Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə108/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   104   105   106   107   108   109   110   111   ...   137

 
290 
Mənə bir sərgi salonu verin! 
Orda bir insan şəkli asacağam – 
adi bir insan... 
...görünsün dünyanın hər yerindən: 
zamanın keçmişindən, 
dövranın indisindən, 
əsrin gələcəklərindən 
Bir insan şəkli asacağam; 
Bir yanında Nəsimi- 
dabanından soyulandan sonra... 
...Bir yanda Cordano Brunonun külü 
Bir yanında Məhəmmədhəsən kişi – 
ömrü, günü yollara tökülü 
Yuxarıda kosmopolit göy. 
Aşağıda sərhədlə kilidlənmiş ölkələr [4, s. 118].
 
 
Şeir bu misralarla bitirdi: 
Şəklin müəllifi – Zaman. 
Adı – İnsanlığın ömür yolu.  
1990-cı  illərdən  başlayaraq  milli  poeziyamızda  zaman  və  insa-
nın  zamanda  yeri  ilə  bağlı  yeni  düşüncə  seli  irəli  gələrkən,  bu 
poeziyanın  qırx  il  öncənin  zamanla  bağlı  meditativ  çözümlərini  qap-
sayan poetik zəmini  vardı  və  bu zəmində zaman da, onun qəhrəmanı 
olan İnsan da öz varlığında görünə bilirdilər. 
 
...Sərt baxışla  
bir körpənin dodağından 
gülüşünü silsələr; 
bir möhtaca, 
bir qəribə, 
bir acizə gülsələr; 
bütün dünya xoşbəxt olsa
bahar olsa 
bir səhər; 
yer üzündə bircə insan acsa
mənə toxunma [4, s. 39]. 
 
R.Rzanın  “İnsan  yaşayır”, “Açın  qapıları, insan  gəlir”, “Pəncə-
rəmə  düşən  işıq”,  “Damcılar”,  “Bağışlayın  məni”,  “Fil  və  filban”, 
“Xeops”,  “Rotterdamda  heykəl”  və  başqa  şeirlərinin  ritmi,  intonasi-
yası bəşər övladının portretini sərgiləməyə yönəlmiş monumental hə-
yat lövhələri idi.  


 
291 
 
...Dünyada çox şey var mövcud olan. 
Ancaq yaşayan İnsandır, İnsan [4, s. 92]. 
 
R.Rzanın  insana  verdiyi  ali  dəyərdə  sələfi  İ.Nəsiminin  konsep-
siyasının gücü, əzəməti var və ustad şair İnsanı bu mərtəbəyə qaldırıb 
ona  səma  yüksəlişindən  qiymət  verməklə,  “Ey  daşəvü  türabə  deyən 
qiymətin gövhər, / İnsan bu hüsnü lütf ilə gövhər deyilmidir, – deyən 
XIV  əsr  hürufi  sənətkarının  ən  yaxşı  müridinə  çevrilir,  özünün  “Son 
gecə”  poemasında  sələfi  kimi  insanı  Allahın  yer  üzündəki  təcəssümü 
kimi dəyərləndirirdi. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Qasımbəyli Y. Milli oyanış və özünəqayıdış lirikası. Bakı, “Elm və təh-
sil”, 2012. 
2.
 
Tınyanov  Y.N.  Poetika.  İstoriya  literaturı.  Kino.  İzdatelstvo  “Nauka”, 
Moskva, 1977. 
3.
 
Əsgərli Ə. XX əsr Azərbaycan şeirinin poetikası. Bakı, “Apostroff”, 2014. 
4.
 
Rəsul Rza. Çinar ömrü. Bakı, Azərnəşr, 1990. 
5.
 
Vəzirov X. Yaradıcı ziyalıların respublika müşavirəsində məruzə. “Kom-
munist” qəzeti, 23 mart 1963, № 70. 
6.
 
Yusifli  V.  Poeziyanın  illəri  və  yolları  (1960-2000-ci  illər).  Bakı,  “Mü-
tərcim”, 2009. 
7.
 
Allahverdiyev  V.  Müasir  Azərbaycan  poeziyasının  inkişaf  meyilləri 
(1945-1965) NDA, Bakı, 2009. 
8.
 
Cahangir Ə. Kim yatmış, kim oyaq. Bakı, “Yazıçı”, 2012.  
9.
 
Mustafa N. Şeytan qulluğundan Tanrı dərgahına. “Cahan” jurnalı, 1997, 
№ 2. 
 
Elnara Akimova 
 
HUMAN AS A TARGET OF POETIC  
SENSITIVITY IN RASUL RZA’S POETRY 
 
Summary 
 
Rasul Rza’s poetry receives the human as a fact of poetic self-consciousness 
and  estimates  the  human  by  target  of  poetic  sensitivity  in  the  Soviet  epoch.  In  the 
article is researched the characteristics given by Rasul Rza to the national poetry on 
the basis of poem examples. The historical conditions, poetic areal, theme and form 
updates of Rasul Rza’s poem are studied in the article. 
 
 


 
292 
Эльнара Акимова 
 
ЧЕЛОВЕК КАК ЦЕЛЬ ПОЭТИЧЕСКОГО  
ЧУВСТВОВАНИЯ В ПОЭЗИИ РАСУЛА РЗЫ 
 
Резюме 
 
Поэзия  Расула  Рзы  в  первую  очередь  выделяется  как  факт  восприятия 
человеком себя с поэтической точки зрения, и в советскую эпоху направленная 
на  человека  преимущественно  как  на  цель  художественного  впечатления.  В 
статье  на  основе  образцов  поэзии  Расула  Рзы  отмечена  индивидуальная 
самобытность,  привнесённая  им  в  нашу  национальную  поэзию.  Особо 
рассмотрена  также  проблема  исторических  условий,  в  которых  развивалась 
поэзия Р.Рзы, влияния тогдашнего поэтического ареала, новаторства в темах и 
формах. 
 
 


 
293 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Nurlanə MƏMMƏDOVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
memmedovanurlane89@gmail.com
 
 
MƏSUD ƏLİOĞLUNUN ƏDƏBİ-TƏNQİDİ 
YARADICILIĞINDA TARİXİ VƏ  
BƏDİİ HƏQİQƏTİN DƏRKİ
 
 
Açar  sözlər:  Məsud  Əlioğlu,  tənqidçi,  tarixi  roman,  dramaturgiya,  realizm, 
həqiqət, Səttarxan 
Key  words:  Masud  Alioglu,  critic,  historical  novel,  drama,  realism,  true, 
Sattarkhan 
Ключевые  слова:  Масуд  Алиоглы,  критик,  исторический  роман,  дра-
матургия, реализм, правда, Саттархан
 
 
Məsud  Əlioğlu  Azərbaycan  ədəbiyyatşünaslığında  müəyyən 
dəsti-xətti  olan  tənqidçidir.  Ədəbi  prosesin  aktual  problemlərinə  fəal 
reaksiya verməsi,  cəsarətli  ədəbi  mövqeyi,  obyektivliyi  qısa zamanda 
onu ədəbi prosesin önünə çıxarmışdır. 
Məsud Əlioğlu ədəbiyyatşünaslığın aktual və nəzəri problemləri 
ilə  maraqlanır,  bədii  nəsrin  problemlərinə  münasibət  bildirir,  klassik 
irsin tədqiqində orijinal elmi mövqedən çıxış edirdi. Tənqidçi öz mə-
qalələrində  müxtəlif  yaradıcılıq  üslubuna  malik  olan  sənətkarların 
əsərlərinə müraciət edir, həm nəsr, həm də dramaturgiyada tarixi möv-
zunun işlənməsi ilə bağlı maraqlı tədqiqatlar aparır, konkret elmi nə-
ticələrə gəlirdi. Təhlilə cəlb etdiyi əsərlərdə tarixi gerçəkliyə yazıçının 
hansı  müstəvidə  yanaşdığına fikir verir, hər bir yazıçının  tarixi  möv-
zunu işləmə bacarığını diqqət  mərkəzinə çəkirdi. Tədqiqatçı  M.S.Or-
dubadinin,  Y.V.Çəmənzəminlinin,  H.Cavidin,  S.Vurğunun  yaradıcılı-
ğında  tarixi  həqiqətin  bədii  həqiqətə  necə  uyğunlaşdırılması  məsələ-
sini araşdırır, hər bir janrın xüsusiyyətlərini nəzərə alaraq düzgün qə-
naətə gəlirdi. 
Bədii  nəsrdə  tarixiliyin  hansı  səviyyədə  əks  olunması  məsələsi, 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə