301
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Ədəbi əlaqələr
Cavidə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
cavi_e@yahoo.com
TOMAS STERNZ ELİOTUN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ
VƏ “BƏHƏRSİZ TORPAQ” POEMASI
Açar sözlər: Eliot, şeir, din, romantizm, ədəbiyyat
Key words: Eliot, poem, religion, romanticism, literature
Ключевые слова: Элиот, поэзия, религия, романтизм, литература
Məlumdur ki, XX yüzilin əvvəllərində Böyük Britaniya poezi-
yasında yunan, çin, yapon şeirinin, daha sonra orta əsrlər fransız,
italyan, eləcə də XIX əsr fransız simvolizminin təsirləri olsa da, ingilis
şeiri öz əsas keyfiyyətlərini, mahiyyətini qoruyub saxlamış, bu təsirlər
nəticəsində yalnız zənginlik, inkişaf əldə etmişdir. U.H.Auden kimi
gənc şairlərə təsir göstərən qədim ingilis şeiri də bu dövrdə yeni
yaranan poeziyanın hərtərəfli təşəkkülünə zəmin olan amillərdən biri
idi. İngilis poeziyasının inkişafında xüsusi səhifələrdən birini də To-
mas Sternz Eliotun (Thomas Stearns Eliot) yaradıcılığı təşkil edir.
Ənənəvi şeirdən uzaqlaşmayaraq müasir poeziya nümunələri, təzə şeir
estetikası yaradan T.S.Eliot ədəbiyyata yeni yaradıcılıq texnikası, yeni
dil və ifadə formaları gətirən bir sənətkar olmaqla yanaşı, ədəbiyyatın
nəzəri məsələləri ilə bağlı mükəmməl, həm də orijinal ideyalar irəli
sürmüşdür.
T.Eliot poeziyanı cəmiyyət həyatından təcrid olunmuş halda qə-
bul etmir, şeirdə sosial problemlərin, ictimai mühitin bütün təfər-
rüatları ilə əks olunmasını tələb edirdi. Şairə görə, şeirin əsas mövzusu
insan və onun mənsub olduğu mühit, ictimai münasibətlər məsələsi
303
estetik mahiyyət daşımasını, şairin sırf şəxsi duyğularını deyil, in-
sanlıq üçün mühüm və aktual olanları gündəmə gətirməsini tələb edir
[4]. T.S.Eliota görə, ədəbiyyatın vəzifəsi dünyada əzəldən bəri möv-
cud olan bir nizam və ahəng duyğusunu insana anlatmaq, içində oldu-
ğumuz xaosa bir nizam vermək, insanı özü ilə və cəmiyyətlə barışdıra
bilməkdir [5, s. 87].
Qeyd
olunduğu kimi, T.S.Eliot həmçinin
milli və dini düşüncəyə
sahib olmağı ədəbiyyat üçün mühüm keyfiyyət olduğunu qeyd edir.
Belə ki, T.Eliot ədəbiyyatın milliliyini itirmədən digər xalqların mə-
dəni dəyərlərindən bəhrələnərək mədəniyyətin və sənətin yeni düşün-
cə, dərketmə səviyyəsinə yüksəlməsini, mənsub olduğu xalqın dilinin
saflığını qorumaqla yanaşı, inkişaf etdirməsini də vacib sayır [5,
s.116].
İngilis ədəbiyyatında şeirin texniki baxımdan yeniləşməsi daha
çox Amerika mənşəli şairlərin – E.Pound (Ezra Pound) və T.S.Eliotun
yaradıcılığı ilə reallaşır. Hər iki şair poeziyada ahəng və vəzn məsə-
lələrinə xüsusi diqqət yetirmiş, şeirə yeni şəkillər gətirmişdir. Belə ki,
E.Pound irəli sürdüyü ideyaları, yaratmaq istədyi ovqatı daha çox biri
digərinə zidd fikirlərin sıralanması yolu ilə ifadə edərək yeni bir üslub
yaradır. Bu baxımdan, biri digərinə zidd fikirlərin təsiri ilə oxucunun
düşüncə və hisslərinə daha ciddi təsir edə biləcəyini düşünən E.Poun-
dun şeirə gətirdiyi bu yeni tərzdən T.Eliot böyük ustalıqla faydalana
bilir və şairin “Bəhərsiz torpaq” (“The Waste Land”) əsəri
bunun bariz
nümunəsidir.“Bəhərsiz torpaq” dini dəyərlərdən uzaq düşən Qərb
dünyasının mənəvi böhranını əks etdirən və xilas yolunun dini, ənənə-
vi dəyərlərə qayıdışda olduğu fikrini irəli sürən möhtəşəm əsərlərdən
biridir. Bu əsərdəki təzadlar, əlaqəsiz görünən hadisələr, bir-birinin
ardınca sıralanan və iç-içə təqdim olunan mürəkkəb, bəzən də anlaşıl-
maz düşüncələr, izahı çətin səhnələr məhz E.Poundun poeziyaya gə-
tirdiyi və daha sonra T.Eliotun faydalanaraq yaradıcılığına tətbiq et-
diyi forma və üslub yeniliklərindən idi. “Bəhərsiz torpaq”da ideyalar
təzadlı şəkildə bir səhnədən digərinə dərhal keçidlərlə açılır, bu kimi
digər xüsusiyyətləri əsərin asanlıqla anlaşılmasına mane olur. Əsərdə
müşahidə edilən son dərəcə gözəl ahəng, güclü enerji də məhz yeni
yaradıcılıq prinsipinin əsas xüsusiyyətlərindən biri idi.
T.Eliotun yaradıcılığının əsas mövzusu olan ümidsizlik, ölüm
motivi, insanın məhkumluğundan doğan acı taleyinə kədərli müna-
sibət “Bəhərsiz torpaq” əsərində daha sərt şəkildə yer almaqdadır.
Belə ki, “Bəhərsiz torpaq” poemasında şair dərmanı, əlacı olmayan
xəstəliyə tutulmuş insanları, bəhərsiz torpağı, soyuq, duzlu dənizi