59
Şəkil 39.
Qazıntı bir qədər dərinləşdikdən sonra insan skeletinə aid qalıqlar (E-
182) aşkar olundu. Onların biri qazıntı sahəsinin şərq divarının içərisinə
keçərək qazıntı sahəsindən kənara çıxırdı. Odur ki, onun yalnız sahədə qalan
hissəsini tədqiq etmək mümkün oldu. Tədqiqat zamanı kəllənin yuxarı
hissəsində oxra, üzərində kərpic qalıqları olduğu müəyyən olundu.
Tədqiqat zamanı qazıntı sahəsinin cənub-qərbində içərisi boz rəngli
küllə dolmuş dairəvi formalı ocaq yeri aşkar olundu. Ocağı çevrələyən ensiz
bad (qalınlığı 10 sm) odun təsirindən qızarmışdı. Ocaq təmizlənərkən
keramika, heyvan sümüyünün qalıqları, ağac kömürü aşkar olundu. Bu ocağın
yaxınlığında mis filizinin mineralı olan azurit parçaları da aşkar olundu.
Qazıntı sahəsinin şərq tərəfində isə dağ keçisinin kəlləsinə aid qalıqların
olduğu müəyyən olundu (947.42). Onun yaxınlığında mərkəzi hissəsində
oyuq olan qapı daşı (Şəkil 42) aşkar olundu (947.44). Oval formalı bu daşın
uzunluğu 25 sm, eni 17 sm, ortasındakı oyuğun dərinliyi 2 sm idi.
60
Şəkil 40.
Şəkil 41.
Bu laydan aşağıda aparılan tədqiqat zamanı ağ rəngli çürüntü qarışmış
döşəmə qalıqları, qazıntı sahəsinin şimal tərəfində oval formalı ocağın bir
61
qismi (E194) aşkar olundu. Ocaq 10 sm qalınlığı olan torpaqdan hazırlanmış
badla əhatələnmiş, içərisi boz-qara rəngli küllə dolmuşdu. Diametri 60-84 sm
idi (947.31). Qazıntı sahəsinin şərq hissəsində içərisinə iri çay daşları
döşənmiş ocaq (E196) aşkar olundu (947.34; 947.26). Ocağın ətrafında xeyli
kül yığınları aşkar olunmuşdu.
Bu sahənin ən maraqlı tapıntısı obsidian emalı emalatxanasının aşkar
olunması idi (Şəkil 41; Şəkil 43). Sahənin bir neçə yerində obsidian emalı ilə
bağlı qalıntılar, obsidian özəklər, qəlpələr, alətlər, istehsal çıxarları aşkar
olundu (E195, E197, E198). Bu tapıntılar obsidian emalının Kültəpədə
olduğunu təsdiq edən tutarlı faktlardan biridir. Məlum olduğu kimi, obsidian
özəklər, əmək alətləri və yarımfabrikat obsidian lövhələr Osman
Həbibullayevin qazıntıları zamanı da aşkar olunmuşdu (dərinlik 947.25).
Tədqiqat zamanı qazıntı sahəsinin qərb tərəfində də obsidian emalı ilə bağlı iş
yeri aşkar olundu (alt səviyyə 947.27). Sahənin mərkəzi hissəsində oval
formalı qapı daşı aşkar olundu (947.29). Araşdırmaya əsasən demək olar ki,
bu sahə müxtəlif dövrlərdə obsidian emalı üçün istifadə olunmuşdur.
Şəkil 42.
62
Şəkil 43.
Bu səviyyədən aşağıda qazıntı sahəsinin şərq tərəfində böyük oval
ocağın qalıqları, cənub tərəfdə isə kiçik həcmli dairəvi ocağın bir hissəsi aşkar
olundu. Ocağın diametri 40 sm-idi. Hər iki ocağın müəyyən hissəsi qazıntı
sahəsindən kənara çıxdığı üçün onların tam planını müəyyən etmək mümkün
olmamışdır. İkinci ocağın (E206) kənarları ensiz badla əhatə olunmuş və
odun təsirindən qızarmışdı. Sahənin qərb tərəfində oval formalı iri ocağın
qalıqları da aşkar olundu. Onun diametri 1, 2 m idi. İçərisi boz rəngli küllə
dolmuşdu.
Sahədə aşkar olunan döşəmə qalıqları və qapı daşı götürüldükdən
sonra, sahənin mərkəzi hissəsində diametri 45 sm olan ocaq aşkar olundu
(E210). İçərisi boz rəngli kül və kömür qalıqları ilə dolmuşdu. Ocağın
ətrafında döşəmə üzərində müxtəlif keramika nümunələri var idi. Keramika
çəhrayı rəngdə bişirilmiş qabın parçalarından ibarət idi. Qazıntı sahəsinin şərq
və qərb divarı yaxınlığında kiçik həcmli ocaqların qalıqları qeydə alındı.
Tədqiqat zamanı 947.06 m dərinlikdə insan skeletinin skelet qalıqları
(E214), onun ətrafında həsir qalıqları aşkar olundu (Şəkil 44). Skeletin kəlləsi
qərb, ayaqları şərq istiqamətində idi. Bükülü halda əlləri üzünə qaldırılmış
halda dəfn edilmişdi. Skeletin boğaz hissəsində muncuqlardan ibarət
boyunbağı, kəlləsinin altında oxra olduğu müəyyən olundu. Skeletin
sümükləri qırmızı rəngdə idi. Ehtimal ki, dəfn zamanı mərhumun üzərinə də
oxra səpilmişdir. Onun yaxınlığında sahənin şimal tərəfində buynuzdan
63
hazırlanmış iki əmək aləti aşkar olunmuşdur (E211). Onun yaxınlığında qara
rəngli böyük obsidian parçası var idi. Sahənin cənub tərəfində isə in situ
vəziyyətdə bir yerə toplanmış keramika parçaları üzə çıxarıldı (dərinlik
947.04). Həsirə bükülmüş skeletlər və skeletlərin oxra ilə boyanmasına
O.H.Həbibullayevin qazıntıları zamanı da rast gəlinmişdir.
Bu laylardan aşağıda (dərinlik 946.91) sahənin şimal yarımhissəsində
döşəməsinə daş döşənmiş dairəvi formalı ocaq aşkar olundu. Ocağın diametri
50-60 sm idi. Onun üzəri və ətrafı boz rəngli kül qatı ilə örtülmüşdü. Ocağın
ətrafından keramika parçaları, heyvan sümükləri, sümük alətlər və obsidian
parçaları aşkar olundu.
Şəkil 44.
Qazıntı zamanı sahənin cənub-qərbində, dairəvi formalı ocağın
ətrafında dairəvi formalı evə aid divar qalıqları aşkar olundu (dərinlik
Dostları ilə paylaş: |