Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə187/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   183   184   185   186   187   188   189   190   ...   205

və  quru  çol  landşaftına  malikdir.  Ardıc  kolları  zirvəyə  qədər 

yayılmışdır (2, s.  195).

İlandağ  hündürlüyünə  görə  Zəngəzur  silsiləsinin  ayrı- 

ayrı  zirvələrindən  xeyli  alçaqdır.  Lakin  o  əzəmətli  görkəmi  ilə 

diqqəti cəlb edən  nadir  təbiət abidələrimizdəndir.  Bəlkə də  bu 

gözəlliyin 

qabarıq 

fonda 


görünməsi 

onun 


“tənha” 

yerləşməsindən irəli gəlir.

Dağın  şimal  ətəyində  yerləşən  Köhnə  Xoşkeşin 

kəndindən  və  dağın  şərqində  yerləşən  Gal  kəndindən 

başlanan  cığırlarla  İlandağm  zirvəsinə  qalxmaq  olar.  Bu 

cığırların  bəzi  yerlərində  müdafiə  bəndləri  hesab  edilən  qala 

divarlarının  qalıqları  indi  də  durmaqdadır.  Tarixçilər 

İlandağı  Əlincə  qalasının  müşahidə  məntəqəsi  hesab  edirlər 

(2, s.  196).

Naxçıvan  Muxtar  Respublikasının  təbii  abidələrinin 

bir  çoxu  həmçinin  tarixi  abidələridir.  Bu  abidələr  tarixin 

müəyyən  dönəmlərində  insanlar  üçün  sığınacaq,  müdafiyə 

qalası  polunu  oynamışdır.  Təbii-  tarixi  abidələrimizdən  biri 

xalqımızın yenilməzlik rəmzi olan Əlincə dağıdır.

Dağ  Naxçıvan  şəhərindən  30  km  şərqdə  Əlincəçayın 

sahilində  yerləşir.  Əlincə  dağı  vulkan  mənşəli  dağ  olub, 

hündürlüyü  1811  metrə  çatır.  Bu  dağ  cənub-  şərqdə  yerləşən 

İlandağ  kimi  təbiətin  maraqlı  hadisəsi  olan  lakkotitlərdəndir. 

Qayalıq  landşafta  malik  olub,  zirvəsinə  qalxmaq  çox  çətin 

olan  bir  dağdır.  Dağın  üstü 

qayalıq  olub,  bir  tərəfdə 

meydançanı  xatırladan  düzənlik  vardır.  Dağın  hər  tərəfindən 

dik,  sıldırım,  keçilməz  və  hiidür  qayalar  ucalır.  Şərqdən  və 

qərbdən zirvəyə qalxan dərələr daralaraq yuxarıda ensiz keçid 

əmələ gətirir (2, s.  199).

Ehtimal  olunur  ki,  Əlincəııin  adı  türk  dilində  «Alan» 

(düzənlik,  meydan),  «Alancıq»  (kiçik  meydan)  sözündəndir. 

Bu qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə 

əlaqədardır.(4,  s.  182).  Əlincə  qalasının  adı  «Kitabi-  Dədə 

Qorqud» dastanında istehkam kimi təsvir olunur.

Əlincə  dağı  təbii-  coğrafi  abidə  olmaqla  bərabər, 

xalqımızın  tarixini  əks  etdirən  möhtəşəm  bir  qaladır.

570



Vulkanm  yaratdığı  nəhəng lakkolit üzərində  tarixin  sənədləri 

bu günədək əzəmətlə ucalan qala divarlarında,  bir- birini əvəz 

edən 

sədlərdə,  yalçın 



qayalarda,  çapılmış 

oyuqlarda, 

bürclərdə,  bina  qalıqlarında  və  torpağın  altında  zəngin 

maddi-  mədəniyyət  abidələrində  qorunub  qalmaqdadır  (3,  s. 

68

).

N a x ç ıv a n   M R -d ə   e n d o g e n   m ə n ş ə li  tə b iə t  a b id ə lə ri 

ç o x d u r. 

B u  a b id ə lə rd ə n   Ə s a b ü -K ə h f, 

N ə h ə c ir, 

B e rd ik , 

Ş a p u r,  P a p a q lı,  Q a z a n g ö ld a ğ   v ə   s.  adını  ç ə k m ə k   o la r.

T ə b iə t  a b id ə lə ri  ilə  z ə n g in   o la n   N a x ç ıv a n   d iy a rın ın  

g ö s tə rilə n  

a b id ə lə ri 

iq tis a d i-re k re a s iy a  

‘c ə h ə td ə n  

q iy m ə tlə n d irilm ə s i,  bu  o b y e k tlə rə   x a ric i  ö lk ə lə rd ə n   tu ris t 

m a rş u ru tla rı  tə ş k il  e d ilm ə s i  m ə q s ə d ə u y ğ u n   o la rd ı  .  Bu 

a b id ə lə ri  d ü n y a y a   ta n ıtm a q   ü ç ü n   o n u n   b a rə s in d ə   k ita b la r, 

a lb o m la r,  b u k le tlə r  h a z ırla m a q ,  k in o film lə r  ç ə k m ə k   b ü tü n  

y u rd s e v ə rlə rin   b o rc u d u r.

Ədəbiyyat:

1. Babayev S.  Naxçıvan  Muxtar Respublikasının coğrafiyası.  Bakı, 

Elm,  1999, 226s.

2. Babayev S. Əfsanələr diyarı.  Bakı, Elm, 2001,288 s.

3. Əliyev  V.  Naxçıvan  MSSR-də  arxeoloji  tədqiqatlar  Naxçıvan 

Muxtar Sovet Sosialist Respublikası.  Bakı,  1975,  s.48-74

4. Budaqov  B.,  Babayev S.  «Naxçıvan  MSSR-in  landşaftı  və onun 

kənd təsərrüfatı və onun kənd təsərrüfatı  əhəmiyyəti» Naxçıvan 

Muxtar Sovet Sosialist Respublikası.  Bakı,  1975 s.257-276

5  ASE. IV cild, Bakı,  1980, s.182

5 7 1



V. FİZİKA, RİYAZİYYAT VƏ ASTRONOMİYA

ELMLƏRİ


A Z A D   M Ə M M Ə D L l  

A  M E  A   N a x ç ıv a n   B ö lm ə si 

B a ta b a t A s tr o fi z ik a  R ə s ə d x a n a s ı

MƏHDUD ÜÇ CİSİM MƏSƏLƏSİNİN XÜSUSİ

HƏLLƏRİ HAQQINDA

Məhdud  üç  cisim  məsələsinin  polyar  koordinatlarda  Eyler 

və  Laqranj  xüsusi  həllərinin  tapılması  haqqında  məsələyə 

baxılır.  Eyler  nöqtələrinin  yerləşməsi,  xüsusi  halda,  sonlu 

kütlələrin nisbətindən asılı olaraq təyin  olunur.

GİRİŞ


Məhdud  üç cisim məsələsi,  məlum  olduğu  kimi,  sadə  xüsusi 

həllərə  malikdir.  Bu  həllərin  varlığına  ilk  dəfə  Eyler  diqqət 

yetirmiş  [  1  ]  ,  və  sonra  Laplas  və  Laqranj  tərəfindən  ətraflı 

öyrənilmişdir  [2,3].  Kollinear  Eyler  həlləri  və  üçbucaqlı 

Laqranj  həlləri  adlanan  bu  xüsusi  həllər  beş  librasiya 

nöqtələrinə  uyğun  gəlirlər.  Onlardan  üçü  əsas  cisimləri 

birləşdirən  düz  xətt  üzərində,  digər  ikisi  isə  bu  cisimlərin 

hərəkət  müstəvisində  bərabərtərəfli  üçbucağın  təpələrində 

yerləşirlər.  Əlbəttə  ki,  məhdud  üç  cisim  məsələsi  Laqranj 

həllərinə yaxın sonsuz xüsusi  həllər çoxluğuna  malikdir,  lakin 

onlar  Laqranj  həlləri  qədər sadə  deyildir və  sonlu  düsturlarla 

ifadə  oluna  bilmirlər.  Librasiya  nöqtələri  və  onlarla  bağlı 

digər məsələlər  A.P.Markeevin kitabında şərh olunur [ 4 ].

Baxılan  işdə  məhdud  üç  cisim  məsələsində  hərəkət 

tənliklərində  asılı  olmayan  dəyişən  olaraq  sarsıdıcı  cismin 

həqiqi  anomaliyası  götürüldükdə  Laqranj  və  Eyler  xüsusi 

həllərinin tapılması haqqında məsələyə baxılır.

572



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə