3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı.
Dilin yaranma və inkişaf tarixi, o dildə danışan
xalqın tarixi ilə üzvi şəkildə bağlıdır. Cəmiyyətdə bu və ya digər dildə danı-
şan adamlar ixtisaslarına görə müxtəlif olduqları kimi, onların söz ehtiyatları
da müxtəlifdir. Dilin leksikasındakı sözlərin bir qismini hamı tərəfindən başa
düşülən və işlədilən sözlər, digər qismi isə xüsusi məhdudlaşdırılmış və
ancaq müxtəlif şəraitdə işlədilən sözlər təşkil edir. İnsanlar öz fəaliyyətlə-
rində daha çox əksəriyyət tərəfindən başa düşülən və işlədilən sözlərin
müəyyən hissəsini işlədirlər. Onlar işlətdikləri sözlərin mənasını, xüsusiyyət-
lərini öyrənmək istədikləri vaxt bir vasitəyə ehtiyac hiss edirlər. Belə bir
vasitə lüğətdir.
Lüğətçiliyin tarixi eramızdan əvvəlki dövrlərdən qaynaqlanır. İlk lüğət
nümunəsi qədim Yunanıstanda yazılmışdır
1
.
Türk xalqlarında lüğətçiliyin tarixi XI əsrə gedib çıxır. Mahmud Kaş-
ğarinin XI əsrdə yazdığı “Divani-lüğət-it-türk” əsəri, İbn Mühənnanın XIII
əsrdə yazdığı “Kitabi-məcmueyi-tərcümani türki, farsi və monqoli” əsəri,
Qətran Təbrizinin XI əsrdə yazdığı “Ət-təfasir” əsəri türk xalqlarının lüğət-
çiliyi tarixində əvəzsiz rol oynayır.
XIII
–
XIV əsrlərdə Hüssamın “Töhfeyi-Hüssam”, Cəmaləddin ibn
Mühənnanın “Kitabi hilyətül-insan və helbətül-lisan”, Hinduşah Naxçıva-
ninin “Sihahül-əcəm-bil lisanəl farsi” lüğətləri yazılmışdır
2
. XV əsrdə
məşhur özbək şairi Əlişir Nəvainin “Mühakimətül-lüğəteyn” adlı fars-türk
lüğəti ikidilli lüğətlər sırasında xüsusi əhəmiyyət kəsb edir. XV
–
XIX əsrlər
arasında türk dillərinə aid bir sıra lüğətlər tərtib edilmişdir. Məsələn,
L.M.Lazarevin 1864-cü ildə yazdığı “Turetsko-tatarsko-russkiy slovar”
lüğəti, L.Budaqovun 1869
Dostları ilə paylaş: