Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə6/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   2   3   4   5   6   7   8   9   ...   205

Azərbaycanın  iqtisadi,  sosial  və  mənəvi  inkişafına  xidmət 

göstərmək.  Azərbaycanda  elmi  inkişaf etdirməkdir»20.

Azərbaycanda  Milli  Elmlər  Akademiyasının  çoxminli 

kollektivi  qarşıya  qoyulan  vəzifələrin  həlli  üçün  səylə  çalışır, 

ciddi  elmi-tədqiqat  işləri  aparırlar.  2003-cü  ildə  Akade­

miyanın  elmi  müəssisələrində  153  problemi  əhatə  edən  427 

mövzu  üzrə elmi  tədqiqatlar aparılmış,  100-dən  artıq  mühüm 

elmi  nəticə alınmışdır20.  Azərbaycan  MEA-nın  bütün  idarə və 

təşkilatlarında,  elmi-tədqiqat  müəssisələrində  10249  nəfər 

əməkdaş  çalışır.  Bunlardan  4306  nəfəri  elmi  işçidir.  Elmi 

işçilərdən  450  nəfəri  elmlər  doktoru,  1998  nəfəri  isə  elmlər 

namizədidir22.  Ümumiyyətlə,  respublikada 

11599  nəfər 

pedaqoji  fəaliyyətlə yanaşı  elmi-texniki  işləri  də  yerinə  yetirir. 

Bunlardan  9913  nəfərin  elmi  dərəcəsi  vardır.  Elmlər  doktoru 

1530, elmlər namizədi  8383  nəfərdir23.

Hazırda  Azərbaycan  MEA  sistemində  5  elmi  bölmə, 

36  elmi-tədqiqat  institutu,  1  Bölmə,  3  mərkəz,  2  muzey 

fəaliyyət  göstərir.  MEA-nın  bütün  əməkdaşlarının  Akade­

miyanın  işini  müstəqil  dövlətimizin  tələbatlarına  uyğun 

olaraq  daha  intensiv  qurması,  dövlət  əhəmiyyətli  prioritet 

istiqamətlər  üzrə  elmi-tədqiqat  işlərinin  aparılması,  Azərbay­

can  elminin  dünya  elminə  daha  sıx  inteqrasiya  olunması, 

struktur islahatların  həyata keçirilməsi istiqamətində səmərəli 

iş  aparırlar.  «Milli  Elmlər  Akademiyası  bizim  milli  sərvə­

timizdir.  Onu  qoruyub  saxlamalıyıq»,  -  Azərbaycan  xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  dediyi  bu  sözlər  bütöv­

lükdə  Azərbaycan  elminə,  Akademiya  əməkdaşlarına  verilən 

ən  yüksək  qiymət  olmaqla  qalmır,  həm  də  Akademiyanın 

yaranmasının  60  illiyini  qarşılayan  elm  adamlarının  məsu­

liyyətini  bir daha artırır.

Ə d ə b i y y a t

1.  «Azərbaycan» q., 2005,  15 fevral (№ 35).

2.  Müqəddəs  elm  məbədi  (AEA-nııı  50  illiyinə  həsr  olunur. 

Tərtibçi T.Əhmədov).  Bakı, «Azərbaycan»,  1996, s.7.

3.  Xəlilov  H.  Mənəvi  borc  və şərəfli  iş.  «Azərbaycan»  q.,  2003,  2 

dekabr.



4.  ASE, c.l, Bakı,  1976, s.  171.

5.  Azərbaycan  SSR  EA-nın  xəbərləri.  Tarix,  fəlsəfə  və  hüquq 

seriyası.  1975, №l,s.5.

6.  Bəzi  mənbələrdə  bu  tarix  23  yanvar  göstərilir  (Bax:  ASE.  c.l. 

Bakı,  1976, s. 171).

7.  Müqəddəs elm məbədi... s.7.

8.  Академия наук Азербайджанской ССР (Под редакцией президента 

АН Азерб. ССР Г.Б.Абдуллаева). Баку, «Элм»,  1976, s.7.

9.  ASE. c.l, s. 171.

10.  Yenə orada, s. 171-172.

11.  Dağ əzəmətli insan, «iqtisadiyyat» q., 2004, 23-29 aprel.

12.  Müqəddəs elm məbədi... s.l 1.

13.  Kərimov M. Heydər Əliyev fenomeni.  «Elm».  Xüsusi  buraxılış. 

Bakı, «Nurlan», 2003, s.l2.

14.  Mücəddəs elm məbədi... s. 11.

15.  ASE. c.l,  s. 172.

16.  Mücəddəs elm məbədi... s.l2.

i*

17.  Kərimov M. Göstərilən əsəri, s.32.



18.  «Azərbaycan» q.,  1997, 4 fevral (№22).

19.  Yenə orada, 2003, 5 yanvar (№03).

20.  Yenə orada.

21.  AMEA-nın  2003-cü  ildəki  fəaliyyəti  haqqında  hesabat.  Bakı, 

«Elm», 2004, s. 182.

22.  Yenə orada.

23.  «Elm» q., 2004, 28 dekabr (№37-40).

18



İSA  HƏBİB B Ə Y  L İ 

Naxçıvan  Dövlət  Universiteti

AZƏRBAYCAN ELMİNİN BAŞ QƏRARGAHI

Azərbaycanda  elm  bir  çox  istiqamətlər  üzrə  yaranıb 

inkişaf  edir.  Milli  Elmlər  Akademiyasında,  ali  məktəblərdə, 

müxtəlif nazirliklərə aid  olan sahə elmi-tədqiqat  intitullarında 

yaranan  və  inkişaf  etdirilən  elm  Azərbaycan  xalqının  milli 

sərvətidir.  Azərbaycan  alimlərinin  üçdə  ikisinin  təmsil  olun­

duğu  ali  məktəb elmi fundamental  tədqiqatlarla yanaşı,  peda- 

qoji-metodiki  xarakteri  ilə  də  səciyyələnir.  Sahə 

institut­

larında  formalaşan  elmi  fəaliyyət  konkret  bir  istiqamət  çərçi­

vəsində  aparılmaqla  bərabər,  daha 

çox  tətbiqi-təcrübi 

xarakter  daşıyır.  Azərbaycan  Milli  Elmlər  Akademiyasında 

yaranan  elm  isə  fundamental  xarakterinə,  dərin  nəzəri  səviy­

yəsinə,  ümumiləşdirici  əhəmiyyətinə  və  tətbiq  imkanlarının 

universallığına  görə  seçilir.  Milli  Elmlər  Akademiyası  həm­

çinin  respublikamızın  aparıcı  elmi  istiqamətlərini  müəyyən 

edən,  elmin  özünün inişafına dair proqramlar, layihələr hazır­

layan  əsas  elmi  mərkəzdir.  Azərbaycan  Respublikası  miq­

yasında  bütün  sahələr  və  istiqamətlər  üzrə  çoxcəhətli  elmi 

fəaliyyəti  əlaqələndirmək,  koordinasiya etmək,  ümumiləşdirib 

yekunlaşdırmaq  vəzifələrini  də  Milli  Elmlər  Akademiyası 

yerinə  yetirir.  Bütün  bunlara  görə  Milli  Elmlər  Akademiyası 

Azərbaycan elminin  baş qərargahıdır.

Respublikamızda 

Milli 


Elmlər 

Akademiyasının 

yaradılması  və  inkişaf  etdirilməsi  XX  əsrin  mühüm  tarixi 

nailiyyətidir.  Azərbaycan  elminin  bu  günkiı  yüksək  elmi 

səviyyəsi 

üçün  daha  çox  Akademiyamıza 

boıclu  və 

minnətdarıq.  Milli  Elmlər  Akademiyasının  keçdiyi  çətin, 

keşməkeşli  və  şərəfli  inkişaf  yolu  Azərbaycan  elminin  son 

altmış  ildəki  qabarmalarının  və  çəkilmələrinin,  kəsirlərinin  və 

uğur larin ı n gt'ızg üs üdü r .

19



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə