Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə36/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   32   33   34   35   36   37   38   39   ...   205

su  kanallarının  bərpa  edilməsi,  yeni  su  nasoslarının

qurulması,  kənd  zəhmətkeşlərinin  vəziyyətinin  və  onların

məişətinin 

yaxşılaşdırılmasına  ciddi 

təsir  göstərmişdir.

Aparılan  etnorqrafık  tədqiqatlardan  aydın  olur  ki,  Muxtar

Respublikmızm  rayon  və  kəndlərində  məişət  mədəniyyətini

yüksəltmək  məsələlərinə  aid  elmi-nəzəri  konfranslar,  tematik

gecələr  keçirilmişdir.  Bu  konfrans  və  tematik  gecələrinin

keçirilməsinin  əhəmiyyəti  ondan  ibarətdir ki,  adamlar  məişəti

müasir  zövqlə  qurmaqda  çətinlik  çəkməsinlər,  eləcə  də  bu

tematik  gecələr  ictimai  qaydaları  pozanları  tərbiyə  edir  və

xoşagəlməz  hərəkətlərdən  çəkindirməyə  təsir  göstərir.  Amma

məişət  mədəniyyətinin  yüksəldilməsində  həmçinin  islam  əxlaq

qaydalarının da  mühüm rolu vardır.  Sovetlər birliyi .dövründə

uzun  illər  boyu  məişət  münasibətləri  sahəsinin  dini  adətlərlə

bağlılığı  tənqid  və  bir  növü  qadağan  edilməsi,  islam  əxlaq

qaydalarından kənarda qoyurdu.

• 



Ölkəmiz  müstəqillik  qazandıqdan  sonra  ,  dinə  xüsusi 



azadlıq 

verilmiş, 

insanın 

İslami 


əxlaq 

normalarına 

yiyələnməyə 

böyk 


imkanlar 

açılmışdır. 

İndi 

Muxtar 


respublikamızın  elə  bir  rayon  və  kəndləri  yoxdur  ki,  orada 

məscid  tikilib  istifadəyə  verilməsin,  digər  tərəfədən  özlərində 

sağlam  dini  qadağalar  aradan  götürüldüyündən  adamlar 

Məkkəyə,  Kərbalaya,  Məşhədə  axın-  axın  gedərək,  saflığa, 

paklığa  doğru  addım  atmış  olurlar.  Məhz  bu  cəhətlərə  görə, 

müasir şəraitdə din məişətdə yenidən adət- ənənələrini  yaşadır 

və formalaşdırır.

Etnoqrafik  tədqiqatlar  göstərir  ki,  hazırda  Muxtar 

respublikamızın  rayon  və  kəndlərində  dinə  inananların  sayı 

çoxluq  təşkil  edir.  Göründüyü  kimi,  beləliklə  xalqın 

formalaşmış  məişət  adət-  ənənələri  ketdikcə  daha  mütərəqqi 

adətlərlə  zənginləşir  və  inkişaf etdirilir.  Məişət  münasibətləri 

sahəsində  hazırda,  zəif olsa  da,  təzahürlərinə  rast  gəldiyimiz 

mülkü  sahibkarlıq  məişət  qapalığına  son  qoyur  və  sosial

fəallıq  artır.  Ölkəmiz  müstəqillik  qazandıqdan  sonra  xüsusi 

mülkiyyət  şəhər  və  kənd  iqtisadiyyatında  tədricən  özünü 

biruzə verərək məişətin təkmilləşməsinə güclü təsir göstərir.

109



Ədəbiyyat

1.  İ.Habibboyli.  Heydər Əliyevin  həyatı  və fəaliyyətinin  Naxçıvan 

dövründə  Naxçıvan  Dövlət  Universiteti.  «Qeyrət»  nəşriyyatı, 

1998.


2.  Hac:  Qadir  Qədirzadə.  Ailə  və  məişətlə  bağlı  adətlər,  inamlar, 

etııogenetik əlaqələr.  Bakı, Elm, 2003.

3.  H.A.Quliyev.  Məişətimizdə adət və ənənələr.  Bakı, 1976.

4.  H.A.Quliyev.  Azərbaycanda  ailə  məişətinin  bəzi  məsələləri. 

Bakı,  1986.

5.  М.Атакишиева.  Семейный быть азербайджанцев  в  прошлом  и 

настоящем М. 1953 г.

6.  Zəhmət  Şahverdiyev,  İsmayıl  Zeynalov.  Naxçıvan  Muxtar 

Respublikası  1991 -2001 -ci illərdə. Qismət nəş., 2002.

7.  Şərq qapısı. 04 noyabr 2001.

8.  Şərq qapısı. 04 yanvar 2001.

9.  Şərq qapısı. 06 yanvar 2001.

10. Şərq qapısı.  15 fevral 2001.

H Ə M ZƏ   CƏFƏROV

Naxçıvan  Dövlət  Universiteti

XX  ƏSRİN  ƏVVƏLLƏRİNDƏ  AZƏRBAYCANLI 

TƏLƏBƏ- GƏNCLƏRİN İCTİMAİ  SİYASİ

FƏALİYYƏTİ

4

'



Cəmiyyətin  mədəni,  siyasi,  iqtisadi  inkişafı  hər  şeydən 

əvvəl  gənclərlə  bağlıdır.  Bütün  dövrlərdə  gənclik  tarixi 

hadisələrin  gedişinə  əhəmiyyətli  təsir göstərmiş  və  göstərmək­

dədir.


Gənclərin  cəmiyyətdə  yeri  və  rolu  məsələsinin  geniş 

tədqiqi  müasir  dövrdə  -   gəncliyin  respublikamızın  müstə­

qilliyi,  demokratik  inkişafı  və  sosial  tərəqqisi  uğrunda 

mübarizənin  gücləndiyi  dövrdə  xüsusi  əhəmiyyət  daşımağa 

başlayır.  Heç  bir  dövlətin  inkişafı  və  tərəqqisi  gəncliyin

110



inkişafı  olmadan  mümkün  deyildir.  Gətıclərsiz  bütün 

bəşəriyyətin  həllinə  çalışdığı  çoxcəhətli  humanitar  vəzifələrin 

öhdəsindən gəlmək mümkün deyildir.

Gənclik  fenomeninin  milli  tariximiz  kontekstində 

öyrənilməsi  bizə  gənclərin  cəmiyyətdə  tutduğu  yeri  və 

rolunun  təkamülü  prosesini  müəyyənləşdirməyə  imkan  verir. 

Bu  baxımdan  Azərbaycanda  tələbə-gənclər  hərəkatının 

formalaşması məsələsinin mühüm elmi əhəmiyyəti vardır.

XX 

əsrin  əvvəllərində  bütün  Rusiyada  olduğu  kimi 



Azərbaycanda  da  sosial,  milli  münaqişələrin  kəskinləşməsi, 

fəhlələrin,  kəndlilərin  kütləvi  çıxışları,  cəmiyyətin  bütün 

təbəqələrinin  siyasi  və  ideoloji  cəhətdən  fəallaşması  üçün 

imkan  yaratdı.  Birinci  rus  inqilabı  Qafqazda  erməni 

təcavüzkarlığının 

artması, 

Azərbaycanda 

müxtəlif 

cərəyanların,  siyasi təşkilatların yaranmasını sürətləndirdi.

Getdikcə daha geniş vüsət alan  bu  prosesdə  Rusiyanın

qabaqcıl  ali  məktəblərində  oxuyan  azərbaycanlı  tələbələr

yaxından  iştirak  etməyə  başlamışdılar.  Rusiyada  təhsil  alan

azərbaycanlı  tələbələr  öz  vətənləri  ilə  daim  əlaqə  saxlayır,

burada  baş  verən  sosial,  siyasi,  mədəni  hadisələrlə  daim

maraqlanırdılar.  Xüsusən  Azərbaycanda  təşəkkül  tapmaqda

olan  siyasi  təşkilat  və  qrupların  fəaliyyətində  azərbaycanlı

tələbələr  yaxından  iştirak  edirdilər.  Məlumdur  ki,  XIX  əsrin

sonu  XX  əsrin  əvvəllərində  Rusiyada  tələbələr  arasında  ən

çox  yayılmış  sosial  nəzəriyyə  marksizm  idi  və  bu  cərəyan

tələbə  hərəkatı  üzərində  çox  böyük  təsirə  malik  idi.

• •

Ümumrusiya 



tələbə 

hərəkatında 

fəal 

iştirak 


edən 

azərbaycanlı  tələbələrin  bir  çoxu  da  marksizm  nəzəriyyəsi  ilə 

tanış  olduqdan  sonra  ilk  siyasi  fəaliyyətlərinə  məhz  sosial- 

demokrat 

partiyasının 

üzvləri 


kimi 

başlamış, 

vətənə

111



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə