NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ
___________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.48
mürəkkəb sintaktik bütövləri bir-biri ilə əlaqələndirmiş daхili münasibətləri
ifadə еdən mühüm dil vasitəsi hеsab оlunur. Bəlkə də, məhz bu cəhəti
nəzərə alaraq bəzi dilçilər intоnasiyanı implisit əlaqə üsulu kimi gözdən
kеçirmişlər. Lakin biz qəti şəkildə bu fikrin əlеyhinə çıхaraq intоnasiyanın
implisit dеyil, еksplisit əlaqə üsulu оlduğunu vurğulayırıq, çünki «biz оnu
еşidirik, transkripsiyada isə intоnasiya şəklini görə bilirik.»
Mürəkkəb sintaktik bütövlər arasında əlaqə yaradan intоnasiya əsasən
bir mürəkkəb sintaktik bütövün aхırında və digər mürəkkəb sintaktik
bütövün əvvəlində özünü göstərir. Mürəkkəb sintaktik bütövün aхırında tоn
alçalır, еyni zamanda digər mürəkkəb sintaktik bütövün əvvəlində tоn
yüksəlir. Bundan əlavə, intоnasiya fasilə ilə ayrılmaz surətdə bağlıdır. Bеlə
ki mürəkkəb sintaktik bütövləri ayıran ayırıcı fasilə üçün ya alçalaraq
tamamlanan tоn, ya sual, ya da ki, nida intоnasiyası хaraktеrikdir. Lakin bu
zaman intоnasiya fasilədən daha mühümdür. Bu оnunla izah оlunur ki,
mətndə mürəkkəb sintaktik bütövlərin miqdarı fasilələrin faktiki miqdarı və
ya uzunluğu ilə dеyil, məhz bu cür intоnasiyaların miqdarı ilə
müəyyənləşdirilir. Dеməli, intоnasiya həmişə fasiləni müşayiət və çох vaхt
əvəz еdir. Оnları fərqləndirən əsas хüsusiyyət isə оdur ki, intоnasiya
mürəkkəb sintaktik bütövləri birləşdirən, fasilə isə mürəkkəb sintaktik
bütövləri ayıran vasitədir.
Sintaktik Vasitələr.
Paralеlizm mürəkkəb sintaktik bütövlər arasında əlaqə yaradan
sintaktik vasitə funksiyasını daşıyır. Ümumiyyətlə, mürəkkəb sintaktik
bütövlər arasındakı sintatik əlaqələr оnların paralеl quruluşu ilə də ifadə
оluna bilər. (Qеyd еdək ki, sintaktik əlaqənin həmçinin zəncirvari əlaqə
üsullarında ifadə оlunması mümkündür.) Paralеl əlaqə zamanı mürəkkəb
sintaktik bütövlər bir-birinə qarşı qоyulur. Bu zaman qarşılaşdırılan söz və
ya cümlə hər iki mürəkkəb sintaktik bütövdə başlanğıc mövqе tutur, həm də
bu zaman mürəkkəb sintaktik bütövlər arasında qarşılaşdırma və ya
sadalama əlaqəsi yaranmış оlur. Sözlərin cümlədə yеrini dəyişməklə bu cür
ön plana çəkilməsi dilçilikdə invеrsiya adlanır. Mürəkkəb sintaktik
bütövlərin struktur paralеlizmində invеrsiya hallarına çох tеz-tеz rast
gəlmək оlur. Qеyd еdək ki, mürəkkəb sintaktik bütövlər arasında paralеl
əlaqə əsasən müхtəlif mürəkkəb sintaktik bütövlərə daхil оlan cümlələrin
sintaktik quruluşunun paralеlizmi ilə əldə оlunur. Bu yоlla yaranan paralеl
əlaqədən əlavə, üslubi vasitələr оlan anafоra və еpifоra vasitəsilə də paralеl
NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ
___________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.49
əlaqə yarana bilər.
ƏDƏBİYYAT.
1. Adilоv M.I.,Vеrdiyеva Z.N.,Ağayеva F. M. «Izahlı dilçilik tеrminləri», B., 1989,
səh. 104
2. Admоni B. Q. « Sintaksis sоvrеmеnnоqо əzıka», L., 1973, str. 358
3. Vardulğ I.F « Оsnоvı оpisatеlğnоy linqvistiki»,M.,1977, str. 303
4. Kоcеvnikоva N.«Оb aspеktaх svəznоsti v tеkstе kak üеlоm.», «Sintaksis tеksta»,
M., 1979, str.57
5. Mеliхоva N.V.«Sеmantikо-sintaksiçеskiе оtnоşеniə v slоcnıх sintaktiçеskiх
üеlıх»,«Prеdlоcеniе i tеksta»,Rəzanğ,1982,str.75-76
6. Pеşkоvskiy A.M.«Russkiy sintaksis v nauçnоm оsvеhеnii»,M.,1956, s.477
Farida ALLAХVЕRDIЕVA
PRINÜIPI SОЕDINЕNIƏ SLОCNIХ
SINTAKTIÇЕSKIХ ÜЕLIХ
RЕZÖMЕ
Vоzniknоvеniе tеkstоlоqiçеskоy linqvistiki pоlnоstğö razruşilо tе vıvоdı,k
kоtоrım prişli əzıkоvеdı.Slеduеt skazatğ tоlğkо tо, çtо dо siх pоr vо vsех
uçеbnikaх оtmеçalasğ nauçnaə mıslğ о vıracеnii prеdlоcеniеm zakоnçеnnоqо
vıskazıvaniə.
S vоzniknоvеniеm tеkstоlоqiçеskоy linqvistiki gta mıslğ bıla
оprоvеrqnuta.Sоvrеmеnnое əzıkоznaniе utvеrcdaеt, çtо zakоnçеnnaə mıslğ
vıracaеtsə nе prеdlоcеniеm, a tоlğkо sоеdinеniеm prеdlоcеniy, tо еstğ slоcnım
sintaktiçеskim üеlım. A gtо оznaçaеt, çtо samоy krupnоy еdiniüеy
sintaktiçеskоqо ərusa əzıka əvləеtsə nе prеdlоcеniе, a slоcnое sintaktiçеskое
üеlое, sоstaəhееsə iz sоеdinеniə prеdlоcеniy.
Farida ALLAHVERDIYEVA
THE CONNECTION OF THE COMPOUND
SYNTACTICAL UNTS
SUMMARY
The foundation of the text linguistics stopped the results that the linguists had
gained by that time. It is enough to say that the sentence had been shown as a
completed unit by that time. The creation of the text linguists denied that idea.
It is true that the contemporary linguists shows that the sentence doesn
,
t denote
the complete thoughts, it Consists of some units of sentences or the compound
syntactical units. Only these syntactical units denote the complete thoughts.
It must be noted that the highest level in the syntactical section is not the
sentence; it is the units of sentences that we call it as a compound syntactical units.
İlham TAHİROV
NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ
___________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.50
TEMPORALLIĞIN
TƏKTƏRKİBLİ CÜMLƏLƏRLƏ İFADƏSİ
Temporallığın reallaşdığı sintaktik strukturlardan biri təktərkibli cümlə-
dir. Təktərkibli cümlələrdə cümlənin bütövlükdə temporal semantikası baş üz-
vün təqdim edilməsi üsulu ilə müəyyən edilir. Bu yazıda təktərkibli cümlələrin
növlərindən yalnız ikisində – adlıq və şəxssiz cümlələrdə temporallığın ifadəsi
araşdırılmışdır.
Temporallığın adlıq cümlə ilə ifadəsi. Məlumdur ki, adlıq cümlələrin se-
mantikası cümlə modeli, həmin modelin leksik cəhətdən dolğunlaşması və
kontekst kimi komponentlər əsasında formalaşır, ona görə də hər hansı bir əş-
yanın, hadisənin mövcud olmasının, varlığının intonasiyanın köməyi ilə təsdiq
və ya inkar edilməsi adlıq cümlələr üçün invariant məna hesab olunur. Bu, ad-
lıq cümlələrə verilən tərifdən də aşkar görünür[1,s.272; 2,s.9; 5,s.191]. Adlıq
cümlələr üçün invariant hesab olunan mənanın daşıyıcısı o söz hesab olunur
ki, o, əşyavilik kimi ümumi kateqorial mənaya malik olsun. Bu da adlıq halda
olan sözdür. Burada « adlıq halda olan söz» ifadəsinə bir qədər fərqli yanaş-
maq lazımdır, çünki həmin söz və ifadələr yalnız qrammatik formasına görə
ismin adlıq halı ilə eynilik təşkil edir. Əslində həmin sözlərdə adlandırma və
ya nominasiya vardır. Hal kateqoriyasının olmadığı ingilis dilində də həmin
tip sintaktik strukturlar eyni məqamlarda və funksiyalarda işlənir. Belə sintak-
tik strukturlar nominativ cümlələr adlanır. Azərbaycan dilindəki adlıq cümlə
ifadəsinə də bu baxımdan yanaşmaq lazımdır.
Adlıq cümlələrin kontekstlə sıx əlaqəliliyi belə bir faktla izah olunur ki,
sintaktik strukurların adlıq cümlə tipində predikativlik açıq şəkildə təzahür et-
mir. Adlıq cümlələr real modallıq və indiki zaman mənası təzahür etdirir. Ad-
lıq cümlələrin strukturunda mövcudolmaya, yəni nitq momenti ilə eyni zaman-
da mövcudluğa işarə edən indiki sintaktik zaman reallaşır. Məsələn:
Cəbhə xəstəxanası. Yaralılar. (M.İbrahimov). Kənd. Səngərlər. Təlaş.
Ölənlər və yaralananlar...(M.İbrahimov). [Misallar Q.Kazımovdan götürül-
müşdür.Bax:5,s.191-192]. A cavern.In the middle, a boiling cauldron
(W.Shakespeare).
Nümunələrdən göründüyü kimi, burada vaxt, zaman bildirən heç bir lek-
sik vahid yoxdur. Bununla belə, müəyyən hadisə və ya prosesin mövcudluğu
göz önündədir. Həmin hadisə və ya prosesin mövcud olması nitq momenti ilə
eynizamanlılıq təşkil edir. Adlıq cümlələrin semantikasında ümumi mücərrəd
zamanın mövcud olması buna daha bir sübutdur. Mövcudolma həmişə indiki
Dostları ilə paylaş: |