Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə110/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

 
296 
haqqında  bu  sözləri  yazır:  “Səttar  xan  məsələni  əncüməndə  qoymaq 
üçün  bir  söz  demədi.  Həmişə  əncümən  məsələsi  aralığa  gəldikdə  o 
susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf 
meydana çıxacağından ehtiyat edirdi” [3, s. 55]. Amma onun bir tarixi 
sima kimi əsas səciyyəvi xüsusiyyəti o idi ki, xalqına arxalanır, xalqın 
səadəti  uğrunda  mübarizə  aparırdı.  M.S.Ordubadi  romanda  onun  bu 
keyfiyyətlərini yüksək səviyyədə qələmə almışdır. 
Ədəbiyyatşünas M.S.Ordubadinin inqilabi mövzuda əsər yazma-
sını  yüksək  qiymətləndirsə  də,  əsərdə  tarixi  həqiqətlə  uzlaşmayan 
cəhətlərin  olduğunu  vurğulayır.  O,  milli  azadlıq  hərəkatının  güclən-
diyi bir vaxtda inqilab rəhbərlərinin təsvir edilməməsini, inqilabçıların 
romanın  əsas  hissəsində  passiv  göstərilməsini  inandırıcı  hesab  etmir. 
Lakin  bunun  əksinə  olaraq,  Əbülhəsən  obrazının  təsvirində  uydurma 
cizgilərin  çoxluğu  onun  diqqətini  cəlb  edir.  Düzdür,  müəllifin  dediyi 
kimi,  bu  obrazda  realizm  ünsürləri  var.  Bir  inqilabçı  kimi  hadisələri 
dərk  etməsi,  öz  fikirləri  ilə  mübarizəyə  köməyi  real  görünür.  Amma 
bəzi  məqamlarda  qeyri-real  görünən  cizgilər  də  tənqidçinin  diqqətin-
dən  yayınmır.  O,  heç  kimin  cürət  etmədiyi  qorxulu  əməliyyatlardan 
çətinlik  çəkmədən  xilas  olan,  ən  hiyləgər  adamları  belə  aldada  bilən 
Əbülhəsəni  qeyri-adi  məxluq  adlandırır:  “Peşəsi  sadəcə  mexaniklik-
dən  ibarət  olan  adi  bir  inqilabçının  bu  tərzdə  şişirdilməsi  və  az  qala 
ilahi varlıq dərəcəsinə qaldırılması bədii ölçüyə heç cür sığmır və real 
təsəvvürə uyğun gəlmir” [2, s. 89]. 
M.S.Ordubadinin tarixi səpkidə yazdığı əsərlərində macəra üslu-
bu  özünü  göstərir.  “Dumanlı  Təbriz”  romanında  da  macəra  element-
lərinə təsadüf olunur. M.Əlioğlu macəraçılığı bədii əsərlərdə, konkret 
mövzuda  yazılmış  tarixi  əsərlərdə  əhəmiyyətli  bir  element  kimi  qiy-
mətləndirsə də, “Dumanlı Təbriz” kimi  ciddi siyasi  bir romanda belə 
hadisələrin  təsvir  edilməsini  romanın  realizmini  və  tarixi  dəyərini 
aşağı salan bir üslub kimi dəyərləndirir və belə nəticəyə gəlir ki, bu da 
romanın  bədiiliyinə  ciddi  ziyan  vurur:  “Macəraçılıq  yazıçını  tarixin 
böyük  həqiqətlərini  təhrifdən  başqa,  düşmən  qüvvələrinin  də  bayağı, 
şit və karikatura təsiri bağışlayan yüngül tərzdə göstərməyə də gətirib 
çıxarmışdır” [2, s. 92].  
M.S.Ordubadi  yaradıcılığını  geniş  şəkildə  tədqiqata  cəlb  edən 
Yavuz Axundlu bu məqama fikir verir, macəra elementinin iki məqsəd 
üçün  istifadə  edildiyini  vurğulayırdı:  “Bir  tərəfdən  o,  qələmə  aldığı 
dövrün real mənzərəsinə – tarixi sənədlərlə və faktlarla təsbiq olunan 
mənzərəsinə  heç  bir  xələl  gətirmədən,  “tarixə  böhtan  atmadan”  hadi-
sələrin daha maraqlı və cəzbedici olmasına səy göstərirdi. Burada əs-


 
297 
lində  heç  bir  yanlışlıq  yoxdur.  İkinci  bir  tərəfdən,  Ordubadinin  ro-
manlarında macəraçılığa meyil qəhrəmanların çıxılmaz vəziyyətindən, 
düşdükləri real çətinlikdən irəli gəlirdi. Əlbəttə, gizlətmək lazım deyil 
ki, belə məqamlarda realizm, inandırıcılıq nisbətən zəifləyir” [4, s. 9].  
Yenə  də  son  nəticədə,  o  da  macəra  elementlərinin  ciddi  bir 
əsərdə olmasını düzgün hesab etmir: “M.S.Ordubadinin yaradıcılığına 
xas  olan  macəraçılıq  meyli  onun  tarixi  romanlarının  oxucular  tərə-
findən maraqla oxunmasına imkan versə də, bu əsərlərin ümumi bədii 
dəyərini  aşağı  salır.  Çünki  macəraçılıq  realist  əsər  üçün  məqbul  hal 
deyil” [5, s. 289]. 
Onu da qeyd edək ki, tarixi mövzuya müraciətin tənqid edildiyi 
illərdə  M.S.Ordubadinin  məşrutə  hərəkatı  haqqında  əsər  yazması 
Azərbaycan  ədəbiyyatı  və  tarixi  üçün  əhəmiyyətli  bir  hadisədir.  Hə-
min  dövrdə  tarixi  mənbələrin  lazımi  səviyyədə  araşdırılmaması,  çox 
səthi  və  az  olması,  tarixə  sosioloji  münasibət  bu  əsərin  dəyərini  bir 
daha  ön  plana  çəkir:  “Azərbaycanda  bir  neçə  nəsil  Sərdari-milli  Sət-
tarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz” tarixi 
romanından tanımışdır” [6, s. 57]. Həm də bu roman Azərbaycan ədə-
biyyatında tarixi roman janrının nəzəri əsaslarını və prinsiplərini for-
malaşdırmışdır. 
M.Əlioğlu  Y.V.Çəmənzəminlinin  “Qan  içində”  romanı  haqqın-
da da maraqlı fikirlər irəli sürür, əsərdə tarixi və bədii həqiqətin vəh-
dətini müsbət cəhət kimi qiymətləndirirdi. O, tarixi mövzuda yazılmış 
əsər üçün vacib olan üç mühüm məsələni belə müəyyənləşdirmişdi: 
1.  Tarixilik  prinsipi,  tarixi  şəxsiyyətlərin  və  hadisələrin  realist 
təsviri 
2. Tarixin həqiqətlərinə obyektiv baxış və düzgün münasibət 
3. Tarixi hadisələrdən müasir həyat üçün çıxarılan nəticələr  
Tənqidçi əsəri təhlilə cəlb edərkən 3 əsas tələbi nəzərə almalıdır: 
Əsərin mövzusuna nəzər yetirməli, onun müsbət keyfiyyətlərini diqqət 
mərkəzinə  çəkməli,  əsərin  və  müəllifin  nöqsanlarını  aydınlaşdırma-
lıdır. M.Əlioğlu bu tələblərə daim cavab verən fikirlər irəli sürür, bədii 
materiallara  bu prizmadan  yanaşır,  əsərə düzgün  qiymət  verməyi  ba-
carırdı. Tənqidçi yazıçının arxiv materiallarını obyektiv qiymətləndir-
məsini,  müasir  həyatla  səsləşən  nəticələri  verməsini,  realizmə  sadiq 
qalmasını, obrazların həyati təsvir edilməsini əsərin müsbət keyfiyyət-
ləri kimi dəyərləndirirdi. Xanlıqlar dövrünün ümumi mənzərəsini şərh 
edən  ədəbiyyatşünas  bədii  qəhrəmanlara  hərtərəfli  yanaşır,  onların 
həm müsbət, həm də mənfi keyfiyyətlərini qeyd edirdi. Əsərin iki qəh-
rəmanı  (İbrahim  xan  və  Molla  Pənah  Vaqif  –  M.N.)  üzərində  geniş 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə