Danılmaz həqiqətdir ki, bütün fəaliyyəti ərzində Milli
Elmlər Akademiyasının ən yüksək təşəkkülü və inkişafı
ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərinə
aiddir. Görkəmli dövlət xadimi Heydər Əliyev həm Elmlər
Akademiyasını elmin inkişaf etdirilməsinin əsas hərəkətverici
faktoruna - mərkəzinə çevirdi, həm də Azərbaycanın inkişafı
və tanıdılması naminə Akademiya faktorundan faydalanmaq
vəzifəsini böyük bacarıqla həyata keçirdi. Azərbaycan
tarixində Akademiyanın imkanları və nüfuzu heç vaxt
dövlətçiliyinin Heydər Əliyev mərhələsindəki səviyyədə olma
mışdır. Məhz Heydər Əliyev dövründə Azərbaycan aliminin
və elminin nüfuzu Milli Elmlər Akademiyasının konkret
tarixi şəraitdə malik olduğu nüfuzla ölçülmüş, müəyyən
olunmuşdur. Sovet hakimiyyəti illərində Elmlər Akademii-
yasını keçmiş İttifaq məkanında əsas elmi mərkəzlərdən biri
kimi tanıtmağa nail olmuş Heydər Əliyev müstəqillik
mərhələsində bu böyük elmi qurumu xalqın milli sərvətinə
çevirməklə yanaşı, dünya elminin tərkib hissəsi səviyyəsində
qəbul edilməsi üçün də düşünülmüş əməli addımlar atmışdır.
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılması uzaqgörən qüdrətli dövlət xadimi Heydər
Əliyevin Azərbaycan elminə, yeni tipli Akademiya quruculu
ğuna sanballı töhfəsidir. Akademiyanın Naxçıvan Bölməsi
ideyasının gerçəkləşdirilməsi milli elmin coğrafiyasının geniş
ləndirilməsi və respublikanın əsas ərazisindən ayrı salınmış
bir regionda elmi qüvvələrin qorunub saxlanılması, daha da
inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olan
düşünülmüş uğurlu dövlət tədbiridir. Naxçıvanda Akademiya
yaratmaq müstəqil
respublikamızın üzvi tərkib hissəsi olan
Naxçıvan diyarında qədim oğuz-türk mədəniyyətinin, dili
mizin, milli tariximizin və ədəbiyyatımızın köklərinin,
təşəkkülü və inkişafı yollarının daha əsaslı, tutarlı, dəlilli-
sübutlu şəkildə araşdırılıb ümumiləşdirilməsinə geniş meydan
açmaq deməkdir. Bu akademik qurumun təşkili eyni
zamanda Cənubi və Qərbi Azərbaycanı, Şərqi Anadolunu
20
kəzin yaradılması kimi uzaqgörən strateji məqsədlərə də xid
mət edir. Qısa müddətdə Azərbaycan Milli Elmlər Akademi
yası Naxçıvan Bölməsinin maddi-texniki bazasının möhkəm
ləndirilməsi, kadr potensialının formalaşdırılması istiqamə
tində görülmüş genişmiqyaslı işlər, əldə edilmiş ilkin müsbət
elmi nəticələr
ümummilli liderin siyasi kursunun uğurla
yerinə yetirilməsinə əyani sübutdur.
Naxçıvan Dövlət Universiteti ilə Milli Elmlər Akkade-
miyasınm Naxçıvan Bölməsinin qarşılıqlı, işgüzar fəaliyyə
tinin təmin olunması respublikamızda elmlə cili təhsilin
inteqrasiyasına
bariz nümunələrdən
biri
sayıla
bilər.
Bakalavr, magistratura və aspirantura pillələri üzrə Naxçı
van Dövlət Universitetinin qəbul planlarının, Dissertasiya
Şurasının fəaliyyətinin Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin zəruri ehtiyaclarına, əsas tələbatlarına doğru
istiqamətləndirilməsi, yeni elmi qurumun elmi dərəcəli kadrla
təminatı sahəsində qayğıkeş addımların atılması, birgə elmi
konfransların və seminarların keçirilməsi, müştərək nəşrlərin
hazırlanması regionda vahid elmi mühitin formalaşdml-
masına və canlandırılmasına normal şərait yaratmışdır. Elmi
və ali təhsili əhatə edən bu iki qurum arasında inteqrasiyanın
daha da dərinləşməsi və möhkəmləndirilməsi qısa müddətdə
regionda yeni və mükəmməl elmi məktəblərin yaranmasına,
nüfuzlu alimlərin yetişib formalaşmasına özünün sanballı
töhfəsini verəcəkdir.
Azərbaycanın dünya şöhrətli alimləri əsasən Milli
Elmlər Akademiyasından çıxmışdır. Bu mənada Milli Elmlər
Akademiyası təkcə Azərbaycan üçün deyil, geniş mənada
bəşəriyyət üçün faydalı olan ideyaları, ciddi kəşfləri, nadir
ixtiraları meydana çıxaran, ərsəyə gətirən böyük elmi
mərkəzdir. Yer kürəsinin müxtəlif qütblərində qəbul olunan
görkəmli Azərbaycan alimləri - Yusif Məmmədəliyev, Həsən
Abdullayev, Həsən Əliyev, Cəlal Əliyev, Mahmud Kərimov,
Ziya Bünyadov, Fəraməz Maqsudov, Həbibbulla və Toğrul
Şahtaxtinskilər, Mustafa Topçubaşov, Azad Mirzəcanzadə,
21
Arif Mehdiyev, Əhməd Mahmudov, Budaq Budaqov,
Əlisöhbət Sumbatzadə, Cəmil Quliyev, Bəkir Nəbiyev, Akif
Əlizadə, Məmmədcəfəı* Cəfərov, Asəf Nadirov, Ağamusa
Axundov, Yaşar Qarayev, Kərim Kərimov və başqaları Milli
Elmlər Akademiyasının elmi mühitində və zəngin ənənələri
zəminində yetişib formalaşmış, tanınıb məşhurlaşmışlar.
Uzun illər Milli Elmlər Akademiyasına uğurla rəhbərlik
etmiş, böyük elmi kəşflərin müəllifi, neft kimyası elmi
məktəbinin yaradıcısı, görkəmli alim - təşkilatçı, beynəlxalq
aləmdə qəbul olunan akademik Yusif Məmmədəliyevin
xidmətləri bütövlükdə əhalisinə və ərazisinə görə respublika
mıza uyğun gələn digər ölkələrin Akademiyalarının fəaliy
yətinə bərabərdir.
Azərbaycan dünyada həm də böyük elmi və görkəmli
alimləri ilə tanınmışdır.
Müstəqillik dövründə Azərbaycan Milli
Elmlər
Akademiyası özünü yenidən bərpa etmiş və yeni inkişaf
mərhələsinə qədəm qoymuş güclü elmi mərkəz kimi
fəaliyyətini uğurla davam etdirir. Hazırki tarixi mərhələdə
Akademiyamız müstəqil Azərbaycanın elm
üzrə
Baş
Qərargahı funksiyasını həyata keçirməyin məsuliyyətini və
şərəfini bütün ciddiliyi və ləyaqəti ilə nəinki gerçəkləşdirir,
həm də böyük qətiyyətlə və inamla daha böyük gələcəyə
doğru aparır.
22
Dostları ilə paylaş: |