Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə135/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   129   130   131   132   133   134   135   136   137

 
361 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
   Əlyar SƏFƏRLİ   
 
Tanınmış  ədəbiyyatşünas  alim,  AMEA-nın  müxbir  üzvü,  Ni-
zami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı 
şöbəsinin müdiri, Əlyar Səfərli 4 yanvar 2017-ci ildə 79 yaşında vəfat 
edib. 
Əlyar Səfərli 28 dekabr 1937-ci ildə Naxçıvan Muxtar Respub-
likası Ordubad rayonunun Anabat kəndində anadan olmuşdur. 1955-ci 
ildə  Ordubad  orta  məktəbini,  1960-cı  ildə  Azərbaycan  Dövlət  Uni-
versitetinin  Şərqşünaslıq  fakültəsinin  İran  filologiyası  şöbəsini  bitir-
mişdir.  1960-1968-ci  illərdə  Azərbaycan  Elmlər  Akademiyasının  Ni-
zami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət 
BDU-nun  Filologiya  fakültəsində  tədrislə  məşğul  olmuş,  1986-1994-
cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir.  
AMEA-nın  müxbir  üzvü  Əlyar  Səfərli  orta  əsrlər  Azərbaycan 
ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olmuşdur. O, Məsihinin 
(17-ci  əsr)  həyat  və  yaradıcılığına,  17-18-ci  əsrlər  Azərbaycan  epik 
şeirinə dair tədqiqatların müəllifi idi. Alim mətnşünaslıq sahəsində də 
mühüm  nəticələr  əldə  etmişdir.  Bir  sıra  unudulmuş  ədəbi  abidələri 
aşkara çıxarmış, ilk anadilli poema olan “Dastani Əhməd Hərami”ni, 
Qazi  Bürhanəddinin  “Divan”ını,  Məhəmməd  Füzulinin  “Hədiqətüs-
süəda” əsərini (şərikli), Məsihinin “Vərqa və Gülşa” poemasını, “Şəh-
riyar” dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib 
və nəşr etdirmişdir. 
Uzun  illər  Azərbaycan  Təhsil  Nazirliyində  Ədəbiyyatşünaslıq 
bölməsinin  rəhbəri  olmuş,  orta  və  ali  məktəblər  üçün  dərslik,  dərs 
vəsaiti  və  proqramların  hazırlanmasında  bilavasitə  yaxından  iştirak 
etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir. 
Alim  1966-cı  ildə  namizədlik,  1983-cü  ildə  doktorluq  disserta-
siyaları müdafiə etmiş, 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade-
miyasının müxbir üzvü seçilmişdir. 
O, 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi işləmişdir. 
Əlyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-


 
362 
1998-ci  illərdə  Azərbaycan  Respublikasının  İran  İslam  Respublika-
sında  fövqəladə  və  səlahiyyətli  səfiri  olmuş,  ölkəmizi  Beynəlxalq 
İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir. 
2002-ci  ildən  AMEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunda 
əmək fəaliyyətini davam etdirən alim bu elmi müəssisədə Orta əsrlər 
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. 2015-ci 
ildə  o,  Ədəbiyyat  İnstitutu  tərəfindən  “İlin  alimi”  adına  layiq  görül-
müşdür. 
Ədəbiyyatşünas alim 150-dən çox elmi əsərin müəllifi idi. Yük-
sək  ixtisaslı  elmi  kadrların  hazırlanmasında  onun  böyük  xidmətləri 
olmuşdur. O, ədəbiyyatşünaslıq sahəsində 15 fəlsəfə doktoru, 5 elmlər 
doktoru yetişdirmişdir. 
Şərəfli ömür yolu keçmiş Əlyar Səfərlinin xatirəsi onu tanıyan-
ların qəlbində hər zaman yaşayacaqdır. 
Allah rəhmət eləsin! 
 


 
363 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
ƏDƏBİ-ELMİ MÜHİTİN XRONOLOGİYASI 
2016-cı il 
 
7  dekabr  –  M.F.Axundov adına Milli Kitabxananın  nəşr etdiyi 
yüzdən  çox  biblioqrafiyanın  Ədəbiyyat  İnstitutuna  hədiyyə  edilməsi 
mərasimi  keçirilmişdir.  Mərasimdə  akademik  İsa  Həbibbəyli,  Milli 
Kitabxananın direktoru Kərim Tahirov, f.ü.e.d., prof. Şirindil Alışanlı 
və  başqaları  çıxış  etmiş,  bu  iki  müəssisənin  arasındakı  əməkdaşlığın 
davamlı olmasını vacib saymışlar. 
15  dekabr  –  Akademik  Çingiz  Qacarın  “Naxçıvan  –  dünyanın 
ən  qədim  şəhərlərindən  biri”  kitabının  təqdimat  mərasimi  keçirilmiş-
dir. Mərasimi giriş sözü ilə akademik İsa Həbibbəyli açmış, Naxçıvan 
Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyinin rəh-
bəri Bəxtiyar Əsgərov, Memarlıq və  İncəsənət  İnstitutunun direktoru, 
AMEA-nın  müxbir  üzvü  Ərtegin  Salamzadə,  Fizika  İnstitutunun 
direktor  müavini,  akademik  Cavad  Abdinov,  Memarlıq  və  İncəsənət 
İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq ü.f.d. Gülrəna Mirzə və 
akademik  Çingiz Qacar tədbirdə çıxış etmişlər. 
27  dekabr  –  M.F.Axundov  adına  Milli  Kitabxanada  “Müstə-
qillik  dövrü  Azərbaycan  ədəbiyyatı”  ikicildliyinin  təqdimatı  keçiril-
mişdir. Təqdimatdan sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Milli 
Kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış-
dır. 
K.Tahirov  akademik  İ.Həbibbəylinin  rəhbərliyi  ilə  iki  cilddə 
hazırlanmış  kitabın  əhəmiyyətindən  danışıb,  müqavilənin  hər  iki  qu-
rum arasında gələcəkdə Azərbaycan elminin, ədəbiyyatının inkişafına 
mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. 
Akademik  İ.Həbibbəyli  müstəqillik  dövrü  ədəbiyyatının  təşək-
külü,  formalaşması,  müasir  inkişaf  tendensiyaları  haqqında  danışıb. 
Qeyd  edib  ki,  “Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı”  kitabı 
Ədəbiyyat  İnstitutunun  ədəbi-mədəni  ictimaiyyətə  yubiley  hədiyyə-
sidir.  Bu  ikicildlik  AMEA-da  son  illərdə  başlanılan  və  ardıcıl  davam 
etdirilən islahatların nəticəsidir. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə