Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə35/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   31   32   33   34   35   36   37   38   ...   205

Məişət iqtisadiyyatın ardınca gedərək  istehsala, ictimai 

həyatın  digər  sahələrinə  əks  təsir  göstərir,  bu  isə  məişətin 

nizamsız  təşkil  edilməsi  ilə  bağlıdır.  Çünki  yeni  həyat  tərzi 

yaratmaq  üçün  iqtisadiyyatda  dəyişiklik  etmək  və  məhsuldar 

qüvvələri  inkişaf  etdirmək  vacib  sayılır,  beləliklə  keçmişin 

zərərli qalıqlarım aradan qaldırmaq  lazım  gəlir.

Məişət  insanın  həyatının  maddi  və  mədəni  şəraitinin  tam 

əsasını  əhatə  edir.  O  həm  də  son  dərəcə  çoxcəhətli,  kompleks 

hadisədir.  Buna  görə  məişətə  elmi  tərif  vermək  çətinlik 

törədir.  Məişət  çoxcəhətli  ictimai  hadisə  olub  ictimai  həyatın 

müxtəlif  cəhətləri  ilə  üzvü  sürətdə  əlaqədardır.  O  cümlədən 

mənzil  şəraiti,  ailənin  təşkili,  ev  avadanlığı  şeyləri,  insanın

maddi tələbatının  ödənilməsi və s.  sahələri əhatə edir.

••

iqtisadi  təməllə  və  ideologiya  ilə  bağlı  şəkildə  yaranan 



və  daimi  inkişaf  edib  təkmilləşən  məişət  mövcud  cəmiyyətin 

ümumi  tələblərinə hökmən  uyğun  gəlməlidir.  Təbiidir  ki,  yeni 

cəmiyyətin  iqtisadiyyatında,  mədəni  həyatında,  məfkürəsində 

inkişaf  artdıqca,  ictimai  şüuru  inkişaf  edib  formalaşdıqca 

adamların  da,  məişətində,  o  cümlədən,  mənəvi  aləmində 

irəliyə  doğru  müəyyən  dəyişikliklər  baş  verir.  Deməli,  köhnə 

məişət  qaydaları  yeni  meydana  gələn  cəmiyyətin  tələblərinə 

uyğun  gəlmədiyi  və  bu  tələbləri  ödəyə  bilmədiyi  kimi,  həmin 

cəmiyyətin  üzvlərinin  də  yeniləşən  arzu  və  istəklərinə,  ümumi 

inkişaf  səviyyəsinə  uyğun  gəlmir.  Başqa  sözlə  desək,  köhnə 

məişət  tərzi  ilə  yeni  yaranan  məişət  arasında  müəyyən 

ziddiyyət  və  mübarizə  gedir.  Lakin  məişət  sahəsində  olan 

ziddiyyət  və  mübarizə  həmişəlik  olaraq  qalmır,  bunlar  yeni 

məişətin  inkişaf  edib  formalaşması  prosesində  tədricən 

aradan  qalxır,  əlbəttə,  yeni  yaranan  məişətin  özü  də  zaman 

keçdikcə dəyişir və təkmilləşir.

Məişətin  yenidən  qurulması  insanların  şüuruna  təsir 

göstərib  və  şüur da  məişətin  yenidən  qurulmasına,  adamların 

düzgün  nəticələrə  gəlməsinə,  məişətdə  yaxşı  cəhətləri  pisdən 

ayırmağa  və  ictimai  mənafeyə  uyğun  olaraq  hərəkət  etməyə 

imkan yaradır.

106



«Məişətdə insanların  bir-biri  ilo əlaqə və münasibətləri, 

həyat  tərzi,  əxlaqi,  habelə  adət  və  ənənələrə,  əməyə,  ictimai 

yaşayış  qaydalarına  baxışları  da  özünü  göstərir.  Bütün  bu 

sahələrdə  daha  böyük  nailiyyətlər  qazanan,  gənc  nəsli  tərbiyə 

etmək,  insanın  əxlaqi  cəhətdən  düzgün  formalaşmasından, 

ailənin  möhkəmliyndən,  məişətin  düzgün  qurulmasından

asılıdır».

• 



Ölkəmiz  müstəqillik  əldə  edəndən  sonra  Muxtar 

respublikamızda  məişətin  yaxşılaşdırılmasına  diqqət  daha  da 

artmış  və  buna  geniş  imkanlar  yaranmışdır.  Ona  görə 

insanlar  yaranmış  əlverişli  şəraitdən  istifadə  edərək  məişəti 

yaxşılaşdırmağa,  elm  və mədəniyyətə yiyələnməyə,  texnikanın 

sirlərini  öyrənməyə,  siyasi  cəhətdən  inkişaf  etməyə  səy 

göstərirlər.

Bununla  yanaşı  Naxçıvan  Muxtar  Respublikasında 

yaradılmış  şəraitlə  əlaqədar  İran  və  Türkiyə  ilə  əlaqələrin 

genişlənməsi hesabına xalqın maddi  imkanları xeyli artmışdır. 

Digər  tərəfdən  dövlət  qayğısı  ilə  əlaqədar  1994-cü  ildən 

etibarən  geniş  miqyasda  həyata  keçirilən  aqrar  islahat 

hesabına  kənd  zəhmətkeşlərinin  də  maddi  imkanlarının  daha 

da  artmasına  və  mənəvi  tələbatların  ödənilməsi  imkanları 

yaranmışdır.

Milli  gəlirin  xeyli  artması  hesabına  Muxtar  resmıblika 

əhalisinin  əksəriyyəti  məişətdə  istifadə  olunan  avadanlıqlar 

almaq,  mənzil  şəraitini  yaxşılaşdırmaq,  məişət  mədəniyyətini 

yüksəltmək və zövqlə geyinmək imkanı da sidə etmişdi.

1996-2004-cü  illərdə  Muxtar  respublikada  aparılan 

etnoqrafik  tədqiqatımızdan  aydın  olur  ki,  ıcspublika 

rəhbərliyinin  diqqət  və  qayğısı  nəticəsində  zəhmətkeşlərin 

yaşadıqları  evlərin  ətrafı,  küçələr  qaydaya  salınır,  səkilərdə 

ağac  əkilir,  yeni  salınmış  park  və  meydançalarda  təmizlik 

işləri  aparılır.  1996-2004-cü  illərdə  Naxçıvan  respublika 

rəhbərliyinin  diqqət  və  qayğısı  nəticəsində  çoxlu  miqdarda 

park  salınmış,  I  stadion  yenidən  köklü  surətdə  bərpa  edilmiş, 

şahmat  evi  tikilmiş,  müəllimlər  evi  yeni  simaya  salınmış, 

şəhərin  bütün  küçələri,  bir  sıra  yaşayış  evləri  yenidən

107



quruculuq  işləri  aparılması  nəticəsində  yeni  görünüşə  malik 

olmuşdur,  həmçinin  4  ticarət  bazarı,  2  məscid  xalqın 

istifadəsinə verilmişdir.

Muxtar  respublikamızın  Naxçıvan  şəhərində  aparılan 

quruculuq  və  yaşıllaşdırma  işi  Sovetlər  birliyi  dövrünün 

təxminən  50-60  il  ərzində  görülən  işə  bərabər  hesab  etmək 

olar.  Təkcə  Muxtar  respublikanın  Naxçıvan  şəhərində  deyil 

respublikanın  Babək,  Sədərək,  Culfa,  Ordubad,  Şahbuz 

rayonlarında və onların  kəndlərində də yeni mədəniyyət evləri 

tikilmiş  və  ya  bərpa  edilmiş,  məktəblər  bərpa  olunmuş,  və  ya 

yenisi  tikilmiş,  körpülər  salınmış  və  sıradan  çıxanlar  bərpa 

edilmiş,  eləcə  də  kütləvi  sürətdə  yaşıllaşdırma  işləri 

aparılmışdır.  Bir  sÖ

2

:lə  şəhərdə  başlanan  bu  quruculuq  işləri 



rayonlarda  və  kəndlərdə  də  öz  əksini  tapmış,  görülən 

quruculuq  işləri  Muxtar  Respublikanmın  mətbuatında,  radio 

və  televiziya  verilişlərində  təbliğ  olunmuşdur.  Xüsusi  ilə  qeyd 

etmək  yerinə  düşər  ki,  təkcə  1998-ci  ildə  böyük  öndərimiz 

Heydər  Əliyevin  75-  illik  yubileyi  ilə  əlaqədar  Muxtar 

Respublikanın  təkcə  Naxçıvan  şəhərində  75-dən  çox  obyekt 

tikilib istifadəyə verilmişdir.  Ən  başlıcası  odur  ki,  1980-ci  ildə 

Sovetlər  birliyi  dövründə  bünövrəsi  qoyulmuş  və  dağılıb 

getmək  üzrə  olan  universitet  binası  respublika  rəhbərliyinin 

şəxsi  təşəbbüsü  ilə  yenidən  tikilib.  Yubiley  münasibəti  ilə 

təhvil  verilmiş  və  bu  elm  ocağının  açılışnda  1999-cu  ilin 

oktyabr  ayında  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin 

özü iştirak etmişdir.

Eləcə  də yubiley  münasibəti  ilə  Babək  rayonun  Qahab 

kəndində  orta  məktəb  binası  əsaslı  surətdə  yenidən  bərpa 

edilmişdir.  Sirab  və  Çalxan qala  kəndlərində  orta  məktəb 

istifadəyə verilmişdir.

Respublikamızın 

müstəqillik 

qazanması, 

daxili 

sabitliyin  yaranması,  hüquqi  dövlət  quruculuğu  işlərinin 



həyata  keçrilməsi  ilə  əlaqədar,  M'uxtar  respublikamızda  da 

verilmiş  qanunlar  ardıcıl  həyata  keçirililərək  əhalinin 

məişətinin  yaxşılaşdırılmasına  ciddi  təsir  göstərir.  Muxtar 

Respublikada aqrar islahat  həyata  keçirilib  başa çatdırılması,

108



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə