Qaraçay ədəbiyyatı
279
olunmuşdur. Qaraçay romanlarında kifayət qədər geniş planda
(«məsələn, «Dan ulduzu»nda) biz Tanrıya (Teyri) müraciətlərlə
də rastlaşırıq.
60-70-ci illər Qaraçay romanlarında («İllər və dağlar») nəğ-
mələrdən istifadə ardıcıl xarakter alırdı. Burada «Qanamat»
«Biynöger», «Candar» kimi qəhrəmanlıq nəğmələri daha geniş
təqdim olunmuşdur. Bir sıra hallarda tarixi nəğmələrdən də ro-
manlara fraqmentlər daxil edilmişdir. Bəzi romanlarda («Dağlar-
da səs», «Böyük Qaraçayda», «Dan ulduzu» və s.) Tatar xan,
Biynöger və s. nəğmələrdən nümunələrə yer verilmişdir. Digər
qism romanlarda müəlliflər əsərin aparıcı obrazları olan Nart
batırlarını, yaxud Qaraçay-malkar nağıllarının qəhrəmanlarını
Açemez, Yeryüzmək, Qarabatır, Çora kimi adlandırırlar.
Qaraçay romanlarının poetikasının xarakterik xüsusiyyəti on-
ların süjetində müsbət qəhrəmanların atını öz yaxın dostu kimi
dəyərləndirməsidir. Qaraçay eposunda bu atlar müxtəlif adlar al-
tında – Sadak, Yelquş, Toru, Tülpar və s. kimi təqdim edilmişdir.
Qaraçay romanları xalq milli uşaq oyunlarının – aşıq-aşıq,
daş atma, ox atma, güləş, sıbızqı alətində (Qaraçay milli musiqi
aləti) çalmaq, milli və dini bayramların keçirilməsi (məsələn,
Qurban bayramı), qəhrəmanların milli toy geyimlərinə, belindəki
qızılı kəmər, başındakı ağ ipək yaylıq, sinəsindəki qızılboyunba-
ğı və s. təsvirinə də kifayət qədər yer ayırmışdır.
1950-1980-ci illər Qaraçay ədəbiyyatının inkişafı həm də apa-
rıcı sənətkarların fərdi yaradıcı üslubunun formalaşdığı dövr kimi
nəzərdən keçirilməlidir. Roman janrına müraciət etməklə, onlar
ictimai həyatda baş verən dəyişiklikləri diqqət mərkəzinə çəkə
bilmişdilər. Qaraçay müəlliflərinin həmin dövrki bədii axtarışların-
da insanın daxili aləminin ətraflı şəkildə təsvir olunmasına cəhd,
həm də həmin dövrə qədər yazıçı baxışlarında təsvir obyektinə
düşmədiyin dən fərqli rakurslardan işıqlandırılmış və Qaraçay nəsri
yeni emosional məzmunla dolduru lmuş, zənginləşdirilmişdir. Su-
byektiv başlanğıcla müşayiət olunan bu proses əsl bitkin xarakter-
Nizami Tağısoy
280
lərin yaradılmasına kömək etməklə həyatda mövcud tipləri təsvir
mərkəzinə çəkə bilmişdir. Qaraçay nasirlərinin roman qəhrəman-
ları insan ağrılarını, onun mənəvi tələblərini, ona olan inamı daha
güclü şəkildə ifadə etmişdir. Sənətkarlar bu dövrdə öz qəhrəmanla-
rının daha çox mənəvi problemlərini həll etməyə, onları müxtəlif
tipli həyat situasiyalarına salmaqla sınqdan keçirmiş, parlaq milli
xarakterlər yaratmağa səy göstərmişlər.
ƏDƏBİYYAT
1. Акачиева С. Карачаевский роман. Становление и
развитие жанра. Черкесск, 1980.
2. Багъатырланы Х. Эске тюшюрюле. Черкесск, Кара-
чай-Черкес китаб изд-во. 1963.
3. Байрамукова Х. Вечные всадники. М., 1984.
4. Байрамукова Х. Aйpaн. M., 1984.
5. Батчаев М. Мои земляки. Повести. Черкесск, 1972.
6. Батчаев М. Быть человеком. Повести, рассказы, новел-
лы. М., 1987.
7.Бекизова Л.А., Караева А.И., Тугов В.Б. Жизнь, герой,
литература. Черкесск, 1978.
8. Боташев З.Ш. Мифо-фольклорные истоки и литератур-
ные взаимо действия в карачаевской прозе второй половины
ХХ в. Filol.üz. fəls. dokt. diss.avtoref., Карачаевск, 2009.
9. Чанкаева Т.А. Эволюция карачаевской литературы
1920-1960-х годов: Проблематика, поэтика, межлитератур-
ные связи. Filol.üz. elm. dokt.diss.avtoref. М., 1998.
10. Джанибекова Р.А. – Х. Тема Великой Отечественной
войны в литературе, искусстве и научных исслледованиях
Карачаево-Черкессии // Карачаево-Черкесия в годы Великой
Отечественной войны. Черкесск, 1982.
11. Эбзеланы Х.Мунир. Бычакъны ауузунда. Черкесск,
1966.
Qaraçay ədəbiyyatı
281
12. Ершов Л.Ф. История русской советской литературы.
М., «Высш.шк.», 1982.
13. Ефрюкова Н.В. Русскоязычная карачаевская и балкарская
проза: жанро вая эволюция и поэтика: К.Кулиев и А. Суюнчев.
Filol.üz. fəls. dokt. diss.avtoref. Карачаевск. 2008.
14. Ədəbiyyatşünaslıq terminləri lüğəti. İşlən. və təkmil.
4-cü nəşri. Tərt.ed. Ə.Mirəhmədov. Bakı, “Maarif”, 1988.
15. Хубийланы О. Аманат. Роман. Черкесск. 1-чи китаб,
1959, 2-чи китаб, 1961.
16. O.Xubiev. Месть. Черкесск, 1977.
17. О.Хубиев. Люди.Черкесск, 1986.
18. Хубиева З.И. Карачаевская повесть 1960-1980-х го-
дов: проблема жан рово-стилевых исканий. Filol.üz. fəls.dokt.
diss.avtoref. Карачаевск, 2001.
19. Кагиева Н. Халимат Байрамукова. Очерк творчества.
Черкесск, 1966.
20. Кагиева Н.И. Судьба страны – твоя судьба. Очерк
творчества. Черкесск, Кар.-Черк. отд. Ставр. книж. изд-ва.,
1973.
21. Караева А.И. Очерк истории карачаевской литерату-
ры. М., “Наука”, 1966.
22. Караева А.И. О военной прозе в современной карача-
евской литературе. Черкесск, 1971.
23. Караева А.И. Карачаевская литература// История со-
ветской многонацио нальной литературы. В 6-ти т., Т.5, М.,
“Наука”, 1974.
24. Караева З.Б.Формы эпического повествования в со-
временной многона цио нальной прозе. Черкесск, 1983.
25. Караева А.И. Обретение художественности. М., 1988.
26. Къобанланы Д. Эки заман. Роман. Черкесск, I-чи ки-
таб, 1965, II-чи kитаб 1966, III-чу kитаб, 1968
27. Корхмазов К.М. Меч мести. Черкесск, кн.1, 1970;
кн.2, 1974.
28. Кубанов Д. Х-А. Голос в горах. Роман, Черкесск, 1963.
29. Лайпанланы С. Бир кюн сыртда. Биринчи атламла.
Dostları ilə paylaş: |