Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə130/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

 
349 
giyasının  görkəmli  simaları  M.F.Axundzadə  və  C.Məmmədquluza-
dənin dram əsərləri və onların ingilis dilinə tərcümə edilmiş variantları 
bazasında ədəbi əlaqələr probleminin dialektik həlli yollarının kontur-
larını təyin etmək; 
-
 
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış simaları Turxan 
Gəncəvi, Həmid Nitqi, Qulamrza Səbri Təbrizinin ingilis dilində nəşr 
edilmiş əsərləri əsasında Böyük Britaniya-Azərbaycan qarşılıqlı ədəbi 
əlaqələrinin  Azərbaycan  müstəqilliyi  dövründə  yeni  dövr  ədəbi 
əlaqələrin yerini və rolunu təyin etmək
-
 
Azərbaycan  ədəbiyyatının  müstəqillik  dövründə  yaranmış 
əsərlərin,  o  cümlədən  Elçin  Əfəndiyev,  Vaqif  Sultanlının  Böyük 
Britaniyada  ingilis  dilində  çap  edilmiş  əsərlərinin  ideya-bədii  məziy-
yətlərini,  struktur  kompozisiya  və  bədii  ifadə  sistemi  və  digər  məz-
mun-struktur məsələlərini öyrənib onların elmi-nəzəri dəyərini müəy-
yənləşdirmək. 
Onu da qeyd edək ki, klassik və müasir Böyük Britaniya-Azər-
baycan  ədəbiyyatının,  eləcə  də  bu  ədəbiyyatların  tanınmış  nümayən-
dələrinin  yaradıcılığına  dair  həm  elmi-ədəbi  jurnal  və  məcmuələrdə, 
həm  də  tədqiqat  işlərində  problemlərin  öyrənilməsinin  və  müəyyən 
nöqsanlarını, eləcə də qoyulan problemin perspektivlərini təyin etmək. 
Müqayisəli ədəbiyyatşünaslıq üçün zəngin  mənbə rolunu oyna-
yan  klassik  və  çağdaş  Azərbaycan  ədəbiyyatının,  xüsusilə  poeziya-
sının  ümumi  mənzərəsini  əks  etdirən  əsas  elementlər  və  səciyyəvi 
xüsusiyyətlərin ümumiləşdirilmiş elmi əsaslarını təyin etmək üçün son 
dövr  ədəbiyyatşünaslığın  nəzəri  əsaslarına  istinad  etmək  xüsusilə 
vacibdir.  Məhsəti  Gəncəvi,  Nizami  Gəncəvi,  Məhəmməd  Füzuli  və 
digər  klassik  şairlərin  əsərlərinin  ingilis  dilinə  tərcüməsi  və  nəşri, 
eləcə  də  son  dövr  monoqrafik  nəşrlərin  yenilikləri  haqqında  təhlil  və 
şərhləri  təyin  etməyə  çalışmışıq.  Azərbaycan  şeirinin  dünya  poezi-
yasına inteqrasiyasını əsaslandıran mənəvi-estetik dəyərlərin, xüsusilə 
Azərbaycan  şeirinə  xas  dərin  və  elmi,  bədii  məfkurəli  əsərlərin  post-
modern  zamanın  oxucularına  aşılaya  biləcək  mənəvi  estetik  zövqün, 
dəyərlərin  meyarları  haqqında  tədqiqatçı  fikir  və  mühakimələrinin 
əsas konturlarını müəyyənləşdirməyi tədqiqatımızın əsas məqsədlərin-
dən biri kimi müəyyənləşdirmişik. 
Son dövr Azərbaycan ədəbiyyatşünaslığında yeni düşüncə tərzi, 
müxtəlif  dövr  Qərb  (Böyük  Britaniya)  və  Şərq  (Azərbaycan)  ədib-
lərinin yaradıcılığının müqayisəli kontekstdə öyrənilib tətbiq olunması 
ədəbiyyat  və  həyat  məsələlərinin  daha  aydın  elmi  dərkinə  yeni  bir 
körpü  salmışdır.  Bu  baxımdan  professor  Qorxmaz  Quliyevin  “Cəlil 


 
350 
Məmmədquluzadə  və  dünya  dramaturgiyası”  adlı  araşdırması  [2] 
müəyyən  məziyyətləri  ilə  zaman  və  məkan  baxımından  bir-birindən 
çox  fərqli  məkan  və  zamanda  yaşamış  ingilis  Renessansının  drama-
turqu  və  şairi  Uilyam  Şekspirlə  (1564-1616)  Azərbaycan  ədibi  Cəlil 
Məmmədquluzadə  (“Molla  Nəsrəddin”  1866-1932)  yaradıcılığı  ara-
sında paralelləri axtarmaq məramının uğurlu alındığını söyləmək olar. 
Alim kitabının I fəslində haqlı olaraq qeyd edir ki, Uilyam Şekspirlə 
Cəlil  Məmmədquluzadənin  yaxınlığını  birinci  dəfə  R.Rza  üzə  çıxar-
mış və bu iki sənətkarı bir araya gətirmişdir [2, s. 7]. 
Mərhum Xalq şairi Rəsul Rza Azərbaycan bədii fikrində poetik 
və  dramatik  bağlar  çevrəsində  iki  böyük  sənət  dünyasının  yaradıcı-
lığında səsləşmələrin  yeni  tipini  yaratmışdır. Professor Qorxmaz Qu-
liyev  daha  çox  Rəsul  Rza  deyimindən  çıxış  edərək  tədqiqatında  Uil-
yam  Şekspirin  “Hamlet”i  ilə  Cəlil  Məmmədquluzadənin  “Ölülər”ini 
bir  araya  gətirərək  öz  tədqiqatçı  alim  sözünü  və  müəyyən  hallarda 
mübahisə  doğuracaq  mühakimələrini  qələmə  almışdır.  O  yazır  ki, 
“R.Rza bununla kifayətlənməmiş, xüsusi üsul və işarələrlə bu  yaxın-
lığın araşdırılmasının metodologiyasını və üzə çıxarılmasının ən kəsə 
yolunu da müəyyənləşdirmişdir: o sübuta yetirmişdir ki, Uilyam Şeks-
pirlə  Cəlil  Məmmədquluzadəni  bir-birinə  birləşdirən bağları  obyektiv 
elmi biganəlik müstəvisində axtarıb tapmaq və dəyərləndirmək qeyri-
mümkündür  –  tədqiqatçı  gərək  Hamlet  və  İsgəndərin  keçirdikləri 
hissləri, narahatlığı bölüşsün.... ” [2, s. 7]. 
Professor Qorxmaz Quliyev Uilyam Şekspir yaradıcılığı ilə Cəlil 
Məmmədquluzadə  dramlarının  tarixi  və  müqayisəli-tipoloji  metodla 
öyrənilib  araşdırılması  nəticəsində  ikincinin  –  Cəlil  Məmmədquluza-
dənin  yaradıcılığının  daha  dərin  qatlarına  enməyin  mümkünlüyünü 
göstərmişdir.  Və  belə  bir  üsulla  Cəlil  Məmmədquluzadənin  dram 
əsərlərinin öyrənilib dəyərləndirilməsinin yeganə və “kəsə yol” oldu-
ğunu  qeyd  edən  tədqiqatçı  alimin  araşdırılmasında  əsaslı  elmi  arqu-
mentin inandırıcı olduğunu söyləmək lazımdır. 
Müəllifin  aşağıdakı  mühakiməsi  Uilyam  Şekspirlə  Cəlil  Məm-
mədquluzadənin  ayrı-ayrı  qütbləri  təmsil  etdiklərinə  baxmayaraq, 
onların bənzərlik və bənzərsizlik əsasında bir-birinə “pərçimləndiyini” 
göstərməsi  dialektik  nəticə  təsiri  bağışlayır:  “Bu  baxımdan  bu  iki 
sənətkarın  dünya  və  insan  haqqında  düşüncələrini  ifadə  etmək  üçün 
seçdikləri  fərqli  dramaturji  janrlar  onları  nəinki  bir-birindən  uzaqlaş-
dırmamış, paradoksal şəkildə yaradıcılıqlarını vahid müstəvidə nəzər-
dən keçirməyə əsas  yaradır;  çox qəribə də  olsa, komediyalar müəllifi 
Cəlil  Məmmədquluzadə  yeni  dövrdə  bu  janrın  klassik  nümunələrini 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə