Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə127/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   123   124   125   126   127   128   129   130   ...   137

 
340 
 
Vaqif  və  Nədimə  qədər  klassik  şairlərdə  belə  duyğuların  tərən-
nümünə rast gəlmək mümkün deyildir: 
 
Nə xoşdur baş qoymaq bir güləndamın qucağında, 
Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında. 
Durub ondan tutub nazik əlin gəzmək otağında, 
Qucub-qucub, oturmaq gah solunda, gah sağında, 
Sinəsində sinə, boynunda qol, dodaq dodağında [6, s. 16]. 
 
Eyni  duyğuları  Nədimin  şeirlərində  də  müşahidə  etmək  müm-
kündür: 
 
Ey Şux Nedima ile bir seyrin işittik
Tenhaca varup Göksuya işret var içinde [5, s. 327]. 
 
Ey gözəllər gözəli Nədim adlı şəxslə birlikdə Göksuya getdiyini 
eşitdik.  Yoxsa  burda  başqa  şey  var,  –  deyən  şair  bir  başqa  şeirində 
sevgilisinin at üstündəki duruşunu belə təsvir edir: 
 
Mest kendi gülüp altındaki rahş oynardı, 
Gördüm ol afəti dün bir düğün alayında [5, s. 320]. 
 
Və ya  
 
Güzel sevmede zahid müşkilin var ise, 
Bizim ol fəndə çok tahkikimiz itiqanımız vardır [5, s. 267]. 
 
Gözəl sevməkdə təcrübəsini zahidə belə öyrətmək istəyir və bu-
nu  açıq  şəkildə  ifadə  etməkdən  çəkinməyən  Nədim  bir  başqa  qəzə-
lində incə və zərif sevgilisinin yanaqlarını şəraba bənzədir: 
 
Haddədən geçmiş nezaket yal ü bal olmuş sana
Mey süzülmüş şişeden ruhsarı-al olmuş sana [5, s. 254]. 
 
“Vaqif  yaradıcılığının  əsas xüsusiyyətlərindən biri  onu, öz mü-
asirlərinin  çoxundan  fərqləndirən  əsas  cəhət  nikbinlikdir”  [2,  s.  287]. 
Həmid  Araslı  Vaqifdəki  bu  nikbinliyi  iki  səbəblə  bağlayır.  Birincisi, 
xalq ədəbiyyatının təsiri, ikincisi, Qarabağ xanlığının apardığı azadlıq 
mübarizəsində fəal mövqe tutmasıdır. Onun siyasətə bağlanması həya-
tında mübarizə eşqini gücləndirmiş, nikbinlik duyğusunu inkişaf etdir-


 
341 
mişdir. Vaqif şeirlərində həyata bağlılıq, həyat nemətlərindən istifadə 
və  mühitdən  aldığı  nəşəni  tərənnüm  etmişdir.  Vaqif  yaradıcılığını 
araşdıran, öyrənən bir çox tədqiqatçılar şairin nikbinliyini ən gözəl şə-
kildə əks etdirən şeir olaraq Vidadiyə yazdığı [2, s. 287]: 
 
Say qənimət diriliyin dəmini, 
Keçən həmdəmlərin çəkmə qəmini. 
Əqlin olsun, sil gözünün nəmini, 
Dəxi geri gəlməz onlar, ağlarsan. 
 
Və ya: 
 
Toy bayramdır bu dünyanın əzabı, 
Əqli olan ona gətirər tabı, 
Sənin tək oğlana deyil hesabı, 
Hər şeydən eyləyib qübar ağlarsan [2, s. 217-218]. 
 
Vaqifin  Şuşada  müəllim  işlədiyi  vaxt  yazdığı  bir  şeirində  də 
gələcəyə böyük ümid bəslədiyi duyulur: 
 
Ümidim vardır ki, bu qara gün getməyə başa
Dönər bir özgə rəngilə, bu axır çərxi-xəzradır. 
Məkan tutdu isə Vaqif yox əcəb bu şişə dağında , 
Məqamı ləli-gülrəngin miyani-səngi-xaradır [6, s.151].
 
 
Ümumiyyətlə, şairin bütün şeirlərinə şad və nikbin əhvali-ruhiy-
yə  hakimdir.  Eyni  nikbin  düşüncələrlə  Nədimin  şeirlərində  də  qarşı-
laşırıq: 
“Gülelim,  oynayalım,  kam  alalım  dünyadan”,  –  deyən  şair  bir 
qəzəlində yaşamaq, əylənmək duyğularını belə ifadə etmişdir: 
 
Bezmi-şaraptan geçemem döğrusu Nedim, 
İşret tabiatımca tarab meşrebimcedir [5, s. 260]. 
 
Məclisdəki içki və əyləncə şairin ürəyincədir. Bircə fələyin onun 
bu xoşbəxt bəxt ulduzuna gözünün dəyməsindən qorxur. 
Və ya: 
 
Bu gün pek ser-firaz u şadman gördüm Nedimayı, 
Meğer kim meclisi-mahdumı-bihemtaya girmiştir [5, s. 269].
  
 
Şairin şad olmasının səbəbi tay-tuşları ilə bir məclisə yığışmalarıdır. 


 
342 
Nədimin də, Vaqifin də şeirlərində bəzən bədbinlik, ruh düşkün-
lüyü, kədər hiss edilir:  
 
Efsus Nedim zar u mihnet –dide, 
Düşmüş vatanından gurbeti-cavide. 
Sad hayf o güne taze –mazmunı-hüner, 
Bir beyte henüz olamamış küncide [5, s. 370]. 
 
 
Nədim  hələ  də  evinin  olmamasından  şikayət  edir,  bundan  duy-
duğu  üzüntünü  yazdığı  misralarda  əks  etdirir  Ancaq  bu  duyğu  nə 
Nədim, nə də Vaqifin yaradıcılığının əsas səciyyəvi xüsusiyyəti deyil-
dir. Əslində Vaqifdə rast gəldiyimiz bədbinlik izlərini daşıyan şeirlər 
ictimai vəziyyətin əksi kimi dəyərləndirilməlidir. Hər iki şair nə qədər 
dünyadan  zövq  almaq,  sevmək,  sevilmək  istəsələr  də,  onların  əsərlə-
rində ictimai məzmunlu misralara da rast gəlmək mümkündür.  
Ümumiyyətlə,  XVIII  əsr  lirikası  üçün  də  ümumi-mücərrəd 
şikayət  və  tənqid  üslubu  daha  səciyyəvidir  [7,  s.  93].  Vaqifin  ilk  ic-
timai xarakterli əsəri “Bayram oldu” qoşmasıdır. Tərtərbasarda “mək-
təbdarlıq” edən şair bayram vaxtı sadə xalqın sıxıntısını bu üç bəndlik 
qoşması ilə dilə gətirmişdir: 
 
Bayram oldu, heç bilmirəm neyləyim
Bizim evdə dolu çuval da yoxdur. 
Dügiylə yağ hamı çoxdan tükənmiş, 
Ət heç ələ düşməz, motal da yoxdur. 
 
Allaha bizmişik naşükür bəndə, 
Bir söz desəm, dəxi qoymazlar kəndə... 
Xalq batıb noğula, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur [6, s.114]. 
 
Və ya: 
 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür aranın cümlə cahanın. 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası hayıf ki, yoxdur. 
 
Və ya: 
 
Kələğayı əlvan, qəsabə qıyğac, 
Altından cunası hayıf ki yoxdur. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə