Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə112/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

 
301 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Ədəbi əlaqələr 
 
Cavidə MƏMMƏDOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
cavi_e@yahoo.com
 
 
TOMAS STERNZ ELİOTUN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ 
VƏ “BƏHƏRSİZ TORPAQ” POEMASI
 
 
Açar sözlər: Eliot, şeir, din, romantizm, ədəbiyyat 
Key words: Eliot, poem, religion, romanticism, literature 
Ключевые слова: Элиот, поэзия, религия, романтизм, литература
 
 
Məlumdur  ki,  XX  yüzilin  əvvəllərində  Böyük  Britaniya  poezi-
yasında  yunan,  çin,  yapon  şeirinin,  daha  sonra  orta  əsrlər  fransız, 
italyan, eləcə də XIX əsr fransız simvolizminin təsirləri olsa da, ingilis 
şeiri öz əsas keyfiyyətlərini, mahiyyətini qoruyub saxlamış, bu təsirlər 
nəticəsində  yalnız  zənginlik,  inkişaf  əldə  etmişdir.  U.H.Auden  kimi 
gənc  şairlərə  təsir  göstərən  qədim  ingilis  şeiri  də  bu  dövrdə  yeni 
yaranan poeziyanın  hərtərəfli təşəkkülünə zəmin olan amillərdən biri 
idi.  İngilis  poeziyasının  inkişafında  xüsusi  səhifələrdən  birini  də  To-
mas  Sternz  Eliotun  (Thomas  Stearns  Eliot)  yaradıcılığı  təşkil  edir. 
Ənənəvi şeirdən uzaqlaşmayaraq müasir poeziya nümunələri, təzə şeir 
estetikası yaradan T.S.Eliot ədəbiyyata yeni yaradıcılıq texnikası, yeni 
dil və ifadə formaları gətirən bir sənətkar olmaqla yanaşı, ədəbiyyatın 
nəzəri  məsələləri  ilə  bağlı  mükəmməl,  həm  də  orijinal  ideyalar  irəli 
sürmüşdür. 
T.Eliot poeziyanı cəmiyyət həyatından təcrid olunmuş halda qə-
bul  etmir,  şeirdə  sosial  problemlərin,  ictimai  mühitin  bütün  təfər-
rüatları ilə əks olunmasını tələb edirdi. Şairə görə, şeirin əsas mövzusu 
insan  və  onun  mənsub  olduğu  mühit,  ictimai  münasibətlər  məsələsi 


 
302 
olmalıdır. Qoyulan problemin  əsərdə necə  yer alması, oxucuya hansı 
şəkildə çatdırılması məsələsi, üslub xüsusiyyətləri isə onun şeirin tex-
niki baxımdan inkişafına etdiyi xidmət idi [1, s. 110-112]. 
T.S.Eliota görə, ədəbiyyatın ilkin mühüm vəzifəsi milliliyini qo-
ruyub saxlayaraq inkişaf etməsidir. Başqa sözlə, ədəbiyyat milliliyini 
qeyb etmədən, başqa millətlərin mədəni dəyərlərinə yiyələnməklə yeni 
keyfiyyətlərə  sahiblənməli,  insanlığa  faydalı  ola  biləcək  dərəcədə 
inkişaf  etməlidir.  Dantenin  şeirlərindən,  dini  ədəbiyyatdan,  İncildən 
bəhrələnən  T.S.Eliot  belə  düşünürdü  ki,  ədəbiyyat  dini  kor-koranə 
təbliğ  etməməli,  amma  mənsub  olduğu  mədəniyyətin  şüurunu  yaşat-
maqla  yanaşı,  mütləq dini  dəyərlərə  də bağlı olmalı, dini düşüncədən 
təcrid  olunmamalıdır  [2,  s.  10-11].  Eliot  çağdaş  zamanın  müxtəlif 
olaylarla  insana  çətin  bir  həyat  yaşatdığını,  digər  tərəfdən  də  müasir 
sivilizasiyanın  digər  mürəkkəbliklər  doğurduğunu  əsas  gətirərək, 
şairin  daha  dərin  qavrayışa  malikolma  məcburiyyətində  qaldığını 
vurğulayaraq yazır ki, şair daha qapalı, daha dolayı bir dilə malik ol-
malıdır; dili ifadə etmək istədiyi mənaya uyğunlaşdırmalı, yeri gələrsə
 
dəyişdirməlidir [3]. 
Böyük  Britaniya  ədəbiyyatşünaslığında  T.S.Eliotun  Elizabet 
dövrü  şeirinə  xas  lirizmə,  həmçinin  XVII  yüzilin  metafizik  şeirinə  - 
Donneyə  (John  Donne),  eləcə  də  Drayden  (John  Dryden)  klassisiz-
minə  meyli  hər  zaman  onun  yaradıcılığının  əsas  xüsusiyyətlərindən 
biri  kimi  qeyd  olunur.  Şair  1921-ci  ildə  nəşr  olunmuş  “Müqəddəs 
meşə: poeziya və tənqid haqqında esselər” (bu kitab üçün bax: https: 
//archive.org/details/sacredwoodessays00eliot)  kitabında  “Imperfect 
Critics” essesində romantizm haqda yazır: 
“Romantizm gerçəksiz bir 
qəribəliyə  gedən  ən  qısa  yoldur  və  öz  müridlərini  yalnız  onların  öz-
lərinə  doğru  aparır” 
[3,  s.  28]
. Bununla T.S.Eliot romantizmin insanı 
allahlaşdırmaq  ideyasına  işarə  edir,  romantiklərin  Allahı  tapdıqlarını 
düşündükləri  halda,  əslində,  özlərini  tapmış  olduqları  fikrini  irəli  sü-
rərək,  bu  dünyagörüşünə  etirazını  bildirir.  O,  romantizmin  zaman  və 
məkan prinsipinə qarşı çıxır, insanın tanrılaşdırılması məsələsini qəbul 
etmirdi.  Məlumdur  ki,  XIX 
yüzil  Qərb
  romantizmində  insan  əxlaqı 
bütün dəyərlərin həm mənbəyi, həm də meyarına çevrilir. Neoplatonik 
fəlsəfəni  əsas  tutan  romantiklər  cənnət  və  cəhənnəm  anlayışlarını  za-
man və məkan prinsiplərinə nəzərən şərh edir ki, T.S.Eliot da roman-
tizmin bu dünyagörüşünə qarşı dayanır.  
T.S.Eliot “Ənənə və fərdi istedad” (“Tradition and the Individual 
Talent”)  adlı  essesində,  hər  şeydən  əvvəl,  şeir  üçün  mütləq  bəlli  bir 
qaydanın  olmasını  vurğulayır.  Başqa  sözlə,  T.S.Eliot  şeirin  mütləq 


 
303 
estetik  mahiyyət  daşımasını,  şairin  sırf  şəxsi  duyğularını  deyil,  in-
sanlıq üçün mühüm və aktual olanları gündəmə gətirməsini tələb edir 
[4].  T.S.Eliota  görə,  ədəbiyyatın  vəzifəsi  dünyada  əzəldən  bəri  möv-
cud olan bir nizam və ahəng duyğusunu insana anlatmaq, içində oldu-
ğumuz xaosa bir nizam vermək, insanı özü ilə və cəmiyyətlə barışdıra 
bilməkdir [5, s. 87]. 
Qeyd olunduğu kimi, T.S.Eliot həmçinin milli və dini düşüncəyə 
sahib  olmağı  ədəbiyyat  üçün  mühüm  keyfiyyət  olduğunu  qeyd  edir. 
Belə  ki,  T.Eliot  ədəbiyyatın  milliliyini  itirmədən  digər  xalqların  mə-
dəni dəyərlərindən bəhrələnərək mədəniyyətin və sənətin yeni düşün-
cə, dərketmə səviyyəsinə  yüksəlməsini, mənsub olduğu xalqın dilinin 
saflığını  qorumaqla  yanaşı,  inkişaf  etdirməsini  də  vacib  sayır  [5, 
s.116]. 
İngilis  ədəbiyyatında  şeirin  texniki  baxımdan  yeniləşməsi  daha 
çox Amerika mənşəli şairlərin – E.Pound (Ezra Pound) və T.S.Eliotun 
yaradıcılığı  ilə  reallaşır.  Hər  iki  şair  poeziyada  ahəng  və  vəzn  məsə-
lələrinə xüsusi diqqət yetirmiş, şeirə yeni şəkillər gətirmişdir. Belə ki, 
E.Pound irəli sürdüyü ideyaları, yaratmaq istədyi ovqatı daha çox biri 
digərinə zidd fikirlərin sıralanması yolu ilə ifadə edərək yeni bir üslub 
yaradır. Bu baxımdan, biri digərinə zidd fikirlərin təsiri ilə oxucunun 
düşüncə və hisslərinə daha ciddi təsir edə biləcəyini düşünən E.Poun-
dun  şeirə  gətirdiyi  bu  yeni  tərzdən  T.Eliot  böyük  ustalıqla  faydalana 
bilir və şairin “Bəhərsiz torpaq” (“The Waste Land”) əsəri bunun bariz 
nümunəsidir.“Bəhərsiz  torpaq”  dini  dəyərlərdən  uzaq  düşən  Qərb 
dünyasının mənəvi böhranını əks etdirən və xilas yolunun dini, ənənə-
vi  dəyərlərə  qayıdışda olduğu  fikrini irəli sürən  möhtəşəm  əsərlərdən 
biridir.  Bu  əsərdəki  təzadlar,  əlaqəsiz  görünən  hadisələr,  bir-birinin 
ardınca sıralanan və iç-içə təqdim olunan mürəkkəb, bəzən də anlaşıl-
maz  düşüncələr,  izahı  çətin  səhnələr  məhz  E.Poundun  poeziyaya  gə-
tirdiyi  və  daha  sonra  T.Eliotun  faydalanaraq  yaradıcılığına  tətbiq  et-
diyi  forma  və  üslub  yeniliklərindən  idi.  “Bəhərsiz  torpaq”da  ideyalar 
təzadlı  şəkildə  bir  səhnədən  digərinə  dərhal  keçidlərlə  açılır,  bu  kimi 
digər  xüsusiyyətləri  əsərin  asanlıqla  anlaşılmasına  mane  olur.  Əsərdə 
müşahidə  edilən  son  dərəcə  gözəl  ahəng,  güclü  enerji  də  məhz  yeni 
yaradıcılıq prinsipinin əsas xüsusiyyətlərindən biri idi. 
T.Eliotun  yaradıcılığının  əsas  mövzusu  olan  ümidsizlik,  ölüm 
motivi,  insanın  məhkumluğundan  doğan  acı  taleyinə  kədərli  müna-
sibət  “Bəhərsiz  torpaq”  əsərində  daha  sərt  şəkildə  yer  almaqdadır. 
Belə  ki,  “Bəhərsiz  torpaq”  poemasında  şair  dərmanı,  əlacı  olmayan 
xəstəliyə  tutulmuş  insanları,  bəhərsiz  torpağı,  soyuq,  duzlu  dənizi 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə