bəzi 

fauna  növlərinin  miqrasiyasına  və  ya 

məhvinə  səbəb  olur.  Antropogen  amillər,  xüsusilə 

aktiv, 


plansız otarma  və  müvəqqəti əkinlər  prosesin  sürətlənməsinə 

şərait  yaradır.  Torpaqların  qısa  müddətli  icarəyə  verilməsi, 

suvarma-irriqasiya  sistemlərinin  müəyyən  qədər  dağılması 

torpağın 

uzunmüddətli 

kultivasiya 

imkanlarım

məhdudlaşdırır.  Belə  ki,  şumlanmış, 

düzgün  və  vaxtında 

suvarılmayan,  istifadədən  çıxan  torpaqlarda  eroziya  daha 

sürətlə  getmiş,  həmin  sahələrdə  dərin  yarğanlar  əmələ 

gəlmişdir.  Tənənəm  maili  düzənliyində  yarğan  konuslarının 

şleyfləriniıı  stratiqrafık  analizi  son  20  ildə  eroziyanın  ən 

aktiv mərhələyə çatdığını isbat etməkdədir.

Antropogen  təsirlə  səhralaşmanın  inkişafı  bütün 

yüksəklik  landşaf  qurşaqlarını  əhatə  etməkdədir.  Qarauşun 

qərb  yamaclarında  formalaşan  seyrək  meşə  odun  tədarükü 

məqsədi  ilə  tamamilə  məhv  edilmiş,  Çalxanın  qərb,  şimal  və 

şimal  qərb  ekspozisiyasında  vaxtı  ilə  sıx  areal  yaradan 

badam,  yemişan  ağaclarının,  itburnu  kolluqlarının  tək-tək

549



nümunələri  qalmışdır.  Nəticə  etibarı  ilə  ətraf  bulaqların  ək­

səriyyətinin debiti aşağı düşmüş və  ya qurumuşdur.  Qarauşun 

Buğa çeşmə  dərəsində  diqqətimizi  cəlb  edən  köhnə  dəyirman 

yeri  və  dəyirman  daşı  burada  vaxtı  ilə  dəyirmanı  işlədə 

biləcək  miqdarda  suyun  axdığını  sübut  etməkdədir.  Susuz 

Lizbirt  kəndinin  xarabalıqları  arasında  bulaq  təknələri,  bu 

gün  ağac  bitkilərindən  məhrum  Sarıdağda  vaxtilə  odun 

kömürü  hazırlanan  quyular da  bu regionun  yaxın  keçmişinin 

təbii şəraiti haqqında maraqlı məlumatlar verməkdədir.

Kəngərli 

düzündə 

travertin-daş 

karxanaları, 

cümlədən  terrikonlar,  Duzdağ  maili  düzənliyində  duz 



istehsalı  zamanı  ayrılan 

keyfiyyətsiz  duz  və  tullantı  gil 

qalıqları  səhralaşmanı  inkişaf  etdirən  antropogen  amillər 

arasına daxil edilməlidir.

Vaxtilə  Muxtar  Respublikanın  başlıca  qış  otlağı  olan 

Böyükdüzdə suvarılan əkin sahələrinin son bir neçə  il  ərzində 

sürətlə  genişlənməsi  burada  təbii  landşaftın 

arealının 

daralmasına səbəb  olmuş,  otarılma  hesabına  intensiv  inkişaf 

edən  səhralaşma  prosesi  dayanmış, 

kompleks  daxilində 

mədəni  landşaftla  yanaşı,  artıq 

rütubətlənmə  hesabına 

intrazonal  landşaft  arealları  ortaya  çıxmışdır.  Aqroirriqasiya 

tədbirləri  hidrogeoloji  şəraitin  dəyişməsinə  səbəb  olmuş, 

torpaqlarda  qələvilik  artmış,  təkrar  şoranlıqların  ayrı-ayrı 

ocaqları  meydana  gəlmişdir.  Qrunt  sularının  minerallaşma 

dərəcəsi  də  dəyişmiş  və  bu  proses  özünü  üç  formada 

göstərmişdir:  qrunt  suyunun  minerällaşması  artmış;  sabit 

qalmış;  azalmışdır. 

Bəzi  yerlərdə  həddən  artıq  suvarma 

duzların 

yuyulması  ilə  nəticələnmiş,  eyni  zamanda, 

Arazboyunda 

təxminən  35.5  hektar  ərazidə 

orta  və  zəif 

dərəcədə irriqasiya eroziyası əmələ gəlmişdir.  Y.Ə.Qəribovun 

fikrinə  görə,  Şərur  -   Ordubad  (orta  Arazboyu)  düzündə 

kəskin 

deqradasiya 



nəticəsində 

səhralaşma 

ocaqları 

yaranmışdır  (3,  s.37).  Bizim  fıkrimizcə,  bu  «ocaqlar»  artıq 

differensasiya  olunmuş  və  qurşağa  çevrilmişdir.  Yeri 

gəlmişkən,  R.H.Daşdıyevin  Naxçıvanda  1800-2000  metr

550



hündürlükdə 

«geniş 


səhralaşmış 

landşaft 

zolaqları»

yaranması iddiası əsassızdır (4, s.80).

Muxtar  Respublika  ərazisində  3300  ha  torpaq  sahəsi 

şoranlaşmaya  məruz  qalmış..  530  ha  sahə  isə  əkin 

dövriyyəsindən  çıxmışdır.  Baxımsızlıq,  qayğısızlıq  suvarma 

metodlarına  düzgün  riayət  olunmadığından  təkcə  Şərur 

rayonunda  600  ha  torpaq  sahəsi  şoranlaşmış,  Babək 

rayonunda isə 670  ha yenidən şoranlaşmaya məruz qalmışdır. 

Eyni zamanda,  Muxtar  Respublika ərazisində 4700-dən  artıq 

torpaq  sahəsində, su eroziya baş vermişdir (5, s. 166-167).

T.H.Talıbovun  fikrinə görə,  ərazidə  eroziya'fəaliyyəti­

nin  güclənməsinə,  eləcə  də  bitki  örtüyünün  və  onun  növ- 

müxtəlifliyinin  azalması  nəticəsində  səhralaşmanın  inkişafına 

normadan artıq  otarılma da təsir etməkdədir (6, s. 148).

Orta  Arazboyunurı  düzənlik  landşaftı 

kompleksi 

daxilində  səhralaşmanı  inkişaf  etdirən  təbii  və  antropogen 

amillər, əsasən, aşağıdakılardır:



-  Məskunlaşma. 

Sovetlər  hakimiyyəti  dövründə  yanlış 

olaraq  dağ kəndlərinin  düzənlik zonaya köçürülməsi  və 

Ermənistanın  Azərbaycana 

təcavüzü  ilə  əlaqədar 

əhalinin  məcburi  miqrasiyası  (Savxoz,  Böyükdiiz,  Yeni 

Kərki və s.  yayayış məntəqələri)

-  Otarılma. 

Qış  otlaqlarında  aparılan  intensiv  otarılma 

nəticəsində torpağın deqradasiyası

-  Şumlanma. 

Əhaliyə,  müvəqqəti 

icarəyə 

verilmiş 

torpaqların 

şumlanması 

və  fasiləli 

becərilməsi 

nəticəsində  səhra və yarımsəhra bitki örtüyünün məhvi

-  Daş  emalı. 

Kəngərli  düzündə  travertin-daş  emalı  ilə 

əlaqədar  əmələ  gələn  dərin  çökəkliklər,  karxana 

tullantılarından  yaranan  terrikonlar  və  karxanalara 

çəkilən çoxsaylı  torpaq yollar

-  Yanacaq təhcizatı. 

Blokada şəraitində yaşayan əhalinin 

yanacağa  olan  tələbatının 

ödənilməsi  məqsədi  ilə 

bitkilərin  qırılması və onların  kök sistemindən yanacaq 

kimi  istifadə.  Qeyd  etmək  lazımdır 

ki,  səhra  və

551



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə