T A R İY E L TALIBO V
A M E A Naxçıvan Bölməsi
Bioresurslar İnstitutu
NAXÇIVAN MR ƏRAZİSİNDƏ BOTANİKİ
TƏDQİQATLAR TARİXİ
Bitkilər aləmi Yer kürəsində canlılar aləminin
təşəkkülündə, onun formalaşmasında və yaşayışında çox
mühüm rol oynamışdır. Təkcə xlorofıl piqmentinin yaran
ması canlılar aləmində ən böyük bir möcüzə, ən böyük bir
inqilab kimi qiymətləndirilir.
Məlumdur ki, insan da digər canlılar kimi ilk olaraq
öz qida rasionunda bitki mənşəli məhsullardan daha çox
istifadə etmiş, onu tanımağa başlamışdır. Məskunlaşandan
sonra əkinçilik mədəniyyəti formalaşmış, yabanı növlər
becərilərək yavaş-yavaş stabil qida ehtiyatı əldə edə bilmişlər.
Bu proses vəhşi heyvanların saxlanılması, əhlilləşdirilməsi ilə
də davam edilərək, yenə qida ehtiyatı xatirinə heyvanları diri
- "canlı konserv" formasında saxlamışlar, insan təkmilləşdik
cə, elmi təfəkkür formalaşdıqca o nəinki öz əhatə dairəsini,
eyni zamanda bütün əraziləri, qitələri gəzərək yeni təbii
ehtiyat bazası əldə etməyə və öyrənməyə çalışılmışdır.
Naxçıvan MR-in torpaq-iqlim amilləri, relyef və digər
fiziki-coğrafi xüsusiyyətləri burada spesifik ekosistemin əmələ
gəlməsi və formalaşmasında xüsusi rol oynamış, müasir
biomüxtəlifliyin yaranmasına səbəb olmuşdur. Bu zənginliyin
yaranmasının digər səbəbi, ərazinin genezisi ilə bərabər, həm
də onun bir neçə botaniki-coğrafi rayonlar sərhəddində
yerləşməsidir ki, bu zaman növlərin miqrasiya imkanları
hesabına biomüxtəliflik daha da zənginləşmişdir.
Biomüxtəliflik tükənməyən təbii sərvətlərdən biri olub,
hər bir ölkənin iqtisadi həyatında çox vacib rol oynayır.
Biomüxtəlifiiyi təşkil edən növlər qida, yem, dərman, texniki,
dekorativ və s. məqsədlərlə istifadə edilə bilir. Bacarıqla və
məqsədyönlü istifadə edildikdə, eyni zamanda növün
23
təbiətdəki populyasiyasının say dinamikasına nəzarət olun
duqda, bioresurslardan istifadə effektli olmaqla yanaşı, istifa
də edilən canlının təbiətdəki normal fəaliyyəti də bərpa oluna
bilər.
Naxçıvan MR-də biomüxtəlifliyin zənginliyi dedikdə
onu nəzərə almaq lazımdır ki, ərazimiz bəşəriyyətin əsas
qidasını təşkil edən buğdanın təkdənli və ikidənli növlərinin,
insanların ilk əhlilləşdirdiyi keçi (bezoar keçisi) və qoyunun
(muflon), nadir, endemik və relikt növlərin vətənidir. Bu
zənginlik içərisində ərazinin florası da özünəməxsus olub,
öyrənilmə tarixi qədim zamanlara gedib çıxır. Məhz bu
səbəbdəndir ki, biz ərazinin floristik tədqiqi tarixindən
danışdıqda mütləq xalq təbabəti, səyyah və təbiətşünasların
və s. müxtəlif səpkili məlumatları ilə kifayətlənməli oluruq.
Ərazimizin "İpək Yolu" marşrutu üzərində yerləşməsi (8,12)
təbii ki, bu bölgədən keçən səyyah, tacir, təbiətşünas və
başqalarının yazdıqları xatirələrdə, əsərlərdə və s. öz əksini
tapmış olmalıdır. Belə mənbələr az da olsa vardır və onlar
müəyyən fikirlərin irəli sürülməsinə imkan verir ( 10, 19).
Naxçıvan mahalında xalq seleksiyaçıları tərəfindən
qiymətli meyvə sortları yaradılmış, dərman bitkilərindən
müvəffəqiyyətlə istifadə edilmişdir. Lakin bu haqda yazılı
məlumatlar çox az olmuşdur. Hələ keçən əsrin əvvəllərində
Azərbaycanda tədqiqat mərkəzlərinin, muzeylərin və s.
yaradılması ilə əlaqədar olaraq, elmi-tədqiqat işlərinin həcmi
və miqyası artmağa başlamış, floraya aid dəqiq yazılar
meydana çıxmışdır. 1920-ci illərin əvvəlində yaradılmış
"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"
1931-ci ildə
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna (Az. DETİ)
çevrilir. 1932-ci ildə Az. DETİ-nin tərkibində Bakı Sektoru
yaradılır ki, ona da A.A. Qrossheym rəhbərlik edir. Az bir
ш
müddətdən sonra bu 'İnstitut Azərbaycan Dövlət Təbii
İstehsalat Gücünün Öyrənilməsi İnstitutuna çevrilir. 1932-ci
•
__
•
ilin noyabr ayından etibarən bu institut SSRİ EA
Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə, Bitki Ehtiyatı
seksiyası isə Azərbaycan şöbəsinin Botanika sektoruna
çevrilir. Bu sektorun müdiri A.A. Qrossheym olur. 1936-cı
•
__
ildə bu sektor SSRİ EA Azərbaycan Filialının Botanika
institutuna çevrilir.
1931 -1936-cı illərdə Azərbaycanda və o cümlədən
Naxçıvan MR ərazisində intensiv tədqiqat işləri aparılmışdır.
Qarşıya qoyulan məqsəd bitki ehtiyatını müəyyənləşdirmək,
kauçuklu, efir yağlı və dərman əhəmiyyətli bitkiləri öyrənmək
olmuşdur (1,4,16,17). Qeyd edildiyi kimi Naxçıvan MR-in
iqlim faktorları burada kserofıt bitki qruplarının formalaş
masına səbəb olmuşdur. Bu bitki qruplarının içərisində çoxlu
efir yağlı, kauçuqlu, kitrəli, dərman əhəmiyyətli və s.
istiqamətli bitki növləri çoxdur.
Əraziyə edilən planauyğun ekspedisiyalar nəticəsində
elm üçün çoxlu miqdarda yeni bitki növləri aşkar edilmiş,
bitki ehtiyatı öyrənilməyə başlamışdır. A.A. Qrossheym bu
dövrdə Azərbaycan dilində ilk dəfə olaraq 3 cildlik
"Azərbaycan florası" əsərlərini nəşr etdirir (3). Azərbaycan
dilində yazılan bu əsərlər botanik alimlərin, xüsusən siste-
matiklərin yetişməsində mühüm rol oynamışdır. Bu əsərlərdə
Naxçıvan MR florası haqqında da məlumatlar verilir.
Bu ərəfədə L.İ. Prilipko Naxçıvan MR-in bitki
örtüyünü, eyni zamanda əsas sistematik qrupları şərh edən
"Naxçıvan MSSR-də bitki münasibətləri haqqında" əsərini
nəşr etdirir (18). Naxçıvan MR-in bitkiliyinə həsr edilən bu
qiymətli tədqiqat əsəri bu gün də öz dəyərini itirməmişdir.
ш
L.I. Prilipko Muxtar Respublikada tədqiqat işi aparan
mütəxəssislərin bütün əsərlərini öz kitabında qeyd etməklə,
gələcək tədqiqatçılara düzgün istiqamət tapmaqda kömək
etmişdir. O, ərazidə 1148 növ ali bitki növünün yayıldığını
qeyd edir.
A.A. Qrossheym özünün "Флора Кавказа" adlı funda
mental əsərlərini bu müddətdə nəşr etdirməyə başlayır. Çox
təəssüf ki, onun ölümü ilə əlaqədar olaraq yalnız 7 cild nəşr
edilmiş və Qafqaz florasına həsr ediləsi digər 3 cild bu günə
25
Dostları ilə paylaş: |