Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə42/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   38   39   40   41   42   43   44   45   ...   205

qovuşması  oldu.  Beləliklə  Azərbaycan  özünün  gələcəyini 

Avropaya tam inteqrasiya ilə bağladı.

Heydər  Əliyevin  xarici  siyasətini  təlılil  edərkən  diqqəti 

cəlb  edən  əsas  məqam  ondan  ibarətdir  ki,  o,  gördüyü  işlərin 

əsas  qayəsini  təkcə  Azərbaycan  xalqı  və  dövləti  .üçün  deyil, 

eyni  zamanda  bütün  region  xalqlarının  mənafeyi  naminə, 

onların  sülh  və  təhlükəsizlik  şəraitində  yaşayıb-  inkişaf 

etməsi,  bölgəni  dünyanın  siyasi-hərbi  problemlərdən  uzaq  bir 

guşəsinə  çevirmək  təşkil  edirdi.Bu  da  onun  ümumbəşəri 

dəyərlərə malik bir şəxs olduğunu sübut edir.

Bu  gün  də  Azərbaycan  dövləti,  onun  lideri  İlham

Əliyev  də  Ümummilli  Lider  Heydər  Əliyevin  bizlərə  miras

qoyduğu  siyasətə  sadiq  qalmaqla  onu  uğurla  davam  etdirir.

Bölgədə sülhün  və təhlükəsizliyin  təmin  olunması  üçün  bütün

vasitələrdən istifadə edilir.

•  




Omrüniin  böyük  bir  hissəsini  xalqına,  Vətəninə  bağlayan 

bu dahi şəxsiyyət haqqında hələ bundan sonra da çox deyiləcək, 

yazılacaqdır.  Çünki  o,  Azərbaycan  tarixində  Heydər  Əliyev 

dövrü  adlı  böyük  bir  mərhələnin  başlanğıcını  qoyıııuş  və 

perspektivini  müəyyənləşdirmişdir.  Bu  gün  reallaşdırılan 

Heydər  Əliyev  ideyaları  xalqımızı  tərəqqiyə,  ölkəmizi  gələcək 

inkişafa  aparan  yolun,  milli  ideologiyamızın  aim  xəttini  təşkil 

edir.

E LB R U S İSA YEV

ф

Naxçıvan Dövlət  Universiteti

BÖYÜK  İPƏK  YOLU ÜZƏRİNDƏ  NAXÇIVAN

ŞƏHƏRLƏRİ

Böyük  İpək  Yolu  və  qollarının  keçdiyi  Azərbaycan 

şəhərləri  arasında 

Naxçıvan,  Ordubad,  Azad,  Culfa  və 

Qarabağlar şəhərlərinin özünəməxsus yeri vardır.  Şərqlə Qərb 

arasında  ticarət  yollan  ayrıcında  yerləşmiş  Naxçıvandan 

irana,  Hindistana,  Orta  Asiyaya,  Çinə  uzanan  karvan  yolu

127



Naxçıvanın  iqtisadi  və  mədəni  inkişafında  əhəmiyyətli  rol 

oynamışdır.  Tarixi mənbələrdə Böyük İpək Yolunun  bir qolu 

da  Elcbatandan  ayrılıb  Albaniya  ərazisinə  keçdiyi,  Qədim 

Qəbələ,  Bərdə  və  Naxçıvandan  dolanaraq  yenidən  Bağdada 

əsas  yola  qovuşduğu  göstərilir.  Yaxın  Şərqin  başqa  orta  əsr 

şəhərlərində  olduğu  kimi  bu  şəhərdə  də  sənətkarlıq  və  ticarət 

təsərrüfatın  başqa  sahələri  ilə  əlaqədar  şəkildə  inkişaf edirdi. 

Naxçıvanda  istehsal  olunan  kənd  təsərrüfatı  məhsulları  və 

şəhər  sənətkarları  tərəfindən  hazırlanan  müxtəlif  növ 

əşyaların  müəyyən  qismi  şəhər  əhalisinin  istehlakına  sərf 

olunurdusa,  bir  hissəsi  də  bazara  çıxarılır  və  başqa  yerlərə 

ixrac  edilirdi.  Naxçıvandan  ölkənin  digər  şəhərlərinə  və 

Yaxın  Şərq  ölkələrinə  duz,  mis,  pambıq,  taxıl,  quru  meyvə, 

balıq 


və 

s. 


aparılırdı. 

Naxçıvan 

ustaları 

tərəfindən 

hazırlanmış  müxtəlif  məmulatlar,  zərif  parçalar,  zinət 

əşyaları,  ağacdan  qayrılmış  incə  naxışlı  qablar,  saxsı  əşyalar 

xarici  bazarlara  çıxarılırdı.  Yaxın  Şərq  ölkələrindən  öz 

növbəsində  buraya  müxtəlif  əmtəələr  gətirilirdi.  Həmin 

əmtəələr içərisində ədviyyat,  müxtəlif ipək  parçalar,  şirli saxsı 

qablar,  fayans, seladon, metal əşyalar, silahlar və s.  var idi  (1, 

s.55).

Naxçıvan ərazisi  beynəlxalq  ticarət yollarının  kəsişdiyi



mühüm  məntəqə  idi.  Təbrizdən  Qara  dəniz  şəhərlərinə  gedən

ən  qısa  yol  Naxçıvan  ərazisindən  keçirdi.  Eyni  zamanda

Təbrizdən  Qara  dəniz  vasitəsilə  Avropaya  gedən  yol

Naxçıvandan  keçirdi.  Bu  ən  münasib  və  qısa  yollardan  biri

sayılırdı.  Naxçıvandan və Culfa tərəfindən Araz çayı üzərində

salınan körpülər bu yolu xeyli rahatlaşdırırdı (2,  s.33). Ticarət

əsasən  şəhərlərdə  aparıldığı  üçün  karvan  yolları  da  bu

şəhərlərdən keçirdi.  Bunlardan ən mühümü Şamaxı-Qarabağ-

Naxçıvan-İrəvan  və  Türkiyəyə  gedən  yol;  Təbriz-Mərənd-

• 



Naxçıvan-Irəvan-Ərzurum-Istanbul  yolu;  Əylis-Naxçıvan- 

İrəvan-Kars-Ərzurum-T okat-İzmir-İstanbul-Venesiya 

yolu

idi  (3,  s.28).  Orta  əsr  ərəb  səyyahı  və  coğrafiyaşünaslarından 



IbnXordadbeh və Əbu əl-Fərəc Qudama Naxçıvandan Dəbilə 

qədər  olan  məsafəni  20  fərsəng.  əl-Istəxri,  ibn  Havqəl,  Əl-

128



Müqəddəsi  və  Əl-İdrisi  isə  dörd  mənzil  olduğunu  göstərirlər. 

Buradan  göründüyü  kimi  Naxçıvandan  Dəbilə  olan  karvan 

yolunda  hər «mənzil»  beş  lərsəııgə  bərabər  idi.  Naxçıvan  həm 

də  Mərənd,  Xoy,  Təbriz,  Marağa,  Urmiya,  Səlmas, 

Xarrakan,  Dəbil  və s.  şəhərləri  birləşdirən  tranzit-ticarət  yolu 

üzərində  yerləşmişdir.  Naxçıvandan  Mərəndə  məsafə  20 

fərsəng,  Xoya  25  fərsəng,  Səlmas  32  fərsəng,  Urmiyaya  46 

fərsəng,  Marağaya 76 fərsəng, Dəbilə 20  fərsəng idi (1, s.58).

Orta  əsr  ticarət  yollarının  keçdiyi  Naxçıvan  ərazisində 

Ordubad  şəhəri .ticarət-iqtisadi  cəhətdən  mühüm  əhəmiyyətə 

malik  bir  şəhər  idi.  Dəniz  səviyyəsindən  950  metr 

yüksəklikdə,  Naxçıvan  şəhərindən  88  km  cənub-şərqdə 

yerləşən,  qədim  zamanlardan  Naxçıvan  əhalisi  .tərəfindən 

«yerin 


cənnəti» 

adlandırılan 

Ordubad 

orta 


əsrlər 

Azərbaycanının  əhəmiyyətli  sənətkarlıq,  ticarət,  elm  və 

mədəniyyət mərkəzi kimi şöhrətlənmişdir (4, s.4).

Xanlıqlar  dövründə  də  Ordubad  şəhəri  ticarətdə 

mühüm  rol  oynamışdır.  Ordubad  şəhərində  35  topdansatış 

dükanı  fəaliyyət  göstərirdi.  Ordubad  bazarında  85  dükan  var 

idi  ki,  onlardan  30-da  ipək  və  pambıq  parçalar,  mahud,  çay, 

qənd,  kofe  və  s.  satılırdı.  İxrac  olunan  mallar  əsasən  daxildə 

istehsal  olunan  pambıq,  çəltik.,  dəri,  güncüt  yağı,  yun,  quru 

meyvə və s-dən ibarət idi  (5, s.109).

Ordubad  şəhərinin  ixrac etdiyi  mallar  Zaqafqaziyadan 

xeyli 


uzaqlara 

göndərilirdi. 

Ordubaddan 

Moskvaya, 

Nijneqorod  yarmarkasına  xam  və  boyadılmış  ipək  aparılırdı 

(6,  s.96).  Ordubad  həm də Azərbaycanda qədim tarixə malik 

olan  ipəkçiliyin  yaıyldığı  ilk  ərazilərdən  biri  olmuşdur. 

İpəkçiliyin  bu  ərazidə  geniş  yayılmasının  və  inkişafının 

başlıca  faktorları  bu ərazidə münbit  hava  şəraitinin  olması və 

40-60 


gün 

ərzində 


barama 

qurdlarının 

düzgün 

qidalandırılmasıdır.  Eyni  zamanda  ipəkçiliyin  inkişafında 



iqtisadi  amillərin  rolu  da  böyükdür.  Çünki  bu  dövrdə  ipək 

sürətlə  inkişaf  edərək  digər  məhsullarla  müqayisədə  ən 

qiymətli mala çevrilmişdir (7, s.47).

Orta  əsrlərdə  Ciılfa  şəhəri  beynəlxalq  ticarətin  iri

129



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə