MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.142
da qəlizləşdirmək, anlaşılmaz hala salmaq deməkdir.
Buna görə də dili olduq-
ca sadələşdirmək, ehtiyac olduğu halda həmin terminləri işlətmək lazımdır.
Ümumiyyətlə, informasiya-telekommunikasiya, elektrotexnika və s.
texnologiyaların yüksək dərəcədə inkişaf edib yayılması bu sahələrdə işlənən
yeni söz və terminlərin sayı da çox sürətlə artmağa başlayır. Belə bir şəraitdə
nəinki bu sahədə terminoloji lüğətlərin yaradılmasına, həm də onlardan səmə-
rəli istifadə etməyin öyrədilməsinə böyük zərurət yaranmışdır.
Yeni informa-
siya texnologiyaları inkişaf etdikçə uyğun terminologiya da əhəmiyyətli
dərəcədə genişlənmişdir. Ona görə də belə bir şəraitdə terminoloji lüğətlər çox
əhəmiyyətli rol oynayır. Bu sahədə indiyə qədər mövcud olan və mütəxəssislər
tərəfindən qəbul olunmuş terminologiya şübhəsiz ki, ingilis dillidir. Rusdilli
ədəbiyyatda da informatikaya aid xeyli terminlərin
birqiymətli tərcümə və
izahını verən lüğətlər vardır.
İnformatika üzrə azərbaycandilli terminologiya ilə bağlı da müəyyən iş-
lər görülmüşdür. Belə ki, bu sahə ilə əlaqədar bir neçə dərslik və lüğət yazılıb
tərtib olunmuşdur. Bu cür lüğətlərdən biri 1993-cü ildə çıxmasına baxmayaraq
ilk təcrübə kimi burada xeyli çatışmazlıqlar və nöqsanlar mövcud idi. Bütün
bunlar nəzərə alınmaqla lüğətin yenidən təkmilləşdirilmiş variantı iki cilddə
1996-cı ildə türk terminləri də əlavə olunmaqla yenidən nəşr edilmişdir [3]. Bu
izahlı lüğətdə informatikanın proqramlaşdırma sistemləri və dilləri, proqram
təminatı və tətbiqi
proqramlar, əməliyyat sistemləri, verilənlər və biliklər ba-
zaları, ekspert sistemləri, kompüterlər, kompüter sistemləri və şəbəkələri əhatə
edən 2901 rusca-ingiliscə-azərbaycanca-türkcə termin
və termin-söz birləş-
mələri toplanmış və onların Azərbaycan dilində izahları da verilmişdir.
Müəlliflər lüğəti tərtib edərkən bir çox mənbələrdən istifadə etmiş, ki-
tabın giriş hissəsində göstərildiyi kimi 10000-dən artıq termin araşdırmış,
onlardan 3000-ə qədərini lüğətə daxil etmişlər.
90-cı illərin II-ci yarısında dini elmlər sahəsini əks etdirən yeni lüğətin
nəşrini də müsbət hal kimi qeyd etmək olar. Doğrudur,
dini terminlərin dilimi-
zə keçərək işlənməsi VP əsrdən başlasa da, Azərbaycan dilçiliyində bu sahəyə
aid belə bir mükəmməl lüğət hələ indiyə kimi tərtib edilib çap olunmamışdır.
Çünki keçmiş SSRİ dövründə dinə qarşı aparılan amansız və ardıcıl mübarizə
kampaniyası xalqımızı hər şeydən məhrum etmişdir. Dini ədəbiyyatların nəşri
qadağan edilmiş, mədrəsə qapanmış, bu sahədə heç bir iş görülməmişdir. Hət-
ta hər hansı biri ilahiyyata dair nümunələrin xaricdən gətirilməsinə belə qada-
ğa qoyulmuşdur. Lakin buna baxmayaraq hamımız öz əqidə və inamı ilə bağlı
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.143
düşünçə və fikirlərini ayrı-ayrı sözlərdə və ifadələrdə yaşatmışdır. Yalnız ölkə-
miz müstəqillik əldə etdikdən sonra islam dini geniş yayılmağa başlamışdır.
Hazırda dinə qarşı maraq artmış, islam dini daha geniş vüsət almışdır.
Bu baxımdan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi və çap olunması
təqdirəlayiqdir.
Son illər Azərbaycan dilində dinə aid bir
çox kitablar nəşr edilmiş və
bu iş hazırda da davam edir. Bütün bunlarla yanaşı N.Seyidəliyevin nəşr etdir-
diyi “Dini terminlər lüğəti”[4] də Azərbaycan terminologiyası sahəsində yeni
addımdır. Lüğət quruluşuna görə orijinal və əhəmiyyətlidir. Bu lüğətdə təkcə
islam dini ilə deyil, digər səmavi(ilahi) dinlərlə bağlı sözlərin məna açımı, iza-
hı təqdim edilir. Odur ki, lüğətdən bir neçə nümunə təqdim edirik:
“
Abid – İbadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam.
Buddizm – Eramızdan əvvəl VI-V əsrlərdə Hindistanda
meydana
gəlmiş din; Budda dini.
Buraq – İslam dinində Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi
adam başli və at bədənli bir heyvanın adı.
İndulgensiya – Katolik kilsəsində “günah”ların tam və ya qismən ba-
ğışlanması və bu haqda kilsə tərəfindən, Roma papası adından pul ilə verilən
şəhadətnamə”.
Bu cür misalları çox artırmaq olardı, lakin bununla kifayətlənirik. Onu
da qeyd edək ki, “Dini terminlər lüğəti”ndə 1500-ə qədər
belə söz və terminin
şərhi və izahı verilmişdir.
Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamızın
neft və qaz sənayesinə xarici şirkətlərin də marağı daha da çox cəlb olunmuş-
dur. Belə ki, bir neçə neft müqavilələrinin bağlanması, xarici şirkətlərin res-
publikamıza axını və bu sahədə bir çox nailiyyətlərin qazanılması bunun bariz
nümunəsidir. “Şirvan Oyl”, “Şlumberqer”, “Lukoyl”, “Şahdəniz” və onlarca
belə neft yataqlarının kəşfi xarici marağı daha özünə cəlb etmişdir.
Xarici şirkətlərin ölkəmizə axını və neft sənayesinin sürətlə inkişafı bu
sahədə yeni-yeni söz və terminlərin işlənmə dairəsini də genişləndirmişdir.
Buna görə də neft və qaz sənayesində istifadə olunan texniki ədəbiyyatın əksə-
riyyətinin xarici dillərdə olması, lazım olan sənədlərin
Azərbaycan dilində
hazırlanması bir çox çətinliklər yaradırdı. O cümlədən də ingilis dilinin geniş
yazılması və terminlərin də əksəriyyətinin bu dildə işlədilərək dilimizə keç-
məsi o dili öyrənmək tələbini də irəli sürürdü. Ona görə də bu sahədə çoxdilli
lüğətlərin hazırlanıb nəşr olunması vacib məsələlərdən idi. Bu çətinliyi müəy-