Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə113/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

 
304 
təsvir  edir,  çıxış  yolu  yalnız  ölüm  olan  insanların  həyatının  faciəsini 
əks etdirir. Bununla da T.S.Eliot poemada insan həyatını, mənəvi də-
yərlərin məhv olduğu mühitdə insanın yaşamaq istəyini uğursuz cəhd 
kimi diqqətə çatdırır, normal axarından çıxmış, mahiyyətini dəyişərək 
eybəcərləşmiş  dünyada  insanın  xoşbəxt  olacağına  ümidsizlik  ifadə 
edir. Əsərdə ölüm  əsl  simasını itirmiş dünyanın  və  onun sakinlərinin 
yeganə çıxış yolu kimi təqdim edilir. 
“Bəhərsiz torpaq” əsəri  simvollarla zəngin olduğu, həm də tam 
yeni  üslubda  yaradıldığı  üçün  bir  qədər  çətin  qavranılan  və  hətta 
tərcümə  zamanı  orijinal  mənanın  saxlanmasında  da  çox  zəhmət  tələb 
edən  mürəkkəb  bir  əsərdir.  Əsər  Avropanın  müasir  adamlarının  ya-
şadıqları yabançı duyğuları, param-parça olmuş ənənəvi dəyərləri, ma-
hiyyətini  dəyişməkdə  olan  insan  mənəviyyatını  təqdim  edir.  Əsərdə 
arzuladığını  arayan  insan,  qəfildən,  əslində,  bu  axtarışındakı  məqsəd 
və imkanlarını qeyb etdiyini anlayır. Ümumiyyətlə, T.S.Eliotun qəhrə-
manları  daha  çox  həyata  məğlub  olmuş,  taleyin  acıları,  həyatın  və 
zamanın amansız təsadüfləri ilə barışmağa məcbur insanlardır. 
Qeyd etdiyimiz kimi, T.S.Eliotun “Bəhərsiz torpaq” əsərini yaz-
dığı zaman elə bir dövr idi ki, Qərb dünyası mənəvi və iqtisadi böhran 
yaşamaqda idi. “İyirminci əsrin əvvəllərində Avropanın yaşadığı böh-
ranın əsəri” hesab olunan “Bəhərsiz torpaq”da şair həm dini inancını, 
sabaha  inam  və  ümid  hissini  tərk  etmiş,  əslində,  çarəsiz  vəziyyətdə 
qalmış insanın yeknəsəq həyatını, pozuq düşüncələrini, çaşqın, bəzən 
də  özü  tərəfindən  belə  anlaşılmayan  hisslərini  tutqun  rənglərin,  biri-
birinə  bağlı  olmayan  səhnələrin  təsviri,  fərqli  zamanların,  qırıq  təəs-
süratların tərənnümü ilə təqdim edir. Avropa böhranının mənəvi mən-
zərəsini təqdim etmək üçün bir-biri ilə əlaqəsi olmayan səhnələr quran 
müəllifin “Bəhərsiz torpaq” poeması müxtəlif dünya mütəfəkkirlərinin 
əsərlərinin izləri ilə zəngindir. Şair sanki bəşərin düşüncə tarixini or-
taya gətirir, müasir insanı bu hala düşürən səbəbləri və bu vəziyyətdən 
çıxış  yolunu  nişan  verir.  Zamandan-zamana  adlayan  xəyallarla  şair 
dövrünün gerçəklərinə işıq tutur.  
Müxtəlif  rəmzlər  vasitəsilə  insanın  mövcud  mühitdə  məhvinin 
labüd, xilasının imkansız olduğunu ifadə edən şair yazır: 
 
We who were living are now dying 
With a little patience [6]. 
 
Yaşamaqda olan biz indi ölürük, 
Azacıq səbirlə 


 
305 
 
Bəlkə  də  bu  kimi  keyfiyyətlərinə  görə  “Bəhərsiz  torpaq” 
T.S.Eliotun bədbinliyinin tərcümanı kimi izah edilir. 
“Bəhərsiz  torpaq”  hadisələri  təqdim  etmək,  həyat  gerçəklərini 
səciyyələndirmək  baxımından  da  olduqca  maraqlı,  poetik  gözəlliyə 
malik bir əsərdir. Şair insan həyatının, yaşamağın ağır və çətin bir pro-
ses olduğunu maraqlı təsvir vasitələri ilə tərənnüm edir. T.S.Eliot bir 
çox  şairlər  kimi  həyata  “çətin”,  taleyə  “qəddar”  demir,  “Aprel  ən 
zalım aydır”, – deyir və fikrini belə əsaslandırır:  
 
April is the cruellest month, breeding 
Lilacs out of the dead land, mixing 
Memory and desire, stirring 
Dull roots with spring rain. 
Winter kept us warm, covering 
Earth inforgetful snow, feeding 
A little life with dried tubers [6]. 
 
Ən zalım aydır aprel, yetişdirib çıxarır 
Yasəmənləri ölü torpaqdan, qarışdırır 
Xatirə və arzunu, canlandırır 
Ölgünləşmiş kökləri bahar yağışı ilə. 
Qış bizə sərt soyuq göstərmədi 
Yeri unutqanlıq gətirən qarla örtərək, doyduraraq, 
Kiçik bir həyatı qurumuş köklərilə. 
 
Şair aprel ayını qışda yuxuya dalıb özünü unutmuş təbiətdə can-
lanma  yaratdığına  görə  zalım  adlandırır.  Bu  rəmzi  məna  daşıyan  za-
lımlıq  anlayışı,  əslində,  həyata  gələn,  canlı  olan  hər  şeyin  əzab  və 
çətinliklərlə  üz-üzə  qalacağını,  həyatla  mübarizə  aparmağa  məcbur 
olacağını mənalandırır. Şeirin ruhuna hakim ovqat isə bu mübarizədə 
hər kəsin məğlub olacağı fikrini təlqin edir. Burada canlanaraq oyanan 
varlıqlara  qarşı  həyatın  amansızlığından  doğan  kədərlə  yanaşı,  qışın 
“yeri unutqanlıq gətirən qarla örtərək, isti saxlaması” təzadında acı bir 
kinayə  də  duyulmaqdadır.  Aprelin  gətirdiyi  dirçəliş  və  oyanış,  yaxud 
qışın  gətirdiyi  yuxu,  unutqanlıq  –  hansı  daha  münasibdir,  insan  bu 
vəziyyətlərin hansı birində xoşbəxtdir? T.S.Eliot məhz insanı xoşbəxt 
olmayan,  gələcəyi  ümidsiz  bir  məmləkəti  təsvir  edir,  imanını  qeyb 
etmiş  insanların  məhvə  məhkum  taleyini  simvollarla  daha  aydın 
anladır.  Məhz  rəmzlərin  köməyilə  şair  bir  mövzudan  digərinə,  bir 
zamandan  başqasına  adlayır,  quraqlığa  məruz  qalmış  bir  məmləkətin 


 
306 
taleyi  zəminində,  əslində,  iman  və  sevgidən  məhrum  bir  mühitdə 
insanlığın taleyini mənalandırmış olur: 
 
Here is no water but only rock 
Rock and no water and the sandy road 
The road winding above among the mountains 
Which are mountains of rock without water 
If there were water we should stop and drink 
Amongst the rock one cannot stop or think 
Sweat is dry and feet are in the the sand [6]. 
 
Qaya... Su yox... qumlu yol
Sarıla-sarıla dağlar arasından qalxan yol 
Qayalıq, susuz dağlara. 
Su olsaydı dayanıb su içərdik 
Qayalar arasında bir kəs durub düşünə bilməz  
Tər qurumuş və ayaqlar qumun içində.
 
 
Təsvir  edilən  ölkə  quraqlığa  məruz  qalaraq  bəhər  verməkdən 
məhrum olmuş, qorxunc xəyallarla, kabusla dolu bir diyar, xilas göz-
ləyən  bir  məmləkətdir,  hətta  xilas  gəldiyi  zamanda  da  işgəncə  və 
əzabın  onu  müşayiət  edəcəyi  istisna  deyil.  Bir  sözlə,  “Bəhərsiz  tor-
paq” əsəri imanını, dini inanclarını qeyb edərək humanizm böhranına 
yuvarlanan  bir  məmləkətin  mənəvi  məhvinə,  taleyinə  həsr  olunmuş 
əsərdir. T.S.Eliotun insanları qəflətdən oyanışa çağırışıdır. 
İnsana maddi ilə ruhi, fani ilə əbədi olanların sintezi kimi baxan 
T.Eliota görə, din və mədəniyyət vahid bir tamın iki ayrı hissələridir 
və  onlar  arasındakı  qarşıdurma  ilə  bərabər  inkişafı  təmin  edən  labüd 
zərurətlər də mövcuddur. Şair müasir Qərb dünyasının dinsiz, inancsız 
bir halda inkişafının, hər növ tərəqqi və rifahının müvəqqəti, həm də 
göz aldadan bir yüksəliş olduğunu, Qərb dünyasının uyduğu paqaniz-
min əzablarının mütləq yetişəcəyini düşünür [7]. T.Eliota görə, yalnız 
dinin  və  əxlaqi  dəyərlərin  hakim  olduğu  cəmiyyətdə  insanın  əsl  ma-
hiyyəti, onun təbiətlə bağlılığı təzahür edir; insan maddi və ruhi vəh-
dəti ilə təbiətin bir hissəsi kimi yaradılışdakı harmoniyanı tamamlayır. 
Buna  görə  də  insanın  Yaradandan,  eləcə  də  təbiətdənkənar  yaşaması 
mümkün deyil, bu insanlığın fəlakəti olardı. Şairin bu kimi görüşlərini 
ideya  mahiyyətində  yaşadan  əsərlərindən  biri  olduğu  üçün  “Bəhərsiz 
torpaq” bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.  
 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə