Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə37/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   33   34   35   36   37   38   39   40   ...   205

qayıtdıqdan  sonra  da  bir  müddət  bu  ideologiyanın  təbliğatı 

ilə məşğul  olmuşdular.

Azərbaycanda  ilk  sosial-demokrat  təşkilatı  olan

«Hümmət»in,  onun  eyniadlı  orqanının  yaradılmasında

M.Ə.Rəsulzadə, 

M.H.Mövsumovla 

yanaşı 

Peterburq



___  

Texnologiya  institutunun  məzunu  M.H.Hacınski  də  əsas  rol 



oynamışdır (1).  M.H.Hacınskiniıı öz siyasi  fəaliyyətinə sosial- 

demokrat  kimi  başlamasının  əsas  səbəbi  məhz  Peterburq 

həmyerlilər cəmiyyətində marksist ideyaları ilə yaxından  tanış 

olması  idi.  Məhz  M.H.Hacmskinin  bilavasitə  təsiri  altında 

onun  kurs  yoldaşı  M.Əzizbəyov,  Odessa  Universitetinin  tibb 

fakültəsinin  tələbəsi  N.Nər iman ov  və  gələcəkdə  Kazan 

Universitetinin  tibb  fakültəsinin  tələbəsi  olacaq  S.M.Əfən­

diyev bu təşkilata üzv olmuşdular.

M.H.Hacınski  institutu  qurtardıqdan  sonra  Bakıya 

qayıdır, 

Rusiya 

paytaxtında 



Azərbaycan 

həmyerlilər 

cəmiyyətinin 

işi 


ilə  Peterburq  Universitetinin 

hüquq 


fakültəsinin  tələbəsi  Aslan  bəy  Səfıkürdski  məşğul  olmağa 

başlayır.  Gələcək  Zaqafqaziya  Seyminin  və  Azərbaycan  XC 

Parlamentinin  ən  fəal  üzvlərindən  biri  A.Səfikürdskinin  biı- 

ziyalı  və  siyasi  xadim  kimi  formalaşmasında  Peterburqdäkı 

tələbəlik  həyatının  mühüm  rolu  olmuşdur.  Onunla  yanaşı 

həmin illərdə  tələbə  həmyerlilər cəmiyyətinin  fəalları  arasında 

Bakı  şəhər  dumasının  təqaüdçüləri,  Mülki  Mühəndislər 

İnstitutunun  tələbələri  Mustafa  və  Musa  Hacıqasımovlar  (2), 

Peterburq 

Universiteti 

hüquq 

fakültəsinin 



tələbələri 

Ş.Rüstəmbəyov,  Ə.Kərimov,  Dağ  Mədən  İnstitutunun 

tələbəsi  Ağakərim  Kərimov  (3),  Yol  Mühəndisliyi  İnstitutu­

nun tələbəsi Xudadat bəy Məlikaslanov da var idilər.

112



X.Məlikaslanov  institutda  oxuduğu  illərdə  Peterburq 

həmyerlilər  cəmiyyətinin  (ittifaqının)  ən  fəal  üzvlərindən 

olmaqla  yanaşı,  o  zaman  tələbələr  arasında  geniş  yayılmağa 

başlayan  marksizm  ilə  yaxından  maraqlanmağa  başlamış  və 

1901-ci ildə  RSDFP-уэ üzv olmuşdu.

1906-1911 -ci  illərdə  Peterburq  Dağ  Mədən  Mühən- 

dişləri  institutunda  təhsil  almış  Ağa  Əminov  da  tələbələrin 

həmyerlilər  cəmiyyətinin  işində  yaxından  iştirak  etmişdir. 

Lakin  öz  əksər  tələbə  həmyerlilərindən  fərqli  olaraq

A.Əminov sosial-demokrat hərəkatına devil, milli demokratik

-/ 

*

hərəkata  meyl  etmiş,  vətənə  qayıtdıqdan  sonra  Müsavat 



partiyasının  üzvü  olmuş,  Azərbaycan  XC  hökumətində 

maliyyə naziri olmuşdu.

Onların  təhsil  aldığı  illər  Rusiyada  siyasi  hadisələrlə 

zəngin  bir  dövr  idi.  Geniş  fəhlə  və  kəndli  hərəkatının  zirvəsi 

olan  1905-1907-ci  illər  inqilabında  digər  sosial  təbəqələrlə 

yanaşı,  tələbə-gənclər də yaxından  iştirak etmiş,  inqilabın əsas 

hərəkətverici  qüvvələrindən  olmuşdular.  Paytaxtda  və  digər 

şəhərlərdə  keçirilən  demokratik  hərəkatda  -   nümayiş  və 

mitinqlərdə,  tətillərdə  tələbələrin  iştirakı,  onların  daha  da 

radikallaşması  ilə  müşayət  olunurdu. 

Sosial-demokrat 

ideyaların  təsiri  altında  fəaliyyət  göstərən  tələbə  hərəkatı  sırf 

universitet  həyatı  ilə bağlı  tələblərlə yanaşı,  ümumdemökratik 

tələblər  -   monarxiyanın  ləğvi,  respublika  təsisi,  azad  seçkilər 

və  s.  irəli  sürməyə  başlamışdı.  Tələbələr  arasında  tətillərin 

miitəşəkkilliyini  təmin  etmək  üçün  Tələbə  Şurası  yaradılmış, 

buraya  azərbaycanlı  tələbələr  də  daxil  idilər.  Tələbə 

hərəkatında  fəal  iştirak  etdiyinə  görə  Musa  Hacıqasımov 

institutdan  qovulmuş  və  həbs  edilmişdi.  Musa  Hacıqasımov,

113



N .Nərimanov  kimi  M.H.Hacmskinin  vasitəsilə  «Hümmət» 

qəzetinə materiallar göndərirdi (4).

1905-ci  il  avqustun  11-də  azərbaycanlı  tələbələrin  də 

təhsil  aldıqları  iki  institutda  -   Mülki  Mühəndislər  və  Yol 

Mühəndisləri  İnstitutlarında  tələbə  yığıncaqları  keçirilmiş  və 

siyasi  tələblər  -   hökumətin  istefası,  Müəssislər  Məclisinin 

çağırılması,  siyasi  məhbusların  azad  edilməsi  və  s.  tələblər

• 

|  • 



•• 

•• 


1

 

•• 



t  ••

irəli surulmuşdu.

Tələbə  hərəkatının  geniş  vüsət  aldığı  şəhərlər  arasında 

Riqa, Odessa, Kiyev,  Moskva şəhərləri də var idi.

1905-ci  il avqustun  13-də Riqa Politexnik institutunda 

oxuyan  tələbələr  ictimai  həyatın  demokratikləşməsi  tələbi  ilə 

mitinq  keçirmişdilər,  institutda  azərbaycanlıların  da  daxil 

olduğu  Qafqaz  Həmyerlilər  Cəmiyyəti  fəaliyyət  göstərirdi.

Bakı  şəhər  dumasının  təqaüdçüsü  Kərim  bəy  Məlikov  və

• 



_

Ibadulla Əmirov (5) da həmin cəmiyyətin fəallarından idilər.

Tələbə  çıxışlarının  genişləndiyi  Kiyev  şəhərində  1905- 

ci  ilin  yanvarında  keçirilmiş  tətillərdə  iştirak  etdiyinə  görə 

Kiyev  Politexnik  İnstitutunun  kimya  fakültəsinin  tələbəsi, 

H.Z.Tağıyevin 

fərdi 

təqaüdçüsü 



Hacı 

bəy 


Axundov 

institutdan  xaric  edilmiş  və  təqaüddən  məhrum  olmuşdu.  O, 

Gəncəyə  qayıdaraq  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  üzvü 

kimi  ictimai  iş  aparmış,  yalnız  1908-ci  ildə  tələbəliyə  bərpa 

edilə bilmişdi (6).

Odessanın  ali  məktəblərində  təhsil  alan  azərbaycanlı 

tələbələr  ümumrusiya  tələbə  hərəkatına  qoşulmuşdular. 

Azərbaycanlı  tələbələrin  təsis  etdikləri  həmyerlilər  cəmiyyət­

ləri  arasında  Odessa  həmyerlilər  təşkilatı  öz  fəallığı  ilə 

seçilirdi. 

1902-ci 

ildə 


Odsssa 

Universitetinin 

hüquq 

fakültəsinə  daxil  olmuş  Nəsib  bəy  Yusifbəyli,  həmin



114


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə