lazımi qədər su ilə doya bilmir. Düzənliyi Arazboyu sahə
dən eni lkm olan sulu zolaq ayırır. Burada qruntun qida
lanması Araz çayı hesabınadır (1, s.322).
Şahtaxtından şərqə doğru ümumi codluğu norma
həddində olan yeraltı sular qədim allüvial çaqıllı daşlar
üzərində toplanmışdır. Bu ərazidə olan kəhrizlərdə su sərfi
13 1/s çatır. Suyun temperaturu 14°C olur. Arazboyu qur
şaqda yeraltı suların güzgü səthinin səviyyəsi sürətlə səthə
yaxınlaşır. Səbəbi qruntun həddən artıq sulu olması və
ərazinin topoqrafik quruluşu ilə əlaqədardır. Buna görə də
Şahtaxtı ətrafında belə sular asanlıqla bulağa çevrilə bilirlər.
Suların minerallaşması 0,6 q/1, kimyəvi tərkibi sul-
fatlı- hicrokarbonatlı, natrium - maqneziumludur. Şahtaxtı
• •
kəndi ərazisində Ust Miosen çöküntü-lərində qumdaşların-
dan ibarət olan iki təzyiqli lay aşkara çıxarılmışdır. Suların
səviyyəsi yer
səthindən
1,6-17,Om hündürlükdə
durur.
Quyunun xüsusi sərfi 0,1-0,13 1/san olub, suyun mineral-
laşması üst layda 0.5, aşağı layda 3,1 q/1 -dir. Aşağı layın
suyu kükürdlü, xloridli -natrium- kalsiıımlu tərkibə malikdir
(1, s.327).
Böyükdüz düzənliyindən şimalda Xıncab- Təzəkənd
yarımrayonu yerləşir. Yarımrayonun ərazisini Sust-Xıncab
maili düzənliyi təşkil edir.Düzənlik ondan sarmat mənşəli gil
təbəqələri ilə
ayrılır. Düzənlik qərbdən Kəngərli, şərqdən
Duzdağ yaylası ilə sərhədləniı*. Çalxanqala kəndi yaxınlı
ğında Dərələyəz dağlarının cənub ətəkləri ilə kəsişir. Səthin
meylliyi şimaldan cənuba doğru azalır və şimal dağətəyi
hissədə qobu və yarğanlı mikrorelyeflə mürək-kəbləş-
mişdir. Cənub hissədə relyef hamarlaşır (2, s.44-46).
Geomorfoloji cəhətcə düzənliyin şimalı, həmçinin
orta hissəsi erroziyaya uğramışdır. Hazırda, alckumulyasiya
və denudasiya proseslərinə məruz qalmışdır. Sellərin gə
tirdiyi akkumulyativ çöküntülər dağətəyi hissədə daha
geniş yayılmışdır.
Çalxanqala kəndinin yaxınlığında qrunt sularının
yatım dərinliyi təxminən 6m, sulu çöküntülərin qalınlığı isə
20-25 metrdir. Çalxanqaladan cənubda, Təzəkorıdin şərq
qurtaracağında qrunt sularının səviyyəsi orta hesabla 12,3
metrdir. Yeraltı su axımının qalınlığı 16 metrdən artıqdır.
Təzəkənddən 3,5km cənubda, Sust kəndində qrunt suları
nın səviyyəsi 9-1 Om arasındadır. Sulu çöküntülərin qalın
lığı 20 metrdən çoxdur. Ərazidə bulaqlar olmadığından
əhali kəhriz sistemindən istifadə etmiş və burada mürək
kəb kəhriz sistemi yaranmışdır. Bu kəhrizlərin bəzilərinin
su sərfi 35-70 1/san-yə çatır. Qrunt sularının minerallaşma
dərəcəsi şimaldan cənuba doğru artır. Göstərici Çalxan-
qala və Xıııcab kəndləri arasında 0,3-0,5 q/1 olub hidrokar-
bonatlı, kalsiumlu, maqneziumlu tərkibə malikdir. Bir qə
dər cənubda, Təzəkəııd ətrafında suların minerallaşma
dərəcəsi l-i,2q/l olub sulfatlı, hidrokarbonatlı natrium və
kalsiumlu,
maqneziumlu
tərkibə
malikdir.
Sust kəndi
yaxınlığında minerallaşma bir az da artır, 1,5 q/1 yə çatır.
Qrunt sularının codluğu 4,5-9,2 mq/ek.v -dək dəyişir. Suyun
temperaturu 13-15 C dərəcədir. Qrunt suları əsasən atmosfer
çöküntüləri və dağətəyi zonanı təşkil edən trias yaşlı
süxurların çat suları ilə qidalanır (3, s. 54-55).
Dağlıq hissə Dərələyəz dağ silsilələrinin cənub yama
cının orta və yüksək hissəsini əhatə edir. Süxurlar müxtəlif
mənşəlidir. Yura yaşlı süxurlar Çalxan-qala yaxınlığında çox
az yerlərdə səthə çıxır. Az suludur.
Trias yaşlı süxurlar daha geniş yayılmışdır. Bu süxur
lardan çıxan bulaqlar çox sululuqları ilə fərqlənirlər. Qara-
bağlar kəndində Asm bulağının debiti 220-130 1/san arasında
dəyişir. Çalxanqalada sular böyük su sərfi ilə seçilir. Suların
minerallaşması
0,3-0,6 q/1
olub,
adətən
hidrokarbonatlı,
kalsiumludur (2, s.48).
Beləliklə, inzibati rayonunun hidrogeoloji şəraiti səciy
yələndirilmiş, yeraltı suların minerallaşma, səviyyə, termik, qi
dalanma və yatım şəraiti nəzərə alınmaqla Böyükdüz, Kəngərli
maili düzənliyi, Şahtaxtı. Xıncab-Təzəkənd və Dağlıq Qarauş
olmaqla beş yarımrayona bölünmüşdür.
547
Əsasən arid iqlim şəraitində yerləşən Kəngərli rayo
nunun yeraltı su ehtiyatı elini əsaslarla ətraflı tədqiq edilməli
və təsərrüfatın
müxtəlif
sahələrində
istifadə
üçün qiy
mətləndirilməlidir.
Ə d ə b i y y a t :
1. Süleymanov S.M., Səmədov B.M. «Naxçıvan MSSR-in hidrogco-
loji səciyyəsi». Naxçıvan MSSR, Bakı, «Elm»-1975, səh. 314-333
2. Babayev N.S.
«Araz çay sisteminin yuxan hissəsinin ekoloji
şəraiti». Dissertasiya işi. Bakı -2001, səh. 45-62
3. Heydərova A.A. «Naxçıvan MR ərazisində yeraltı suların coğrafi
yayılma qanunauyğunluqları» . Magistr dissertasiya işi. NDU -
2003
4. Азизбеков Ш.А. «Геология Нахичеванской АССР» , «Госгсол-
мехиздат» , Москва, 1961, 502 с.
N A Z I M B A B A B Ə Y U
А М А К A E k o lo g iy a in s titu tu
ORTA ARAZ TƏBİİ VİLAYƏTİ DÜZƏNLİK
LANDŞAFT KOMPLEKSİNDƏ
SƏHRALAŞMA PROBLEMİ
Dünyanın qlobal problemlərindən birinə çevrilən xü
susilə arid və semiarid iqlim şəraitində intensiv inkişaf etmək
də olan səhralaşma prosesi son dövrdə müxtəlif araşdırma
ların və beynəlxalq təşkilatların aktual'mövzusuna çevrilmiş
dir. Azərbaycanda son 10-15 ii ərzində bu sahəyə diqqət ar
tırılmış, səhralaşma problemi ilə əlaqədar konfranslar keçiril
miş, məqalələr, monoqrafiyalar yazılmışdır. Lakin Orta Araz
təbii vilayətini əhatə edən Naxçıvan Muxtar Respublikası
ərazisində bu problem indiyə kimi lazımınca öyrənilməmişdir.
Landşaftın səhralaşması ərazisinin relyef, iqlim, hid-
rogeoloji şəraitinin dəyişməsidən, əhalinin məskunlaşma
sından, təsərrüfat sahələrinin istiqamətindən, antropogen
amillərin intensivliyindən və s. asılıdır.
548
Dostları ilə paylaş: |