Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə126/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

 
337 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Lamiyə RƏHİMOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
lamia.75@mail.ru
 
 
VAQİF VƏ NƏDİM POEZİYASINDA  
KƏSİŞMƏ NÖQTƏLƏRİ
 
 
Açar sözlər: Vaqif, türk, ədəbiyyat, yaradıcılıq 
Key words: Vagif, Turkish, literature, creativity 
Ключевые слова: Вагиф, турецкий, литература, творчество
 
 
XVIII  əsr  Azərbaycan-Osmanlı  poeziyasının  görkəmli  nüma-
yəndələrindən  olan  Molla  Pənah  Vaqif  və  Əhməd  Nədim  özlərinə 
məxsus yaradıcılıq üslubları ilə ədəbiyyat tarixində yer tutmuşlar.  
Ümumiyyətlə,  XVIII  əsr  Azərbaycan  və  türk  ədəbiyyatlarında 
realist  meyillərin  güclənməsi,  xalq  üslubuna  yaxınlaşma  ilə  səciy-
yələnir.  Bu  dövrdə  “realizmə  meyil  göstərən  şairlərin  yaradıcılığında 
xalq  ədəbiyyatından  gələn  nikbin  əhvali-ruhiyyə,  həyata,  dünyaya 
bağlılıq,  həyatı  sevmək,  ondan  istifadə  etmək  meyilləri  qüvvətli  idi” 
[1, s. 226]. 
Azərbaycan  ədəbiyyatında  realizmə,  xalq  üslubuna  meyil  edən 
şairlərdən  biri,  hətta  birincisi  Molla  Pənah  Vaqif  olmuşdur.  Qaynaq-
ların verdiyi məlumata görə, şair təxminən 1717-ci ildə Qazax maha-
lının Qıraq Salahlı kəndində anadan olmuşdur. XVIII əsrin ortalarında 
Qazaxda yaranan toqquşmalar vaxtı bir neçə kənd, o cümlədən Vaqif 
və  ailəsi  Gəncə  və  Qarabağ  xanlıqlarına  köçmüşdür.  Oradan  da 
Pənahabad  (Şuşa) şəhərinə  gedən Vaqif qısa müddətdə  burada şöhrət 
qazanmışdı. Dərin mədrəsə təhsili görən, məktəbdarlıqla məşğul olan 
Vaqifin  bilik  və  məharətinin  xəbəri  Qarabağ  hökmdarı  İbrahim  xana 
çatır. Xan onu saraya dəvət edir. Vaqif sarayda tez bir zamanda böyük 
nüfuza sahib olur. 


 
338 
Kərim  xan  Zəndin  ölümündən  istifadə  edən  Ağa  Məhəmməd 
Şah Qacar, Vaqif Qarabağ sarayında çalışdığı illərdə hakimiyyəti əlinə 
keçirir. Müxtəlif vaxtlarda Şuşanı ələ keçirməyə çalışan Qacar, nəha-
yət  1797-ci  ildə  bu  niyyətini  həyata  keçirə  bilir.  İbrahim  xan  və 
adamları  şəhəri  tərk  etsələr  də,  Vaqif  oradan  ayrılmır.  Şair  də  bir 
çoxları  kimi  həbsə alınaraq ertəsi  gün  edam  edilmək üçün saxlanılır. 
Lakin  Ağa  Məhəmməd  şah  həmin  gecə  öldürülür.  Xanlığı  əlinə 
keçirən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əmisinin 
yaxın  adamlarını aradan götürməyə çalışır. 1797-ci ildə Molla Pənah 
Vaqif Şuşa şəhərində öldürtdürülür [1, s. 105; 2, s. 280]. 
XVIII  əsr  türk  şairi  Əhməd  Nədim  isə  təxminən  1681-ci  ildə 
anadan olmuşdu. Nədim  yaxşı  təhsil almış, ərəb  və  fars dillərini şeir 
yazacaq  qədər  yüksək  səviyyədə  bilmişdir.  Şair  1707-1713-cü  illərdə 
Şeyxülislam  Əbəzadə  Abdullah  əfəndinin  də  olduğu  komissiyaya 
imtahan  verərək  müəllim  kimi  fəaliyyətə  başlamışdır.  1718-ci  ildə 
sədrəzəm olan damat İbrahim Paşa və “Lalə dövrü” Nədimin həyat və 
yaradıcılığında müstəsna rol oynamışdır. Əhməd Nədim yazdığı müx-
təlif əsərləri ilə himayədarı olan İbrahim Paşaya olan ehtiramını qeyd 
edir,  ona  təriflər  yağdırırdı.  Bu  dövrdə  Nədim  bir  çox  vəzifələrdə 
işləmişdir. Müəllimlikdən Mahmud Paşa məhkəməsinə qazı təyin olu-
nan Nədim 1726-cı ildə Molla Kırımi, 1728-ci ildə Nişancı Paşa Atik, 
1729-cu  ildə  isə  Sahn  mədrəsələrində  müəllim  kimi  fəaliyyət  göstər-
mişdir. 1730-cu ildə Sekban Əli Paşa mədrəsəsində işlədiyi vaxt “Pat-
rona  Xəlil  üsyanı”  baş  vermişdi.  Lalə  dövrünün  sonu  olan  bu  üsyan 
Nədimin  həyatına da son qoymuşdu. Belə ki,  bəzi  qaynaqlarda Nədi-
min  üsyan  vaxtı  qorxudan  və  ya  içki  düşkünlüyündən  titrəmə  xəstə-
liyinə  tutularaq  öldüyü  qeyd  edilmişdir.  Süleyman  Sadəttin  “Məcəl-
lətün-nicab” [3] əsərində Nədimin üsyan zamanı qorxudan evinin da-
mına  çıxdığını,  oradan  isə  yıxılaraq  öldüyünü  bildirir.  Ölüm  tarixinə 
aşağıdakı maddeyi-tarix yazılmışdır: 
 
Reva ola düşerse fevtine iş bu dua tarih 
Nedim ola nedimi-şahı-ceyşi-enbiya ya Rab 
 
Bu  beytdən  Əhməd  Nədimin  təqribən  hicri  1143,  miladi  28 
oktyabr 1730-cu ildə vəfat etdiyini öyrənirik [4, s. 32]. 
Didaktik üslubun böyük şairi Yusif Nabinin, qəsidə janrının us-
tadlarından  Ömər  Nəfinin  şöhrətinin  geniş  yayıldığı  bir  dövrdə  ədə-
biyyata addım atan Əhməd Nədim qısa bir vaxt ərzində tanınaraq “Nə-
dimanə”  deyilən  yeni  bir  üslub  yaratmışdır.  Şair  özü  də  qəzəllərinin 


 
339 
birində təvazökarlıqdan uzaqlaşaraq üslub sahibi olduğunu qeyd edir: 
 
Malumdur benim sühanım mahlas istemez, 
Fark eyler onu şehrimizin nüktedarları [5, s. 355].
  
 
Nədimin  böyüklüyü  xalq  üslubunda  mükəmməl  şeirlər  yaza 
bilməsindədir.  Danışıq  dilindəki  söz  və  ifadələri  yerində  istifadə  et-
məsi,  ahəngi  artırmaq  üçün  zərgər  dəqiqliyi  ilə  seçdiyi  kəlmələr  onu 
müasirlərindən ayıran ən bariz xüsusiyyətlərdir.  
Nədimin  düşüncəsinə  görə,  əgər  insan  şairdirsə,  onun  sevmə-
məsi, sevgidən uzaq qalması mümkün deyildir. 
 
Çünkü bülbülsün gönül bir gülüstan lazım sana, 
Çünkü dil koymuşlar adın dil-sitan lazım sana. 
Çünkü şairsən hayali-tazedir senden murab
Pəs yeni bir dil-rübayi-mu-miyan lazın sana [5, s. 256]. 
 
Nədim  bülbülə  gül,  könülə  ürək  açan  yer,  şairə  isə  yeni  ilham 
qaynağı lazım olduğunu qeyd edir. 
Ümumilikdə  bu  iki  şairin  yaradıcılığına  nəzər  saldıqda,  onların 
hər  ikisinin  əsərlərində  məhəbbətə  münasibətin  eyni  olduğunu  mü-
şahidə edirik. Orta əsr Azərbaycan və Osmanlı şeirində də məhəbbət 
mövzusu əsas yer tutmuşdur. Vaqifin də, Nədimin də şeirlərində əsas 
yer tutan məhəbbət mövzusu, həqiqi məhəbbətdir. Hər iki şairin əsər-
lərinin qəhrəmanı olan qadınlar mücərrəd deyil, həyatdan götürülmüş 
obrazlardır. Burada ilahiləşdirilmiş gözəldən yox, məlum gözəllərdən 
bəhs  olunur.  Vaqifi  və  Nədimi  digərlərindən  ayıran  xüsusiyyət  möv-
zuya yanaşma şəklidir. Hər iki şair digər klassik şairlərdən fərqli ola-
raq, məhəbbətə realist yanaşmışlar. Klassik şeirlərdə müşahidə etdiyi-
miz günəş kimi əlçatmaz və parlaq, ideal olan sevgili Nədim və Vaqif 
şeirlərində  canlı  cizgiləri,  həyat  eşqi  olan  varlıqlardır.  Bütün  klassik 
şairlər  kimi  Vaqif  də,  Nədim  də  sevgiliyə  məhəbbətlərini  bildirir, 
hicran əzabı çəkir, vüsal həsrətilə  yanıb-yaxılırlar. Ancaq bu şairlərin 
məqsədi arzusuna çatmaq, sevgilisinə qovuşmaqdır. Klassik şairlərdə, 
xüsusilə,  böyük  Füzulidə  olduğu  kimi  çəkdikləri  əzablardan  zövq 
almırlar. Vaqif bir qoşmasında: 
 
Oğrun baxa-baxa, ey çeşmi nərgis
Dərdə saldın məni xəstəxal etdin. 
Həsrətindən öldüm, öldüm-dirildim
Nə bir yada saldın, nə sual etdin [6, s. 87],
 – deyir.  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə