Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə132/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   129   130   131   132   133   134   135   136   137

 
354 
İlk  təhsilini  atasından  alan  Ə.Şərif  (dövrünün  görkəmli  peda-
qoqu olan Məmməd Tağı Səfərovdan) sonra Naxçıvanda Məmmədtağı 
Sidqinin  “Tərbiyə”  məktəbində  oxuyub.  1904-1915-ci  illər  ərzində 
Tiflis  və  İrəvanda  xüsusi  pansion  və  gimnaziyalarda  mükəmməl  təh-
silə  yiyələnən  Ə.Şərif  1943-cü  ildə  Moskvada  M.Qorki  adına  Ədə-
biyyat İnstitutunu bitirib. 
Sovet  hakimiyyəti  illərində  uzun  müddət  mətbuat  və  nəşriyyat 
sahəsində çalışan Ə.Şərif mətbuat aləminə 1906-cı ildə ilk dəfə “Mol-
la  Nəsrəddin”  jurnalının  səhifələrindən  gəlib.  “Naxçıvandan  məktub-
lar”  sərlövhəli  məqaləsi  çap  ediləndə  Əziz  Şərifin  11  yaşı  olub.  İllər 
sonra  o  günləri  belə  xatırlayan  Ə.Şərif  yazırdı:  “...jurnalın  redaktoru 
Məmmədquluzadə atamla dostluq  edir, məni də yaxşı  tanıyırdı. Buna 
görə  də  mənim  Naxçıvandan  11  yaşlı  uşaq  qələmi  ilə  yazılmış  sətir-
lərimin  ora-burasını  düzəldib,  özündən  artırıb,  əskildib,  məni  həvəs-
ləndirmək üçün öz jurnalında çap etmişdi. Altından da mənim adımı, 
familimi və naxçıvanlı olduğumu göstərmişdi” [1, s. 57].  
Xoşbəxtlikdən Mirzə Cəlilin  əl gəzdirdiyi  yazının taleyi  uğurlu 
olur və 1910-cu ildən dövri mətbuatda, xüsusən də Tiflisdə çap edilən 
rusdilli  mətbuatda  tez-tez  Əziz  Şərifin  imzası  görünməyə  başlayır. 
“Zakafkazskoye  obozreniye”,  “Zakafkazye”,  “Raboçiy  zritel”,  “Na 
rubeje  Vostoka”,  “Zarya  Vostoka”  kimi  məşhur  qəzet  və  jurnallarla 
sıx  əməkdaşlıq  edən  Ə.Şərif  1918-1920-ci  illərdə  Tiflisdə  çap  edilən 
“Gələcək” və “Probujdeniye” qəzetlərinə, 1924-cü ildə isə “İşıqlı yol” 
qəzetinə redaktorluq edib. 
Deməli,  ədəbi  mühitdə  tənqidçi,  tərcüməçi,  ədəbiyyatşünas  və 
mətnşünas alim kimi tanınan Ə.Şərif həm də görkəmli mətbuat xadimi 
idi.  Dövri  mətbuatda  ədəbi-tənqidi  məqalələri,  publisistik  yazıları  ilə 
mütəmadi çıxış edən müəllif sonralar mətbuatın tədqiqi ilə də məşğul 
olub.  Tədqiqat  əsərlərinin  də  əksəriyyəti  mətbuat  aləmində  məşhur 
olan  jurnalist,  publisist  və  naşirlər  haqqındadır.  M.Cəlil,  M.Ə.Sabir, 
İ.Həqqi, Ə.Haqverdiyev, Ə.Qəmküsar və başqalarının mətbu fəaliyyə-
tindən bəhs edən çoxsaylı maraqlı və dəyərli məqalələr, əsərlər yazıb.  
Mollanəsrəddinçilərlə  yaxından  təmasda  olmaq  onu  mətbuat 
aləminə daha sıx bağlayıb. Bu yaxınlıq sonradan onun “elmi axtarışlar 
aparmaq  arzusunu  daha  da  sürətləndirir  və  gələcəkdə  elmi  fəaliyyə-
tində görkəmli alim kimi yetişməsində mühüm rol oynayır” [2, s. 18].  
Tədqiqatçı alim Azərbaycan mətbuatının 20-ci  yüzilliyin əvvəl-
lərindəki ümumi inkişafını və bu inkişafa təkan verən mühüm amilləri 
ardıcıllıqla  əsərlərində  şərh  edib.  Ə.Şərifin  özü  də  bu  hadisələrin 
birbaşa  iştirakçısı  olduğu  üçün  əsərlərində  dövrün  salnaməsini  yara-


 
355 
daraq, mətbuatın dövri hadisələrə və hadisələrin mətbuata təsirini əks 
etdirən tədqiqat əsərləri ərsəyə gətirə bilib.  
Bu  haqda  görkəmli  alim  M.Cəfər  yazırdı:  “Əziz  gimnaziyada 
elmin  əsaslarını,  dünya  klassiklərini  öyrənirdisə,  “Molla  Nəsrəddin” 
idarəsində canlı ədəbi mühitlə tanış olurdu. Redaksiya onun üçün ikin-
ci gimnaziya, mübariz mollanəsrəddinçilər isə ideal həyat müəllimləri 
idilər” [1, s. 5].  
Tiflisdə  gimnaziyada  təhsil  alarkən,  Mirzə  Cəlilin  evində  qalan 
Əziz  Şərifin  mollanəsrəddinçilərlə  təmasda  olması,  onu  Tiflis  ədəbi 
mühitində baş verən hadisələrin canlı şahidinə çevirir. Hətta Həmidə 
xanımın  xatirələrindən  aydın  olur  ki,  jurnalın  əksər  saylarının  hasilə 
gəlməsində Ə.Şərifin də əməyi olub. “...Mirzə Cəlilin yanında qızı Mü-
nəvvərdən başqa Faiq əfəndinin bacısı oğlu Əhməd Pepinov, Qurban-
əli  Şərifovun  oğlu  Əziz  və  Mirzənin  bacısı  Səkinənin  oğulluğu  Əbil 
Kəngərli də yaşayırdılar. Adətən jurnalın çıxdığı bazar günləri uşaqla-
rın baş qaşımağa vaxtı olmurdu. Onlar “Molla Nəsrəddin”i səhifələyir, 
ünvanları yapışdırır, evlərə çatdırır, arada poçta da qaçırdılar” [3, s. 120].  
İllər  sonra  Ə.Şərif  “Keçmiş  günlərdən”  əsərində  yazırdı:  “Biz 
hamımız  “Molla  Nəsrəddin”  jurnalının  qızğın  patriotu  idik.  Jurnalın 
növbəti nömrəsi mətbəədən redaksiyaya gələr-gəlməz biz gənclər, öz 
dərs  və  işimizi  qoyub  jurnalı  poçt  üçün  hazırlamağa  başlardıq.  Hər 
birimiz  “Molla  Nəsrəddin”in  sadiq  “müridləri”  idik  və  onun  ən  fəal 
müxbirlərini uzaqdan-uzağa tanıyır və sevirdik. Bunların içində Sabir 
və Haqverdiyev birinci yeri tutardı” [1, s. 10-11].  
 Bütün  bunlar  sonralar  Ə.Şərifin  “Molla  Nəsrəddin”  və  molla-
nəsrəddinçilər  haqqında  yazdığı  məqalələrdə  ona  çox  yardımçı  olur. 
Xüsusən də M.Ə.Sabirlə daha yaxınlıq etməsi onu 1920-ci ildən şairin 
yaradıcılığının  tədqiqi  ilə  məşğul  olmağa  sövq  edir.  O,  rus  və 
Azərbaycan  dillərində  “Sabir  bu  gün”,  “Sabirin  poetik  yaradıcılığı”, 
“Sabir  və  “Molla  Nəsrəddin”,  “Sabir”  əsərlərini  yazır.  Müəllifin 
əsərlərindən bəlli olur ki, “Molla Nəsrəddin” jurnalının şöhrət qazan-
masında M.Ə.Sabirin rolu çox böyük olub.  
1930-cu  illərin  əvvəllərindən  isə  tədqiqatçı  “xalq  müəllimi” 
adlandırdığı M.Cəlilin həyat və  yaradıcılığının tədqiqinə başlamışdır. 
Bu mövzuda bir neçə əsər və çoxsaylı məqalələr  yazan alim  1968-ci 
ildə  rus  dilində  “Molla  Nəsrəddin”in  doğulması”  adı  ilə  növbəti  bir 
əsərini  elmi  ictimaiyyətə  təqdim  edir.  Doğrudur,  bu  və  yuxarıda  ad-
larını çəkdiyimiz əsərlər sovet ideologiyasına uyğun  yazıldığına görə 
M.Ə.Sabir “inqilab şairi”, M.Cəlil “ateist” kimi qələmə verilib. Amma 
gərgin  əməyin,  uzun  axtarış  və  müşahidələrin  nəticəsində  qələmə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə