MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.152
haqlıdır – müasir Azərbaycan dilinin
semantik sistemində, şübhəsiz,
sür-
realizm termini var və bu söz semantik müəyyənliyə malikdir.
Elə həmin səbəbə görə də, ARL-də
dadaizm termininin verilməməsi
tamamilə anlaşılmaz qalır. Iş orasındadır ki,
futurizm,
sürrealizm və
dadaizm
terminləri vahid paradiqma yaradır və bu paradiqmanın adı
avanqardizmdir.
Çox maraqlıdır ki, Lüğətdə
avanqardizm termini verilməsə də,
sürrealizm ter-
mininə həsr olunmuş təyində
avanqardistsкое napravlеniе sözbirləşməsi iş-
lədilir.
Gördüyümüz kimi, ARL-in materiallarına görə,
Azərbaycan dilində
avanqardizm termini və, deməli, avabqardizmin özü yoxdur, onu təşkil edən
cərəyanlardan isə ikisi var, biri isə – yoxdur.
Digər bu qəbildən olan leksik-semantik paradiqmanın verilməsində də
nöqsanlar özünü göstərir. Məsələn,
modernizm termini də müəyyən paradiq-
manın ümumi adı sayıla bilər. Bu paradiqmaya
simvolizm,
akmeizm və
ek-
spressionizm terminləri daxildir. Ümumi
ad olan modernizm termini ARL-də
belə izah olunur:“MODERNİZM I suh. Mоdеrnizm (оbhее nazvaniе razliçnıх
napravlеniy v burcuaznоy filоsоfii, isкusstvе i litеraturе коnüa XIX–naçala
XX v., prоtivоpоlоcnıх
rеalizmu); II pril. Mоdеrnistsкiy,
mоdеrnistiçеsкiy(prоniкnutıy mоdеrnizmоm).
Modernizm cərəyanı
mоdеrnistiçеsкое tеçеniе”(1,3,463).
Lüğət məqaləsi, fikrimizcə, dəqiq deyil. Ilk növbədə, göstərilmir ki, mo-
dernizm bir estetik hadisə kimi realizmdən nə ilə fərqlənir
və nə üçün realizmə
qarşı durur.
Terminin daxili formasından çıxış etsək,
modernizm sadəcə “yeniliyə üz
tutan”, “yenilik gətirən” deməkdir. Leksik mənası isə konkret sahədən asılı
olaraq müxtəliflik kəsb edə bilər. Lakin bu müxtəliflikdə ümumi mənanı təşkil
edən semlər dəqiq müəyyən olunmalıdır. Bu baxımdan “realizmə qarşı dur-
maq” hələ heç nə demək deyil, qarşıdurmanın mahiyyəti göstərilməlidir. Mə-
sələn, belə hesab olunur ki, A.Eynşteynin nəzəriyyəsi fizika sahəsində moder-
nist nəzəriyyədir. Onun modernistliyi zaman və məkan haqqında hökm sürən
ənənəvi təsəvvürləri alt-üst etməkdədir.
Lüğət təyinindən belə çıxır ki, Eynşteynin nəzəriyyəsi realizmə zidd olan
burjua elmidir. Lakin nə bu nəzəriyyənin burjualığı,
nə də onun antirealizmliyi
bilinmir. Əslində Eynşteynin yaratdığı yeni baxışlar sistemi də realdır, sadəcə
bu nəzəriyyənin reallığı indiyə qədər çoxları tərəfindən dərk olunmur.
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.153
Lüğət məqaləsinin quruluşu özü-özlüyündə bu qarşıdurmanın açıqlan-
masını tələb edir. Gördüyümüz kimi, modernizmin realizmə zidd olması fəlsə-
fəni, incəsənəti və ədəbiyyatı əhatə edir. Bir səciyyəvi xüsusiyyət göstərilmə-
dən cəmiyyətin həyatında çox mühüm yer tutan üç sahə göstərilir.
Məqalədə modernizmin zaman çərçivəsi də göstərilir: 19-cu əsrin sonu
və 20-ci əsrin əvvəlləri. Belə çıxır ki, 20-ci əsrin əvvəllərindən sonra moder-
nizm inkişaf etməyib. Əlbəttə, bu iddianı da şübhə altına almaq olar.
Maraqlıdır,
Azərbaycan dilində modernizm termini işlənirsə, azərbay-
canlılar bu sözü işlədəndə hansı fəlsəfi, ədəbi və incəsənət hadisələrini xatır-
layırlar, realizmə bu hadisələrin zidd olmasını nədə görürlər?
Əgər ədəbiyyatda avanqardizm futurizm, sürrealizm və dadaizmdən iba-
rətdirsə,
modernizm simvolizm, akmeizm və ekspressionizmdən ibarətdir. Yə-
ni
avanqardizm kimi
modernizm də ümumi addır. Deməli, müasir Azərbaycan
dilində
modernizm termini mövcuddursa,
simvolizm,
akmeizm və
ekspressio-
nizm terminləri də mövcuddur. Həqiqətən də, ARL-də bu üç termin əksini ta-
pır. Lakin bunların təyinləri qənaətbəxş deyil. Lüğət məqalələrin müqayisə
edək.
Simvolizm termini ARL-də belə izah olunur:“suh. simvоlizm (naprav-
lеniе v еvrоpеysкоm i russкоm isкusstvе коnüa XIX – naçala XX vv.,
vıdvinuvşее v кaçеstvе svоеqо хudоcеstvеnnоqо priеma simvоl, коtоrıy
pоnimalsə кaк srеdstvо vıracеniə nеpоsticimоy suhnоsti prеdmеtоv i
əvlеniy)”(1,4,156).
Ekspressionizm termini: “suh. gкsprеssiоnizm (napravlеniе v burcuaz-
nоm isкusstvе i litеraturе pеrvоy pоlоvinı ХХ v., prоvоzqlaşavşее оsnоvnоy
zadaçеy vıracеniе vnutrеnnеqо mira хudоcniкa, subcекtivnıх
pеrеcivaniy)”(1,2,212).
Nəhayət,
akmeizm:“AKMEİZM suh. lit. aкmеizm (tеçеniе v russкоy
pоgzii 1912-1921 qq.)”(1,1,94).
Akmeizm termininin izahı əslində heç yoxdur.
Simvolizm və
ekspressio-
nizm terminlərinə həsr olunmuş məqalələr ensiklopedik məlumatları xatırladır,
tərtibçilər terminlərin əsas məzmununu açıqlamağa calışır və buna nail olurlar.
Hər iki məqalədə fundamental semlər
verilir ki, bunlar leksik mənaların
siqnifikatları haqqında tam və dolğun təsəvvür yarada bilir. Beləliklə,
siqnifikatların düzgün verilməsi müvafiq hadisələr haqqında aydın təsəvvür
yarada bilir. Məsələn, birinci təyində “rəmzi əşyaların anlaşılmaz mahiyyətini
ifadə etməyin yeganə vasitəsi” kimi qəbul etmək, ikincidə – “incəsənətin əsas