64
946.82). divarın eni 32 sm idi. Bu divarın kərpiclərinin hazırlanmasında
təpənin torpağından da istifadə olunduğu üçün kərpiclər boz rəngdə idi.
Ümumiyyətlə, araşdırmalar göstərmişdir ki, alt qatlarda kərpiclərin
hazırlanmasında və bərkidici olaraq küldən istifadə olunmuşdur. Qazıntı
zamanı evin iç tərəfindən
keramika, heyvan sümükləri və obsidian parçaları
aşkar olunmuşdur. Qazıntı davam etdirilərkən dairəvi formalı evin xaricində
ağ rəngli çürüntü qarışmış döşəmə qalıqlarının olduğu müəyyənləşdirildi
(dərinlik 946.85). Döşəmədən bir qədər aralı oval formalı ocağın qalıqları
müəyyənləşdirildi. Onun içərisi boz və qara rəngli küllə dolmuşdu. Ocağın
ətrafından keramika, obsidian parçaları və sümük alətlər aşkar olundu.
Şəkil 45.
Avqust ayının 28-də qazıntı mövsümünün sonuna az qaldığı üçün
mədəni təbəqənin alt qatlarını öyrənmək məqsədi ilə E sahəsində 2.5x3m sahə
ayrılaraq qazıntıların dərininə davam etdirilməsini qərara aldıq. Araşdırmalar
zamanı bu sahədən (E234, E235) qara rəngli kül qalıqları, keramika, obsidian
parçaları aşkar olunurdu. Bəzi yerlərdə təbəqəyə qızarmış bad qırıqları
qarışmışdı. Müəyyənləşdirildi ki, bu tip bad qırıqları dağılmış ocaqların
qalıqlarıdır (946.50). Bu dərinlikdən başlayaraq mədəni təbəqənin rəngində
dəyişiklik başlandı. Təbəqə daha çox qara-boz rəngli idi və tikinti qalıqlarına
az rastlanırdı.