Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə131/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

 
351 
yaratmış  Molyerdən  və  Azərbaycanda  komediyanın  əsasını  qoymuş 
M.F.Axundovdan  daha  çox  faciələr  müəllifi  Uilyam  Şekspirə  yaxın-
dır” [2, s. 12]. 
“Dramaturgiyada  ədəbi  əlaqələr”  adlı  monoqrafiyanın  müəllifi 
Xəlil Rza Ulutürk dünya ədəbiyyatı ilə Azərbaycan dramaturgiyasının 
əlaqələrinə dair görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin aşağı-
dakı  fikrini  gündəmə  gətirmişdir:  “...Təsir  və  əlaqə  milli  ədəbiyyatın 
fikri, mədəni səviyyəsini, onun dünya ədəbi irsindən, bəşər dühasının 
ideya və bədii zənginliyindən istifadə imkanını və bacarığını göstərir, 
əks  etdirir.  Bu  məsələnin  ciddi  beynəlmiləl  əhəmiyyəti  vardır.  Ay-
dındır  ki,  qarşılıqlı  təsir  və  münasibətlər  nəticəsində  bu  və  ya  başqa 
milli  ədəbiyyatın  müsbət  təcrübəsi  dünya  xalqlarının  nailiyyətinə 
çevrilir  və  hər  hansı  milli  yazıçı  bu  ümumi  nailiyyətin  səviyyəsinə 
yüksəlməyə  çalışır.  Bu,  milli  ədəbiyyatların  və  dünya  ədəbiyyatının 
qanunauyğun inkişafını təmin edir” [2, s. 275]. 
Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatşünaslığında  Azərbay-
can  və  Böyük  Britaniya  ədəbiyyatı  nümayəndələrinin  yaradıcılığının 
tədqiqi məsələsi xüsusilə diqqəti çəkir. Cavidə Məmmədlinin  “Azər-
baycan  və  Böyük  Britaniya  poeziyası  (1900-1930)”  adlı  kitabı  da  bu 
sahədə  yazılan uğurlu tədqiqat  əsəridir. Bu  əsərdə  müəllif   yazır:  “H. 
Cavid  poeziyamıza  marş,  sonet  kimi  Avropa  şeir  janrlarını  gətirmiş, 
heca  və  əruz  vəznini  birləşdirərək  qarışıq  bir  vəzndə  maraqlı,  son 
dərəcə  ahəngdar  şeirlər  yaratmışdır.  Şairin  yaratdığı  bəhr  də  “Cavid 
həzəci”  kimi  hər  kəsə  tanışdır.  Aydın  olduğu  kimi,  dövrün  poeziya-
sında  istər  mövzu,  istərsə  də  forma  baxımından  bir  sıra  yeniliklərə, 
xüsusən, Avropa şeir janrlarına daha çox H.Cavidin yaradıcılığında tə-
sadüf edilir.  
Məlum  olduğu  kimi,  sonet  orta  əsrlərdə  İtaliyada  təşəkkül  tap-
mış,  katren  və  terset  adlı  hissələrdən  ibarət  14  misralıq  şeir  janrıdır. 
Bu,  öncə  İtaliya  ,  sonra  Fransa,  daha  sonra  isə  ümumilikdə  Avropa 
ədəbiyyatında istifadə olunmuş və yazılması çox da asan olmayan şeir 
növlərindəndir. Həmin janrda  yazan fransız şairləri ona  yeni əlavələr 
etmiş, bu səbəbdən də italyan və fransız sonetlərində forma fərqlilik-
ləri  təzahür  etməkdədir.  Sonet  türk  ədəbiyyatına  fransız  poeziyasının 
təsiri  olaraq  Sərvəti-Fünunçular  tərəfindən  gətirilmiş,  ilk  nümunəsi 
Cenap  Şahabettinin  “Şi’ri-i  Na  Nüvişte”  (“Yazılmamış  Şiir”)  əsəri 
hesab olunur. Daha sonra T.Fikrət də bu janrın ən gözəl nümunələrini 
yaratmışdır” [3, s. 44].  
Aparılan araşdırmalar sırasında yuxarıda adını çəkdiyimiz Qorx-
maz  Quliyevin  “Cəlil  Məmmədquluzadə  dünya  dramaturgiyası”  adlı 


 
352 
kitabının  dəyəri  ölçülməzdir.  O,  belə  hesab  edir  ki,  tanınmış  və  təc-
rübəli alimlərimizin  bu kimi  araşdırmalar aparması  dünya  ədəbi  kon-
tekstində  milli  ədəbiyyatımızın  öyrənilməsinə  və  dərk  olunmasına 
xidmət edən ən gözəl və əhəmiyyətli vasitədir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Гаджиев А.А. Проблемы изучения азербайджано-европейских литера-
турные  взаимосвязей.  Ответственный  редактор:  А.А.Гаджиев.  Баку, 
“Элм”, 1985. 
2.
 
Xəlil Rza. Dramaturgiyada ədəbi əlaqələr. Bakı, “Elm”, 1987. 
3.
 
Məmmədli  C.  Azərbaycan  və  Böyük  Britaniya  poeziyası  (1900-1930). 
Bakı, “Elm və təhsil”, 2016. 
 
Ilaha Guliyeva 
 
THE ISSUES OF GREAT BRITAIN AND AZERBAIJANI  
LITERATURE IN THE NEW RESEARCH WORKS 
 
Summary 
 
The  article  deals  with  topical  issues  in  modern  Azerbaijani  literary  studies, 
formed  the  main  findings  and  the  situation  on  the  study  between  the  literary 
relations.  Author  of  the  study  provides  some  of  the  existing  and  relevant  scientific 
arguments and significant assumptions for comprehensive study between the literary 
relations.  
 
Илаха Гулиева 
 
ВОПРОСЫ ЛИТЕРАТУРЫ ВЕЛИКОБРИТАНИИ И  
АЗЕРБАЙДЖАНА В НОВЫХ ИССЛЕДОВАНИЯХ 
 
Резюме 
 
В  статье  рассматриваются  актуальные  проблемы  в  исследованиях 
современного  азербайджанского  литературоведения,  формируются  основные 
выводы  и  положения  по  вопросам  изучения  межлитературных  связей.  Автор 
исследования предоставляет некоторые существующие и актуальные научные 
аргументы  и  значительные  предположения  по  всестороннему  изучению 
межлитературных связей.  
 


 
353 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Mətbuat tarixi 
 
Qərənfil QULİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN 
(Əziz Şərifin tədqiqatları əsasında)
 
 
Açar  sözlər:  sovet  dövrü,  tənqid,  tədqiqatçı,  ideoloji  münasibət,  ədəbi 
proses, ədəbi tənqid, ittiham, siyasi mühit, ictimai problem 
Key  words:  soviet  period,  criticism,  researcher,  idelogical  attitude,  literary 
process, literary criticism, political environment, social problem 
Ключевые слова: советский период, критика, исследователь, идеологи-
ческое  отношение,  литературный  процесс,  литературная  критика,  обвинение, 
политическая среда, социальная проблема
 
 
Sovet dövründə uzun illər Azərbaycan mətbuatının tarixi tədqiqi 
ilə  məşğul  olan  Ə.Şərif,  Ə.Mirəhmədov,  K.Talıbzadə,  Q.Məmmədli, 
A.Zeynalzadə, İ.Ağayev, N.Axundov, S.Rüstəmova, X.Məmmədov və 
N.Zeynalovun da mətbuatşünaslıq elmimizin inkişafında mühüm rolu 
olub.  Onların  bəzilərinin  əsərlərinin  böyük  bir  qismi  sovet  ideolo-
giyasına uyğun yazılıb. Lakin bu o demək deyil ki, onları çıxdaş edək. 
Əksinə,  onların  hər  birinə  yeni  baxışdan  yanaşılmalı,  diqqətlə  araş-
dırılmalı,  səhvlər  təkrarlanmadan,  siyasi-ideoloji  yanlışlıqları  aradan 
qaldırmaqla, obyektivliyə maksimum riayət  edilməklə  yenidən tədqi-
qata cəlb olunmalıdır. 
Sovet dövrü tədqiqatçılarımızdan biri də filologiya elmləri dok-
toru,  professor,  Əməkdar  elm  xadimi,  keçmiş  SSRİ  EA-nın  Şərqşü-
naslıq  İnstitutunda  çalışan  və  Lomonosov  adına  Moskva  Dövlət 
Universitetində  “SSRİ  xalqları  ədəbiyyatı”  kafedrasının  müdiri  olan 
tədqiqatçı alim Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifov) olub.  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə