Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə118/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

 
317 
zadədən  fərqli  olaraq,  C.Məmmədquluzadə  bu  əsərin  təsiri  ilə  fran-
sızların  yeni  inkişaf  yoluna  qədəm  qoyduqlarını  da  xatırlatmış,  öz 
yazıçı  həmkarlarını  məhz  ictimai  təfəkkürü  dəyişə  biləcək  əsərlər 
yazmağa səsləmişdir [2, s. 307]. 
Akademik  İsa  Həbibbəylinin  tədqiqlərinə  əsaslanaraq  demək 
olar  ki,  əslində  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində,  ümumiy-
yətlə, xalqın gələcək taleyini düşünən Azərbaycan ziyalıları cəmiyyət 
həyatının  inkişafı  naminə  dünya  ədəbiyyatından  faydalanmanı  vacib 
və gərəkli saymışlar. Bu fikri “Cəlil Məmmədquluzadə: mühiti və mü-
asirləri”  monoqrafiyasının  “Cəlil  Məmmədquluzadənin  cənublu  müa-
sirləri”,  yaxud “Azərbaycan ədəbiyyatının  “Molla Nəsrəddin” dövrü” 
bölməsindəki  açıqlamalar  da  təsdiqləməkdədir.  Məsələn,  monoqrafi-
yanın “Cəlil Məmmədquluzadənin cənublu müasirləri” bölməsini oxu-
duqdan sonra belə bir fikir aydınlığı hasil olur ki, məcmuənin Cənubi 
Azərbaycanda  nəşri  həm  də  oradakı  ziyalıların  dünya  ədəbiyyatına 
bələdliyindən  qaynaqlanmışdır.  Hər  halda  Cənubi  Azərbaycandakı 
tərəqqipərvər ziyalılar ordusunu Avropa dillərindən bir neçəsini bilən, 
Lev  Tolstoyun  əsərlərini  fransız  dilində  oxuyan  Əbülfət  Ələvi  kimi 
mənəviyyatca zəngin şəxsiyyətlər təmsil etmişlər [2, s. 350]. Eləcə də 
İsa  Həbibbəyli  ədəbiyyatımızın  “Molla  Nəsrəddin”  dövründən  bəhs 
edərkən ilk növbədə həmin dövrün ən ümumi xüsusiyyətlərini dəqiq-
ləşdirmək istiqamətində iş aparmış, bu zaman yenə də dünya ədəbiy-
yatı  ilə  müqayisədə  fayda  görərək  yazmışdır:  “Rus  ədəbiyyatının 
Qoqol  dövrünü  “əməli  işlə  məşğul  olmaq”  prinsipi  səciyyələndirdiyi 
kimi, Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” mərhələsi də yazı-
çıların fəal vətəndaşlıq mövqeyi, gerçəkliyin daha sərrast inikası, ədə-
biyyatın ən zəruri milli problemlərin reallaşmasına ciddi surətdə təsir 
göstərə bilmək imkanlarının artması ilə fərqlənir” [2, s. 363]. 
Əslində akademik İsa Həbibbəylini hər hansı bir müqayisə deyil
rus  ədəbiyyatşünaslığındakı  dəqiqlik  düşündürmüş,  bu  səbəbdən  bö-
yük  alim  Azərbaycan  ədəbiyyatının  “Molla  Nəsrəddin”  dövrünü  sə-
ciyyələndirərkən  “Çernışevski  metodu”na  istinadən  haqqında  bəhs 
edilən ədəbi mərhələyə xas konkret cəhətlərin müəyyənləşdirilməsini 
məqsədəuyğun saymışdır. 
“Molla  Nəsrəddin”  ədəbi  məktəbi  nümayəndələrinin  yaradıcılı-
ğını dünya ədəbiyyatı fonunda dəyərləndirmək baxımından akademik 
İsa  Həbibbəylinin  “Böyük  ədəbiyyat  nəhəngi”  kitabının  (Bakı:  “Elm 
və  təhsil”,  2012)  əhəmiyyətindən  məxsusi  söz  açılmalıdır.  Mollanəs-
rəddinçi sənət  korifeylərinin mübariz nümayəndələrindən olan Məm-
məd Səid  Ordubadinin ömür və sənət  yoluna həsr edilmiş bu kitabın 


 
318 
maraqlı cəhətlərindən biri M.S.Ordubadi – L.N.Tolstoy müqayisəsidir. 
Maraqlıdır  ki,  akademik  İsa  Həbibbəylinin  müqayisəsi  heç  də  ədəbi 
paralelizmi,  yaxud  M.S.Ordubadi  irsinə  L.Tolstoy  təsirini  üzə  çıxar-
mağa hesablanmayıb. Bütünlüklə Azərbaycan ədəbiyyatı sevərləri nə-
zərə alınmaqla özünütənqiddən ibarət  həmin müqayisədə məqsəd us-
tad qələm sahiblərimizin dünya xalqlarına tanıtdırılması işini qüvvət-
ləndirmək, bu sahədə dönüş yaratmaqdır. Qəti şəkildə deyə bilərik ki, 
müəllifi  akademik  İsa  Həbibbəyli  olan  M.S.Ordubadi  –  L.N.Tolstoy 
müqayisəsi  ədəbiyyatşünaslıq  elmimizdə  yenidir,  orijinaldır,  özünə-
məxsusdur: “Böyük Lev Tolstoy rus ədəbiyyatı tarixində malik olduğu 
səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azər-
baycan ədəbiyyatında həmin mövqeyə sahibdir. Məmməd Səid Ordu-
badinin məşhur tarixi romanları, xüsusən, “Dumanlı Təbriz”, “Qılınc 
və qələm” özünün monumentallığına, əzəmətinə  görə, epoxanın  epo-
sunu  yaratmaq  xüsusiyyətlərinə  görə  Lev  Tolstoyun  “Hərb  və  sülh” 
romanı  ilə  yanaşı  qoyula  bilər.  Fikrimizcə,  bu  məqamda  şərtilik  mə-
nası ifadə edən “müqayisə oluna bilər” ifadəsini işlətmək yerinə düşür. 
Doğrudur, ayrı-ayrılıqda “Dumanlı Təbriz” romanı ilə, yaxud “Qılınc 
və qələm”lə Lev Tolstoyun “Hərb və sülh” romanı yanaşı qoyulduqda 
Tolstoyun  əsəri  daha  üstün  görünür.  Bütün  reallıqlarla  bərabər,  bu 
həm də ona görədir ki, bizlərin təsəvvürlərində gerçək bir Lev Tolstoy 
ucalığı, əlçatmazlığı mövcuddur” [7, s. 8-9]. 
O  da  var  ki,  akademik  İsa  Həbibbəyli  təsəvvürlərdə  yaradılan 
Lev  Tolstoy  ucalığına,  əlçatmazlığına  görə  rus  elminin  fədakarlığını 
alqışlayır, xatırladır ki, məhz rus ədəbiyyatşünaslarının xidmətləri sa-
yəsində dünya elmi Tolstoyu öyrənmiş, bu rus ədibi dünya xalqlarının 
sevimli  müəllifinə  çevrilmişdir.  Böyük  alim  çox  doğru  olaraq  bu 
fikirdədir ki, Lev Tolstoyun ömür və sənət yoluna dair dünya düşüncə 
sahiblərinin yazdıqları kitablar bir kitabxananı təmin edəcək qədərdir. 
Əməkdar elm xadimi İsa Həbibbəyli həm də onu nəzər nöqtəsinə çəkir 
ki, məhz bu cəhətdən M.S.Ordubadini rus ədibi Lev Tolstoyla müqa-
yisə etmək qeyri-mümkündür. Budur, görkəmli akademikin öz ədəbiy-
yatşünaslığımıza  ünvanlanmış  ittihamları:  “Əvvəla,  Məmməd  Səid 
Ordubadinin tam külliyyatı hələ ki, çap edilib xalqa çatdırılmamışdır. 
...Apardığımız  müşahidələrə  əsasən  deyə  bilərik  ki,  XX  əsrin  əvvəl-
lərinin  dövri  mətbuatında  M.S.Ordubadinin  az  qala  hər  gün,  hətta 
bəzən bir gündə bir neçə məqaləsi, şeiri, felyetonu çap olunmuşdur. ... 
Bundan başqa, Məmməd Səid  Ordubadinin  Azərbaycan Milli Elmlər 
Akademiyasındakı Əlyazmalar İnstitutunun fondundakı şəxsi arxivin-
də  onun  çap  olunmamış  saysız-hesabsız  əlyazmaları  mövcuddur. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə