Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə107/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

 
287 
landırılmışdır.  1963-cü  ildə  keçirilmiş  yaradıcı  ziyalıların  respublika 
müşavirəsində  Azərbaycan  KP  MK  katibi  Xasay  Vəzirov  öz  məru-
zəsində “Rənglər”lə bağlı bu cür fikirlər səsləndirmişdir: «Bu silsiləyə 
daxil  edilmiş  şeirlərin  çoxunun  məzmunu  mücərrəd,  dumanlı  fikir-
lərdir; bəzən hətta müəllifin nə demək istədiyi əsla məlum olmur» [5]. 
Amma  “Rənglər”  silsiləsi  ilk  növbədə,  kədərin  rənginə  vardığı 
və  onu  polifonik  çalarlığında  göstərdiyi  üçün  maraqlı  və  önəmli 
(hakim rejimə görə isə mücərrəd və dumanlı!) idi. Bu silsilədə şair hər 
rənglə bağlı poetik təəssüratını bölüşür, onların çalarlıq məzmunlarına 
uyğun olaraq dünya insanının kədərini, ağrısını, yaxud sevinc və tən-
tənəsini ifadə  etməyə  çalışırdı. Məsələn, boz rəngin  müəllif düşüncə-
sində  mənalandırılan  çalarları  həyatın  bozluğuna  işarə  olur,  bu  boz-
luğu  səciyyələndirən  nə  varsa,  şair  duyumunda  bir  araya  gəlirdi. 
Yalnız gəlmirdi, həm  də oxucunu düşündürür, onu boz bir dünya ilə 
baş-başa, göz-gözə qoyurdu:  
 
Soyuq tənhalıqdan 
saçlarda qalmış gümüş. 
Yetim bir qız uşağının 
dəyişiksiz dizliyi 
Vaxtın rəngsizliyi [4, s. 145]. 
 
“Rənglər”  silsiləsi  yeni  tərz,  yeni  mənalandırma,  yeni  düşüncə 
gücünün sərgiləndiyi bir əsərdir. Sözlə səsin, işıqla rəngin qovuşuğun-
dan yaranan və onların əl-ələ verib “uçuşuna” kömək edən sentimental 
həyat  lövhələridir.  Əsər  keçid,  çevrilmə  anlarının,  duyğuların,  hisslə-
rin, ovqatın, rəngin, səsin və işığın əks istiqamətə doğru axınının qüv-
vətliliyi  ilə  həyəcan  doğurur.  Lirik-romantik  hisslərlə  başlayan  hər 
rəng  simvolu  getdikcə  psixoloji  qata  keçir,  təsvir  dramatik  şəkil  alır, 
şeir  dilinin  həzinliyi  getdikcə  gərgin  ovqat  dəyişkənliyi  ilə  əvəz  olu-
nur.  Silsilə  süjet  xəttinin  qüvvətli  bədii  həyəcanı,  dərin  psixoloji  ef-
fekti ilə maraq kəsb edir.  
Əlbəttə,  “Rənglər”in  oxucuda  yeni,  fərqli  yaşam  doğurduğunu 
yalnız  müəllifinin  şeir  dilindəki  obrazlı  mənalandırma  ilə  əlaqələn-
dirmək doğru olmazdı. Burada lirika, lirik yaşam daha çox nəsrlə üzvi 
şəkildə qaynayıb-qovuşmuş haldadır. Silsilənin yazıldığı üslub vizual 
effekt  yaradır, rənglər, işıq, sözlər... sanki təsvir edilmir, “uçuşurlar”. 
Ətraf  aləmin  rəng  çaları  obrazın  daxili  aləminin  rənginə  bürünüb. 
R.Rza  bu  silsilədə  rəngin  və  ovqatın  hibridini  yaratmağa  müvəffəq 
olur. “Ağ rəngin sevinc çaları”na diqqət edək: 


 
288 
 
Nənə qurşağı. 
Vətən torpağı. 
Çiçəkli bahar budağı. 
Göyərçin qanadları. 
Quzey qarı. 
Bir körpənin süd bulaşmış üz-gözü. 
Şorbaya yanböyür batırıb çıxardığı 
qaşıqdan aldığı ləzzət. 
Şübhələrin dağıldığı gün. 
Dost əli. 
Açılmış düyün. 
İnsan adına layiq 
işlər, işlər, işlər [4, s. 144]. 
 
Əsər  büsbütün  assosiativ  təfəkkürdən  doğan  poeziya  nümunəsi 
kimi  özünəməxsus  özəlliklərə  malikdir.  Burada  ağrının  və  sevincin, 
arzu  və  ümidin  rəngi  canlandırılır  və  bu  rənglər  əsərə  xoş  bir  ahəng 
qatır.  Şair  hər  əhvala,  hər  detalın  təsvirinə  müvafiq  rəng  çaları  ver-
məklə,  həm  də  qəhrəmanın  psixoloji  vəziyyətini  sərgiləmiş  olur. Ona 
görə  əsərdə  hər  simvolist  detalın  öz  funksiyası,  rolu  var.  Bütün  bu 
rəng və düşüncə burulğanlarından keçə-keçə onların daxili bağlılığını 
hiss edirsən. Yəni əslində hər şey ifadə etdiyi mətləb və mahiyyəti ilə 
real hadisələrin cərəyan etdiyi müstəvidədir, amma həm də deyil, nəsə 
başqa bir müstəvi də var. Alt qatda olan, naməlum duyğuları, ezoterik 
düşüncə  məkanını  təşkil  edən  müstəvi.  Bu  iki  xətt  silsilənin  bütün 
məqamlarında  çarpaz,  qoşa  və  müvazi  verilir.  Sonadək,  hətta  ən  dra-
matik,  gərgin  məqamlarda  belə  simvolist  düşüncənin  qanadında  uçu-
şan fikir axını funksionallığında davam edir.  
“Rənglər”  silsiləsindən  olan  şeirlərlə  bağlı  ədəbiyyatşünaslıqda 
müxtəlif  fikirlər  səsləndirilib.  “Rənglər”  silsiləsi  rəsmdən  fəlsəfəyə 
doğru  hərəkətdir”  yazan  İlya  Selvinskidən  tutmuş  milli  ədəbiyyat-
şünaslığımızda  M.A.Dadaşzadə,  Y.Qarayev,  B.Nəbiyev,  Ş.Alışanlı, 
R.Xəlilov,  V.Yusifli,  Ə.Əsgərli  kimi  tədqiqatçılar  bu  poemanın 
mahiyyətini gərəyincə incələməyə müvəffəq olmuşlar. “Rənglər”i mo-
dern şeirin ilk nümunəsi kimi dəyərləndirmək halları ilə də rastlaşırıq. 
V.Yusifli yazır: “Doğrudan da 60-cı illərdə yazılan bu silsiləyə sadəcə 
modern şeir kimi qiymət vermək azdır, bu silsilədə həyatı dərk etmək 
prosesi  var. Həyata fəlsəfi aspektdən  yanaşmaq tərzi  var” [6,  s. 345]. 
Digər  tədqiqatçı  V.Allahverdiyevə  görə  isə  bu  mərhələ  modern  şeirə 
keçid  mərhələsi  idi,  “ritorik,  zahiri  pafosun  daxili  poetik  əlamətləri, 


 
289 
konkret  ifadə  üsulu  ilə,  sözçülüyün,  təsvirçiliyin  məna  dəyərləri  ilə 
əvəz  edilməsi”  prosesinin  başlanğıcı  idi  [7,  s.  8].  Buna  baxmayaraq, 
R.Rzanı  milli  poeziyamızda  modernizmin  baniye-karı  hesab  eləmək 
doğru olmazdı.  Çünki  “Modernist  yuxusundan oyanmış insandır  – o, 
dünyanı özündə kəşf edir və öz içində yeni, modern bir dünya modeli 
qurur.  Psixoanaliz  dili  ilə  desək,  ekstravert  (çölə  yönəlik)  realizmin 
əksinə  olaraq,  modernizmin  introvert  (içə  yönəlik)  səciyyəsi,  onun 
Coys, yaxud Kafkada olduğu kimi bəzən fantosmoqorik psixologizmlə 
şərtlənməsi də bununla bağlıdır. Çünki modernizmdə zahiri və virtual 
gerçəklik  birləşir  –  dünya  insana  sığır,  insan  dünyaya  çevrilir”  [8, 
s.300]. R.Rza poeziyasında təsvir və tərənnüm olunan İnsan isə qlobal 
narahatlıqdan  dolayı  təsvirə  və  tərənnümə  çəkilən  obrazdır.  Burada 
fərdi  insan  maraqları  öndə  deyil,  ümumən  İnsan  konteksti  kimi 
qabarıqdır. Buna baxmayaraq, R.Rzanın şeirləri sovet dövründə özünə 
qapanıb qalmış, yalnız öz xoşbəxt ölkəsi, cənnət saydığı Azərbaycanın 
ələmdən nəşəyə üz tutmuş insanının öz boyundan yuxarı qalxıb dünya 
insanına qoşulmaq çabası, onun çağdaşlıq statusu qazanmasına doğru 
gedilən yolun ilk addımlarından sayılmalıdır. R.Rzanın sərbəst vəzndə 
yazdığı şeirləri elə bir zaman kəsimində meydana çıxmışdı ki, poeziya 
fəzasında  S.Vurğun  kultu  dolaşır,  milli  şeir  bu  ritmin,  avazın  çev-
rəsində dövrə vuraraq özünütəkrar mərhələsində var-gəl edirdi. R.Rza 
poeziyamızın  dəyişikliyə  ehtiyacı  olduğunu  ilk  duyanlardan  oldu. 
Şeirin  intonasiyasını,  vəznini  başqa  istiqamətə  yönəltdi.  Bu  mənada 
şairin ilk qələm təcrübələri olan şeirləri belə poetik vüsət baxımından 
o  qədər  də  parlaq  sayılmasa  da  məhz,  daşıdığı  missiya  –  yeniliyin 
ifadəçisi olması  ilə  dəyərli  idi. Bu  yenilik  yetişən gənc nəsil üçün də 
üz tutulası lazımlı ünvana çevrilirdi: “Dünya  ədəbiyyatının son uğur-
larına dərindən bələdlik, klassikamızın ənənələrindən yeni tərzdə qida-
lanma,  sovet  şeirinə  xas  olan  yasaqlar  sisteminin  zəncirini  qırmağa, 
adi  insanın  daxili  aləminə  boylanmağa  ürkək  can  atımı  kimi  keyfiy-
yətləri  60-cı  illərdə  poeziyamıza  gələn  cavanların  məhz  Rəsul  Rza 
sənətinin  işığına  sığınmaları  üçün  şərait  yaratdı”  [9,  s.  51].  R.Rzanın 
lirikası  elə  bu  gücü  ilə  dəyərlidir.  Buradakı  insan  artıq  dünyəviləşən 
insandır,  Azərbaycan,  Dünya  və  Şərq  insanının  duyğularını  özündə 
cəm  edən insan. Maraqlıdır ki,  “Rənglər”dən sonra şairin  yaradıcılığı 
daim  bu  məqama  sadiq  qalır,  İnsanı  və  onun  rifahına  xidmət  eləyən, 
maraqlarını  çevrələyən  hər  şeyi  poeziyasının  başlıca  predmetinə  çe-
virir. Şairin 1964-cü ildə yazdığı “İnsan şəkli” poetik nümunəsindəki 
humanist siqlətin qüvvətliliyinə diqqət edək: 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə