Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə136/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   129   130   131   132   133   134   135   136   137

 
364 
Mədəniyyət  və  turizm  nazirinin  müavini  Vaqif  Əliyev  müstə-
qillik  dövrü  ədəbiyyatının  müxtəlif  problemlərindən,  müstəqilliyi-
mizin  25  ilində  ədəbiyyat  sahəsində  əldə  olunan  uğurlardan  danışıb. 
V.Əliyev gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını 
öyrənmələrinə bu nəşrin mühüm töhfə olacağını bildirib. 
İ.Həbibbəyli  Ədəbiyyatşünaslıq  elminin  tarixində  bir  neçə  dəfə 
fundamental  tədqiqatların  ərsəyə  gəldiyini  diqqətə  çatdırıb,  müstə-
qilliyimizin ilk illərindən başlayaraq akademiyada bu sahədə aparılan 
elmi  işlər  haqqında  məlumat  verib.  Hazırda  AMEA-nın  müxtəlif 
institutlarında  fundamental  elmi  tədqiqatların  inkişaf  etdirilməsi 
istiqamətində mühüm addımların atıldığını qeyd edib. 
Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstə-
qillik  dövrü  Azərbaycan  ədəbiyyatı”  ikicildliyi  barədə  məlumat  verib. 
"Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zəngin-
liyini  və  təkrarsızlığını  ortaya  çıxarır",  –  deyən  T.Əlişanoğlu  akade-
mik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) 
hazırlanmış kitabın monoqrafik səciyyə daşıdığını vurğulayıb. 
Xalq  yazıçısı  Çingiz  Abdullayev,  Azərbaycanda  Atatürk  Mər-
kəzinin  müdiri,  AMEA-nın  müxbir  üzvü Nizami  Cəfərov və  digər 
çıxış  edənlər  də  müstəqillik  dövrünün  bədii  ədəbiyyat  və  ədəbiyyat-
şünaslıq  qarşısında  açdığı  geniş  imkanlardan  və  yeni  nəşrin  əhəmiy-
yətindən danışıblar. 
Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatına  həsr  edilən  sərgi 
iştirakçıları tərəfindən maraqla qarşılanıb. 
29  dekabr  –  Görkəmli  Azərbaycan  ədəbiyyatşünası  və  peda-
qoqu Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi 
sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli 
açmış, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. Za-
man Əsgərli “Əli Sultanlının həyat və yaradıcılığı”, Azərbaycan-Asiya 
ədəbi  əlaqələri  şöbəsinin  əməkdaşı  Leyla  Ramazanova  “Əli  Sultan-
lının  müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri”  adlı məruzələrlə çı-
xış etmişlər. 
 
2017-ci il 
 
14  yanvar  –  İran  İslam  Respublikası  Təbriz  Universitetinin 
təşkilatçılığı  ilə  XVII  əsrdə  yaşamış  görkəmli  Azərbaycan  şairi  Saib 
Təbrizinin  yaradıcılığına  həsr  olunmuş  beynəlxalq  elmi  konfrans  ke-
çirilib. Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi 


 
365 
bu beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik 
İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 
Tədbiri  giriş  sözü  ilə  Təbriz  Universitetinin  Mərkəzi  Asiya  və 
Qafqaz şöbəsinin müdiri  Əhməd Fərşbafiyan açıb. Təbriz Universite-
tinin  rektoru, professor  Məhəmmədrza Purməhəmmədi  keçirilən elmi 
tədbirin və qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Akademik İsa 
Həbibbəylinin  “Klassik  şeirdə  yeniləşmə  meyilləri  və  Saib  Təbrizi” 
mövzusunda məruzəsi maraqla dinlənilib.  
Təbriz  Universitetinin  Ədəbiyyat  fakültəsinin  dekanı,  professor 
Məhəmməd Mehdipurun, İstanbul Universitetinin professoru Məhəm-
məd  Atalayın,  akademik  Teymur  Kərimlinin,  gürcü  alimi,  professor 
Helen  Ginaşvilinin,  filologiya  üzrə  elmlər  doktoru  Paşa  Kərimovun, 
Təbriz Universitetindən İbrahim İqbalinin, Məhəmməd Xakpurun mə-
ruzələri dinlənilib və konfrans iştirakçıları tərəfindən maraqla qarşıla-
nıb. Bundan başqa Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı 
qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb. 
Tədbirdən  sonra  bir  sıra  Azərbaycan  şairlərinin,  o  cümlədən 
Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət 
edilib.  
31  yanvar  –  AMEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
Elmi şurasının növbəti iclasında 2 fevral – Gənclər günü münasibətilə 
gənc  alimləri  təbrik  edən  akademik  İsa  Həbibbəyli  ölkədə  gənclərə 
göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda gənclər siyasə-
tinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu 
xüsusi vurğulayan akademik İsa Həbibbəyli Ulu Öndərin gənclərə bö-
yük  qayğısını  real  faktlarla  xatırladaraq,  Azərbaycan  rəhbərliyi  tərə-
findən  bu  gün  də  həmin  siyasətin  uğurla  davam  etdirildiyini  diqqətə 
çatdırıb.  
Elmi şuranın iclasında 2 fevral – Gənclər günü münasibətilə və 
2016-cı  ilin  göstəricilərinə  əsasən    institutun  bir  neçə  əməkdaşı  "İlin 
gənc  alimi"  nominasiyası  üzrə  mükafatlandırılıb.  Akademik  İsa  Hə-
bibbəyli  filologiya  üzrə  fəlsəfə  doktorları  Lalə  Həsənova,  Mətanət 
Vahid və Elnarə Qaragözovanın 2016-cı ildəki elmi fəaliyyətini  yük-
sək  qiymətləndirərək,  onlara  institutun  təsis  etdiyi  "İlin  gənc  alimi" 
diplomunu, döş nişanını və xüsusi hədiyyəni təqdim edib. Təltif olu-
nanlar çıxış edərək institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
15  fevral  –  Azərbaycan  Dövlət  Akademik  Milli Dram  Teatrın-
da   Nizami  adına  Ədəbiyyat  İnstitutunun,  Azad  Həmkarlar  Təşki-
latının və Alimlər Evinin təşkilatçılığı ilə görkəmli  yazıçı-dramaturq, 


 
366 
teatr və kino xadimi
 Cəfər Cabbarlının “Almaz” pyesi yeni quruluşda 
nümayiş olunub. 
Tamaşaya baxışdan əvvəl AMEA-nın vitse-prezidenti, akademik 
İsa  Həbibbəyli  ölkəmizdə  formalaşmış  teatr  ənənələrindən,  bütün 
sahələr kimi teatra da göstərilən hərtərəfli dövlət qaygısından danışıb. 
AMEA  ilə  Milli  Dram  Teatrının  artıq  ənənə  şəklini  almış  əməkdaş-
lığından söhbət açan akademik İsa Həbibbəyli davamlı olaraq üçüncü 
bir tamaşanın da hazırlanıb yeni quruluşda təqdim olunmasını əlamət-
dar  hadisə  adlandırıb.  Keçən  ilin  sonlarında  Cəlil  Məmmədquluza-
dənin “Ölülər”, eləcə də Hüseynbala Mirələmovun “Vəsiyyət” əsərlə-
rinin  müvəffəqiyyətli  səhnə  tamaşasından sonra  “Almaz” pyesinin də 
fərqli səhnə tərtibatı, təcrübəli aktyor heyəti barədə fikirlərini bildirən 
akademik  İsa  Həbibbəyli  müstəqillik  işığında  səhnəyə  çıxarılan  “Al-
maz” pyesinin yeni quruluşda təqdimatını ölkə teatrının daha bir uğu-
ru kimi səciyyələndirib. 
17 fevral  Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 
növbəti iclasında 2016-cı  il üzrə qaliblərinin təyin olunması.  2016-cı 
ildə ədəbiyyatşünaslıqdakı səmərəli fəaliyyətlərinə görə akademik İsa 
Həbibbəyli    f.ü.e.d.,  prof.  Məhərrəm  Paşa  oğlu    Qasımlıya,  f.ü.e.d, 
prof.  Tehran  Əlişanoğlu  Mustafayevə,  f.ü.e.d.,  prof.  Tahirə  Qəşəm 
qızı Məmmədə, f.ü.e.d. Asif Heydər oğlu Rüstəmliyə, f.ü.f.d. Ataəmi 
Balababa oğlu Mirzəyevə, f.ü.f.d. Esmira Seyfəl qızı Şükürovaya “İlin 
alimi” diplomunu və döş nişanını təqdim etmişdir. 
24  fevral  –  “Azərbaycan  və  Dünya  incəsənətində  soyqırım 
mövzusu”  kitabının  təqdimat  mərasimi  keçirilmişdir.  Tədbiri  giriş 
sözü  ilə  akademik  İsa  Həbibbəyli  açmış,  Memarlıq  və  İncəsənət 
İnstitutunun  direktoru,  AMEA-nın  müxbir  üzvü  Ərtegin  Salamzadə 
“Xocalı faciəsi təsviri sənətdə”, Nizami adına Ədəbiyyat İnstitutunun 
aparıcı  elmi  işçisi,  f.ü.f.d.,  dosent  Mərziyyə  Nəcəfova  “Xocalı  soy-
qırımı: poetik fəryaddan ümumbəşəri ittihama”, Memarlıq və İncəsə-
nət  İnstitutunun  direktor  müavini,  sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru, 
dosent Xəzər Zeynalov “Azərbaycan və dünya incəsənətində soyqırım 
mövzusu” tədqiqatı” adlı məruzələrlə çıxış etmişlər. 
27 fevral –  Görkəmli ədəbiyyatşünas alim Vaqif Arzumanlının 
anadan olmasının 70 illiyinə həsr olunmuş Elmi sessiya keçirilmişdir. 
Sessiyanı  giriş  sözü  ilə  akademik  İsa  Həbibbəyli  açmış,  f.ü.f.d. 
Qurban Bayramov “Ədəbi əlaqələrin görkəmli tədqiqatçısı Vaqif Ar-
zumanlı”,  f.ü.e.d.  Lyudmila  Səmədova  “Görkəmli  alim  Vaqif  Ar-
zumanlının  ömür  yolundan  səhifələr”,  f.ü.e.d.  Aida  Feyzullayeva 
“Özünəməxsus  şəxsiyyət”,  f.ü.e.d.  Almaz  Binnətova  “Alim  ucalığı 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə