Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə5/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   2   3   4   5   6   7   8   9   ...   205

larinin  yaradılması,  yüksək  keyfiyyətli  aşqarların  sintez 

edilməsi  akademiyanın  elmi-tədqiqat  planlarında  xüsusi  yer 

tuturdu15.  Akademiyanın  ictimai  və  humanitar  istiqamətli 

elmi-tədqiqat  institutlarında  da  maraqlı  və  əhəmiyyətli 

tədqiqatlar aparılır və  bir sıra  fundamental  və  ümumiləşdirici 

əsərlər nəşr olunurdu.

1967-1989-cu  illərdə  Azərbaycan  Elmlər  Akademiya­

sına  8  dəfə  seçki  keçirilmiş  (1967,  1968,  1969,  1972,  1976, 

1980,  1983,  1989),  nəticədə  Akademiyanın  tərkibində  53 

həqiqi  üzv,  72  müxbir  üzv  təmsil  olunmuşdur.  Bu  dövrdə 

Akademiyanın  tərkibində 6 bölmə,  31  elmi-tədqiqat  institutu, 

2  sektor  və  2  muzey  olmuşdur.  Akademiyanın  elmi-tədqiqat 

stirukturlarmda  450-yə  yaxın  elmlər  doktoru,  2  minə  yaxın 

elmlər namizədi çalışmışdır.

Azərbaycan  elminin  inkişafında  Elmlər  Akademiya­

sının  xüsusi  mövqeyi  və  xidmətləri  olmuşdur.  60  il  ərzində 

elmimizin  bütün  sahələrinin  ağırlığı  Akademiyanın  üzərinə 

düşmüşdür.  Son  60  ildə  neft  kimyası,  neftayırma  sənayesi, 

yarımkeçiricilər  fizikası,  energetikanın  fiziki-texniki  problem­

ləri,  fotoelektronika.  neft-qaz  problemləri,  regional-geoloji 

tədqiqatlar,  seysmologiya  və  zəlzələlərin  proqnozlaşdırılması, 

palçıq  vulkanizmi,  yerli  floranın  və  faunanın  öyrənilməsi, 

bitkilərin  fiziologiyası,  biofizika  və  biokimya  problemləri,

patoloji  anatomiya,  eləcə də kimya  və  digər elm  sahələri  üzrə 

onlarca  digər  mühüm  problemlərə  dair  çox  qiymətli 

tədqiqatlar və kəşflər məhz Elmlər Akademiyasının  alimlərinə 

məxsusdur16.  Bu  elm sahələri  üzrə Y.Məmmədəliyev,  Ə.Quli­

yev,  V.Qutırya,  H.Abdullayev,  A.Mirzəcanzadə,  Ə.Hüsey­

nov,  M.Qaşqay,  Ş.Mehdiyev,  Z.Xəlilov,  M.Topçubaşov, 

İ.Mustafayev,  M.Nağıyev,  H.Əliyev,  V.Volobuyev,  M.Dalin,

A.Qarayev,  C.Əliyev,  Ə.Sıımbatzadə,  E.Salayev,  F.Maq- 

sudov,  Z.Bünyadov,  A.Əlizadə,  T.İsmayılov,  C.Kərimov,

M.Kərimov,  M.  Rüstəmov  kimi  alimlərin  qazandıqları 

uğurlar Azərbaycan elmini dünyaya  tanıtdırmışdır.

Keçən  əsrin  80-ci  illərinin  sonu  -   90-cı  illərinin  əvvəl­

ləri  Azərbaycan  üçün  ən  çətin,  ən  ağır  dövrə  çevrildi.  Həmin




illərdə  Azərbaycan  elminə,  mədəniyyətinə,  təhsil  sisteminə  də 

ciddi  zərbələr  vııruldu.  90-cı  illərin  əvvəllərində  Azərbaycan 

Elmlər  Akademiyası  dağılmaq  təhlükəsi  qarşısında  qaldı.

1993-cü  ildən,  Heydər  Əliyevin  siyasi  hakimiyyətə  qayıdışın­

dan  sonra,  Azərbaycan  elminin  və  təhsilinin  intibahına  geniş 

yol açıldı.  Müstəqil dövlət quruculuğuna qayıdan  Heydər Əli­

yev  ilk  görüş  yeri  kimi  Elmlər  Akademiyasını  seçdi.  Bununla 

höyiik  öndər  müstəqil  dövlətin  qurulmasında  «...intellektual 

potensiala arxalandığını ictimai fikrə çatdırdı»17.

Azərbaycan  xalqının  ümummilli  lideri  1997-ci  il 

yanvarın  31-də  Elmlər  Akademiyasının  rəhbərliyi;  həqiq  və 

müxbir  üzvləri  ilə  görüşündə  Akademiya  ilə  bağlı  olan  söz- 

söhbətlərə  son  qoydu:  «...XX  əsrdə  Azərbaycan  xalqının  ən 

böyük  nailiyyətlərindən  biri  ölkəmizdə  elmin,  təhsilin  sürətlə 

inkişaf  etməsidir.  Biz  bununla  fəxr  edirik. 

Bir  şeyi 

bilməlisiniz,  bu,  mənim  fikrindir  -  Azərbaycan  Elmlər 

Akademiyası  respublikamızın  ən  yüksək  elmi  müəssisəsidir. 

Azərbaycan  dövlətinin  ən  yüksək  elmi  müəssisəsi  Elmlər 

Akademiyasıdır.  Bu  Akademiyanın  işi  və  orada  işləyənlərin 

səviyyəsi,  şübhəsiz  ki,  başqalarından  yüksəkdir,  yüksək  də 

olacaq.  Biz  Akademiyanın  hörmətini  həmişə  qoruyub 

saxlamalıyıq,  heç  vaxt  imkan  vermək  olmaz  ki,  Akademiya­

mız,  yüksək  səviyyəli  elini-tədqiqat  institutlarımız  yaranan 

cürbəcür  elmi  müəssisələr  arasında  ərisin,  itsin.  Buna  yol 

vermək  olmaz.  Azərbaycan  Elmlər  Akademiyası  dövlətin 

Akademiyasıdır.  Prezidentin  birbaşa  himayəsi  altındadır, 

labcliyindədir  və  Prezidentin  qarşısında  cavabdehdir.  Bir 

daha  bunu  deməyə  məcburam  ki,  Azərbaycan  Respublika­

sının  müstəqil  Elmlər  Akademiyası  Azərbaycanın  ən  yüksək

elmi müəssisəsi, elmi təşkilatıdır...»18.

•  #


Olkə  prezidenti  Heydər Əliyev  15  may 2001-ci  il  tarixli 

fərmanı  ilə  Azərbaycan  Elmlər  Akademiyasına  «Azərbaycan 

Milli  Elmlər  Akademiyası»  statusunu  vermiş  və  bununla  da 

Akademiyanın  fundamental  elmin  inkişafında  əldə  etdiyi 

nailiyyətləri,  Azərbaycan  xalqının  mədəni  və  mənəvi  təşək­

külündə  oynadığı  rolu  və  akademik  elmin  ölkənin  inkişafının 

əsas təminatçısı  olduğunu  bir daha təsdiq  etmişdir

1$



2001- 

ci  ilin  iyun,  noyabr  və  2003-cü  ilin  aprel 

aylarında  Milli  Elmlər  Akademiyasının  həqiqi  və  müxbir 

üzvlərinin  seçkiləri  keçirilmişdir.  Heydər  Əliyev  Akademiya 

üzvlərinin  ümumi  sayının  200  nəfər  müəyyən  edilməsi  haqda 

xüsusi  sərəncam  imzalamışdır.  Seçkilər  nəticəsində  40  ixtisas 

üzrə  AMEA-nın  üzvlüyünə  31  nəfər  həqiqi  üzv  və  94  nəfər 

müxbir  üzv  seçilmişdir.  Beləliklə,  keçirilmiş  seçkilərdən  sonra 

həqiqi  üzvlərin sayı 61, müxbir üzvlərin sayı  109-a çatmışdır.

2002- 


ci  il  avqustun  7-də dövlət başçısı  Naxçıvan  Mux­

tar  Respublikasında  elmi-tədqiqat  qurumlarının  fəaliyyətini 

gücləndirmək,  mövcud  elmi  potensialdan  səmərəli  istifadə 

etmək,  Naxçıvanın  tarixi,  arxeologiyası,  etnoqrafiyası  və  təbii 

sərvətlərinin  öyrənilməsi  üçün  daha  əlverişli  şərait  yaratmaq 

məqsədilə  AMEA-nın  Naxçıvan  Bölməsinin  yaradılması 

haqqında tarixi sərəncam imzalamış, avqustun

12-do  Naxçıvanda  Bölmənin  yaradılmasına  həsr  olunmuş 

müşavirə keçirilmişdir.

Olkə  prezidenti  Heydər Əliyevin  4 yanvar 2003-cü  ildə 

verdiyi  fərmanla

AMEA-nın statusu və  Nizamnaməsi  təsdiq edilmişdir. 

Verilən  həmin  fərmanda  ölkəmizin  müasir  inkişaf səviyyəsinə 

uyğun  olaraq  elm  və  texnikanın  qarşısında  duran  vəzifələr 

konkret  və  aydın  göstərilmişdir.  Fərmanda  bu  münasibətlə 

deyilir:  «Azərbaycan  Milli  Elmlər  Akademiyası  Azərbaycan 

Respublikasında elmin  inkişafını  təşkil  və  təmin  edən,  dövlət 

elmi  vs  elmi-texniki  siyasətini  həyata  keçirən,  Azərbaycan 

Respublikasındakı 

bütün 


elmi 

müəssisələrinin 

və 

ali 


məktəblərin  elmi  tədqiqat  fəaliyyətini  əlaqələndirən  və  istiqa­

mətləndirən,  Azərbaycan  Respublikasını  xarici  ölkələrdə  elm 

və  elmi-texniki  fəaliyyət  sahəsində  təmsil  edən  ali  dövlət  elmi 

təşkilatıdır»19.

Qəbul  olunmuş  Nizamnamədə  AMEA-ııın  fəaliyyə­

tinin  məqsəd  və  vəzifələri,  funksiyaları,  strukturu  və  fəaliy­

yətinin  təşkili  və  hüquqları  göstərilmişdir.  Nizamnamədə 

deyilir:  «Akademiyanın  fəaliyyətinin  əsas  məqsədi  təbiət, 

cəmiyyət  və  insan  haqqında  yeni  biliklər  əldə  etməklə

16



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə