Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə106/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

 
284 
Vugar Ahmad 
 
LITERARY PROCESS IN THE INSTITUTE  
OF LITERATURE NAMED AFTER NIZAMI  
 
Summary 
 
Specialists  in  literature  and  scholars  from  the  Institute  of  Literature  at 
Azerbaijan  National  Academy  of  Sciences  mainly  analyze,  study  and  research 
theory, history of literary questions and problems of criticism but a number of them 
are  occupied  with  artistic-aesthetic  activity  as  well.  They  write  and  publish  verses, 
poems, short stories, novels and their own books of fiction, translate various works 
by  different  authors  from  foreign  languages  into  Azerbaijani  and  vice  versa.  The 
artistic  works  of  the  researchers  from  the  Institute  of  Literature  form  the  literary 
process which is the part of the whole literary process in our country in general. The 
most works created by the critics and specialists in theory of literature are worthy of 
analysis, discuss and appreciation. 
 
Вугар Ахмед 
 
ЛИТЕРАТУРНЫЙ ПРОЦЕСС В ИНСТИТУТЕ  
ЛИТЕРАТУРЫ ИМЕНИ НИЗАМИ  
 
Резюме 
 
Литературоведы  и  учёные  Института  Литературы  в  Азербайджанской 
Национальной Академии наук в основном анализируют, изучают и исследуют 
теорию,  историю  литературных  вопросов  и  проблемы  критики,  но  ряд 
специалистов  занимается  также  художественно-эстетической  деятельностью. 
Они пишут и публикуют стихотворения, поэмы, рассказы, романы, свои книги, 
переводят  разнообразные  произведения  разных  зарубежных  авторов  с 
иностранных  языков  на  азербайджанский  и  наоборот.  Художественные  про-
изведения  исследователей  Института  Литературы  образуют  литературный 
процесс,  который  является  частью  общего  литературного  процесса  в  нашей 
стране.  Большинство  произведений  поэзии,  прозы  и  перевода,  созданные 
критиками  и  литературоведами,  достойны  анализа,  обсуждения  и  высокой 
оценки. 


 
285 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Elnarə AKİMOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
akimovaelnara@mail.ru
 
 
RƏSUL RZA POEZİYASINDA İNSAN  
POETİK HƏSSASLIQ HƏDƏFİ KİMİ
 
 
Açar sözlər: poeziya, dünya, bədii düşüncə, fərdiyyətçilik, cərəyan 
Key words: poetry, the world, artistic thought, individualism, trend 
Ключевые  слова:  поэзия,  мир,  искусство  мышления,  индивидуализм, 
тенденция
 
 
60-cı  illər  poeziyasına  həsr  olunan  tədqiqatlarda  müəyyən  zid-
diyyətli  fikirlərlə  qarşılaşırıq.  Məsələn,  ədəbiyyatşünas  Yaşar  Qasım-
bəyli  “Milli  oyanış  və  özünəqayıdış  lirikası”  adlı  tədqiqat  əsərində 
yazır:  “...altmışıncıların  yaradıcılığına  yanaşsaq  və  onların  poetik 
bioqrafiyasını  ümumiləşdirməli  olsaq,  deməliyik  ki,  onlar  estetik  in-
qilabçılar və kəskin  poeziya islahatçıları deyildilər. Altmışıncılar 30-
cu  illərdəki  modernizm  dalğasından  sonrakı  epoxanın  övladları  kimi 
ədəbiyyata təşrif buyurmuşdular. Altmışıncılar – anti-modernist idilər. 
Amma  onların  anti-modernist  və  yenilikçi  olmaması  bu  dövr  poezi-
yasının  müasirlik  dərəcəsinə  və  gələcəklə  əlaqələrinə  zərrə  qədər  də 
təsir etməyib” [1,  s.  21].  60-cı  illər poeziyasının modernist olmaması 
fikri ilə razılaşsaq da müəllifin bu poeziyanı yenilikçi adlandırmaması 
fikri  bir  qədər  mübahisələrə  yol  açır.  Yeni  şeir,  yenilikçilik  nədir? 
“Yeni şeir – həyata yeni baxış deməkdir”, [2, s. 169] – yazırdı Y.Tın-
yanov.  Bu  dövr  poeziyasının  seçənəkliyinin  zəminində  dayanan  baş-
lıca amil fərdin ekzistensialist başlanğıcının güclənməsi, öz “mən”ini 
qabartmağa  meyil  oldu.  Hətta  qlobal  mənada  olsa  belə,  İnsana  ma-
rağın  önə  keçməsi  yeniliyin  işartıları  kimi  əhəmiyyət  kəsb  etmirmi? 
Bu  insanla  birgə  ədəbiyyata  yeni  baxış,  dünyagörüşü,  sinəsində  na-
rahat  bir  ürək  gəzdirən  qəhrəman  daxil  olmurdumu?  Maraqlıdır  ki, 


 
286 
Y.Qasımbəyli tədqiqatının sonrakı hissəsində yuxarıdakı fikrini təkzib 
edən mövqe sərgiləyir: “60-cı illərdə lirikanın mahiyyətində baş verən 
ən  mühüm  yenilik  –  lirik  yaşantının  öz  mövqeyini  bərpa  etməsi  və 
şeirin  tərkibində  əsas  element  kimi  meydana  çıxmasıdır”  [1,  s.  147]. 
Uzun  illərin  inzivaya  çəkilmiş  insan  maraqlarını  bərpa  etməyə  nail 
olan  60-cı  illər  poeziyası  elə  bu  məqamı  ilə  diqqət  çəkir.  Məsələn, 
R.Rza “Bir gün də insan ömrüdür”, “Yaşayan insandır”, “Açın  qapı-
ları,  insan  gəlir”,  “Burda  bir  insan  ölüb”,  “İnsanlar”,  “İnsan  haq-
qında”,  “İnsanın  qüdrəti”  və  s.  kimi  adında  İnsanın  ehtiva  olunduğu 
poeziya nümunələri ilə bahəm, ilk baxışda adında başqa mətləblər vəd 
edən “Sarı dana və  balaca qız” şeirində  insan fəlsəfəsini, insan ağrısı 
və ona qarşı laqeydlik hissini bədii mətnin mərkəzinə gətirirdi. Şairin 
60-cı  ildə  “Rənglər”  silsiləsindən  yazdığı  şeirlər  isə  böyük  mənada 
İnsana dönüşün, dünyaya, adi həyat detallarına şair tərəfindən verilən 
individual yozumun, onun fəlsəfi-intuitiv dərkinin nümunələri idi. Bu 
mənada  tədqiqatçı  Ə.Əsgərli  dəqiq  qeyd  edir  ki,  “R.Rzanın  insan 
fəlsəfəsi  –  təfəkkür,  idrak  fəlsəfəsi  “Rənglər”də  kamala  dolur,  müd-
riklik aşılayır. Bu, dünyaya, həyata, zamana, ömrə zirvədən baxışdır” 
[3, s. 236-237]. 
 
...Rənglər xatirələr oyadır, 
duyğular oyadır, 
gördüyümüzdən artıq görmək istəməsək
hər rəng adicə boyadır. 
Rənglərin də musiqi kimi ahəngi var. 
Ağrının, sevincin, ümidin də rəngi var. 
Açıldıqca açılır, 
əlvan səhifələri rənglərin.  
Canlanır gözümüzdə rəngi 
ömrün, mübarizənin
qəlbin, nifrətin, 
gecənin, səhərin 
və insan taleyinin [4, s. 143]. 
 
“İnsan taleyinin rənginin göz önündə canlanması” yekrəng olan 
hər  şeyə  qarşı  etirazın  ilk  əlaməti  idi.  Demək  ki,  insan  vəsf  edildiyi 
kimi  heç  də  xoşbəxt  deyilmiş,  üstqatdakı  sevinc  çalarlarına  rəğmən 
həm də ağrı, hüzn, dərd rəmzinin daşıyıcısı imiş. Təsadüfi deyil ki, sil-
silə çap olunub  yayıldığı ilk vaxtlarda, müəyyən siyasi dairələrdə eti-
raz doğurmuş, əsərdəki qatı boyalar özünə qarşı müxalif ab-hava yön-
ləndirmiş, R.Rza abstraksionizmdə, formalizmə yuvarlanmaqda günah-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə