Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə128/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   124   125   126   127   128   129   130   131   ...   137

 
343 
 
Vaqif bir başqa əsərində ədalətsizlikdən, baş verən əyriliklərdən 
bəhs edir: 
 
Mən cahan mülkündə, mütləq doğru halət görmədim
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 
Aşinalar ixtilafında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili hacət görmədim [6, s. 185]. 
 
Və ya: 
 
Vaqif gərçi əzabı var dünyanın, 
Sən neçün xovfini çəkərsən, anın. 
Tutubsan ətəyin Şahı-mərdanın, 
O gülər gülərsən, ağlar ağlarsan [6, s. 233]. 
 
XVII əsrin sonlarında türk ədəbiyyatında şəxslərə yönələn həcv-
lərdən daha çox, ictimai motivlərin qabarıq olduğunu müşahidə edirik. 
XVIII əsrdə isə ictimai tənqidlər artmışdır. Əslində bu əsrlərdə cəmiy-
yətdə  o  qədər  haqsızlıqlar,  naxələflik  mövcud  idi  ki,  şairlərin  ictimai 
mövzulara daha çox  müraciət və  ya  əsərlərində ictimai  motivləri əks 
etdirmələri təbii qarşılanmalıdır. Bu baxımdan, Nədimin də əsərlərin-
də az da olsa ictimai motivlərə rast gəlmək mümkündür. 
 
Zahida alayiş damanın eylə şustü şu
Yalnız halet bulunmaz hırkai-peşminədə [5, s. 140] . 
 
Və ya: 
 
Mürayi hamri müselles deyi satıp zalim, 
Şarabın üstünə hürmət bir az da hilə katar [5, s. 135].
  
 
Birinci beytdə  Zahidlərlə sufiləri müqayisə edən Nədim sufilərin 
geyimlərinin  zahidlərin  ətəyindən  daha  təmiz  olduğunu  qeyd  edərək 
yaltaqlığı pisləyir. Daha sonra isə saxta şərab satan insanları tənqid edir.  
Bildiyimiz kimi, XVIII əsrdə xalq və klassik şeir arasında nisbi 
yaxınlıq  müşahidə  edilir.  Divanlarda  heca  ölçüsü  ilə  yazılmış  şeirlər 
olduğu  kimi,  xalqa  yaxın  şairlər  də  klassik  şeirin  estetik  və  xəyal 
dünyasına yaxın şeirlər yazırdılar. Bu baxımdan Molla Pənah Vaqif və 
Əhməd  Nədimin  yaradıcılıqları  ilə  yaxından  tanış  olduqda,  hər  iki 
şairdə xalq üslubunun çalarlarını müşahidə etmək olar. 


 
344 
“Türk şairi Nədim öz ölkəsinin divan ədəbiyyatı nümayəndələri 
arasında ilk qoşma yazan kimi tanınır”, – deyən Araz Dadaşzadə daha 
sonra “Onu da xatırlatmaq istərdim ki, Nədimin həyat zövqünə üstün-
lük  verməsi,  yaşamaq  arzusunun gücü bu şairi Vaqiflə  yaxınlaşdırır” 
[7, s. 192]. Vaqifin qoşma və təcnisləri, Nədimin qoşmaları, sadə dildə 
yazdıqları şeirləri onların xalq üslubuna yaxınlığından xəbər verir.  
 
Sevdiğim cemalin çünkim göremem 
Çıkmasın hayalin dili-şeydadan 
Haki-paye çünkü yüzler süremem 
Alayım peyamın badi-səbadan [5, s. 250]. 
 
Və ya: 
 
Tutasın cihanı Sikender gibi 
Şevket ile dünya dolu hünkarım 
Kapına Feridun bir çaker gibi 
Her ne emredersen nola hünkarım [5, s. 151]. 
 
Nədimin  bu  qoşmaları  xalq  üslubunun  ən  gözəl  nümunəsidir. 
Nədimin  xalq  üslubuna  yaxınlığının  ən  diqqətəlayiq  tərəfi  isə  şeirlə-
rində İstanbul həyatından səhnələr təqdim etməsidir. İstanbulun əylən-
cə  yerlərinin şeirlərin mövzusu olması XVIII  əsrdən başlamır. Ancaq 
Nədim  davam  etdirdiyi  bu  ənənəni  daha  canlı,  müxtəlif  süjetləri  və 
obrazları  qabardaraq  təqdim  etmişdir.  Eyni  zamanda  Nədim  dövrün 
digər şairləri kimi, İbrahim Paşanın İstanbul və Nevşəhərdə tikdirdiyi 
bulaq,  karvansaraylara,  hamamlara,  iqamətgahlara  tarix  yazmışdır. 
XVIII  əsr  Azərbaycan  şeirinin  hər  iki  səciyyəvi  qolunu  –  xalq  və 
klassik üslubu yaradıcılığında məharətlə birləşdirən Molla Pənah Va-
qifin  forma  axtarışları,  obrazların  müxtəlifliyi,  dilinin  sadəliyi,  eyni 
zamanda  zənginliyi  ilə  diqqəti  çəkir.  Vaqif  yaradıcılığında  qoşmalar, 
təcnislər miqdarca çoxluq təşkil edir. Bunu da etiraf etmək lazımdır ki, 
Azərbaycanda XVIII əsr şeirində qoşma janrının inkişafı ancaq Vaqi-
fin  adı  ilə  əlaqədar  olmasa  da,  ən  gözəl  ifadə  və  təsvir  vasitələrinin 
zənginliyi, rəngarəngliyi ilə seçilən şeir nümunələri şairin adı ilə bağ-
lıdır. Vaqifin, 
 
Oğrun baxa-baxa, ey çeşmi-nərgis
Dərdə saldın məni xəstəhal etdin. 
Həsrətindən öldüm, öldüm-dirildim, 
Nə bir yada saldın, nə sual etdin 


 
345 
 
Nə dedim mən sənə, ey üzü mahım, 
Sən məndən küsübsən, ey qibləgahım. 
Öldür məni, gər var isə günahım, 
Al qanım əllərdə hənalar olsun [6, s. 91]. 
 
Bu qoşmada sevgilisinin ondan küsməsini və şairin çəkdiyi izti-
rabı olduqca sadə, eyni zamanda təsirli sözlərlə ifadə etmişdir. 
 
Yay qaş bucağında, al yanaq üstə, 
Nə xoş xumarlanır məstanə gözlər. 
Sürməli kiprikdən oxlar çəkilib, 
Eyləyib bağrımı nişanə gözlər. 
 
Qəmzə peykanilə tökdü qanımı, 
Xətalara saldı din imanımı. 
Əgri durdu, süzgün baxdı, canımı 
Aldı o şux gözlər, amma nə gözlər. 
 
Siması şəhayi, təhi badami, 
Baxışı mehriban, özü hərami. 
Quldur ona siyah zülfün təmami
Ola bilməz belə şəhanə gözlər. 
 
Səmən iyli, səhabi zülf, ay qabaq, 
Qönçə dəhan, dür diş, ərğəvan dodaq. 
Münəvvər üz, lalə zənəx, tər buxaq, 
Tamam bir yanədir, bir yanə gözlər. 
 
Vaqif ki, düşübdür əqlü kamaldan, 
Əksik olmaz başı qovğadan, qaldan. 
Nə zülüflərdən bilin, nə xəttü xaldan , 
Eyləyibdir onu divanə gözlər [6, s. 102], – 
 
deyən  şair  gözlərin  timsalında  sözlərlə  sevgilisinin  rəsmini  çəkir. 
Onun çəkdiyi bu portret heç də klassik üslubda yazan şairlərin yarat-
dığı sevgili obrazından geri qalmır. Hətta bizcə, bir pillə qabaqdadır. 
Çünki Vaqifin və ya Nədimin yaratdığı obraz yaşayan insan, qadın ob-
razıdır.  Əti, qanı, gözü və digər əzaları ilə olan varlıqlardır, xəyal de-
yildir. Vaqif isə bu qadın obrazını xalq üslubunda canlı və rəngarəng ləf-
zi və məğzi ifadə vasitələrini məharətlə istifadə edərək təqdim etmişdir.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə