Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə45/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   41   42   43   44   45   46   47   48   ...   205

Qızıl  Ordıınıın  bir  batalyonu  quldur  dəstələri  tərəfindən 

gözlənilmədən  mühasirəyə  alındı;  quldurlar  vacib  strateji

nöqtələri  ələ  keçirərək  batalyonu  tamamilə  məhv  etmək

• • 


qərarına  gəldilər.  Naxçıvan  Olkə  Partiya  Komitəsi,  inqilab 

Komitəsi,  Naxçıvan  Fövqəladə Komissiyası  və Qızıl  Ordunun 

komandanlığı  mühasirəyə  alınmış,  qırmızı  döyüşçülərə 

yardım  etmək  çağırışı  ilə  ölkənin  bütün  zəhmətkeşlərinə 

müraciət 

etdilər. 

Kommunist 

partiyası 

və 


Sovet 

hakimiyyətinin  çağırışma  cavab  olaraq  Şahbuz,  Cəhri, 

Sələsüz  və  s.  kəndlərin  əhalisi  antisovet  qiyamçı  dəstələrinə 

qarşı  mübarizəyə  qalxdılar.  Kəndlilər  qiyamçıların  rabitə 

yollarını kəsib  onların  başlıca qüvvələrinin və hərbi sursatının 

yerləşdiyi  Tirkeş  kəndini  mühasirəyə  aldılar  və  qiyamçıları 

qızıl  əsgərləri  mühasirədən  buraxmağa  məcbur  etdilər. 

Beləliklə,  antisovet quldur dəstələri  bu  dəfə öz arzularına çata 

bilmədilər» (5).

Naxçıvan  Fövqəladə  Komissiyası  və  hüquq-  mühafizə 

orqanları  üsyanlar  yatırıldıqdan  sonra  Qaraçuq  və  Tirkeş 

kəndlərinin  üsyançılarının  böyük  əksəriyyətini  həbs  etdi. 

Onların  çoxu  məsuliyyətə  cəlb  edildi,  bəziləri  cərimələndi, 

qalanları isə müxtəlif müddətlərdə islah əmək kaloniyalarında 

və  ya  həbs  düşərgələrində  saxlandıqdan  sonra  buraxıldı. 

Azadlığa  buraxılanların  hamısı  bir  nəfər  kimi  nəzarətə  götü­

rüldü.  Onların bəzilərinə rayonu tərk etmək qadağan edildi.

1925-ci  ildə  Mir  Cəfər  Bağırov  Mərkəzi  Komitəyə 

göndərdiyi 

məktubda 

bildirirdi  ki, 

1925-ci 


ilə 

kimi 


Azərbaycanın  müxtəlif  yerlərində  52  üsyan  hadisəsi  baş 

vermişdir.  Bu  fakt  bir  daha  onu  göstərir  ki,  bolşevizmə  qarşı 

mübarizə  heç  də  ötəri,  keçici  xarakter  daşımamış,  o  güclü  və 

mütəşəkkil  olmuşdur.  Doğrudur,  həmin  dövrün  mətbu 

mənbələrində  bu  hadisələr  geniş  oxucu  kütlələrinə  təhriflərlə 

çatdırılmışdır. 

Məsələn,  sovet  ideologiyasının  diqtəsi  ilə 

təbliğ  edilmişdir  ki,  bolşevikləşməyə  qarşı  yönəldilmiş 

mübarizənin,  xüsusilə  də  üsyan  və  qiyamların  yatırılmasında 

xalq  kütlələri  Sovet  hökumətini  dəstəkləmişdir.  Əslində  isə 

həmin  etiraz  aksiyalarında  çıxış  edənlərin  böyük  əksəriyyəti

136



elə  kəndlilərin  özləri  olmuşdur.  Sovet  hüquq-mühafizə 

orqanlarının  tətbiq  etdiyi  total  cəza  tədbirlərindən  qorxan 

əhalinin  bir qismi  isə  dəstəklədiyi  qolçomağı  və  mülkədarı  da 

açıq müdafiə etmədən çəkinmişlər.

Azərbaycanda  bolşevikləşməyə qarşı mübarizənin  yeni 

və  ən  güclü  dalğası  1930-cu  ildə  baş  verdi.  Belə  ki,  kolxoz 

quruculuğunda  qolçomaqlara.  mülkədarlara  və  ortabab 

kəndlilərə  qarşı  zorakılıq,  inzibatçılıq,  qeyri-  insani  rəftar  və 

repressiyalar  onların  narazılğına  səbəb  olurdu.  1930-cu  ilin 

əvvəllərində  Şəki-  Zaqatala  mahalında,  Xızının  Ağdərə, 

Şəmkirin  Bitdili,  Cəbrayılın  Sirik,  Naxçıvanın  - 

Keçili, 


Milax, Ərəfsə və b.  kəndlərində üsyanlar qalxırdı.

Moskvanın  apardığı  ruslaşdırma  siyasəti  və 

1928-

1929- cu  illərdə  keçirilən  seçkilər  də  milli  narazılıqlara  səbəb 



oldu.  Xalqın  demək  olar  ki,  86%-i  seçki  hüququndan 

məhrum  edilmişdi.  Seçkilərdə  yalnız  fəhlə  və  yoxsul  kəndlilər 

iştirak 

edə 


bilərdi. 

Ziyalılar, 

ortabablar, 

tacirlər, 

qolçomaqlar,  mülkədarlar  və  s.  seçkiyə  buraxılmırdı.  1929-cu 

ilin  sonlarından  bütün  ortabab  kəndlilərə  məxsus  torpaq, 

əmlak,  heyvan  və  digər  məhsullar  nə  varsa  müsadirə  edilib 

kollektivlərə  verilməyə  başlandı. 

Bunun  nəticəsi  olaraq,

1930- cu  ilin  fevral,  mart-,  aprel  aylarında  geniş  və  qanlı 

qiyamlar 

qalxdı. 


Qiyamlara 

qoşulanların, 

partizan-

qaçaqçılıq hərəkatı tərəfdarlarının sayı  ketdikcə artırdı.

• »

Ölkədə 


siyasi  və 

iqtisadi  cəhətdən  əhalinin 

mənafeyinə  zidd  olan  qərarların  qəbul  olunması  yerlərdəki 

narazılıqları  daha  da  artırırdı.  Məsələn, 

1930-cu  ilin 

fevralında  AK(b)P  MK-nın  fərdi  təsərrüfatlarda  olan  mal- 

qaranın  ictimailəşdirilməsi  barədə  verilən  qərarı  kəndlilərin 

ciddi  narazılığına səbəb olmuşdu.  Bunun nəticəsi idi  ki,  Şərur, 

Ordubad  və  digər  rayonların  dağ  kəndlərində  silahlı 

müqavimətlər genişlənirdi  (6).

1930-cu  il 

martın  18-də  Naxçıvanın  Qızıl-  Boğaz 

mahalında  Qasım  və  Əlibəyin  başçılıq  etdiyi  qaçaqlarla  Qızıl 

Ordu  arasında  iki  gün 

qanlı  döyüşlər  olmuşdur. 

Rus 


əsgərləri  sonradan günahsız insanları qılıncdan  keçirmişdilər  .

137



Bu  səbəbdən  mart-  may  aylarında  bir  sıra  yerlərdə  əhali 

tərəfindən  kolxozlar  ləğv  edildi.  1930-cu  ilin  martın  20-22-də 

Şahbuz  rayonunda  cəmlənmiş  500-ə  qədər  silahlı  kəndlinin 

müqavimət  dəstəsinə  qarşı  hökumət  nizami  ordu  hissələri 

yeritmişdi.  MTN-in  arxivində  qorunub  saxlanılan  270  saylı 

istintaq  işi  də  bir  çox  mətləblərə  aydınlıq  gətirir.  Həmin 

istintaq  işində  göstərilir  ki,  Naxçıvan  MSSR-də  Sovet 

hakimiyyətini  qəbul  etməyən  Nəhəcir  dəstəsi  Naxçıvan

mahalında  etiraz  aksiyalarına  başlayır.  Üsyançılar  qonşu 

Əbrəqunus  rayonunun 

Ərəzin,  Əbrəqunus,  eyni  zamanda 

Şahbuz  rayonunun  Keçili  və  b.  kəndlərin  üsyançılarını 

birləşdirərək  bolşevizmə  qarşı  mübarizə  aparmışdır.  İstintaq 

materiallarından  aydın  görünür  ki,  üsyan  yatırıldıqdan  sonra 

Dövlət  Siyasi  İdarəsinin  əməkdaşları,  xüsusilə  də  Orbclyan 

üsyançılara  qarşı  amansız  olmuş,  onların  böyük  əksəriyyəti 

güllələnmiş,  bir  çoxu  isə  müxtəlif  müddətlərə  azadlıqdan 

məhrum  edilmişdir.  Belə  ki,  həbs  olunan  89  nəfərdən  50 

nəfəri güllələnmiş,  6 nəfər üç il,  17 nəfər beş il, 4 nəfər altı il,  3 

nəfər  yeddi  il,  3  nəfər  səkkiz  il,  3  nəfər  on  il  azadlıqdan 

məhrum  edilmişdir  (7).  Böyük  «işgəncələrlə  40  ailə,  o 

cümlədən  uşaqlar,  körpələr,  90  yaşlı  qocalar,  xəstələr,  hamilə 

gəlin  və  qadınlar  vaqonlara  doldurulub  həmişəlik  yaşamaq 

üçün  sürgünə  göndərildi» 

(8). 

Bu  cür 


repressiyalar 

respublikanın  digər  bölgələrində  də  davam  edirdi.  Belə  ki, 

1930-cu  il  fevralın  19-da  Zaqatalada  128  nəfər,  fevralın  20-də 

Lənkəranda  99  nəfər,  fevralın  26-da  Şirvanda  147  nəfər, 

aprelin  15-də  Muğanda  50  nəfər 

qolçomaq  və  antisovet 

cəzalandırıbmış və mülkləri müsadirə olunmuşdur (9).

Göründüyü 

kimi 

Azərbaycanda, 



cümlədən 

Naxçıvanda  da  xalq  bolşevizmə  qarşı  kütləvi  aksiyalar 

keçirmiş,  sovet rejiminin yeritdiyi siyasəti qəbul etməmişdir.

Ədəbiyyat:

1.  Azərbaycan Respublikası M DA.  F.l. siy.l, iş 24, v.  10.

2.  Siyasi tarix.  I cild, Bakı, 2001, s.  163.

3.  Naxçıvan  MR  MDA.  F. 63, iş 4, v.1-2.

138



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə