Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə40/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   36   37   38   39   40   41   42   43   ...   205

qaydalara  görə  orada  tələbə  yığıncaqlarının  keçirilməsinə 

görə cinayət məsuliyyəti müəyyən olunurdu.

Bu  qərarlar  bütün 

tələbələr  kimi  azərbaycanlı 

tələbələrin  ictimai-siyasi  fəaliyyətinə  mənfi  təsir  göstərmiş, 

onlara  qarşı  təqiblər  güclənmişdi.  Buna  baxmayaraq  onlar 

mədəni-maarifçilik  fəaliyyətlərini  davam  etdirir,  müxtəlif 

mərkəzlərdə, 

klublarda, 

siyasi 


dərnəklərdə, 

xüsusən 


müsəlman  həmyerliləri  cəmiyyətlərində  yaxından  iştirak  edir,

öz  vətənlərində  gedən  siyasi,  mədəni  proseslərlə  daim

%

maraqlanırdılar.



Ədəbiyyat

1. «Odlar yurdu» qəzeti,  1989, mav, №14.

2. ARDTA, f 389, siy 6, iş  113, v.295 - 298.

3. «Odlar yurdu»,  1990, aprel, № 8 -  9.

4.  Ахундов  H.Периодическое  печать  Азербайджана  (1832-1910),

Б.,  1987, с.  118.

5.

  ARDTA, 



f 389, 

siy 


6, 

iş 


113,  V.102-  109. 

iş 


126,  v.211. 

iş 


189.

v.23.  iş  167, v.79-81.

6. Yenə orada, iş 311, v. 186 -  190.

7.  Нариманов  H.  Избранные,  произведение.  В  грех  томах,  т.1, 

(1890- 1917), Баку,  1988, с. 9.

8. Yenə orada, s. 56.

9. Əhmədov T. Nəriman Nərimanov, В.,  1988, s.  75.

10. Narimanov N. göstərilən əsəri, s.  352.

11. İstorii Azerbaydcana, t.ll,  B.,1960,s.593 -  594;  «Həyat»  qəzeti,

1906, 7 fevral. Əhmədov T. göstərilən əsəri, s. 94.

12. Rəsulzadə  M.Ə.  Milli  Azərbavcan  hərəkatının  xarakteri,

r

«Azərbaycan yurd bilgisi» məcmuəsi,  1934, № 29.

13. «Odlar yurdu,  1989, avqust, №  16.

14. Газиев M. Х<изнь и деятельность М.Азизбекова, Б.,  1956. с. 38.

121



E LŞƏ N   H Ü SEYN O V 

A zər bay can Respublikası Gənclər, 

idman və  Turizm Nazirliyi

RAFİQ RƏ H İM O V 

Naxçıvan Dövlət  Universiteti

SÜLH AMİLİ HEYDƏR ƏLİYEVİN  XARİCİ

SİYASƏTİNİN ƏSASIDIR

Kəssə hər kim  tökülən qan izini 

qurtaran dahi odur yer iizünii...

Hüseyn  Cavid

Müasir  Azərbaycanın  beynəlxalq  əlaqələri,  onun 

müstəqil  dövlət kimi dünya birliyində tanınmasında müstəsna 

xidmətləri  olan  şəxsiyyət  -   Heydər  Əliyevin  adı,  əməli 

fəaliyyəti,  konkretləşdirdiyi işlərlə bağlıdır.

H.Əliyev  öz  parlaq  siyasi  zəkası  və  istedadı  sayəsində 

yeni  Azərbaycanın,  bugünkü  uğurlarının  əsasını  qoymuş  və 

gələcəyə aparan yolunu müəyyən etmişdir.

Heydər  Əliyevin  xarici  siyasətinin  əsasını  təşkil  edən 

sülh, beynəlxalq  hüquq  normalarına, sərhədlərin bütövlüyünə 

və toxunulmazlığına, dövlətlərin ərazi  bütövlüyünə hörmət və 

qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri  təşkil  edir.

Müstəqil 

Azərbaycan 

dövlətinin 

xarici 


siyasəti 

özünəməxsus  xüsusiyyətləri  ilə  seçilir.  Belə  ki,  Azərbaycanın 

xarici  siyasətinin  mahiyyətinə  və  xüsusiyyətlərinə  toxunan 

Heydər  Əliyev  qeyd  etmişdir  ki,  "....bizim  xarici  siyasətimiz 

sülhsevər  siyasətdir,  biz  heç  bir  dövlətin  suverenliyinə,  ərazi 

bütövlüyünə  toxunmaq  məqsədi  güdmürük.  Lakin  eyni 

zamanda  respublikanın  suverenliyini,  müstəqilliyini  və  ərazi 

bütövlüyünü  nəyin  bahasına  olursa-olsun  xarici  siyasət 

vasitəsilə təmin elməyə çalışacağıq".

1993-cü  ilin  ikinci  yarısından  başlayaraq  Azərbay­

canın  geosiyasi  vəziyyətinin  və  beynəlxalq  siyasətə  təsir  etmə

122



imkanlarının  dərin  nəzəri  təhlili  əsasında  xarici  siyasət 

kursunda  mövcud  reallıqları  nəzərə  alan  və  ölkənin 

mənafelərinin  qorunmasına  yönəlmiş  əməli  dəyişikliklər 

edildi. 


İlk 

növbədə 


müstəqil 

Azərbaycan 

dövlətinin 

beynəlxalq  münasibətlər  müstəvisində  yeri,  Avropa  ölkələri 

və  ABŞ-la,  keçmiş  Sovet  respublikaları  və  Rusiya  ilə, 

müsəlman dünyası və İranla, türkdilli dövlətlər və Türkiyə ilə, 

Cənubi Asiya dövlətləri və  Heydər  Əliyev  1993-cü  il  oktyabr 

ayının  10-da  Prezident  seçilməsi  ilə  bağlı  keçirilən  rəsmi 

andiçmə 

mərasimindəki 

çıxışında 

qeyd 


etmişdir 

ki, 


Respublikamızın  qarşısında  duran  əsas  vəzifələrdən  biri 

Azərbaycanın  mənafeyini  dünya  miqyasında  müdafiə  edə 

bilən  ağıllı,  səriştəli  xarici  siyasətin  yeridilməsidir.  Qarşıda 

böyük  vəzifələr  durur.  Bizim  xarici  siyasətimiz  birinci 

növbədə  Azərbaycanın  dövlət  müstəqilliyini  təmin  etməyə 

yönəldilməlidir.Vəzifə 

dünyanın 

bütün 


dövlətləri 

ilə 


bərabərhüquqlu,  qarşılıqlı-faydalı  əlaqələr  yaratmaq  və 

inkişaf  etdirməkdən,  bu  əlaqələrdən  həm  Azərbaycan 

Respublikasının  beynəlxalq  mövqelərini  möhkəmlətmək 

üçün, 


həm 

də 


respublikanın 

iqtisadiyyatını, 

elmini, 

mədəniyyətini  inkişaf  etdirmək  üçün  səmərəli  istifadə 

etməkdən ibarətdir.

Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından  sonra 

bütün  sahələrdə  hökm  sürmüş  ətalətə,  özbaşınalığa,  xaosa  və 

özfəaliyyətə  son  qoyuldu.  Azərbaycanın  tarixdə əldə etdiyi  ən 

əvəzsiz 

nailiyyəti 

olan 

istiqlaliyyətini 



məhv 

olmaq 


təhlükəsindən  xilas  etdi.  Xüsusilə  də,  xarici  siyasətdə  mövcud 

olan  çoxsaylı  problemlər  nəticəsində  ölkənin  dünya  ilə 

inteqrasiyası  çətinləşmiş, 

Ermənistanın 

hərbi 

təcəvüzü 



nəticəsində  milyondan  artıq  qaçqın  və  məcburi  köçkünün 

olduğu  ağır  iqtisadi,  siyasi  və  hərbi  vəziyyətlə  yanaşı, 

Azərbaycanın  informasiya  blokadasında  olması  özünün  ən 

kulminasiya  nöqtəsinə  çatmışdı.  Belə  bir  məsuliyyətli  vaxtda 

heçnədən  çəkinmədən  xalqın,  dövlətin  mənafeyi  naminə  hər 

cür məşəqqətə  dözən  Heydər Əliyev  bu  barədə  deyəcəkdir  ki, 

"Mən  çox  böyük  sınaqlardan  çıxmış  bir  adamam  və  həyatımı

123



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə