Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə4/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   2   3   4   5   6   7   8   9   ...   205

İS M A Y IL   H A C IY E V  

A M E  A  Naxçıvan Bölməsi

MÜQƏDDƏS  ELM  MƏBƏDİ

Azərbaycanda  elmin,  mədəniyyətin,  ictimai-fəlsəfi 

fikrin  inkişafında  çox  mühüm  rol  oynayan  Milli  Elmlər 

Akademiyası  60  ilə  yaxın  bir  müddətdə  şərəfli  yol  keçmişdir. 

Bu  illərdə  Azərbaycan  elmi,  təhsili  və  mədəniyyəti  dünya 

elminə  birbaşa  inteqrasiya  olunmaq  imkanı  qazanmış  və 

həmişə cəmiyyətin inkişafına xidmət etmişdir.

«Azərbaycan  Milli  Elmlər  Akademiyasının  60  illik 

yubileyi  haqqında»  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  imzaladığı  sərəncamda  qeyd  edildiyi  kimi,  bir 

çox  sahələrdə  alimlərimizin  əldə  etdiyi  nəticələr  elm  aləmində 

öz layiqli yerini tutm uşdur1.

Respublikamızda 

elmi-tədqiqat 

təşkilatları 

idarələrinin  formalaşması  prosesi  keçən  əsrin  20-ci  illərindən



başlamışdır.  1923-cü  ildə  Elmlər  Akademiyasının  ilk  özəyi

olan  «Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti»  (ATTC)

yaradıldı2.  1929-cu  ildə  ATTC  təxminən  akademiya  struk-

____ 


turuna  malik  olan  Azərbaycan  Elmi-Tədqiqat  İnstitutuna 

çevrildi3.  Bu  instituta  respublikada  mövcud  olan  bütün  elmi 

idarə  və  təşkilatların  fəaliyyəti  birləşdirildi.  1923-cü  ildə 

həmin  institutun  əsasında  SSRİ  EA  Zaqafqaziya  Filialının 

Azərbaycan  Şöbəsi  (AzOZFAN)  yaradıldı4.  1935-ci  ildə  isə 

bu şöbə SSRİ  EA-nın Azərbaycan Filialına çevrildi5.

SSRİ  XKS-nin  28  yanvar6  1945-ci  il  tarixli  qərarı  və 

Azərbaycan  XKS-nin  həmin  ilin  27  mart  tarixli  xüsusi  qərarı 

ilə 


Azərbaycan 

Filialı 


əsasında 

Azərbaycan 

Elmlər 

Akademiyası  yaradıldı7.  Bu  vaxt  akademiyanın  4  bölməsi 



(geologiya-kimya  elmləri  və  neft,  fizika-texnika  elmləri  və 

neft,  biologiya və  kənd  təsərrüfatı  elmləri,  ictimai  elmlər)8,  16 

elmi-tədqiqat  institutu,  2  elmi-tədqiqat  şöbəsi,  3  muzeyi, 

mərkəzi  kitabxanası  və  respublikanın  4  regionunda  elmi 

bazaları  var  idi9.  Bu  zaman  Akademiyanın  ilk  heyəti  də

11



formalaşır:  41  nəfər  namizəddən  15-i  Elmlər  Akademiyasına

həqiqi  üzv seçilir.  Onun  ilk  heyətinə  M.Mirqasımov,  O.Hacı-

_ _ _ _  

bəyov,  S.Vurğun,  Y.Məmmədəliyev,  M.Torçubaşov,  M .İbra­



himov,  M.Qaşqay,  S.Dadaşov,  Ş.Əzizbəyov,  A.Qrossheym, 

İ.Yesman,  Ə.Əlizadə,  H.Hüseynov, 

İ.Şirokoqo-  rov 

M.Hüseynov daxil  oldu10.  Həmin  ilin mart ayının  31-də Aka­



demiyanın  keçirdiyi  ümumi  iclasda  akademik  M.Mirqasımov 

Azərbaycan  Elmlər  Akademiyasının  ilk  prezidenti  seçildi11. 

1945-1947-ci  illərdə  Akademiyanın  prezidenti  olan  M.Mirqa- 

sımovun  təşkilatçılıq  bacarığı  sayəsində  respublikada  elm  və 

texnikanın  müxtəlif  sahələri  üzrə  fundamental  və  tətbiqi 

tədqiqatların  genişləndirilməsi,  texniki,  neft-kimya,  təbiət­

şünaslıq,  ictimai  elmlər,  ədəbiyyat  və  incəsənət  sahəsində 

aktual  məsələlərin  yaxın  illərdə  həlli  üçün  məqsədyönlü 

tədbirlər planlaşdırıldı.

Sonrakı  illərdə  Respublika  Elmlər  Akademiyasına 

tanınmış  elm  xadimləri  Yusif  Məmmədəliyev  (1947-1950; 

1958-1961),  Musa  Əliyev  (1950-1958),  Zahid  Xəlilov  (1962- 

1967),  Rüstəm  İsmayılov  (1967-1970),  Həsən  Abdullayev 

(1970-1983),  Eldar  Salayev  (1983-1997),  Fəraməz  Maqsudov 

(1997-2000)  rəhbərlik  etmişlər.  2001-ci  ilin  iyul  ayından  isə 

elm ocağına görkəmli alim  Mahmud  Kərimov rəhbərlik edir.

1945-1965-ci  illərdə Azərbaycan  Elmlər Akademiyası  5 

bölmədən.  22  elmi-tədqiqat  institutundan,  2  sektordan,  3 

muzeydən  ibarət  olmuş  və  burada  6  mindən  artıq  əməkdaş 

çalışmışdır.  Elmi  əməkdaşlardan  150  nəfəri  elmlər  doktoru, 

300-ə  qədəri  isə  elmlər  namizədi  olmuşdur.  Həmin  illərdə 

Akademiyanın  34  nəfər  həqiqi  üzvü,  25  nəfər  müxbir  üzvü 

olmuşdur12.  Bu  illərdə  Azərbaycan  Elmlər  Akademiyasına  6 

dəfə  (1945,  1949,  1955,  1958,  1959,  1962)  seçkilər  keçirilmiş, 

Azərbaycan  elminin  ən  görkəmli  nümayəndələri  həqiqi  və 

müxbir  üzv  seçilmişdir.  20  il  ərzində  Elmlər  Akademiyasının 

maddi  texniki  bazası  möhkəmlənmiş,  əhatə  dairəsi  genişlən­

miş,  yeni  elmi-tədqiqat müəssisələri,  laboratoriyalar,  şöbələr, 

bölmələr  açılmış,  perspektivli  elmi  sahələrin  inkişafına,

12



yüksək  ixtisaslı  kadr  hazırlığına  və  elmi  əlaqələrin  artırıl­

masına ciddi diqqət yetirilmişdir.

60  illik  tarixə  malik  olan  Azərbaycan  Elmlər 

Akademiyasının  ən  yüksək  inkişaf  dövrü  ümummilli  lider 

Heydər  Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  illərə  təsadüf 

edir.  Bu  elm  ocağının  yeni  yüksəlişi  məhz  Heydər  Əliyevin 

adı  ilə  bağlıdır.  70-ci  illərdə  Akademiya  onun  böyük 

təşkilatçılıq  istedadı  nəticəsində  dünyada  şöhrət  qazandı, 

özünün  kadr  potensialını,  texniki  arsenalını  yaratdı13.  Aka­

demiya  sistemində  6  bölmə,  24  elmi  tədqiqat  institutu,  3  sek­

tor,  3  muzey,  1  mərkəz,  1  fond və  1  XDR  sarayı  fəaliyyət  gös­

tərirdi.


Həmin  illərdə  Akademiyanın  Gəncə  və  Naxçıvan 

şəhərlərində  fəaliyyət  göstərən  Elmi  Mərkəzlərinin,  Şamaxı 

Astrofizika  Rəsədxanasının  və  Şəki  zona elmi  bazasının  işləri 

də  xeyli  gücləndirilmiş,  onların  elmi-texniki  avadanlıq 

baxımından  imkanları xeyli zənginləşmişdir14.

70-80-ci  illər  Azərbaycanda  elmin  müxtəlif sahələrinin 

sürətli  inkişafı  ilə xarakterizə olunur.  Elmin  fizika,  riyaziyyat, 

informatika  və  texnika  sahələrinin  inkişafı  təmin  edildi. 

Nəticədə,  120-dən  artıq  informasiya-hesablama  mərkəzi, 

informatika  elm-istehsalat  birliyi  və  başqa  müəssisələr 

yaradıldı.  Elm-istehsalat  birlikləri,  elektron  və  cihazqayırma 

zavodları  işə  salındı.  Astronomiya,  kosmik  tədqiqatlar 

sahəsində uğurlar əldə edildi.  Biologiya elminin yeni  sahələri - 

biokimya,  molekulyar  biologiya,  biofızika,  gen  biotexno­

logiyasının  əsasları  yaradıldı.  Bu  illərdə  elmlə  istehsalatın 

əlaqəsinə  xüsusi  önəm  verildi.  Kimya,  neft  emalı  və  neft- 

kimya  sənayesinin  əsl  inkişafı  bu  illərə  təsadüf  edir.  Fizio­

logiya,  mikrobiologiya,  seysmologiya  kimi  sahələrin  inkişafı­

na xüsusi  diqqət  yetirilirdi.  Neft  və  qaz  emalı,  yeni  neft  məh­

sulları  alınması,  neft  kimyası  prosesləri,  kimya  texnologi­

yasının  nəzəri  əsasları,  respublikanın  mineral  sərvətlərinin 

kompleks  emalı,  materialların  karroziyadan  qorunması, 

polimerlərin alınması, elektrokimya, yüksək enerjilər kimyası, 

dizel  və  avtomobil  yanacağı  istehsalının  səmərəli  metod-

13



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə