Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə133/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   129   130   131   132   133   134   135   136   137

 
356 
alınan bu əsərlərdə dəyərli faktlar, zəngin məlumatlar da var. Burada 
yalnız  M.Cəlil  və  M.Ə.Sabirin  yox,  ümumən  mollanəsrəddinçilərin 
mətbu fəaliyyəti bütün təfərrüatı ilə nümayiş etdirilir. 
Akademik İ.Həbibbəyli onun bu əməyini yüksək qiymətləndirir: 
“Ə.Şərifin Azərbaycanda Mollanəsrəddinşünaslığın elmi əsaslarını ya-
radanların  sırasında  özünəməxsus  xidmətləri  var.  Müəllifin  “Molla 
Nəsrəddin  necə  yarandı”  əsəri  Azərbaycan  mollanəsrəddinşünaslığını 
formalaşdıran  və  bu  ədəbi  hərəkatın  elmi  sütununa  çevrilə  bilən  də-
yərli tədqiqatdır” [4]. 
Tədqiqatçı  alim  T.Əhmədov  isə  Ə.Şərifin  bu  sahədəki  fəaliy-
yətini belə səciyyələndirir: “Ə.Şərif yaxından tanıdığı, şəxsiyyətinə və 
yaradıcılığına pərəstiş etdiyi M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haq-
verdiyev  haqqında  tədqiq  və  təbliğini  də  iki  istiqamətdə  aparmışdır. 
Bir tərəfdən onların əsərlərinin rus dilinə tərcüməsi, tərtib və nəşri ilə 
məşğul olmuş, digər tərəfdən onların elmi tərcümeyi-halını yaratmağa, 
yaradıcılıq ideyalarını müəyyənləşdirməyə çalışmışdır” [5, s. 19].  
Ə.Şərif M.Cəlilin həyat və yaradıcılığından bəhs edilən doktor-
luq  dissertasiyasını “Molla Nəsrəddinin doğulması” adı  altında 1968-
ci  ildə  Bakıda  rus  dilində  nəşr  edərək  elmi  ictimaiyyətin  ixtiyarına 
verir.  Qeyd  edək  ki,  “Sovet  dövründə  ümumittifaq  oxucusu  məhz  ilk 
dəfə  C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Ə.Haqverdiyev,  C.Cabbarlının 
əsərləri ilə Ə.Şərifin tərcüməsində tanış olmuşlar” [2, s. 19].  
Ə.Şərifin  1977-ci  ildə  işıq  üzü  görən  “Keçmiş  günlərdən”  adlı 
sənədli  xatirələr  kitabı  dövrünün  hadisələri  və  görkəmli  şəxsiyyətləri 
haqqında təsəvvürümüzü daha da zənginləşdirir. Məsələn, burada gör-
kəmli filosof şair, dramaturq Hüseyn Cavidi həm də bir publisist kimi 
də təqdim edir və  onun Tiflisdə, Bakıda dövri  mətbuatla  əməkdaşlığı 
qeyd edilir. Ə.Şərif məhz bu əsərində H.Cavidin haqsız tənqidə məruz 
qaldığını etiraf edərək  yazırdı: “Mətbuatda Hüseyn Cavidin  yaradıcı-
lığı tənqid, bəzən də haqsız və sərt, çox zaman da vulqar sosiologizm 
cəbhəsindən  tənqid  edilirdi.  Ona  qarşı  edilən  prinsipsiz  hücumlardan 
təngə  gəlmiş,  usanmışdı.  Hüseyn  tənqiddən  qaçan,  qorxan,  inciyən 
şair  deyildi.  Bu  tənqidlər  isə  haqsız  idi.  O,  məndən  ağıllı,  obyektiv 
tənqid  gözləyirdi.  Mənim  isə  böyük və  bağışlanılmaz səhvim bundan 
ibarət  olmuşdu  ki,  ədəbiyyat  sahəsində  hakimiyyət  iddiasında  olan 
rəsmi tənqidçilərin boş və haqsız iradlarını təkrar etməklə aramızdakı 
məhrəmlik şərtini pozdum” [1, s. 143].  
Ə.Şərifin əsərləri ilə yanaşı, elə məqalələri də var ki, bu gün də 
elmi  ictimaiyyətin  diqqətini  cəlb  edir.  Məsələn,  “Cəlil  Məmməd-
quluzadə  haqqında  yeni  materiallar”,  “C.Məmmədquluzadənin  mühi-


 
357 
ti”, “Yenə bir mollanəsrəddinçi haqqında” və s. buna misal ola bilər. 
Doğrudur, həmin məqalələri  və tədqiqat  əsərləri Kommunist  partiya-
sının  ideologiyasına  uyğun  yazılsa  da,  “müasir  müstəqillik  dövründə 
kütləvi  informasiya  vasitələrinin  milli  tarixi  kontekstində  inkişafına, 
onun  irs-varislik  prinsipləri  ilə  fəaliyyət  göstərməsinə  təsir  edəcək 
dəyərli vəsaitlərdir” [6, s. 5].  
Ayrı-ayrı  mollanəsrəddinçilərə  tədqiqat  əsərləri  həsr  edən  alim 
1980-ci  ildə  “Azərbaycan  “Molla  Nəsrəddin”i  adlı  sanballı  bir  əsər 
çap etdirib. Azərbaycan mətbuatı tarixində mollanəsrəddinçilərin fəaliy-
yətini  yüksək  qiymətləndirən  alim  burada  da  dövrün  ideologiyasına 
“sadiq”liyini  büruzə  verməyə  məcbur  olub:  “Bəzi  mollanəsrəddin-
çilərin görüşlərində xırda burjua mütərəddidliyi, məhdudluğu jurnalın 
səhifələrində əks olunur” [7, s. 90]. Hətta “Molla Nəsrəddin”in təsiri 
ilə  çıxan  satirik  jurnallardan  bəzilərini  “inqilabi  və  demokratik  ide-
yalardan uzaq” [7, s. 90] adlandıraraq onların ideya-məzmununu zəif, 
bayağı sayırdı. 
Biz  yuxarıda  da  qeyd  etdik  ki,  Azərbaycan  mətbuat  tarixində 
sovet dövrü mətbuatı, eləcə də mətbuatın tədqiqi, heç şübhəsiz xüsusi 
mərhələdir.  Sovet  rejimi  və  kommunist  ideologiyasının  müəyyən  et-
diyi çərçivə və prinsiplər daxilində fəaliyyət göstərən mətbu orqanlar, 
qəzet  və  jurnalların  əməkdaşları,  həmçinin  mətbuat  tarixinin  araşdı-
rıcıları  istər-istəməz  dövrün  tələblərinə  riayət  etməli  olurdular.  Pro-
fessor  Ş.Vəliyev  demişdir:  “...yazılan  tədqiqat  əsərlərinin  bir  qismi 
təəssüf  ki,  ən  son  elmi-ictimai  ehtiyaclarla  tam,  bütöv  şəklidə  uz-
laşmır. Bu fikir mövcud elmi irsdən imtina, ona qarşı iddia da deyil” 
[8,  s.  7].  Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  heç  də  sovet  döv-
ründə  yaradılan  mədəni  irsdən,  o  cümlədən  mətbu  orqanlarından  və 
mətbuat  tarixi  ilə  bağlı  qələmə  alınmış  fundamental  araşdırmalardan 
imtina  etməliyik.  Fikrimizcə,  biz  həmin  dövrün  tədqiqatçılarına  da, 
tədqiqat  əsərlərinə  də  böyük  ehtiram  və  diqqətlə  yanaşmalıyıq;  möv-
cud  ədəbiyyata  müasir  tələblər  baxımından  yanaşmalı,  saf-çürük  et-
məli,  onları  bünövrə,  bazis  hesab  etməli,  milli-mənəvi  dəyərlərimizə 
kölgə  salmayan,  əksinə  onları  zənginləşdirən,  ənənələri  yaşadanları 
dəyərləndirməli, onlardan səmərəli istifadə etməliyik. Bununla biz bu 
gün  mətbuatşünaslıq  tariximizin  öyrənilməsində  müsbət  rol  oynayan 
və  “irs-varislik”  prinsipləri  ilə  fəaliyyət  göstərən  bu  dəyərli  vəsait-
lərdən də bəhrələnməliyik.  
Onu  da  qeyd  edək  ki,  bu  tədqiqatçılardan  bu  gün  də  fəaliyyət 
göstərənlərin böyük əksəriyyəti bizim bu fikrimizlə həmrəy olduğunu 
bildirirlər və zəngin bir inkişaf yolu keçən milli mətbuatımızın tədqiqi 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə