310
Əlbəttə ki, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşü-
naslığı üçün son dərəcədə əhəmiyyətli olan bu elmi nəticəyə birdən-
birə gəlməmiş, Mirzə Cəlilin həyat və sənət yolunu, mühitini, müasir-
lərinin tərcümeyi-halını ədəbiyyat tarixinin faktı kimi dərindən incə-
ləmiş, Cəlil Məmmədquluzadəni əhatə edən mühitin daim dünya ədə-
biyyatı ilə təmasda olduğunu tutarlı faktlarla təsdiqləmişdir. Bu fikirlə
razılaşmaqdan ötrü görkəmli alimin “Cəlil Məmmədquluzadə: mühiti
və müasirləri” kitabına diqqət yetirmək yetərlidir. Ədəbiyyatşünas
alimin bu əsəri öz oxucusuna belə bir ideya diktə edir ki, bütün ömrü
boyu Cəlil Məmmədquluzadəni əhatə edən mühit yalnız şəxsiyyət-
lərdən, ictimai-sosial həyatdan deyil, eyni zamanda dünya ədəbiyya-
tına məxsus əsərlərdən ibarət olub. Budur, “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” irihəcmli monoqrafiyasında gələcək yazıçının
Naxçıvan şəhərində aldığı mollaxana təhsilinin əhəmiyyəti belə dəyər-
ləndirilməkdədir: “Şübhəsiz, C.Məmmədquluzadə Şərq ədəbiyyatının
klassiklərindən sayılan Şeyx Sədi Şirazinin dini məktəblərdə əsas
qiraət kitabı kimi qəbul edilmiş “Gülüstan” və “Bustan” əsərlərini də
Molla Bağırın məktəbində oxuyub öyrənmişdi. Ədibin xatiratında bir
yerdə həmin illərdəki mütaliədən bəhs edilərkən “Şahnamə”nin də adı
çəkilir. Bütün bunlar bir neçə cəhətdən faydalı olmuşdur. C.Məmməd-
quluzadə:
1)
Ərəb və fars dillərini öyrənmiş, bu sahədəki biliklərini də-
rinləşdirmiş və təkmilləşdirmişdir.
2)
İslam tarixi vasitəsilə bütövlükdə Şərq tarixini öyrənməyə
başlamışdır.
3)
Şərq ədəbiyyatı nümunələri ilə ilk dəfə yaxından tanış ol-
muşdur.
4)
Mütaliə vərdişlərinə yiyələnmişdir.
5)
Əxlaqi qənaətləri müəyyənləşmiş, xarakteri daha da dərin-
ləşmişdir” [2, s. 54].
Azərbaycan ədəbiyyatşünaslığında Mirzə Cəlil adının “rus tən-
qidi realizminin son və ən qüdrətli nümayəndələrindən olan” [3,
s.233] A.P.Çexovla tez-tez yanaşı çəkildiyi, hər iki yazıçının yara-
dıcılığı arasındakı ideya yaxınlığından söz açıldığı müşahidə edil-
məkdədir. Akademik İsa Həbibbəyli bu yaxınlığın zəminində həyat
şəraitinin eyniliyini, tərcümeyi-hal göstəricilərinin oxşarlığını da gör-
müş, hər iki yazıçının dükan sahibi olan atalarının maarifpərvərliyini
məxsusi yada salmış, C.Məmmədquluzadənin dünyagörüşünün tək-
milləşməsində atası Məşədi Məmmədquluya məxsus dükanın yeri və
əhəmiyyətindən bəhs edərkən Çexov-Mirzə Cəlil paralelizmində tale
311
oxşarlığından da söz açmışdır: “Məşədi Məmmədqulu kişinin Naxçı-
van şəhərinin Şahab məhəlləsində açdığı dükanın fəaliyyəti də gənc
Cəlil üçün təsirsiz qalmamışdır.
...Bundan başqa, A.P.Çexovun tərcümeyi-halında olduğu kimi,
burada da ailəyə məxsus kiçik ticarət nöqtəsi adicə dükan, sahibi isə
“dükana nisbətən qeyri-adi adam idi.” Bu cəhət Məmmədqulu kişinin
həm də maarifpərvərliyi ilə bağlıdır” [2, s. 40].
Beləliklə, akademik İsa Həbibbəylinin fikrincə, bütün tarixi
dövrlərdə olduğu kimi, XIX əsrin 70-ci illərində də Naxçıvan Şərq və
Qərb mədəniyyətlərinin, ədəbiyyatlarının qovuşduğu bir bölgə səviy-
yəsində öz vətəndaşlarına xidmət göstərmiş, böyük dahilərin məmlə-
kəti statusunu qoruyub-saxlamışdır. Belə bir elmi mövqenin ifadəsidir
ki, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabında gələcək
yazıçının təhsil aldığı Naxçıvan şəhər ibtidai məktəbindəki pedaqoji
kollektiv, təhsil ocağının müəllimləri, burada şagirdlərə öyrədilən
fənlər, məktəbə məxsus maarifçi mühitin xalq həyatı ilə əlaqələri haq-
qında daha əhatəli bilgilər alırıq. Mirzə Cəlilin xatirələrinə əsaslanan
İsa Həbibbəylinin qənaətincə, Naxçıvan şəhər ibtidai məktəbinin ən
böyük uğurlarından biri də C.Məmmədquluzadənin bədii təxəyyülün-
də İ.A.Krılov sənətinə yer qazandırmasındadır [2, s. 58].
C.Məmmədquluzadənin ömür və sənət yolundan bəhs edən ək-
sər tədqiqatçılar istər-istəməz elmi fikrin diqqətini Zaqafqaziya (Qori)
Müəllimlər Seminariyasına yönəltmişlər. Bu cəhət İsa Həbibbəylinin
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsəri üçün də ke-
çərlidir. Bununla belə, görkəmli ədəbiyyatşünas faktları daha dərindən
incələmək yolunu tutmuş, yüzlərlə qaranlıq məqama aydınlıq gətirmiş,
Mirzə Cəlilin gələcək həyat və sənət yolunun müəyyənləşməsində
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının rolunu qiymətləndi-
rərkən müqayisə məqamında yenə də dünya ədəbiyyatının klassik-
lərini nəzər nöqtəsinə çəkmişdir: “C.Məmmədquluzadənin mənəvi tə-
kamülündə, dünyagörüşünün formalaşmasında Zaqafqaziya (Qori)
Müəllimlər Seminariyası mərhələsinin müstəsna əhəmiyyəti vardır.
Çar Kəndli liseyi A.S.Puşkinin, Saratov Ruhani seminariyası N.Q.Çer-
nışevskinin, Taqanroq gimnaziyası A.P.Çexovun, İstanbul Fateh Mər-
kəz Rüşdiyyəsi Mehmet Akif Ərsoyun, “Məktəbi-Tərbiyə” Cavidin
inkişafında hansı yeri tutursa, Qori Seminariyası da C.Məmmədqu-
luzadə üçün o qədər, hətta bir qədər də artıq faydalı olmuşdur” [2,
s.72].
Bu təhsil ocağı ilə əlaqəli tədqiqat əsərlərini, müxtəlif alimlərin
mülahizələrini xatırladan akademik İsa Həbibbəyli faktları daha
312
dərindən incələməyi məqsədəuyğun saymış, seminariyadakı ictimai-
maarifçi mühit haqqında dolğun təsəvvür yaratmaqla bərabər, C.Məm-
mədquluzadənin seminariya həyatına dair bütün sənədləri elmi döv-
riyyəyə daxil etmiş, obrazlı şəkildə demək mümkündür ki, gələcək
yazıçının Qoridə keçən həyatını addım-addım izləmişdir. Fədakar
mirzəcəlilşünas hətta Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
təşkil olunan dərsdənkənar ədəbi-mədəni tədbirlərlə bağlı geniş məlu-
matlar vermiş, C.Məmmədquluzadənin daim qatıldığı həmin tədbir-
lərdə dünya ədəbiyyatı klassiklərinin əsərlərinin oxunmasını ayrıca
vurğulamışdır. Azərbaycan elmi ictimaiyyəti məhz “Cəlil Məmməd-
quluzadə: mühiti və müasirləri” kitabından öyrənir ki, 1882-1887-ci
illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tələbələri Av-
ropa ədəbiyyatının qüdrətli simalarının, o cümlədən alman yazarı Şil-
lerin, rus şairlərindən İ.A.Krılovun, A.S.Puşkinin, M.Y.Lermontovun,
Nekrasovun, L.N.Tolstoyun əsərləri ilə daha yaxından tanış olmuşlar.
İstər seminariyada, istərsə də Qori şəhərində keçirilən ədəbi-mədəni
tədbirlərə C.Məmmədquluzadənin ardıcıl marağını sənədlər əsasında
təsdiqləyən İsa Həbibbəyli bu nəticəyə gəlmişdir ki, Mirzə Cəlil
dünyagörüşündə ölməz sənət haqqında ilkin təsəvvürlər məhz Qori
Müəllimlər Seminariyasında təhsil aldığı dövrdə formalaşmışdır. Bu-
dur, akademik İsa Həbibbəylinin üzə çıxardığı yüzlərlə faktlardan biri:
“A.S.Puşkinin vəfatının 50 illiyi ilə əlaqədar olaraq 29 fevral 1887-ci
ildə keçirilən yubiley axşamı isə artıq təhsili başa çatdırmaq ərəfə-
sində olan C.Məmmədquluzadə... böyük sənətin, bəşəri ədəbiyyatın
ölməzliyi haqqında ibrətamiz dərs almaq imkanına malik idi” [2,
s.96].
Mirzə Cəlilin rus ədəbiyyatına ehtiramından bəhs edən ədəbiy-
yatşünaslar bir qayda olaraq N.V.Qoqolun adını çəkmiş və bu zaman,
təbii ki, Mirzə Cəlilin əsərlərində N.V.Qoqolla bağlı məqamlar qa-
bardılmışdır. İsa Həbibbəyli belə bir ehtiramın yenə də maarifçilik
zəminində formalaşması qənaətinə gəlmiş, müəyyənləşdirmişdir ki,
C.Məmmədquluzadənin ayrı-ayrı hekayə və felyetonlarında rus yazı-
çısını böyük hörmətlə yad etməsi təsadüfi deyil. Daha doğrusu, Za-
qafqaziya Müəllimlər Seminariyasına məxsus ədəbi-maarifçi mühitlə
bağlı “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabında təq-
dim olunan bilgilər bu təhsil ocağında Qoqollara, Qriboyedovlara,
Krılovlara rus ziyalılığının sevgisi haqqında dolğun təəssürat yarat-
maqdadır. Akademik İsa Həbibbəylinin tədqiqatları əsasında elmi fikir
nəinki həmin sevginin ifadəsi olaraq seminariyada keçirilən tədbirlər,
həmçinin təhsil ocağındakı müəllim-məmurların narahatlıqları ilə əla-
Dostları ilə paylaş: |