İS M A Y IL H A C IY E V
A M E A Naxçıvan Bölməsi
MÜQƏDDƏS ELM MƏBƏDİ
Azərbaycanda elmin, mədəniyyətin, ictimai-fəlsəfi
fikrin inkişafında çox mühüm rol oynayan Milli Elmlər
Akademiyası 60 ilə yaxın bir müddətdə şərəfli yol keçmişdir.
Bu illərdə Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya
elminə birbaşa inteqrasiya olunmaq imkanı qazanmış və
həmişə cəmiyyətin inkişafına xidmət etmişdir.
«Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik
yubileyi haqqında» Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamda qeyd edildiyi kimi, bir
çox sahələrdə alimlərimizin əldə etdiyi nəticələr elm aləmində
öz layiqli yerini tutm uşdur1.
Respublikamızda
elmi-tədqiqat
təşkilatları
və
idarələrinin formalaşması prosesi keçən əsrin 20-ci illərindən
başlamışdır. 1923-cü ildə Elmlər Akademiyasının ilk özəyi
olan «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti» (ATTC)
yaradıldı2. 1929-cu ildə ATTC təxminən akademiya struk-
____
•
turuna malik olan Azərbaycan Elmi-Tədqiqat İnstitutuna
çevrildi3. Bu instituta respublikada mövcud olan bütün elmi
idarə və təşkilatların fəaliyyəti birləşdirildi. 1923-cü ildə
həmin institutun əsasında SSRİ EA Zaqafqaziya Filialının
Azərbaycan Şöbəsi (AzOZFAN) yaradıldı4. 1935-ci ildə isə
bu şöbə SSRİ EA-nın Azərbaycan Filialına çevrildi5.
SSRİ XKS-nin 28 yanvar6 1945-ci il tarixli qərarı və
Azərbaycan XKS-nin həmin ilin 27 mart tarixli xüsusi qərarı
ilə
Azərbaycan
Filialı
əsasında
Azərbaycan
Elmlər
Akademiyası yaradıldı7. Bu vaxt akademiyanın 4 bölməsi
(geologiya-kimya elmləri və neft, fizika-texnika elmləri və
neft, biologiya və kənd təsərrüfatı elmləri, ictimai elmlər)8, 16
elmi-tədqiqat institutu, 2 elmi-tədqiqat şöbəsi, 3 muzeyi,
mərkəzi kitabxanası və respublikanın 4 regionunda elmi
bazaları var idi9. Bu zaman Akademiyanın ilk heyəti də
11
formalaşır: 41 nəfər namizəddən 15-i Elmlər Akademiyasına
həqiqi üzv seçilir. Onun ilk heyətinə M.Mirqasımov, O.Hacı-
_ _ _ _
•
bəyov, S.Vurğun, Y.Məmmədəliyev, M.Torçubaşov, M .İbra
himov, M.Qaşqay, S.Dadaşov, Ş.Əzizbəyov, A.Qrossheym,
İ.Yesman, Ə.Əlizadə, H.Hüseynov,
İ.Şirokoqo- rov
və
M.Hüseynov daxil oldu10. Həmin ilin mart ayının 31-də Aka
demiyanın keçirdiyi ümumi iclasda akademik M.Mirqasımov
Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçildi11.
1945-1947-ci illərdə Akademiyanın prezidenti olan M.Mirqa-
sımovun təşkilatçılıq bacarığı sayəsində respublikada elm və
texnikanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi
tədqiqatların genişləndirilməsi, texniki, neft-kimya, təbiət
şünaslıq, ictimai elmlər, ədəbiyyat və incəsənət sahəsində
aktual məsələlərin yaxın illərdə həlli üçün məqsədyönlü
tədbirlər planlaşdırıldı.
Sonrakı illərdə Respublika Elmlər Akademiyasına
tanınmış elm xadimləri Yusif Məmmədəliyev (1947-1950;
1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1962-
1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev
(1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov
(1997-2000) rəhbərlik etmişlər. 2001-ci ilin iyul ayından isə
elm ocağına görkəmli alim Mahmud Kərimov rəhbərlik edir.
1945-1965-ci illərdə Azərbaycan Elmlər Akademiyası 5
bölmədən. 22 elmi-tədqiqat institutundan, 2 sektordan, 3
muzeydən ibarət olmuş və burada 6 mindən artıq əməkdaş
çalışmışdır. Elmi əməkdaşlardan 150 nəfəri elmlər doktoru,
300-ə qədəri isə elmlər namizədi olmuşdur. Həmin illərdə
Akademiyanın 34 nəfər həqiqi üzvü, 25 nəfər müxbir üzvü
olmuşdur12. Bu illərdə Azərbaycan Elmlər Akademiyasına 6
dəfə (1945, 1949, 1955, 1958, 1959, 1962) seçkilər keçirilmiş,
Azərbaycan elminin ən görkəmli nümayəndələri həqiqi və
müxbir üzv seçilmişdir. 20 il ərzində Elmlər Akademiyasının
maddi texniki bazası möhkəmlənmiş, əhatə dairəsi genişlən
miş, yeni elmi-tədqiqat müəssisələri, laboratoriyalar, şöbələr,
bölmələr açılmış, perspektivli elmi sahələrin inkişafına,
12
yüksək ixtisaslı kadr hazırlığına və elmi əlaqələrin artırıl
masına ciddi diqqət yetirilmişdir.
60 illik tarixə malik olan Azərbaycan Elmlər
Akademiyasının ən yüksək inkişaf dövrü ümummilli lider
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf
edir. Bu elm ocağının yeni yüksəlişi məhz Heydər Əliyevin
adı ilə bağlıdır. 70-ci illərdə Akademiya onun böyük
təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı,
özünün kadr potensialını, texniki arsenalını yaratdı13. Aka
demiya sistemində 6 bölmə, 24 elmi tədqiqat institutu, 3 sek
tor, 3 muzey, 1 mərkəz, 1 fond və 1 XDR sarayı fəaliyyət gös
tərirdi.
Həmin illərdə Akademiyanın Gəncə və Naxçıvan
şəhərlərində fəaliyyət göstərən Elmi Mərkəzlərinin, Şamaxı
Astrofizika Rəsədxanasının və Şəki zona elmi bazasının işləri
də xeyli gücləndirilmiş, onların elmi-texniki avadanlıq
baxımından imkanları xeyli zənginləşmişdir14.
70-80-ci illər Azərbaycanda elmin müxtəlif sahələrinin
sürətli inkişafı ilə xarakterizə olunur. Elmin fizika, riyaziyyat,
informatika və texnika sahələrinin inkişafı təmin edildi.
Nəticədə, 120-dən artıq informasiya-hesablama mərkəzi,
informatika elm-istehsalat birliyi və başqa müəssisələr
yaradıldı. Elm-istehsalat birlikləri, elektron və cihazqayırma
zavodları işə salındı. Astronomiya, kosmik tədqiqatlar
sahəsində uğurlar əldə edildi. Biologiya elminin yeni sahələri -
biokimya, molekulyar biologiya, biofızika, gen biotexno
logiyasının əsasları yaradıldı. Bu illərdə elmlə istehsalatın
əlaqəsinə xüsusi önəm verildi. Kimya, neft emalı və neft-
kimya sənayesinin əsl inkişafı bu illərə təsadüf edir. Fizio
logiya, mikrobiologiya, seysmologiya kimi sahələrin inkişafı
na xüsusi diqqət yetirilirdi. Neft və qaz emalı, yeni neft məh
sulları alınması, neft kimyası prosesləri, kimya texnologi
yasının nəzəri əsasları, respublikanın mineral sərvətlərinin
kompleks emalı, materialların karroziyadan qorunması,
polimerlərin alınması, elektrokimya, yüksək enerjilər kimyası,
dizel və avtomobil yanacağı istehsalının səmərəli metod-
13
Dostları ilə paylaş: |