38
22). Qalın divarlı, qırmızı-qəhvəyi rəngli qabın çevrəsi 3 sm qalınlığında sərt
təbəqə ilə əhatə edilir və ətrafında həsir izləri olan küllü döşəmənin izləri
görünürdü. Görünür ki, qab döşəmədə basdırılmış və sonradan çevrəsi
bərkidilmişdi. Bu təbəqədən aşkar edilən keramikanın əsasən qırmızı rəngdə
olması da eyni boyaqdan istifadə edildiyini göstərirdi. Onlarla yanaşı narıncı,
qəhvəyi rəngli saxsı fraqmentləri, qəhvəyi, sarı, boz rəngli obsidian, ağ,
bənövşəyi rəngli çaxmaqdaşı və sümük qalıqları da bu mərhələnin
tapıntılarına daxil idi.
Beşinci mərhələyə aid saxsı nümunələri az
miqdarda götürülsə də onların qəhvəyi, qırmızı və boz rəngli qum qarışıqlı,
bəzən də samanlı və çox kövrək gildən hazırlanan məcməyi, kasa və qazan
tipli qablardan ibarət olduğunu qeyd etmək olar. Boz-qəhvəyi rəngli
fraqmentlərin üzəri hisləndiyindən bəzən boz-qara rəngə çalırdı. Bu əlamət
Hacı-Firuz yaşayış yerinin keramikası ilə analogiya yaradır [Voigt, 1983:
99].
Yuxarıda qeyd etdiyimiz kimi, Kültəpədən götürülən kömür analizləri
e.ə. VII-VI minillikləri göstərmişdi. Kültəpədə e.ə. V minilliyin ikinci yarısı
və IV minilliyin əvvəllərinə aid təbəqələrin varlığını yoxlamaq üçün A və G
sahələrində də tədqiqatlar aparıldı. A sahəsində tədqiqatlar 2014-cü ildə
başlasa da burada bir neçə qəbir aşkar olunduğu üçün qazıntılar yarımçıq
qalmışdı. Qəbir abidələri tədqiq edildikdən sonra sahənin ərazisi təmizlənərək
səviyyəsi düzəldilmiş və araşdırmalar davam etdirilmişdi. Sahənin cənub
hissəsində eni 1m, uzunluğu 2, 8 m olan çuxurun içərisi müasir dövrə aid
məişət qalıqları ilə dolmuşdu. Çuxur təmizləndikdən sonra bu sahənin tədqiqi
davam etdirilmiş, bəzi yerlərdə divar qalıqları aşkar olunmuşdu. Sahənin
mərkəzi hissəsində ətrafı çay daşları ilə çevrələnmiş, içərisinə isə çay daşları
döşənmiş ocağın qalıqları aşkar olundu. Ocağın içərisi qara rəngli küllə
dolmuşdu. Bu sahənin qərb tərəfində aparılan araşdırmalar zamanı həm
profilin təmizlənməsi, həm də maddi-mədəniyyət qalıqlarının öyrənilməsi
nəzərdə tutulmuşdu. Araşdırma zamanı sahənin bu hissəsində insan skeletinin
qalıqları aşkar olundu. Skelet qalıqları antropoloqlar tərəfindən
təmizləndikdən sonra qazıntılar davam etdirildi. Burada kiçik bir sahədə evin
döşəməsi və onun üzərində küpə tipli qabın parçaları aşkar olundu (Şəkil 26).
G sahəsində aparılan tədqiqatların əsas məqsədi yaşayış yerində daha
gec dövrlərin maddi-mədəniyyət qalıqlarını öyrənməkdən ibarət idi. Əvvəlcə
avtopark olan bu sahə təpənin ən hündür yerlərindən biri idi (Şəkil 25). Onun
yaxınlığında A sahəsində aparılan araşdırmalar bu sahədə mədəni təbəqənin
39
saxlandığını göstərirdi. Araşdırma zamanı müəyyən oldu ki, sahənin şərq
hissəsi müasir dövrə aid böyük bir çuxurla kəsilmişdir. Çuxurun yaxınlığında
Orta əsrlərə aid daşdan inşa olunmuş divar qalıqları aşkar olundu. Lakin bu
divarın cənub və şərq tərəfində bəzi yerlərdə Kür-Araz mədəniyyətinə aid
təbəqənin az da olsa saxlandığı müəyyənləşdirildi. Bu sahədən Kür-Araz
mədəniyyətinə aid keramika parşaları və nalşəkilli ocaq qurğusunun qalıqları
aşkar olundu. Bu onu göstərir ki, Kür-Araz yaşayış yeri yalnız təpənin
mərkəzi hissəsində olmuşdur. Olduqca incə olan Kür-Araz təbəqəsinin altında
Eneolit dövrünə aid xeyli keramika, heyvan sümükləri və obsidian parçaları
aşkar olundu. Keramika nümunələrinin ilkin analizi onların Son Eneolit
keramikası ilə bənzər olduğunu deməyə imkan verir. Şübhəsiz ki, kömür
analizlərinin nəticələri daha dəqiq fikir deməyə imkan verəcək. Qeyd etmək
lazımdır ki, Son Eneolit təbəqəsi O.Həbibullayevin qazıntıları zamanı aşkar
olunmamışdır. Yaşayış yerində Neolit dövründəki məskunlaşmanın başa
çatmasında sonra (təqribən e.ə. V minillik), ehtimal ki, Son Eneolit dövründə
burda yenidən məskunlaşma olmuşdur. Bu Sirabçay hövzəsinin Son Eneolit
dövründə məskunlaşması ilə eyni dövrə təsadüf edir və şübhəsiz ki, regionun
xammal mənbələrinin istismarı ilə bağlı olmuşdur. Yeni tapıntılar həmçinin
Kültəpənin Sirabçay vadisinin abidələri arasındakı yerini müəyyən etməyə
imkan verəcəkdir.
Beləliklə, 2015-ci ildə I Kültəpə yaşayış yerində aparılan tədqiqatlar
abidənin stratiqrafiyasına yenidən baxılması fikrini zəruri etməklə bərabər,
dünya arxeologiyasında onun xüsusi yeri olduğunu göstərməkdədir. Buradan
aşkar edilən bəzi arxitektura qalıqları Azərbaycanın Neolit [Абибуллаев,
1982: 12] və Eneolit [Археология Венгрии, 1980:26] abidələri, həmçinin
Şərqi Avropanın [Абибуллаев, 1982: 335] sinxron abidələrinin tikinti
qalıqları ilə analogiya yaratmaqla, abidənin Son Neolit dövrü üçün xarakterik
olduğunu nümayiş etdirir. Bu xüsusiyyət yaşayış yerinin digər maddi-
mədəniyyət nümunələrində də nümayiş olunmaqdadır. Belə ki, qazıntılar
zamanı buradan aşkar edilən obsidian və çaxmaqdaşından hazırlanmış oraq
dişləri, sıyırğac və digər kəsici alətlər Qafqazın Neolit abidələrindən üzə
çıxarılan alətlər arasında öz paralellərini tapır [Connor, Sagona, 2007: plate 2,
10, fig. 7, I-3]. Qabların üzərindəki konusvari qabarıq çıxıntılar da öz
paralellərini Cənubi Qafqazın digər həmdövr abidələrinin, o cümlədən o
cümlədən Azərbaycan abidələrinin materialları arasında tapmaqla
[Həbibullayev, 1959: tablo 22, 3-4; Badalyan et al., 2010: fig. 9-2, 2, 3, 5; 8,
Dostları ilə paylaş: |