Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə109/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

 
294 
tarixi roman janrının səciyyəvi xüsusiyyətləri onun diqqətindən yayın-
mırdı.  Müəllif  Azərbaycan  ədəbiyyatında  tarixi  mövzuda  yazılmış 
bədii nəsr nümunələrinin az olmasının səbəbini iki amillə izah edirdi: 
Birinci  amil  kimi bədii nəsrin Azərbaycan  ədəbiyyatında çox gec  yer 
tutmasını, ikinci amil kimi isə xalqın öz tarixi keçmişi haqqında aydın 
təsəvvürə malik olmaması və bu imkanın məhdudlaşdırılmasını göstə-
rirdi. 
Buna baxmayaraq, tənqidçi tarixi mövzuda yazılmış iki romanın 
bədii  nəsrin  inkişafı  üçün  əhəmiyyətini  yüksək  qiymətləndirirdi. 
Xanlıqlar  dövrünün  bədii  mənzərəsini  əks  etdirən  Y.V.Çəmənzəmin-
linin “Qan içində” romanını, inqilabi mövzuda yazılmış M.S.Orduba-
dinin “Dumanlı Təbriz” əsərini tarixi romanın ilk nümunəsi kimi yük-
sək qiymətləndirirdi. 
“Dumanlı Təbriz” əsərində inqilabın mahiyyətini, səbəbini, əsər-
dən çıxan nəticəni düzgün dəyərləndirən müəllifin fikrincə, M.S.Ordu-
badi  bir-birinə  uyuşmayan  tarixi  hadisələri,  mürəkkəb  məsələləri  nis-
bətən  dar  çərçivəyə  –  1905-1911-ci  illər  İran  inqilabının  əhatə  dairə-
sinə yerləşdirməyə çalışmış, üzərində geniş dayandığı siyasi problem-
lərin inqilaba nə dərəcədə təkan verdiyini şərh etmişdir. Tənqidçi əsər-
də  təsvir  olunan  hadisələrdə  fəal  iştirak  edən  xalqın  psixologiyasını, 
inqilabın  qüvvətli  və  zəif  cəhətlərini  göstərir,  inqilabda  iştirak  edən 
tarixi  şəxsiyyətlərin  realist  təsviri,  imperialist  müdaxiləsinin,  daxili 
irticanın ifşası, romanın  üslubi xüsusiyyətləri üzərində geniş dayanır, 
bu  məsələlərin  təhlili  zamanı  tarixilik  prinsipindən  çıxış  edirdi.  Bu 
araşdırmada tarixi həqiqətlərə müəllif münasibəti açıq-aydın hiss olu-
nur. Tənqidçi fəhlə sinfinin inqilabda iştirak etməməsini, milli şüurun 
və  azadlıq  istəyinin  lazımi  səviyyədə  olmamasını,  inqilabın  mahiy-
yətini  düzgün  başa  düşməyən  müxtəlif  zümrələrin  iştirakını  və  inqi-
laba  rəhbərlik  edənlərin  birtərəfli  dünyagörüşünü  bu  hərəkatın  zəif 
cəhətləri  kimi  qeyd  edir,  tarixi  gerçəkliyi  nəzərə  alaraq  əsəri  dəyər-
ləndirirdi. 
Tarixi mövzuda yazılmış əsərlərdə tarixin izini müxtəlif şəkildə 
görmək mümkündür. Elə əsərlər var ki, hadisələr tarixi səciyyə daşısa 
da, obrazlar yazıçı təxəyyülünün məhsulu olur. Bəzən də həm hadisə, 
həm  də  obraz  tarixi  həqiqətlərlə  üst-üstə  düşür.  Bu  zaman  yazıçının 
tarixi  prosesə  münasibəti  ortaya  çıxmağa  başlayır.  Müəllifin  tarixi 
şəxsiyyətə obyektiv yanaşması bədii əsərin düzgün qiymətləndirilmə-
sinə  gətirib  çıxarır.  Tarixi  roman  janrı  qəhrəmanın  əsas  cizgilərinin 
açılmasına  kömək  edir.  “Birincisi,  ona  görə  ki,  tarixi  romanlarda 
konkret tarixi şəxsiyyətlər, yaxud təsvir olunan dövrün ümumi ruhunu 


 
295 
özündə əks etdirən, bədii təxəyyülün məhsulu olan obrazlar yaradılır. 
Həmin obrazlar tarixin hətta tarixçilər tərəfindən çox az işıqlandırılan 
dövrü  üzərinə  gur  işıq  salır,  necə  deyərlər,  qara  örtüyü  qaldırırlar. 
İkincisi,  tarixi  şəxsiyyətin  bütün  tragizmini,  öz  dövrünə  görə  haqlı 
olub-olmadığını aydınlaşdırırlar” [1, s. 87]. 
M.Əlioğlu  əsərdə  tarixi  şəxsiyyətlərin  təsviri  zamanı  yazıçının 
həqiqətə  sadiq  qaldığını  vurğulasa  da,  Səttar  xan  obrazını  canlandı-
rarkən müəllifin xəsislik etdiyini, obrazın təsvirində təhriflərə yol ver-
diyi qənaətinə gəlir. O, belə nəticəyə gəlir ki, buna görə də Səttar xan 
sadəlövh və  fəaliyyətsiz bir insan kimi nəzərə  çarpır. Böyük bir inqi-
labı  idarə  edən,  böyük  bir  xalq  kütləsini  arxasınca  aparan  bir  tarixi 
simanın  başqalarından  məsləhət  alması,  öz  qərarlarında  yanılması 
kimi  faktları  tarixi  əsər  üçün  nöqsan  sayır:  “Ümumiyyətlə,  müəllifin 
tarixi  şəxsiyyətləri  və  hadisələri  dərk  etmək  və  canlandırmaq  prinsi-
pində  müəyyən  qədər  yanlışlıq  və  qeyri-obyektivlik  vardır.  Əsər  ol-
duqca mühüm siyasi-tarixi hadisələrlə zəngin  olan ciddi bir mövzuya 
həsr  edildiyi  halda,  yazıçının  lüzumsuz  təfərrüatları  və  yüngül  vəziy-
yətləri təsvir etməsi, bədii reallıqdan büsbütün uzaq, sərbəst manerası 
bu ciddiyyəti pozmuş, romanın siyasi kəskinliyini və ictimai pafosunu 
xeyli zəiflətmişdir” [2, s. 88].  
Sənətkar tarixi həqiqəti bədii əsərin əsas mövzusu seçdiyi zaman 
qarşısında  müəyyən  məqsədlər  qoyur.  Bu  məqsəddən  asılı  olaraq, 
tarixi  prosesə  və  bədii  əsərin  qəhrəmanına  müstəqil  şəkildə  yanaşır. 
Deməli,  yazıçı  alimdən  fərqli  olaraq,  tarixi  hadisələri  bütün  dəqiqliyi 
ilə, sənədlər əsasında əks etdirmək vəzifəsindən azaddır. Bu şərtlə ki, 
bədii surətlər tarixi hadisələrin və faktların mahiyyətini təhrif etməsin. 
Yazıçı  tarixi  həqiqətə  bədii  təxəyyülün  məhsulu  kimi  toxunduqda, 
canlandırdığı dövrün mənzərəsini və tarixi şəxsiyyətin portretini oldu-
ğu kimi saxlamalıdır. Yeri gəldikdə tarixi romanın qəhrəmanının müs-
bət keyfiyyətləri ilə yanaşı, zəif cəhətlərini də təsvir etməyi bacarma-
lıdır. Çünki tarixi şəxsiyyət nə qədər böyük amallar uğrunda mübarizə 
aparsa da, fərdi keyfiyyətləri olan bir insandır. Bədii əsəri tarixi mən-
bədən fərqləndirən cəhət də elə budur. Digər tərəfdən keçmişi idealizə 
etmək  də  düzgün  deyil.  Tarixi  hadisələrin  mahiyyətini  olduğu  kimi 
göstərməklə ifrata varmamaq tarixi əsərlər üçün əsas şərtdir.  
Romanda Səttar xan bəzi məqamlarda ziddiyyətli bir obraz kimi 
təsvir edilmişdir. O, nə qədər qorxmaz, iradəli, əyilməz bir qəhrəman 
kimi göstərilsə də, bəzən kənarın məsləhəti olmasa, səhv qərarlar ve-
rir, çıxılmaz vəziyyətdə tərəddüd edirdi. Taxıl məsələsini əncüməndə 
qoyub  həll  etmək  təklifi  ortalığa  gəldikdə,  M.S.Ordubadi  Səttar  xan 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə