Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə111/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

 
298 
dayanan müəllif belə nəticəyə gəlir ki,  “əsərdə baş qəhrəman  yoxdur 
və roman bütünlüklə yalnız Qarabağ xanlığının müəyyən dövrdəki ta-
rixini,  taleyini  bədii  şəkildə  işıqlandırmaq  məqsədini  izləyir”  [7, 
s.524].  Həm  İbrahim  xanın,  həm  də  M.P.Vaqifin  təsvirində  yazıçının 
reallığa sadiq qaldığını vurğulayır, Vaqifin şairliyinə az yer ayrıldığın-
dan, müəllifin onu daha çox dövlət xadimi kimi göstərdiyindən söhbət 
açırdı.  Vaqifin  həyatı  ilə  tarixdə  olan  hadisələrin  təsvirinin  üst-üstə 
düşdüyünü irəli sürürdü. Şairin hökmdarla xalqı birləşdirmək haqqın-
da  qənaətlərinin,  vəzifəyə  olan  ehtirasının  onu  xalqdan  uzaq  düşmə-
sinə  gətirib  çıxarmasının  təsvir  edilməsini  tarixi  həqiqətlərə  obyektiv 
baxışın  nəticəsi  kimi  qiymətləndirirdi:  “Beləliklə  də,  Vaqif  romanda 
dövlət  xadimi  ilə  azad  xəyallı  şair  arasında  tərəddüd  göstərən,  həm 
xalqa istinad edən, həm də saraya bağlanan və meyil edən ziddiyyətli 
bir insan olaraq canlı verilmişdir” [7, s. 528].  
Tarixi  mövzuda  yazan  müəllifdən  düzgün  yanaşma  tərzi  tələb 
edən tənqidçi bu  əsərlərdə  yazıçının  hansı  yaradıcılıq üslubunda  yaz-
masına diqqət yetirir. Onun fikrincə, sənətkarın fərdi üslubundan asılı 
olaraq,  bu  əsərlər  realist,  romantik  və  satirik  səpkidə  işlənilə  bilər. 
Əslində hansı üslubda yazılmasından asılı olmayaraq, yazıçı çalışma-
lıdır ki, tarixə dərindən yiyələnsin, tarixi həqiqətlərə obyektiv mövqe-
dən yanaşsın.  
M.Əlioğlu öz araşdırmalarında H.Cavid yaradıcılığı üçün aktual 
mövzulardan  biri  olan  tarixi  şəxsiyyət  və  tarixi  gerçəklik  məsələsinə 
aydınlıq  gətirmiş  və belə nəticəyə  gəlmişdir ki,  müəllif əsərləri üçün 
seçdiyi  tarixi  hadisələri  olduğu  kimi  təsvir  etməmişdir.  Çünki  onun 
əsas məqsədi həmin hadisələrdən istifadə edərək öz fəlsəfi  fikirlərini 
irəli  sürmək,  yaratdığı  obrazın  mənəvi  keyfiyyətlərini  üzə  çıxarmaq 
olmuşdur:  “Müəllif  keçmişi  ibrətamiz  və  cahanşümul  hadisələrinin 
verdiyi  dərslərdən  çıxış  edərək,  yenə  də  bəşəri-əxlaqi  və  mənəvi-
psixoloji problemlərlə məşğul olmuşdur” [8, s. 230].  
M.Əlioğlu  S.Vurğunun  dramaturgiyasında  tarixi  mövzunun  iş-
lənmə  xüsusiyyətlərinə  nəzər  yetirir,  bu  əsərlərdə  müasirliyin  səciy-
yəvi  olduğunu  diqqət  mərkəzinə  çəkirdi.  “Bir  dramaturq  kimi  Səməd 
Vurğunun  gücü  ondadır  ki,  o,  Azərbaycan  xalqının  qəhrəmanlıq  ta-
rixindəki  ən  mühüm  və  həlledici  dövrləri,  həmin  dövrdə  meydana 
çıxan və bu dövr üçün səciyyəvi olan hadisə və məsələləri dərin realist 
səhnələrdə canlandırmağa müvəffəq olmuşdur” [9, s. 47].  
Tənqidçi  artıq  bu  əsərdə  Vaqifin  şair  obrazını  görür.  O,  bədii 
əsərlərdə Vaqifin tarixi qəhrəmanlıq motivlərinə geniş yer verilməsini 
düzgün  hesab  edir,  bununla  yanaşı,  onun  şairlik  istedadının  da  ön 


 
299 
plana  çəkilməsini  əsas  sayırdı.  S.Vurğunun  Vaqifin  həyat  və  mənəvi 
inkişaf  yolunu  bu  şəkildə  təsvir  etməsini  dramatik  əsəri  gücləndirən 
faktor kimi qiymətləndirirdi.  
Əsərdə Vaqif o zaman bir obraz kimi kamilləşir ki, xalq qəhrə-
manı kimi  göstərilir. Bu cəhəti nəzərə alan tənqidçi  dramın  ən  güclü 
hissəsini  Vaqiflə  Qacarın  deyişmə  səhnəsində  görür  və  belə  nəticəyə 
gəlir ki, dramaturq Vaqif obrazının mənəvi əzəmətini göstərmək üçün 
onu qəddar düşmənlə – Qacarla qarşılaşdırır. Eləcə də Vidadi obrazı-
nın  tədricən  dəyişmə  prosesinin  bu  səhnədən  sonra  yekunlaşdığını 
vurğulayır, yeni tipli bir insan kimi təsvir edildiyini diqqət mərkəzinə 
çəkir.  Əsərin  əvvəlində  “səbr  eylə”  fəlsəfəsi  ilə  yaşayan  Vidadi  bu 
qarşılaşmadan sonra həqiqətləri dərk edir. Məsud Əlioğlu əsərin uğu-
runu onda görür ki, əsərdə müasirliklə yanaşı, tarixi həqiqətlərə sadiq-
lik də vardır.  
M.Əlioğlu  müxtəlif  əsərlərdə  tarixi  gerçəkliyin  bədii  dərki  mə-
sələsini  araşdırarkən  hər  bir  janrın  tələblərini  nəzərə  alır,  bu  tələb-
lərdən irəli gələn problemlərə aydınlıq gətirir, tarixi həqiqətlərin bədii 
həlli problemini geniş şəkildə həll edirdi. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Axundlu Y. Tarixi roman yeni mərhələdə. Bakı, “Maarif”, 1998. 
2.
 
Əlioğlu M. Bədii nəsrimizdə tarixi roman. “Azərbaycan” jurnalı, 1965, № 
12. 
3.
 
Ordubadi M.S. Dumanlı Təbriz. Roman (I-II hissə). Bakı, “Təhsil”, 2012. 
4.
 
Axundov Y. Tarix və roman. Bakı, “Yazıçı”, 1988. 
5.
 
Axundlu Y. Məmməd Səid Ordubadi. Bakı, “Elm və təhsil”, 2012.  
6.
 
Həbibbəyli  İ.  Böyük  ədəbiyyat  nəhəngi  Məmməd  Səid  Ordubadi.  Bakı, 
“Elm və təhsil”, 2012. 
7.
 
Əlioğlu M. Darıxan adamlar. 2 cilddə, I c. Bakı, “Təhsil”, 2009. 
8.
 
Əlioğlu M. Darıxan adamlar. 2 cilddə, II c. Bakı, “Təhsil”, 2009. 
9.
 
Vəliyev M. Məfkurə dostları. Bakı, Azərnəşr, 1961. 
 
Nurlana Mammadova 
 
AN UNDERSTANDING OF HISTORICAL AND  
ARTISTIC TRUTH IN LITERARY-CRITICAL  
CREATIVITY OF MASUD ALIOGLU 
 
Summary 
 
In this article the author pays an attention to the problem of describing of the 
historical events in literature based on researches of Masud Alioglu. He focuses on 


 
300 
the creativity of writers, who referred to historical themes in literature. 
Critic’s attention focused on the reflection of historical truth in the works of 
M.S.Ordubadi,  Y.V.Chamanzaminli,  H.Javid,  S.Vurgun.  The  problem  of  the 
historical personality and objective attitude to historical events is analysed. 
 
Нурлана Мамедова 
 
ПОНИМАНИЕ ИСТОРИЧЕСКОЙ И ХУДОЖЕСТВЕННОЙ  
ПРАВДЫ В ЛИТЕРАТУРНО-КРИТИЧЕСКОМ  
ТВОРЧЕСТВЕ МАСУДА АЛИОГЛЫ 
 
Pезюме 
 
В  статье  освещена  проблема  описания  исторических  событий  в  худо-
жественной  литературе  на  основе  исследований  Масуда  Алиоглы.  В  центре 
внимания  находится  творчество  писателей,  обращавшихся  к  исторической 
теме в художественной литературе.  
Внимание критика сосредоточено на отображении исторической правды 
в  произведениях  М.С.Ордубади,  Ю.В.Чеменземинли,  Г.Джавида,  С.Вургуна. 
Анализируется проблема исторической личности и объективного отношения к 
историческим событиям. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə