Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə41/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   37   38   39   40   41   42   43   44   ...   205

da  özümə yox,  xalqıma həsr etmişəm".  Məhz  Heydər Əliyevin 

fitri  liderlik  istedadı  sayəsində  Azərbaycanda  dövlətçilik 

özünü  təkcə  siyasi-hüquqi  hadisə  kimi  deyil,  konkret  olaraq 

milli-mənəvi gerçəklik kimi  təsdiq edə bildi.

Artıq  XX  əsrin  sonunda  beynəlxalq  miqyasda  baş 

vermiş  iri  miqyaslı  hadisələr,  iki  dünya  sistemi  arasındakı 

mübarizədə  siyasi  və  hərbi  balansın  pozulması  nəticəsində 

dünyanın  ən  böyük  güc  mərkəzi  olan  SSRİ-nin  sıradan 

çıxması  nəticəsində  dünyada  yeni  nizamın  formalaşdığı  bir 

dövrdə  hər  bir  xalq  öz  gələcək  inkişaf  istiqamətini  dəqiq 

müəyyənləşdirmək üçün yollar aradığı bir vaxtda Azərbaycan 

problemlərin məngənəsində sıxılırdı.

Məhz  onun  siyasi  bacarığı  nəticəsində  Azərbaycan 

özünün  geosiyasi  imkanlarını  gerçəkləşdirməyi  bacardı. 

Heydər  Əliyevin  zəkası  sayəsində  Azərbaycanın  beynəlxalq 

aləmdən  təcrid  olunmaq  təhlükəsi  aradan  qaldırıldı.O,  bütün 

çətinliklərə  sinə  gərərək,  xalqı  öz  arxasınca  aparmağa 

və 


müstəqil dövlətçiliyimizi  ardıcıl sivil inkişaf yoluna çıxarmağa 

qadir 


olduğunu 

sübut 


etdi. 

Hətta 


"Azərbaycan 

dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, 

bir Prezident kimi də  durmuşam,  duracağam  və  bu  yolda  hər 

dəqiqə,  hər  gün  şəhid  olmağa  hazıram"-deyə  Heydər  Əliyev 

bunu açıq bəyan etdi.

Dünya  siyasəti  meydanında  cərəyan  edən  proseslərə 

təsir  baxımından  Azərbaycan  rəhbəri  həmişə  öz  sözü,  siyasi 

çəkisi və  nüfuzu ilə seçilmişdir.

Heydər  Əliyevin  çevik  siyasəti  nəticəsində  artıq  1994- 

cü  ilin  sentyabrında  "Əsrin  müqaviləsi"  adlandırılan  ilk  neft 

müqaviləsinin  imzalanması  və  gerçəkləşdirilməsi  ilə  Heydər 

Əliyev müstəqil Azərbaycanın  iqtisadi inkişaf konsepsiyasının 

əsasını  təşkil  edən  neft  strategiyasını  yaratdı  və  onun  həyata 

keçirilməsi  üçün  ardıcıl  işlər  görməyə  başladı.  Bu  layihənin 

gerçəkləşməsi  iqtisadi  maraqların  təmin  olunması  ilə  yanaşı, 

regionda sülhün daha da bərqərar olunmasına imkan yaratdı. 

SSRİ  dağılsa  da  hələ  də  onun  acı  nəticələri  olan  etnik 

münaqişələrin,  separatizmin  mövcud  olması  bütün  regionda

124



sülhü  və  əmin-amanlığı  böyük  təhlükə  altına  qoymuşdur.  Bu 

isə  özünün  sabit  və  əmin-amanlıq  dövrünü  yaşayan 

Avropanı  ona  coğrafi  baxımdan  daha  yaxın  olan  Qafqazın 

qaynar  və  narahat  bölgə  kimi  inkişafdan  kənarda  qaldığı 

üçün olduqca narahat edir.

Regionda 

etnik 

münaqişələrin 



olması 

sülh 


və 

təhlükəsizlik  üçün  böyük  problemlər  yaratdığından  Qafqaz 

dövlətləri  və  xalqlarını  dünya  dövlətləri  arasında  iqtisadi  və 

mədəni  inteqrasiya  proseslərindən  uzaqlaşdırır.Bu  isə  ümumi 

inkişafı  ləngidir,  regionda  sülhün  və  təhlükəsizliyin  bərqərar 

olmasım çətinləşdirir.

Lakin  regionun  əlverişli  mövqeyi  ona  bölgədə  və 

dünyada  sülh  və  inteqrasiya  prosesində  dominantlıq, 

aparıcılıq, liderlik mövqeyi qazandırır.  Bu mövqedən  səmərəli 

və  beynəlxalq  hüquq  normalarına  uyğun  şəkildə  istifadə edən 

Azərbaycan 

rəhbərliyi 

regionda 

sülh 


və 

inteqrasiya 

proseslərinin 

sürətləndirilməsi 

məqsədilə 

bir 


sıra 

iri 


beynəlxalq layihələrin  işlənib hazırlanması və gerçəkləşməsinə 

başlamışdır.

Belə  ki,  "Böyük  İpək  Yolu"nun  bərpası,  Avropa- 

Qalqaz-Asiya nəqliyyat dəhlizinin-'TRASEKA"  proqramının 

həyata  keçirilməsi,  Xəzərin  enerji  ehtiyatlarından  birgə 

istifadəyə 

dair 

"Əsrin 


müqaviləsi" 

adını 


almış 

neft 


müqavilələri,  "Bakı-Tbilisi-Ceyhan"  əsas  ixrac  neft  kəməri, 

"Bakı-Tbilisi-Ərzurum"  qaz kəməri layihələrinin  əsas məqsədi 

regionun,  o  cümlədən  Azərbaycanın.  Gürcüstanın  milli 

təhlükəsizliyi,  xalqların  rifahı,  iqtisadi,  mədəni  inteqrasiyası, 

regional  əməkdaşlığın  sürətləndirilməsi,  bölgə  üçün  vacib 

olan  sülhün,  əmin-amanlığın,  sabitliyin  möhkəmlənməsinə 

birbaşa xidmət etmiş oldu.

Qafqazı  vahid  iqtisadi  qurumda  birləşdirmək  "...  öz 

tarixləri  ilə  fəxr  edən  və  gələcəyə  inamla  baxan  insanların 

yaşadıqları  dinc,  tərəqqi  edən  regiona  çevirmək..."  ideyası  ilə 

yaşayan  Heydər  Əliyev  1999-cu  ilin  dekabr  ayında  ATƏT-in 

İstanbul  sammitində 

"Qafqazda  sülh,  təhlükəsizlik  və 

əməkdaşlıq  paktı"nm  yaradılması  təklifi  ilə  çıxış  etmişdi.




Sammitdə  Qafqazda  sülhün  çağdaş  dünyanın  maraqlarına 

tam  uyğun  olduğu,  habelə  regionda  sülhün,  təhlükəsizliyin 

təminatında  mühüm  amil  olması  xüsusi  vurğulanmış  və 

iştirakçı dövlətlərin  başçıları tərəfindən müdafiə olunmuşdur.

Azərbaycanın  XXI  əsr  neft  strategiyasının  memarı 

olan  Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən 

Transqafqaz 

nəqliyyat 

qovşağında 

Xəzərin 


enerji 

ehtiyatlarının  Qərbə  nəqlini  əsas  tutan  "BTC"  və  "BTƏ"  neft 

və  qaz  kəmərləri  layihələrinin  reallaşması  Cənubi  Qafqaz 

dövlətlərinin,  ilk  növbədə  Azərbaycanın,  Türkiyənin  və 

Gürcüstanın  dövlət  və  milli  təhlükəsizliyi,  iqtisadi  yüksəlişi, 

bütövlükdə  regional  və  beynəlxalq  inteqrasiya  üçün  çox 

böyük  əhəmiyyət  kəsb  etdiyi  bu  gün  bütün  dünya  tərəfindən 

etiraf edilir.

Bölgədə,  ilk  növbədə  isə  Azərbaycanda  sosial-iqtisadi 

tərəqqinin  hərtərəfli  inkişafına  əlverişli  şərait  yaratmaq 

məqsədi  ilə  Heydər  Əliyev  təkcə  iqtisadi-siyasi  amillərlə 

yanaşı,  dünyada  baş  verən  qlobal  siyasi  proseslərdən  də 

ümummilli  məqsədlərə  çatmaq  üçün  istifadə  etməyə  çalışırdı. 

Belə  ki,  20  sentyabr  2001-ci  ildə  dünyanın  siyasi  həyatında 

baş  verən  qlobal  terror  dalğası  nəticəsində  yaranmış 

beynəlxalq  antiterror  koalisiyasına  Azərbaycan  dövləti  də 

dərhal  qoşuldu.  Onsuzda  erməni  terrorundan  ən  çox  əziyyət 

çəkən  Azərbaycan  bunun  fəsadlarını  öz  üzərində  hələ  ABŞ- 

dan  çox  öncə  hiss  etmişdi,  illərlə  terrorun  təkcə  Azərbaycan 

üçün  yox,  dünyanın  bütün  xalqları  üçün  ən  dəhşətli  bəla 

olduğunu  açıq  bəyan  edən  Heydər  Əliyev,  beynəlxalq 

ictimaiyyətin  terrorla  mübarizə  çağırışına  da  öz  əməli  işi  ilə 

dəstək  verdi.  Azərbaycanın  silahlı  qüvvələri  beynəlxalq  sülh 

məramlı  qüvvələrin  tərkibində  Kosovo,  Əfqanıstan  və  İraqda 

öz sülhpərvər missiyasını uğurla yerinə yetirir.

Ümummilli 

lider 

Heydər 


Əliyevin 

ardıcıl 


və 

məqsədyönlü  şəkildə  həyata  keçirdiyi  xarici  siyasət  kursunun 

ən  mühüm  uğurlarından  biri  də  2001-ci  ildə  Azərbaycanın 

Avropa  Şurasına  üzv  qəbul  edilməsi,  Avropa  ailəsinə

126



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə