Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə134/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   129   130   131   132   133   134   135   136   137

 
358 
tarixini yenidən, ideoloji baxımdan öyrənilməsi zəruriyyətini məqalə-
lərində, çıxışlarında, elmi əsərlərində dönə-dönə vurğulayırlar.  
Beləliklə,  Azərbaycan  mətbuat  sisteminin  yaranma  tarixini  öy-
rənməklə  yanaşı,  mətbuatşünaslığın  təşəkkül  məsələlərini  də  öyrən-
mək  və  obyektiv  şəkildə  elmi  ictimaiyyətin  ixtiyarına  vermiş  olarıq. 
Bununla biz müstəqillik və azadlıq ideyalarının təbliğatçısı olan milli 
mətbuatımızı  tədqiq  etməklə,  eyni  zamanda  milli  müstəqilliyimizin, 
azad dövlətçiliyimizin tədqiqi və təbliği ilə məşğul oluruq. 
Odur  ki,  mətbuat  və  mətbuatşünaslıq  tarixinin,  keçilmiş  yolun 
öyrənilməsi bir çox cəhətdən əhəmiyyətlidir, aktualdır. Bu problemin 
həllində – çar Rusiyası, Sovet dövrü mətbuatının araşdırılması nə qə-
dər vacibdirsə, müstəqillik dövrünün mətbu orqanlarının tədqiqi də bir 
o  qədər  vacibdir,  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  müstəqil-
liyini  bərpa  edəndən  25  ilə  yaxın  bir  vaxt  keçir.  Bu  qısa  zaman  kə-
siyində mətbuatımız müqayisəolunmaz inkişaf yolu keçmişdir.  
Kommunist  ideologiyasının  buxovlarından  xilas  olan  Azər-
baycan  mətbuatı  demokratik  dəyərlərə  sahib  olmaqda,  milli  dövlət 
quruculuğunda misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində, ta-
leyində  mühüm  rol  oynamışdır.  Azərbaycan  mətbuatının  bugünkü 
inkişaf  səviyyəsi  haqqında  düşünərkən,  sözün  həqiqi  mənasında  ke-
çilmiş  uzun,  mürəkkəb  yol  göz  önündə  canlanır.  Bu  mənada,  me-
diamızın  inkişafı  ilə  bağlı  çoxsaylı  suallar  da  meydana  çıxır.  Necə 
oldu  ki,  Azərbaycan  mətbuatı  qısa  müddət  ərzində  bu  qədər  inkişaf 
etdi,  maddi-texniki  vəziyyəti  yüksəldi,  demokratikləşdi.  Məhz  səslə-
nən suala cavab axtararkən ilk olaraq, mətbuatın inkişafı istiqamətində 
həyata  keçirilən  reformaların  əhəmiyyəti  önə  çıxır.  Elə  reallaşdırılan 
fəaliyyətin və islahatların nəticəsində ötən zaman ərzində söz, fikir və 
özünüifadə  azadlığının  təmin  və  müdafiə  olunması  yönündə  funda-
mental nailiyyətlər əldə edilib.  
Təbii  ki,  bu  fundamental  nailiyyətləri  əldə  saxlamaq  və  sayını 
artırmaq üçün mütləq klassiklərimizin yaradıcılığı dönə-dönə tədqiqa-
ta cəlb edilməli və onlardan bəhrələnməliyik. Əlbəttə, bu işdə ədəbiy-
yatşünas,  mətbuatşünas,  mətnşünas  alim  Əziz  Şərifin  bizə  miras  qo-
yub  getdiyi  zəngin  elmi  irsi  də  mühüm  rol  oynayır.  Cavidşünas  alim 
M.Cəfərin  “son  dərəcə  səliqəli  alim”  adlandırdığı  Ə.Şərifin  əsərlə-
rində,  məqalələrində,  məktublarında  mətbuatımızın,  ədəbiyyatımızın, 
teatrımızın keçdiyi inkişaf yollarını əks etdirən çox dəyərli məlumatlar 
var. Hər zaman onlardan bəhrələnmək lazımdır.  
 
 


 
359 
ƏDƏBİYYAT 
 
1.
 
Əziz Şərif. Keçən günlərdən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1977. 
2.
 
Həsənova  M.  Əziz  Şərif  Naxçıvan  ədəbi  mühitinin  yetirməsi  kimi.  BDU-
nun “Xəbərləri”, humanitar elmlər seriyası. Bakı, 2008, № 1. 
3.
 
Həmidə  xanım  Cavanşir  (Məmmədquluzadə).  Xatirələrim.  Bakı,  “Apos-
troff”, 2011. 
4.
 
Həbibbəyli İ. Əziz Şərif görkəmli ədəbiyyatşünas və böyük ziyalı. “525-ci 
qəzet”, 26 yanvar 2010. 
5.
 
Əhmədov T. Ədəbi-bədii fikir tariximizdən. Bakı, “Elm”, 2000. 
6.
 
Azərbaycan mətbuat tarixi antologiyası. 2 cilddə, I c. Bakı, “Elm və təhsil”, 
2010. 
7.
 
Azərbaycan  mətbuat  tarixi  antologiyası.  2  cilddə,  II  c.  Bakı,  “Elm  və 
təhsil”, 2011. 
8.
 
Vəliyev Ş. “Füyuzat” ədəbi məktəbi. Bakı, “Elm və təhsil”, 1999. 
  
Garanfil Guliyeva  
 
ON THE HISTORY OF OUR PRESS STUDIES  
(based on research scientist Aziz Sharif) 
 
Summary 
 
In  the  investigation  the  life  and  scientific-literary  activity  of  A.Sharif  who 
started  his  literary  carrier  in  Nakhchivan  literary  environment  is  considered  from  a 
new  point  of  view.  A.Sharif  is  a  scientist  who  glorified  Azerbaijan  on  the  world 
stage. The investigation of the scientist is estimated from the highest point of view. 
The  scientific  view  on  the  creativity  of  such  coryphaeus  of  Azerbaijan 
literature as M.A.Sabir, T.Mamedguluzadeh,  Akhverdov and others is traced in the 
paper.  In  both  works  author  notes  that  press  played  an  important  role  in  the 
development  of  events  of  social,  political,  cultural,  economic  happened  in 
Azerbaijan at the beginning of the XX century. 
 
Гаранфиль Гулиева 
 
ИЗ ИСТОРИИ ПЕЧАТОВЕДЕНИЯ  
(на основе исследований ученого  
исследователя Азиз Шарифа) 
 
Резюме 
 
Основная цель научной статьи изучение истории печати Азербайджана 
на  основе  творчества  выдающегося  ее  исследователя  А.Шарифа.  В  данном 
исследовании  с  новой  призмы  рассматривается  жизнь  и научно-литературная 
деятельность  А.Шарифа,  начавшего  свою  литературную  деятельность  в  нах-
чыванской  литературной  среде.  А.Шариф  является  ученым,  который  просла-


 
360 
вил  Азербайджан  на  мировой  арене.  Исследования  А.Шарифа  оцениваются  с 
высшей точки зрения.  
Здесь  прослеживается  научный  взгляд  А.Шарифа  на  творчество  таких 
корифеев  азербайджанской  литературы,  как  М.А.Сабир,  Дж.Мамедкулизаде, 
А.Хагвердиев  и  др.  Он  считается  одним  из  тех  ученых,  кто  вложил  большой 
труд в исследование азербайджанской литературы и прессы, в трудах которого 
современность анализируется как эстетическая категория в драмах, связанных 
с историческими личностями. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə